10 Азярбайъан ширкятляри цчцн Ишгцзар Етика Кодексляри



Yüklə 483,73 Kb.
səhifə8/10
tarix14.04.2018
ölçüsü483,73 Kb.
#38519
növüКодекс
1   2   3   4   5   6   7   8   9   10

Düzgünlük


Şirkət xidmət sferasına və kompetensiyasına uyğun xidmətlər təklif edir. Bu zaman müştərilər qarşısında öhdəliklərə məsuliyyətlə yanaşır. Eyni zamanda şirkət daima təklif etdiyi xidmətləri imkan və bacarıqlarna uyğun olaraq reklam edir.

Yerli və beynəlxalq standartlara uyğun konsaltinq xidmətləri göstərmək

Şirkət respuklanın müvafiq qanunvericiliyi və konsaltinq xidməti sahəsində təsbit olunmuş standartlar çərçivəsində fəaliyyət göstərir. Bu xüsusən şirkətin audit xidmətləri sferasına aiddir. Şirkət, Azərbaycan Respublikasının Auditorlar Palatasnın lisenziyası və beynəlxalq audit qurumunun standartları əsasında və audit xidməti göstərilməsi üzrə Azərbaycan Respublikasının Auditorlar Palatası Şurasının AS1ÜS 051\070-2001şifrəli, 2001-ci il 26 dekabr tarixli 88\2 saylı qərarı ilə təsdiq olunmuş, Auditorların Peşə Etikası Məcəlləsində təsbit olunmuş müddəaları çərçivəsində fəaliyyət göstərir.



Məxfilik prinsiplərinə əməl etmək

Şirkət öz müştərilərinin, işçilərinin və biznes münasibətində olduğu bütün tərəfdaşlarının konfidensial və özəl məlumatlarına hörmətlə yanaşır. Şirkət apardığı tədqiqatlar, audit yoxlamaları, analitik təhlillər, biznes məsləhətləri və digər konsaltinq xidmətləri zamanı məxfilik prinsiplərinə əməl edir və müvafiq qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, bu məlumtların üçüncü tərəfə ötürülməsini qadağan edir.



Əməkdaşlarımız

AGN MAK şirkətində öz işini professional səviyyədə bilən əməkdaşlar və ekspertlər fəaliyyət göstərir. Hər bir əməkdaş konsaltinq xidmətinin göstərilməsində peşə bacarığına xas olan peşəkarlıq, düzgünlük, səriştəlilik, səmimiyyət və obyektivlik kimi dəyərləri bölüşür. Bu dəyərlər xidmətlərimizi daha yüksək səviyyədə yerinə yetirməyə və şirktəin müsbət reputasiya qazanmasına kömək edir.


AGN MAK şirkətinin gücü həmçinin əməkdaşların bir komanda şəklində işləməsi və götürdüyü öhdəliklərə məsuliyyətlə yanaşmasıdır. Bu baxımdan AGN MAK şirkəti hər bir əməkdaşından, ilk növbədə öz həmkarlarına münasibətdə səmimi olmağı, kollektivin dəyərli üzvü olaraq məhsuldar iş mühitini yaratmağı tələb edir. Eyni zamanda rəhbərlik, ilk növbədə kollektivdə baş verə biləcək arzuolunmaz halların vaxtında qarşısını almağı öz öhdəsinə götürərək əməkdaşların aşağıdakı hüquqlarını təmin edir:


  • Hər bir əməkdaşın şəxsiyyətinə hörmətlə yanaşmaq, tutduğu vəsifəsindən, mövqeyindən və ya qohumluq əlaqəsindən asılı olmayaraq onu yalnız biliyi, peşəkarlığı, işə və həmkarlarına olan düzgün münasibətinə görə qiymətləndirmək.

  • Hər bir əməkdaşın dini mənsubiyyətinə, milliyətinə, etnik - mədəni mənşəyinə hörmətlə yanaşmaq və bu zəmində ayrıseçkilik hallarının qarşısını almaq.

  • Hər bir əməkdaşın özəl və ailə həyatına hörmətlə yanaşmaq.

  • Hər bir əməkdaşın daima professional təcrübə və bilikləriniн artırılması işini təmin etmək və bu istiqamətdə treninq proqramlarını dəstəkləmək.

  • Hər bir əməkdaş üçün təhlükəsiz, rahat iş şəraiti yaratmaq və onların sağlamlığının qayğısına qalmaq.

Bununla belə, əməkdaşlarımızı Etik Məcəllədə əks olunmuş qaydalara və qərarlara hörmətlə yanaşmağa çağırırıq:




          • Müxtəlif biznes xarakterli görüşlərdə şirkətin maraqlarından çıxış edərək müqavilə və istənilən növ sənədlərin müzakirəsində və qəbulunda şirkətin siyasətini və prinsiplərini üstün tutmaq.

          • Müxtəlif biznes xarakterli görüşlərdə və münasibətlərdə şirkətin imicinə xələl gətirə biləcək əməllərdən çəkinmək. Belə tədbirlərdə yalnız AGN MAK şirkəti adından çıxış etməklə, şəxsi mülahizələrə və mövqeyə yol verməmək.

          • Tərəfdaşlarla münasibətdə və kollektivdə şirkətin professional konsaltinq xidmətləri standartlarını və prinsiplərini üstün tutmaq.

          • Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.

          • Təşkilatın daxili nizam-intizam qaydalarına riayət etmək.



Müştərİlərə münasİbət

AGN MAK şirkətinin təcrübəsi göstərir ki, müştərilər xidmətlərimizin keyfiyyətinə, professionallığına və sərfəli qiymət siyasətinə görə bizimlə uzunmüddətli biznes əlaqələri qururlar. AGN MAK şirkətinin hər bir əməkdaşı müştərilərə münasibətdə bu dəyərləri üstün tutmalı və gündəlik işgüzar münasibətlərdə aşağıdakı prinsiplərə riayət etməlidir:

Müştərinin etibarını qazanmaq

Müştərilərin etibarının qazanılması xidmətlərimizin və fəaliyyətimizin professional səviyyədə görülməsindən və təqdim etdiyimiz məlumatların nə qədər düzgün olmasından asıldır.



Müştərilərə qayğı ilə yanaşmaq

AGN MAK şirkəti müştərilərin ehtiyaclarına və tələblərinə uyğun olaraq konsaltinq xidməti göstərir. Hər bir müştərinin probleminə və ehtiyacına spesifik yanaşır, bu problemi tam dəqiqliklə anlamağa və düzgün məsləhət verməyə çalışır. Bununla belə şirkət özünün professional konsaltinq standartlarına uyğun olmayan və ya bu standartlara kölgə sala biləcək əməllərdən uzaqdır. Biz müştərilərmizə bəzən, onların eşitmək arzusunda olduğunu deyil, həqiqəti deyirik və mövcud problemdən çxış yolunu təklif edirik.



Müştərilərə düzgün, ədalətli və qərəzsiz münasibət bəsləmək.

AGN MAK, statusundan asılı olmayaraq hər bir müştəriyə düzgün, ədalətli və qərəzsiz münasibət bəsləyir və bu sahədə ayrıseçkilik hallarına yol vermir.



Müştərilər qarşısında öhdəlikləri vaxtında yerinə yetirmək.

Şirkət müştərilər qarşısında götürdüyü öhdəliklərə hörmətlə yanaşır və işin keyfiyyətlə və razılaşdırılmış vaxtda görülməsinə zəmanət verir.



Xidmət və məhsullarımızın münasib qiymətlərinin tətbiqinə daima can atmaq

Şirkət konsaltinq xidmətləri göstərərkən işin dəyərinə və müştərilərin məntiqi gözləntilərinə uyğun olaraq ədalətli və münasib qiymətlər təyin edir. Konsaltinq xidmətinin sahəsi genişləndikdə və iş yükü artdıqda şirkət müştərilərə xidmətin dəyərinin artması haqqında qabaqcadan məlumat verir.


Bİznesdə ədalətlİ rəqabət

AGN MAK şirkəti biznes münasibətlərində haqsız rəqabətə şərait yaradan bütün halları pisləyir və öz rəqibləri ilə yalnız sağlam rəqabət aparır. AGN MAK şirkəti sağlam rəqabət dedikdə aşağıdakı prinsipləri nəzərdə tutur:

  1. Rəqiblərə hörmətlə yaşanşmaq - bu zaman yalnız göstərilən xidmətin keyfiyyətinə və professionallığına görə rəqiblərdən üstün olmaq.

  2. Rəqiblər haqqında əsassız və yalan məlumatlar yaymamaq. Rəqiblərin konfidensial məlumatlarına - intelektual mülkiyyətinə hörmətlə yanaşmaqla, qarşılıqlı hörmət və səmimiyyəti qoruyub saxlamaq.

  3. Rəqiblərlə münasibətdə qeyri-qanuni hallara və haqsız rəqabətə yol verən əməllərdən çəkinmək.

  4. Cəmiyyət, müştərilər və professional maraqdan çıxış edərək rəqiblərlə yalnız qanun və peşəkar konsaltinq standartları çərçivəsində davranmaq.


Malİyyə və mühasİbat sənədlərİnİn İşlənməsi və qeydİyyatı prinsİplərİ
AGN MAK şirkəti illik maliyyə hesabatları haqqında açıq məlumat verir və şirkətin maliyyə durumu ilə bağlı illik müstəqil audit yoxlaması aparır. Şirkət, eyni zamanda maliyyə və mühasibat sənədlərini mövcud yerli və beynəlxalq standartlara uyğun apararaq onların düzgünlüyünə və dəqiqliyinə çalışır.

Maraqların münaqİşəsİ

Obyektivlik və müstəqillik bizim konsaltinq xidmətlərinin professionallığını və keyfiyyətini təmin edən ən zəruri vasitədir. Konsaltinq xidmətlərimizdə obyektivliyin və müstəqilliyin pozulması potensial maraqların münaqişəsinə səbəb ola və bu xidmətlərimizin keyfiyyətinə və düzgünlüyünə xələl gətirə bilər. Bu halların qarşısını almaq üçün hər bir AGN MAK əməkdaşı gündəlik iş prosesində istər öz həmkarları ilə, istərsə də müştərilərlə münasibətdə obyektiv və qərəzsiz mövqe tutmalı, ilk növbədə şirkətin professional konsaltinq standartlarına uyğun fəaliyyət göstrməli, еyni zamanda aşağıdakı neqativ halların rəhbərlik və kollektivdə maraqların münaqişəsinə səbəb olacağını və bu hallardan yan qaçmanın zəruriliyini dərk etməlidirlər:

    1. Məsləhətçinin peşə xidməti ilə bir araya sığmayan və onun düzgünlüyünə, obyektivliyinə, müstəqilliyinə və ya şirkətin adına xələl gətirə bilən hər hansı başqa fəaliyyət növü ilə eyni zamanda məşğul olmaq.

    2. Konsaltinq xidmətlərinin göstərilməsində obyektivlik, müstəqillik və düzgünlüyü şübhə altına salmaqla şəxsi maraqları üstün tutmaq.

    3. Konsaltinq xidmətləri göstərərkən müştərilər və ya şirkətlə biznes əlaqəsi olan istənilən şəxslərdən və ya qurumlardan qeyri-qanuni ödənişlərin, dəyəri böyük olan hədiyyələrin və rüşvətin qəbul edilməsi və ya verilməsi. Bu hal məsləhətçinin gəldiyi qənaətə, onun obyektivliyinə və müstəqil qərar verməsinə təsir və təzyiq kimi dəyərləndirilir.

    4. Vəzifədən sui-istifadə, təşkilatın mülkiyyəti, avadanlığı, kommersiya maraqları, o cümlədən maliyyə resurslarından öz şəxsi məqsədləri üçün istifadə etmək.

    5. Eyni zamanda rəqib şirkətdə işləmək və ya əməkdaşlıq etmək.

    6. Rəqib şirkətdə birbaşa və ya dolayısı ilə hər hansı bir marağa malik olmaq, məsələn, maliyyə, səhm payına və.s.

    7. Şirkət tərəfindən müəyyən edilmiş və şirkətin intellektual mülkiyyəti olan konfidensial məlumatların şəxsi məqsədlər üçün və ya üçüncü tərəfə ötürmək məqsədilə açıqlanması.

    8. Təşkilatın davranış (nizam-intizam) qaydalarını pozmaq.

    9. İş vaxtı hər hansı bir formada siyasi fəaliyyətlə məşqul olmaq. AGN MAK şirkətinin siyasi proseslərdə iştirakı ölkə qanunvericiliyi və dövlət siyasətində əks olunmuş müddəalarla tənzimlənir.

    10. Azərbaycan Pespublikası Əmək Məcəlləsində təsbit olunmuş maddələri və digər qanunları kobudçasına pozmaq.




Yüklə 483,73 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə