10 Азярбайъан ширкятляри цчцн Ишгцзар Етика Кодексляри



Yüklə 483,73 Kb.
səhifə10/10
tarix14.04.2018
ölçüsü483,73 Kb.
#38519
növüКодекс
1   2   3   4   5   6   7   8   9   10

Rəhim Hüseynov


Direktor

Bİzİm MİSSİYA
İqtisadi İslahatlar Mərkəzinin missiyası dövlət müstəqilliyi və bazar münasibətlərinə keçid şəraitində ölkənin iqtisadi inkişaf siyasətinin elmi əsaslarının hazırlanmasından, sosial-iqtisadi inkişafın proqnozlaşdırılmasından, mütərəqqi dünya təcrübəsi nəzərə alınmaqla iqtisadi islahatların strateji istiqamətlərinin və həyata keçirilməsinin taktiki yollarının müəyyənləşdirilməsindən, beynəlxalq iqtisadi və maliyyə təşkilatları ilə əməkdaşlığın genişləndirilməsinin və ölkənin iqtisadi təhlükəsizliyinin təmin olunmasının elmi əsaslarının işlənilməsindən ibarətdir.

Kodeksin müddəaları

İqtisadi İslahatlar Mərkəzi olaraq bizim ən ümdə qazançımız sağlam kollektivimiz və ətrafımızda bir amal uğrunda birləşdirdiyimiz insanlardır.


Vətənpərvərlik, keyfiyyət, peşəkarlıq, halallıq, novatorluq və komanda ruhu İqtisadi İslahatlar Mərkəzinin əsas də yərlərini təşkil edir. Bu dəyərlər bizə fəaliyyətimizi yüksək keyfiyətlə yerinə yetirməyə və müsbət reputasiya qazanmağa kömək edir. Hər bir əməkdaş öz davranışı və işə düzgün münasibəti ilə bu dəyərlərin qorunmasına öz töhvəsini verir.
Bu baxımdan təşkilat öz tərəfdaşları ilə münasibətləri aşağıdaki prinsiplər və öhdəliklər əsasında qurur:

1. Əməkdaşlara münasиbət


İqtisadi İslahatlar Mərkəzi öz nailiyyətlərini əməkdaşlarının gərgin zəhməti nətiçəsində əldə edildiyini qəbul edir və bunu yüksək qiymətləndirir. Eyni zamanda əməkdaşlara münasibətdə aşağıdaki prinsipləri üstün tutur:

    1. Müxtəliflik – biz hər bir əməkdaşımızın dini mənsubiyyətinə milliyətinə, etnik - mədəni mənşəyinə hörmətlə yanaşır və bu zəmindən ayrıseçkilik hallarının yolmerilməz olduğunu qəbul edirik.

    2. Əməkdaşlara ədalətli münasibət – biz hər bir əməkdaşın şəxsiyyətinə hörmət bəsləyir, tutduğu vəsifəsindən, mövqeyindən və ya qohumluq əlaqəsindən asılı olmayaraq, onu yalnız peşəkarlığına, işə və digər əməkdaşlara olan düzgün münasibətinə əsasən qiymətləndiririk. Eyni zamanda biz kollektivimizin yaşlı əməkdaşlarına, xüsusən qayğı ilə yanaşır, onların cavan əməkdaşlara ötürdüyü dəyərli təcrübəni, bilik və bacarıqları yüksək qiymətləndiririk.

    3. Təhlükəsiz iş şəraiti və əməkdaşların sağlamlığının mühafizəsi – biz əməkdaşlarımız üçün təhlükəsiz, təmiz və rahat iş şəraiti yaradır və onların sağlam olmasını hər şeydən üstün tuturuq.

    4. Professional bilik və bacarıqlar – biz hər bir əməkdaşımızın daima fərdi professional bilik və bacarıqlarının artırılması, təkmilləşdirilməsi üçün böyuk səylər göstərir və bu istiqamətdə treninqləri, təkmilləşdirmə kurslarının təşkilini və digər təhsil proqramlarını dəstəkləyirik.

    5. İş şəraitində qeyri etik davranışlar – biz iş şəraitində qeyri etik davranışların istənilən formasını, o cümlədən təzyiq, təhqir, şit zarafatların yolverilməz olduğunu bəyan edirik.

2. Яməkdaşların öhdəlikləri
Biz ümid edirik ki, əməkdaşlarımız etik kodeksdə əks olunmuş qaydalara və qərarlara hörmətlə yanaşaсaq, eyni zamanda aşağıdakı prinsipləri öz fəaliyyətlərində rəhbər tutacaqlar:

    1. Təşkilatin maraqlarından çıxış edərək, təşkilatın siyasətini və prinsiplərini üstün tutmaq;

    2. Tərəfdaşlarla münasibətdə və kollektivdə düzgünlük, cavabdehlik, halallıq, hörmət, səmimilik, ədalət prinsiplərini üstün tutmaq.

    3. Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.

    4. Təşkilatın daxili nizam-intizam qaydalarına riayət etmək.

    5. Təşkilatın reputasiyasina xələl gətirən əməllərdən çəkinmək (həmçinin bax: maraqların münaqişəsi ilə bağlı müddəalara)



3. Tərəfdaşlara münasibət



İİM tərəfdaşlar qarşısında aşağıdakı öhdəlikləri götürür.

    1. Tərəfdaşlara ədalətli, qərəzsiz və bərabər münasibət bəsləmək.

    2. Tərəfdaşların qarşısında öhdəlikləri vaxtında və məsuliyyətlə yerinə yetirmək.

    3. Tərəfdaşlara münasibətdə özünə hörmət və qarşılıqlı tələbkarlığı təmin etmək.

    4. Tərəfdaşların gəlir əldə etmək hüququna hörmətlə yanaşmaq.

    5. Uzun müddətli tərəfdaşlıq əlaqələrinin qurulmasına səy göstərmək.

    6. Tərəfdaşlar tərəfindən verilən müxtəlif növ məlumatlara (statistik rəqəmlər, hesabatlar və s.) tənqidi və obyektiv yanaşmaq.



4. Müştərilərə münasibət

Bizim uğurumuz daima dəyişən və təkmilləşən dəyərli müştərilərimizin eytiyaclarını davamlı olaraq ödəməyimizdən asılıdır. Buna nail olmaq üçün biz müştərələrimiz qarşısında aşağıdakı öhdəlikləri götürürük:



    1. Müştərilərə daima peşakar səviyyədə və keyfiyyətlə xidmət göstərmək.

    2. Müştərilərə düzgün, ədalətli və qərəzsiz münasibət bəsləmək.

    3. Müştərilər qarşısında öhdəlikləri vaxtında yerinə yetirmək.

    4. Müştərilərdən alınan məlumatların məxfiliyinə hörmət bəsləmək və bunu təmin etmək.

    5. Xidmət və məhsullarımızın keyfiyyətinin daima təkmilləşdirilməsi və münasib qiymətlərin tətbiqinə daima can atmaq.


5. Rəqiblərə münаsibət

İqtisadi İslahatlar Mərkəzi öz rəqiblərinə hörmətlə və ədalətlə yanaşır, qeyri-saglam rəqabəti pisləyir. İİM, rəqiblərinə yalnız intellektual üstünlüyə nail olmaqla sağlam rəqabət prinsiplərinə sadiq olaçagını bəyan edir.




6. Cəmiyyət qarşısında öhdəlik

İqtisadi İslahatlar Mərkəzi xalqımızın dini, mədəni və tarixi dəyərlərinə hörmətlə yanaşır və ölkəmizin maraqlarını hər şeydən üstün tutur. İİM Azərbaycanın böyük gələcəyinə inanır və fəaliyyət göstərdiyi cəmiyyət qarşısında mənəvi və sosial məsuliyyət daşıyır. Eyni zamanda aşağıdaki prinsipləri qəbul edir.



    1. Təşkilat ölkə qanunvericiliyinə, onun konstitusiyasına və hökumətin qərarlarına, o cümlədən beynalxalq hüquq normalarına hörmətlə yanaşır və ikili standart siyasətini qəbul etmir.

    2. Təşkilat cəmiyyətdə yeni iş yerlərinin yaradılmasına təkan verir.

    3. Təşkilat iqtisadi siyəsətin “Beyin Mərkəzi” olaraq Azərbaycanın tərəqqisinə təkan verən və xalqın rifahına xidmət edən, sahəsindən asılı olmayaraq (iqtisadiyyat, elm, incəsənət, təhsil, mədəniyyət və s.) həyata keçirilən layihələri dəstəkləyir.

    4. Təşkilat cəmmiyyətdə aztəminatlı və həsas təbəqələri (ahıllar, əlillər, kimsəsiz uşaqlar, qacqın və məçburi köçkünlər) mənəvi dəstəkləyir və imkan daxilində köməklik göstərir.

7. Maraqların münaqişəsi
İqtisadi İslahatlar Mərkəzinin əməkdaşları iş prosesində öz həmkarları, təşkilatın tərəfdaşları və müştəriləri ilə münasibətdə ədalətli və qərəzsiz mövqe tutmalı, ilk növbədə təşkilatın maraqlarından irəli gələn addımlar atmalıdırl. Eyni zamanda aşağıdakı neqativ halların rəhbərlik və kollektivdə maraqların münaqişəsinə səbəb olacağını və bu hallardan yan qacmanın zəruriliyini dərk etməlidirlər:

    1. Vəzifədən sui-istifadə, təşkilatın mülkiyyəti, avadanlığı, kommersiya maraqları, o cümlədən maliyyə resurslarından öz şəxsi məqsədləri üçün istifadə.

    2. Eyni zamanda rəqib təşkilatda işləmək və ya onunla əməkdaşlıq etmək.

    3. Rəqib təşkalatda birbaşa və ya dolayısı ilə hər hansı bir marağa (məs.maliyyə, səhm) malik olmaq.

    4. Təşkilata məxsus olan konfidensial məlumatların şəxsi məqsədlər üçün və ya üçüncü tərəfə ötürmək məqsədilə acıqlanması.

    5. Tərəfdaşlar, müştərilər və ya təşkilatla biznes əlaqəsi olan istənilən şəxslərdən və ya qurumlardan hədiyyə və rüşvət qəbul edilməsi və ya verilməsi.

    6. Təşkilatın davranış (nizam-intizam) qaydalarını pozmaq (məs. səliqəsiz geyim və xarici görünüş, pintilik, iş vaxtı spirtli içkilərин qəbulu və digər uyuşduruçu maddələrin hякимн иъазасы олмадан qəbulu).

    7. İş vaxtı hər hansı bir formada siyasi fəaliyyətlə məşqul olmaq. İqtisadi İslahatlar Mərkəzinin siyasi proseslərdə iştirakı ölkə qanunvericiliyi və dövlət siyasətində əks olunmuş müddəalarla tənzimlənir.

    8. Azərbaycan Pespublikası Əmək Məcəlləsində təsbit olunmuş maddələri və digər qanunları kobudçasına pozmaq.


8. Kodeksin tətbiqi mexanizmi
Bu kodeksin müddəaları İqtisadi İslahatlar Mərkəzinin bütün əməkdaşları üçün icbari xarakter daşıyır və əməkdaşın vəzifəsindən və tutduğu mövqedən asılı olmayaraq hamıya şamil edilir. Bu kodeksin müddəalarını pozanlara qarşı aşağdakı inzibati tədbirlərin görülməsi zəruri hesab edilir:

  1. Kodeksin müddəasını pozan şəxsə 1-ci dəfə şifahi xəbərdarlıq edilsin.

  2. İkinci dəfə yazılı töhmət verilsin.

  3. Üçüncü dəfə maaşından müəyyən məbləğ çıxmaqla cərimə edilsin.

  4. İşdən çıxarılması ilə bağlı sonuncu dəfə ciddi xəbərdarlıq edilsin.

  5. İşdən çıxarılsın.

Bütün İİM əməkdaşlarından xahiş edilir ki, Kodeksin müddəaları ilə bağlı istənilən sualları və ya sual doğa biləcək istənilən halları işlədiyi şöbənin rəhbərliyinə yönəltsin və ətraflı məsləhət alsın. Eyni zamanda hər bir işçidən iş şəraitində baş verən qeyri-etik davranış hallarının, ilk növbədə işlədiyi şöbənin rəhbərliyinə və əgər bu hal birbaşa şöbə rəhbərliyi ilə bağlıdırsa və ya şöbə rəhbərliyi bu məsələni həll etmək iqtidarında deyilsə İİM rəhbərliyinə tam şəffav şəkildə və çəkinmədən çatdırılması xahiş edilir.


Mən İqtisadi İslahatlar Mərkəzinin Etika Kodeksinin müddəaları ilə tanış oldum və bu müddəaları qəbul edirəm.
Adı _____________________________________________________________________

Soyadı _____________________________________________________________________

Vəzifəsi _____________________________________________________________________

İmza ______________________________________Tarix__________________________


İrad və təkliflər

________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________




N. Tusİ Adına Gİmnazİyaнын етика Кодекси



Gimnaziyanın müdirinin müraciəti
1990-cı ildə yaradılmış təhsil müəssisəmiz respublikada ilk özəl məktəbdir. Biz bu məktəbə müəllim heyətini seçərkən çalışırdıq ki, şərəfli müəllim adına layiq olan, pedaqoji fəaliyyətində novator ideyalarla seçilən və şagirdlərin inamını və məhəbbətini qazana bilən müəllimləri işə dəvət edək.
Həyat daima hərəkətdədir. Ölkəmiz demokratik cəmiyyət quruculuğu istiqamətində irəliləyir. Əvvəlki dəyərlər, əsasən deklarativ xarakter daşıdığından və kommunist ideologiyasını əks etdirdiyindən öz əhəmiyyətini itirmişdir. Artıq müasir dövrdə bu dəyərlər yenidən nəzərdən keçirilir. Bu baxımdan biz, bu sənəd üzərində işləyərkən düşünürdük ki, elə bir sənəd hazırlayaq ki, o əməkdaşlarımızın etik davranışının, bir növ etalonuna çevrilsin.
Bu etika kodeksi müəllim kollektivinin və məktəb rəhbərlyinin iştirakı və arzuları nəzərə alınaraq hazırlanmışdır. Bu kodeks özlüyündə unikal bir sənəddir. Çünki, indiyəcən ölkədə müəllimlərin davranışını tənzimləyən sənəd olmamışdır. Ümid etmək istərdik ki, bizim təcrübəmizi digər təhsil müəssisələri də davam etdirəcəklər. İnanırıq ki, gənc nəslin tərbiyəsi kimi nəcib bir işdə bu kodeks bizim bələdçimiz olacaq.

Südabə Manafova

məktəb müdiri
Bizim missiya və məqsədlər
Daima özünü təkmilləşdirməklə, müəllimin bilik ehtiyatını artrmaqla və müasir tədris metodlarını tətbiq etməklə biz, şagirdlərimizə yaxşı təhsil verməyə səy göstəririk. Bu missiya gimnaziyamızı digər təhsil müəssisələrindən fərqləndirir və bizə müvəffəqiyyət qazanmağa kömək edir.
Missiyadan irəli gələrək bizim məqsədlərimiz aşağıdakılardır:


  • Şagirdlərimizə ən müasir biliklər vermək;

  • Onlarda vətənpərvərlik hissi aşılamaq;

  • Şagirdlərimizdə əməllərinə görə məsuliyyət və öz gücünə əminlik hissini tərbiyyə etmək;

  • Demokratik cəmiyyətin tələblərinə cavab verən hərtərəfli inkişaf etmiş şəxsiyyət yetişdirmək.


Bizim dəyərlər
Zamanın nəbzinə və ölkəmizin mənəvi dayaqlarına söykənən dəyərlərimiz aşağıdakılardır:

  • professional zəmində daima inkişaf;

  • ləyaqət;

  • düzgünlük;

  • işə vicdanlı yanaşmaq;

  • dözümlülük;

  • özünü tənqid;

  • məsuliyyət.



Кодексин мцддяалары



1.A. Şagirdlər qarşısında öhdəliklərimiz
Bütün dövrlərdə müəllim şəxsiyyətinə xüsusi ehtiram bəslənilmişdir. Azərbaycanda “müəllim” sözü xüsusi hörmətə malikdir. Bu sözü nəinki müəllimlərə, həmçinin müraciət mənasında təcrübəli və hörmətli insanlara şamil edirlər. Müasir dövrümüzdə müəllimlərin öhdəsinə xüsusi məsuliyyət düşür. Hesab edirik ki, müəllimlərimiz aşağıdakı keyfiyyətlərə malik olmalıdırlar:


  • Öz işini peşəkarcasına bilmək:

  • öz fənnini yaxşı bilmək və bu fənni maraq və sevgi ilə şagirdlərə aşılamaq;

  • imkan daxilində əlavə vaxt taparaq mənimsəmədə geri qalan şagirdlərlə işləmək;

  • şagirdlərdə fənnə maraq oyatmaq.




  • Gözəl tərbiyəçi olmaq:

  • şagirdlərdə düzgünlük, biliyə həvəs, insanpərvərlik, yaşlılara hörmət hisslərini aşılamaq;

  • şagirdlərdə vətəndaşlıq borcu hissini aşılamaq;

  • şagirdləri ölkələrinin fəal vətəndaşları olmağa inandırmaq, onlara konstitusyon hüquq və məsuliyyətlərini izah etmək, vətən sevgisi və qanun pozuntularına biganə qalmamağı aşılamaq;

  • şagirdlərdə, inandırıcı dəlillər gətirməklə çəkinmədən öz nöqteyi nəzərini müdafiə etmək bacarığını tərbiyə etmək;

  • şagirdlərdə insan dəyərlərinin, dini etiqadların və həyat tərzinin rəngarəngliyinə hörmət hissini aşılamaq.




  • Vicdanlı olmaq:

  • şagirdlər tərəfindən verilən çoxsaylı suallara cavab verməyə çalışmaq;

  • tədris dövründə ahəngdar iş mühitini yaratmağa can atmaq;

  • imkan daxilində bilikləri sayca daha çox şagirdlərə aşılamaq və bu zaman yalnız əlaçı uşaqlara dərs deməklə kifayətlənməmək;

  • hər bir şagirdin fərdi bacarıqlarını inkişaf etdirməyə səy göstərmək. Uşaqlara diqqətli münasibət hər bir şagirddə olan istedadı müşahidə etməyə və onu aşkar etməyə kömək edir.



  • Demokratik olmaq:

  • öz biliklərini mütləq həqiqət kimi hesab etməmək;

  • bütün şagirdlərin, hətta mənimsəmədə geri qalaniarın belə mülahizələrinə diqqətlə qulaq asmaq və imkan daxilində şagirdlərin qeyri-adi fikirlərini qeyd etmək.




  • Ayrıseçkilik hallarına yol verməmək:

  • şagirdlərin və ya onların valideynnlərinin mənşəyindən, milliyətindən, irqi, dini və ya partiya mənsubiyyətindən asılı olmayaraq bütün şagirdlərə bərabər münasibət bəsləmək.




  • Şagirdlərə hörmət bəsləmək

  • şagirdlərə hörmət bəsləmək və onlarda şəxsi ləyaqət hissini inkişaf etdirmək;

  • şagirdlərdə başqalarının fikirlərinə və hisslərinə hörmətlə yanaşmağı aşılamaq;

  • şagirdlərə öz fikirlərini zorla digərlərinə qəbul etdirməməyi inandırmağa çalışmaq.



  • Uşaqlara mənəvi dəyərləri aşılamaq:

  • uşaqlarda qarşılıqlı yardım, məsuliyyət və düzgünlük hisslərini aşılamaq.




  • Novator olmaq

  • hətta dərsə maraq göstərməyən şagirdlər üçün belə, hər bir dərsin maraqlı keçməsi üçün çalışmaq;

  • daima öncül pedaqoji təcrübələrlə maraqlanmaq;

  • daima dərs prosesinə yenilik gətirməyə çalışmaq və yeknəsək dərslərlə kifayətlənməmək;

  • beyin həmləsi, müzakirələr, rollu oyunlar və.s. bu kimi interaktiv tədris metodlarından istifadə etməklə dərsləri imkan daxilində daha maraqlı etmək.




  • Ləyaqətli olmaq

  • şagirdlərə münasibətdə müəllimlər tərəfindən kobudluq, söyüş, fiziki təhqirlər, ünvanlı təzyiq və hədələr kimi metodlardan istifadə edilməsi yolverilməzdir və qadağandır;

  • müəllimlərin sərxoş vəziyyətdə kollektivdə görünməsi yolverilməzdir və bu hal işdən qovulmaqla cəzalandırılır;

  • şagirdlərə münasibətdə seksual təqibetmə halları yolverilməzdir və bu hal caza ilə nəticələnir.




  • Özünütənqid

  • müəllimlər daima öz üzərində çalşmaqla, Sokratın “Mən onu bilirəm ki, heç nəyi bilmirəm” prinsipini əsas tutmalıdırlar.

  • qarşılıqlı öyrənmə prinsipinə əməl etmək və nəyisə bilməməyi uşaqlara etiraf etməkdə və ya şagirdlərdən yeni bir maraqlı məlumatı öyrənməkdə utanmamaq;

  • mübahisəli məsələlərin həllini şagirdlərlə bir yerdə axtarmaq.




  • Səliqəli olmaq:

  • Həmişə təmiz və səliqəli görkəmdə olmaq: biz hesab edirik ki, müəllimin xarici görünüşündən çox şey asılıdır. Bu məsələdə biz insanı geyimə görə qarşılayıb, ağlına görə yola salırlar prinsipini əsas tuturuq.



1.B. Valideynlər qarşısında öhdəliklərimiz
Biz valideynlər qarşısında onların uşaqlarına dərs proqramı çərçivəsində tam bilik vermək öhdəliyini üzərimizə götürürük. Biz müxtəlif səbəblər üzündən, məsələn dərsin mövzusu aydın olmadıqda və ya üzürlü səbəbə görə proqramdan geri qaldıqda şagirdlərə əlavə dərslər keçməyi öhdəmizə götürürük.
Biz valideynlərlə, onların uşaqlarının təhsilinə və birgə tərbiyyəsinə yönəldilmiş səmimi və dost əlaqələrin saxlanılmasını öhdəmizə götürürük. Eyni zamanda təlim və tərbiyyə prosesində meydana çıxan çətinliklərdən çıxış yollarını birgə arayacağıq.
1.C. Cəmiyyət qarşısında öhdəliyimiz
Biz dərslərimizdə şagirdlərə demokratik dəyərləri aşılayırıq. Bu dəyərlər bir sıra humanitar fənlərin, məsələn tarix, insan və cəmiyyət, ədəbiyyat və.s tədris proqramlarına daxil edilmişdir.
Şagirdlərin gələcəkdə demokratik proseslərdə iştirak etmək bacarıqlarının artırılması məqsədilə biz bu mövzuda mühazirələr, müzakirələr və debatlar keçiririk. Şagirdlərə qanunun aliliyi, cavabdehlik və hüquqlarını müdafiə etməyi tələb etmək ideyaları aşılanır.
Biz yerli və xarici qeyri - hökumət təşkilatları ilə, xüsusilə də Amerikanın Beynəlxalq Təhsil Şurası (ACCELS) ilə sıx əməkdaşlıq edirik. Bu bizə demokratik proseslərə, ölkədə baş verən hadisələrə daha yaxın olmağa və xarici ölkələrin təhsil sahəsində qabaqcıl təcrübələrilə tanış olmağa imkan yaradır.
2. Müəllimlər arası münasibətlər
Biz hesab edirik ki, müəllimlərimiz arasındakı münasibətlər qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulmalıdır. Daha təcrübəli müəllimlər öz təcrübəsini daha cavan həmkarları ilə bölüşməlidirlər. Müəllimlər arası münasibətlər son dərəcə nəzakətli olmalıdır. Xüsusilə ona görə ki, onlar şagirdlərin daima diqqət mərkəzindədirlər.
Müəllimlər, hətta mövqeləri üst-üstə düşməsə belə həmkarlarının mövqeyinə hörmətlə yanaşmalıdırlar. Münaqişəli vəziyyətlərdə bütün mübahisəli məsələlər kollektiv surətdə həll edilir. Bu meydana çıxmış problemlərin həllində subyektiv yanaşmanın qarşısını almağa kömək edir.
Biz müəllimlərin öz həmkarları haqqında nəlayiq sözlər işlətməsini yolverilməz sayırıq və bunu utancverici bir hərəkət hesab edirik. Biz bütün gücümüzlə çalışırıq ki, müəllimlər böhtan və şərdən uzaq olsunlar.
Müəllimlər öz işinə maraqlı mütəxəssisləri cəlb etməyə can atmalıdırlar.
3. Konfidensiallıq
Biz şagirdlərin şəxsi həyatına müdaxilə edilməsini, şəxsi əşyalarının yoxlanılmasını və şəxsi xarakterli məktublara nəzarət edilməsini yolverilməz hesab edirik. Bu hallar şagirdlərin mənliyinin təhqir olunması və müəllimlər üçün utancverici bir hərəkətdir.
4. Digər özəl təhsil müəssisələri ilə münasibətlər
Biz digər özəl təhsil müəssisələri ilə münasibətdə ədalətli rəqabət qaydalaırını üstün tuturuq. Bizim müəllimlər digər təhsil müəssisələri haqqında qeyri konstruktiv, tənqidi fikirlər və ya yalan məlumatlar yaymaqdan çəkinirlər. İmkan daxilində digər təhsil müəssisələri ilə təcrübə mübadiləsi və birgə tədbirlər (debatlar, idman yarışları) təşkil edirik.
Biz reklamlarımızda haqsız rəqabətə şərait yaradan, təsdiq olunmamış faktlardan istifadə etmirik.
5. Ekologiyaya münasibət
Ekoloji təhsil – həyatımızın ən aktual sahələrindən biridir. Biz coğrafiya, biologiya, insan və cəmiyyət fənni və digər dərslərdə ölkənin ekoloji durumu haqqında dolğun məlumat veririk. Bu zaman biz sadəcə məlumatın verilməsi ilə kifayətlənmirik, müzakirələr, debatlar və rollu oyunlarının köməyi ilə yaranmış vəziyyətdən çıxış yolunu axtarırıq. Biz gələcəkdə də ölkəmizdəki ekoloji problemlər haqqında şagirdləri məlumatlandırmağı və interaktiv tədris metodlarından istifadə etməklə, bu sahədə olan çoxsaylı sualları cavablandırmağı öz öhdəmizə götürürük. Səmərəli və əyani metodlardan biri şagirdlərin müəllimlərlə birlikdə respublikanın rayonlarına eko-turizm səfərlərinin təşkilidir.
6. Hədiyyə və əyləncələr
Biz müəllimlərin və gimnaziyanın rəhbər heyətinin hədiyyələr qəbul etməsini və üçüncü şəxslər tərəfindən “hədiyyə” məqsədi ilə təşkil olunmuş əyləncəli tədbirlərdə iştirakını yolverilməz hesab edirik. Azərbaycan xalqının adət-ənənələrini nəzərə alaraq xüsusi bayram günlərində gül və konfetin hədiyyə kimi təqdim olunmasına yol verilir. Gimnaziyaya ünvanlanmış bütün digər hədiyyələr gimnaziyanın xüsusi muzeyində saxlanılır.
7. Maraqların münaqişəsi
Biz şəxsi və korporativ maraqların toqquşması nəticəsində yaranan maraqların münaqişəsinə yol vermirik.
Кодексин мцддяалары Гимназийанын коллекктивинин бцтцн цзвляриня шамил едилир вя онлары позанлара гаршы инзибати тядбирляр эюрцля билярляр.
Yüklə 483,73 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə