139
havizə funksyalarını öz üzərinə götürməsi(gömrük
və immiqrasiya xid-
mətləri).
• Hüquq mühavizə və kəşfiyyat orqanlarının müşahidə qabiliyyətlə-
rinin genişləndirilməsi,xüsusilə telekommunikasiya xətləri üzərində.
• Trans-nasional əməkdaşlığın gücləndirilməsi, o cümlədən, təkcə
informasiya paylaşması yox və həmçinin, öz ərazilərindən kənarda əməliy-
yatlar (məsələn, başqa ölkələrdəki terror şübhəlilərinin MKİ agentləri tərə-
findən apardıqları sorğulamalar).
Avropa Birliyində Polis Əməkdaşlığı
Avropalıların üstünlük verdiyi əməkdaşlıq halqası Europoldur. Təşkilatın ixti-
yarında daha çox resurslar var və Avropanın hüquq-mühavizə orqanlarının( bir
çox kəşfiyyat) genişlənmiş əməkdaşlığını əhatə etmək üçün İnterpoldan daha yaxşı
avadanlıqla təmin olunmuşdur. AB-nin “üçüncü sütunu”-nun hissəsi kimi, Europol-
un əsas işi transnasional mütəşəkkil cinayət və beynəlxalq terrorizmin qarşısını al-
maq və mübarizə aparmaq məqsədləri üçün polis əməkdaşlığından ibarətdir. 1995-
ci ildə qəbul olunan Europol konvensiyasının ( 1999- cu ildə qüvvəyə mindi) aşağı-
dakı funksiyaları sadalanır: milli kriminal təhqiqatlarını və təhlükəsizlik orqanlarını
dəstəkləmək; məlumat bazaları yaratmaq; informasiyanın mərkəzləşmiş analizi və
qiymətləndirilməsi; milli önləyici proqramların müqayisəsi və analizi; təkmilləş-
miş təlim,tədqiqat, məhkəmə işləri və kriminal uçot şöbələri ilə bağlı tədbirlər.
Konvensiyanın mətni Europol-a hər hansı bir hüquq mühavizə tapşırıqları yerinə
yetirməyə icraedici səlahiyyətlər vermir.
Lakin son illərdə,AB üzv ölkələri Europol-un hüquqi, maliyyə və texniki resur-
slarını və onun səlahiyyətlərini artırmağa çalışırlar. 2001 –ci ildə onun büdcəsi fak-
tiki olaraq 50 faiz artırıldı. Bundan az əhəmiyyətli olmayan hadisə, təşkilata əmə-
liyyat səlahiyyətləri vermək üçün Europol Konvensiyası yenidən yazıldı. Bu ikitə-
rəfli və çoxtərəfli informasiya mübadiləsi üzrə ən geniş hesablama palatasıdır və
mərkəzi AB kəşfiyyat məlumat bazasına ev sahibliyi edir. O,sadəcə koordinaasiya
edən struktur olmaqdan çıxır və birgə sorğularda iştirak edərək, hətta üzv ölkələrdə
cinayət axtarışı təşəbbüslərinə kömək edəcək.Toparlasaq, AB üzvləri ölkələri Euro-
pol-u getdikcə gücə çevirirlər və ümumi iş üçün güclü stimul və mütəşəkkil cinayət
və terrorizmlə bağlı hesabat prosedurları təmin edirlər. Hüquq mühavizə orqanları-
nın və kəşfiyyatın “Avropalaşması” ilə bağlı digər son dəyişiklik AB üzv ölkələri-
nin arasında birgə həbs orderinin təsis edilməsi, terrorizmin vahid tərifi və terrorist
təşkilatlarının vahid siyahısının hazırlanmasıdır. Həmçinin, planlar var ki, Avropa
hökümətlərinin, məlumat bazalarında saxlanılan şəxsi elektronik informasiyalara
çıxış əldə etmək imkanında olsun.
140
Lakin,Europol üzərində hələ ki, çox az siyasi nəzarət vardır və onun işinə müs-
təqil baxış isə yox dərəcəsindədir. Avropa Parlamenti qərar vermə prosesinin kə-
narlarında durur. Avropa Birliyinin Şurası belə təkliflə çıxış edib ki, gələcəkdə Eu-
ropol Konvensiyasına ediləcək bütün düzəlişlər üzv ölkə parlamentlərinin ratifika-
siyasından keçməməlidir və ancaq Nazirlər Kabinetinin yekdil razılığı ilə qəbul
edilməlidir. Belə olduğu halda, Europol-a zəruri çeviklik verilə bilər, lakin yenə də
beynəlxalq polis fəaliyyətləri kimi incə məsələlər üzərində demokratik nəzarət
problemi həll edilmir.
Avropa Konstitusiyası cinayət işlərində hüquqi əməkdaşlığı ən azı konseptual
baxımdan bir addım irəli kimi qəbul etmişdir. Praktikada isə qeyri –rəsmi ikitərəfli
əlaqələri çoxtərəfli informasiya mərkəzindən üstün tutan polis orqanları üçün bu
çətin məsələ olaraq qalır və onlar həbs, cinayət axtarışı və dəlillər baxımından
müxtəlif ölkələrin ənənələrini misal gətirirlər. Buna baxmayaraq,sərhədlər boyu ci-
nayətlərin artması beynəlxalq şəbəkələrə qarşı addımlar atmaq üçün sürətli infor-
masiya sistemlərini və birgə addımları zəruri edir. Bu zərurət aydın olduqca, o da
ölkənin təhlükəsizlik sektorunda islahatlara getməsinə aparacaqdır. Bu sadəcə mül-
ki-hərbi münasibətlər məsələsi deyil, həm də prokurorluğu, gömrük işçilərini və
sərhəd nəzarətçilərini polisdən və ordudan ayiran divarın yıxılmasına gətirəcəkdir.
Əslində, terrorizmin və mütəşəkkil cinayətin yeni təhlükələri,daha sıx əməkdaşlıq
və daha geniş şəffaflığın xeyrinə təsir edəcəkdir.
AB hüquqi əməkdaşlığının əsas prinsipləri hökmlərin və hüquqi qərarların qar-
şılıqlı tanınması və həmçinin spesifik sahələrdə “ ölkələrarası miqyaslı xüsusi ağır
cinayətlərlə” bağlı qanunların və təlimatların bir-birinə yaxınlaşdırılmasıdır. Kon-
stitusiyanın III-172 Maddəsi onları aşağıdakı kimi siyahılaşdırır: terrorçuluq, insan
alveri və qadınların və uşaqların cinsi istismarı, qanunsuz narkotik qaçaqmalçılığı,
qanunsuz silah daşınması,çirkli pulların dövriyyəsi,korrupsiya, ödəmə vasitələrinin
saxtalaşdırılması,kompyuter cinayəti və mütəşəkkil cinayət. Qeyd etmək lazımdır
ki, mütəşəkkil cinayətə jarqonla isnad edilmir və ağır cinayətin daha da üstün təri-
findən istifadə olunur.
Europoldan sonra, AB-i ağır cinayətlərlə bağlı milli cinayət axtarış və proku-
rorluq orqanları arasında koordinasiya və əməkdaşlığı gücləndirmək üçün iki və ya
üç Üzv Ölkəni əhatə edən Eurojust təsis etdi. Avropa qanunları Eurojust-ın struktu-
ru,əməliyyatları,fəaliyyət sahəsi və tapşırıqlarını müəyyən etməlidir. AB Konstitu-
siyasının III-174 Maddəsinə görə bu tapşırıqlar aşağıdakılardır:
• Birliyin maliyyə maraqlarına zərbə vuran pozuntularla bağlı cina-
yət axtarışı təşəbbüsü,həmçinin qanuni milli orqanlar tərəfindən aparılan
cinayət işinin təşəbbüsündə olmaq;
• Punkt (a)-ya isnad edilən cinayət təhqiqatı və cinayət işinin koordi-
nasiyası;