1 Willem F. van Eekelen



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə63/256
tarix23.01.2018
ölçüsü4,6 Mb.
#22119
1   ...   59   60   61   62   63   64   65   66   ...   256

 

139


havizə funksyalarını öz üzərinə götürməsi(gömrük və immiqrasiya xid-

mətləri). 

•  Hüquq mühavizə və kəşfiyyat orqanlarının müşahidə qabiliyyətlə-

rinin genişləndirilməsi,xüsusilə telekommunikasiya xətləri üzərində. 

•  Trans-nasional  əməkdaşlığın gücləndirilməsi, o cümlədən, təkcə 

informasiya paylaşması yox və həmçinin, öz ərazilərindən kənarda əməliy-

yatlar (məsələn, başqa ölkələrdəki terror şübhəlilərinin MKİ agentləri tərə-

findən apardıqları sorğulamalar). 

 

Avropa Birliyində Polis Əməkdaşlığı 

 

Avropalıların üstünlük verdiyi əməkdaşlıq halqası Europoldur. Təşkilatın ixti-

yarında daha çox resurslar var və Avropanın hüquq-mühavizə  orqanlarının( bir 

çox kəşfiyyat) genişlənmiş əməkdaşlığını əhatə etmək üçün İnterpoldan daha yaxşı 

avadanlıqla təmin olunmuşdur. AB-nin “üçüncü sütunu”-nun hissəsi kimi, Europol-

un əsas işi transnasional mütəşəkkil cinayət və beynəlxalq terrorizmin qarşısını al-

maq və mübarizə aparmaq məqsədləri üçün polis əməkdaşlığından ibarətdir. 1995- 

ci ildə qəbul olunan Europol konvensiyasının ( 1999- cu ildə qüvvəyə mindi) aşağı-

dakı funksiyaları sadalanır: milli kriminal təhqiqatlarını və təhlükəsizlik orqanlarını 

dəstəkləmək; məlumat bazaları yaratmaq; informasiyanın mərkəzləşmiş analizi və 

qiymətləndirilməsi; milli önləyici proqramların  müqayisəsi və analizi; təkmilləş-

miş  təlim,tədqiqat, məhkəmə  işləri və kriminal uçot şöbələri ilə bağlı  tədbirlər. 

Konvensiyanın mətni Europol-a hər hansı bir hüquq mühavizə tapşırıqları yerinə 

yetirməyə icraedici səlahiyyətlər vermir. 

Lakin son illərdə,AB üzv ölkələri Europol-un hüquqi, maliyyə və texniki resur-

slarını və onun səlahiyyətlərini artırmağa çalışırlar. 2001 –ci ildə onun büdcəsi fak-

tiki olaraq 50 faiz artırıldı. Bundan az əhəmiyyətli olmayan hadisə, təşkilata əmə-

liyyat səlahiyyətləri vermək üçün Europol Konvensiyası yenidən yazıldı. Bu ikitə-

rəfli və çoxtərəfli informasiya mübadiləsi üzrə  ən geniş hesablama palatasıdır və 

mərkəzi AB kəşfiyyat məlumat bazasına ev sahibliyi edir. O,sadəcə koordinaasiya 

edən struktur olmaqdan çıxır və birgə sorğularda iştirak edərək, hətta üzv ölkələrdə 

cinayət axtarışı təşəbbüslərinə kömək edəcək.Toparlasaq, AB üzvləri ölkələri Euro-

pol-u getdikcə gücə çevirirlər və ümumi iş üçün güclü stimul və mütəşəkkil cinayət 

və terrorizmlə bağlı hesabat prosedurları təmin edirlər. Hüquq mühavizə orqanları-

nın və kəşfiyyatın “Avropalaşması” ilə bağlı digər son dəyişiklik AB üzv ölkələri-

nin arasında  birgə həbs orderinin təsis edilməsi, terrorizmin vahid tərifi və terrorist 

təşkilatlarının vahid siyahısının hazırlanmasıdır. Həmçinin, planlar var ki, Avropa 

hökümətlərinin, məlumat bazalarında saxlanılan  şəxsi elektronik informasiyalara 

çıxış əldə etmək imkanında olsun. 



 

140


Lakin,Europol üzərində hələ ki, çox az siyasi nəzarət  vardır və onun işinə müs-

təqil baxış isə yox dərəcəsindədir. Avropa Parlamenti qərar vermə prosesinin kə-

narlarında durur. Avropa Birliyinin Şurası belə təkliflə çıxış edib ki, gələcəkdə Eu-

ropol Konvensiyasına ediləcək bütün düzəlişlər üzv ölkə parlamentlərinin ratifika-

siyasından keçməməlidir və ancaq Nazirlər Kabinetinin yekdil razılığı ilə  qəbul 

edilməlidir. Belə olduğu halda, Europol-a zəruri çeviklik verilə bilər, lakin yenə də 

beynəlxalq polis fəaliyyətləri kimi incə  məsələlər üzərində demokratik nəzarət 

problemi həll edilmir. 

Avropa Konstitusiyası cinayət işlərində hüquqi əməkdaşlığı  ən azı konseptual 

baxımdan bir addım irəli kimi qəbul etmişdir. Praktikada isə qeyri –rəsmi ikitərəfli 

əlaqələri çoxtərəfli informasiya mərkəzindən üstün tutan polis orqanları üçün bu 

çətin məsələ olaraq qalır və onlar həbs, cinayət axtarışı  və  dəlillər baxımından 

müxtəlif ölkələrin ənənələrini misal gətirirlər. Buna baxmayaraq,sərhədlər boyu ci-

nayətlərin artması beynəlxalq  şəbəkələrə qarşı addımlar atmaq üçün sürətli infor-

masiya sistemlərini və birgə addımları zəruri edir. Bu zərurət aydın olduqca, o da 

ölkənin təhlükəsizlik sektorunda islahatlara getməsinə aparacaqdır. Bu sadəcə mül-

ki-hərbi münasibətlər məsələsi deyil, həm də prokurorluğu, gömrük işçilərini və 

sərhəd nəzarətçilərini polisdən və ordudan ayiran divarın yıxılmasına gətirəcəkdir. 

Əslində, terrorizmin və mütəşəkkil cinayətin yeni təhlükələri,daha sıx əməkdaşlıq 

və daha geniş şəffaflığın xeyrinə təsir edəcəkdir. 

AB hüquqi əməkdaşlığının əsas prinsipləri hökmlərin və hüquqi qərarların qar-

şılıqlı tanınması və həmçinin spesifik sahələrdə “ ölkələrarası miqyaslı xüsusi ağır 

cinayətlərlə”  bağlı qanunların və təlimatların bir-birinə yaxınlaşdırılmasıdır. Kon-

stitusiyanın III-172 Maddəsi onları aşağıdakı kimi siyahılaşdırır: terrorçuluq, insan 

alveri və qadınların və uşaqların cinsi istismarı, qanunsuz narkotik qaçaqmalçılığı, 

qanunsuz silah daşınması,çirkli pulların dövriyyəsi,korrupsiya, ödəmə vasitələrinin 

saxtalaşdırılması,kompyuter cinayəti və mütəşəkkil cinayət. Qeyd etmək lazımdır 

ki, mütəşəkkil cinayətə jarqonla isnad edilmir və ağır cinayətin daha da üstün təri-

findən istifadə olunur. 

Europoldan sonra, AB-i  ağır cinayətlərlə bağlı milli cinayət axtarış və proku-

rorluq orqanları arasında koordinasiya və əməkdaşlığı gücləndirmək üçün iki və ya 

üç Üzv Ölkəni əhatə edən Eurojust təsis etdi. Avropa qanunları Eurojust-ın struktu-

ru,əməliyyatları,fəaliyyət sahəsi və tapşırıqlarını müəyyən etməlidir. AB Konstitu-

siyasının III-174 Maddəsinə görə bu tapşırıqlar aşağıdakılardır: 

 

•  Birliyin maliyyə maraqlarına zərbə vuran pozuntularla bağlı cina-



yət axtarışı  təşəbbüsü,həmçinin qanuni milli orqanlar tərəfindən aparılan 

cinayət işinin təşəbbüsündə olmaq

•  Punkt (a)-ya isnad edilən cinayət təhqiqatı və cinayət işinin koordi-

nasiyası; 




Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə