1 Willem F. van Eekelen



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə60/256
tarix23.01.2018
ölçüsü4,6 Mb.
#22119
1   ...   56   57   58   59   60   61   62   63   ...   256

 

133


olmadığı halda– o zaman, inkişaf etmiş ölkələrdə yaxşı idarəçiliyin işarəsi sayılan- 

hərbi fəaliyyət üzərində geniş cəmiyyət nəzarəti haqqında danışmağa dəyməz.  

Sonda, “mülki-hərbi münasibətlər” hərbi və geniş cəmiyyət arasında münasibət-

ləri əhatə edir və ya əhatə etməlidir. Orduya çağırış və hərbi qulluqdan mülki qullu-

ğa keçmə, hərbi təhsilin təşkil edilməsi,silahli qüvvələrə xalqın münasibəti- bütün 

bunlar və digər çoxlu amillər ordunun cəmiyyətə  nə  qədər inteqrasiya olduğunu 

müəyyyən  edir və ya o “dövlət içində dövlət” kimi təsirli qalır. Şübhəsiz, birinci 

hal ikinciyə qarşı üstünluk təşkil edir. 

AB-i və NATO-da hakim olan düşüncəni ifadə edən mülki-hərbi münasibətlərin 

yaxşı təcrübəsi haqqında ümumi baxış aşağıdakı kimidir: 

 

•  Konstitusiyada və ya dövlət qanununda öz əksini tapmış  səkildə 



Dövlət Başçısı,Baş Nazir və güc nazirlikləri arasında səlahiyyətlərin dəqiq 

bölünməsi və ordunun nəzarəti üçün rolların və məsuliyyətlərin birqiymətli 

olaraq müəyyənləşdirilməsi(o cümlədən, silahlı qüvvələrin statusu və hü-

quqları, gündəlik işləri kimin icra etməsi, kimin böhranlı hallarda fövqala-

də səlahiyyətlərinin olması və kimin müharibə elan etmə səlahiyyəti); 

•  Dinc zamanda hökümət tərəfindən müdafiə nazirliyi vasitəsilə Baş 

Qərargahın və komandanların yönləndirilməsi və  həmin nazirliyin silahlı 

qüvvələrin tam sayı,forması,avadanlığı və yerləşdirilməsi ilə bağlı həlledici 

secimlərə məsul olması(və son söz sahibi olan məsul mülki şəxslərlə).  

•  Müdafiə təşkilatını legitimlik və xalq dəstəyi ilə təmin etmək üçün təsir-

li qanunverici nəzarət –istisna olmasa da, əsasən “pul kisəsinin gücü ilə”- (a) 

səhti baxışdan və icra orqanının təklifini aşağı-yuxarı avtomatik qəbul etməkdən 

uzağa gedir,(b)  komitələr vasitəsilə müxalifət partiyaları ilə  əlaqəyə girir, (c) 

məlumatlı parlament işçiləri və kənar təcrübələrlə  dəstəklənir; 

•  Analitikləri, alimləri,maraqli tərəfləri, fəal və öyrənmək istəyən 

media və digər vətəndaş  cəmiyyətləri orqanları daxil olmaqla maksimum 

şəffaflıq və açıqlıqla seçilmiş nümayəndələrin nəzarətini tamamlayır; və 

sonuncu və axırıncı olmayan, 

•  Silahlı qüvvələr üzərində mülki və demokratik hakimiyətin və  hərbi 

şəxsi heyətin mülki rəhbərlik qarşısında cavabdeh olması və onların özünün də 

qanunverici orqana bütövlükdə cavabdeh olması haqqında ümumixalq qavrayışı. 

 

Son bəndin güzgü kimi əksi o deməkdir ki,əlbəttə, xalq inanır ki, formada olan 



hərbçilərin ictimai həyatda öz sahələrindən başqa heç bir xüsusi “səsləri” yoxdur.  

Bu sahənin daxilində ordunun peşəkar təcrübəsi tanınmalı və onların siyasi məslə-

hətlərinə hörmət edilməlidir.  

 



 

134


Ordunun Dəyişən Rolları 

 

Yuqoslaviyanın dağılmasının təsiri altında və etnik və dini münaqişənin qal-

xması ilə ordunun rolu dəyişdi və uyğun olaraq ordunun hökümətlə münasibətləri 

də dəyişdi. Bu yeni fenomen həm yeni, həm də yaşlı demokratik ölkələrə təsir et-

mişdir. Soyuq Müharibə ərzində, ordu öz ölkəsinin və ittifaqda olduğu müttəfiq öl-

kələrin  ərazi bütövlüyü və    müstəqilliyini qorumaq funksiyasını daşıyırdı. Döyüş 

başladığı zaman hərbi əməliyyatlar mülki hakimiyyətin çüzi müdaxiləsi ilə aparıl-

malıydı. Daha çox hücum əməliyyatlarının başladılması və ya nüvə silahından isti-

fadə kimi  “yanğına qarşı partlayış” döyüş qaydası formalaşdırılmışdır. Bütün bun-

lar, ordunun xaricdə sülhün və sabitliyin bərpası kimi yeni missiya alması ilə dəyiş-

di. Soyuq Müharibə bitməzdən öncə onlar sülhməramlı əməliyyatlara qoşulmuşdu-

lar, lakin bu missiyalar ancaq tərəflərin razılığı ilə və onlar atəşkəs imzaladıqda və 

ona riayət etdikləri şərtlərdə aparılırdı.  

1989- cu ildən sonra, sülhü təmin etmə, mülki-hərbi münasibətlərə  dərin təsir 

edən  yeni bir məsələyə çevrildi.   Birincisi,hərbi peşə təhlükəli bir işə çevrildi. So-

yuq Müharbə zamanı, Qərb və Şərq arasındakı birbaşa qarşıdurma zamanı, heç bir 

güllə də atılmadı və nüfuz üzərində mübarizə üçüncü dünyada aparılırdı.  İkincisi, 

legitimliyin yeni məsələləri qaldırıldı. Müdaxilə necə əsaslandırıla bilər? O siyasət-

çilər üçün bir problem idi. Orduya gəlincə, onlar, ənənəvi peşəkar qabiliyyətlərin-

dən doğan təcrübələrini çox funksiyalı təcrübələrə genişləndirməli idi. Onlar yerli 

hakimiyyətlərlə danışıqlar aparmalı,etnik qruplar arasında vasitəçilik etməli, yeni-

dən qurulma işlərində kömək etməli və münaqişədən sonrakı birləşmə dövründə sa-

bitlik yaratmaq üçün insanların ürəklərini qazanmalıdırlar. Qustav Danikerin sözlə-

ri ilə desək,yeni ordu,döyüşçü olmaqdan insanları normal həyata qaytaran “gözətçi 

əsgər”-ə dəyişməlidir. 

Fərdi əsgər üçün,sülhə dəstək əməliyyatları başqa cəhətlərə görə ölkə müdafiəsin-

dən fərqlidir. Bu əməliyyatlar, bir qayda olaraq zorakılıq spektrumunun  aşağı hissəsinə 

məxsusdur, lakin üsyançı qüvvələrin, terrorçuların və ya vətəndaşların etirazı ilə şiddət-

lənə bilər. Buna baxmayaraq, həmişə minimum güc işlədilməsinə və cəmiyyətin nor-

mal işinə imkan verən şərtlərin bərpa edilməsinə  diqqət yetiriləcəkdir. Bu əsgərin şəxsi 

bacarıqlarına da  təsir edəcək, təkcə qeyri-hərbi təcrübələrinə deyil, həm də onun peşə-

kar davranışına təsir edəcəkdir. O daha kiçik birliklərdə, bəzən izolə edilmiş yerlərdə, 

çox vaxt da çoxmillətli birliklərdə çalışır. Nəticədə, onun komandirləri ilə əlaqədə ol-

duğu bütün müasir rabitə vasitələrinə baxmayaraq onun fəaliyyət sərbəstliyi artır və 

onun fərdi imkanları başlıca mövqe qazanır. 

Peşəkar  əsgərin rolunun artması müəyyən mənada çağırışın ləğv edilməsinin   

yaratdığı mənfi təsiri heç olmasa onu (artan surətdə qadınları da) cəmiyyətə möh-

kəm bağlamaqla kompensasiya edir. Sosioloji baxımdan,çağırış müxtəlif səviyyəli 




Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə