19. Avropanın orta ərlər fəlsəfəsinin əsas cərəyanları



Yüklə 35,41 Kb.
səhifə3/18
tarix30.08.2023
ölçüsü35,41 Kb.
#121138
1   2   3   4   5   6   7   8   9   ...   18
questions and answers

Birinci mərhələdə xristianlıq ehkamlarının əsası qoyulmuş, vahid və güclü kilsələr yaradılmışdır.
İkinci mərhələdə xristianlığın ehkamları və fəlsəfəsi işlənib hazırlanmışdır. Patristika fəlsəfəsi həm Qərbdə, həm də Şərqdə yaranmışdır.
Erkən sxolastikanı İoann Skot Eriugen, Anselm Kenterberiyski, İoann Rosselin və Pyer Abelyar təmsil etmişlər. Bu sxolastiklər Platonun, xüsusilə də Aristotelin ideyalarından istifadə edərək onları öz məqsədlərinə uyğunlaşdırırdılar. Bu fəlsəfənin vəzifəsi etiqadın elan etdiyi kəlamların həqiqət olduğunu sübut etmək üçün səmərəli yollar axtarmaqdan ibarət idi. Bu zaman fəlsəfə ilahiyyatın kənizi rolunu oynayırdı. Çünki kilsə Qərbin feodal dövlətlərinin maddi və mənəvi həyatında həlledici rol oynayırdı. Ona görə də əgər biz qədim yunan filosoflarının ənənələrindən çıxış etmiş olsaq, sxolastiklərin tədqiqatlarını yalnız şərti olaraq fəlsəfi biliklər kimi xarakterizə edə bilərik.
Bununla əlaqədar olaraq sxolastiklər iki cəbhəyə bölündülər. Birinci cəbhəyə sxolastika fəlsəfəsinin mühafizəkar cinahlarının nümayəndələri daxil idilər. Onlar deyirdilər ki, Avqustinin ilahiyyata dair əsas müddəalarını saxlamaqla aristotelizmin bir sıra fəlsəfi müddəalarını ilahiyyata tətbiq etmək lazımdır. İkinci cəbhədə mütərəqqi cərəyanlar dururdu. Onların nümayəndələrinin fikrincə, əsas diqqət Aristotelin fəlsəfəsinə verilməli, eyni zamanda Avqustin təfəkküründən də ayrılmamalı. Böyük Albert və Foma Akvinski Aristotel fəlsəfəsindən istifadə edərkən, sxolastikanın tənəzzülə uğramaq təhlükəsindən xilas etmək vəzifəsini qarşıya qoymuşlar. Çünki bu zaman Avqustinin ideyaları Aristotel fəlsəfəsinin güclü təsirinə tab gətirə bilmir və getdikcə öz əhəmiyyətini itirirdi. Ona görə də Aristoteli katolik təlimlərinə uyğunlaşdırmaq kilsələr üçün həyati zərurətə çevrilmişdi. Çünki bu zaman kilsə doqmatlarına qarşı aparılan mübarizə eyni zamanda feodalizm cəmiyyətinə qarşı yönəlmişdi.
Qərbi Avropa sxolastikasında iki əsas fəlsəfi cərəyan fəaliyyət göstərirdi. Onun biri nominalizm (İoann Rosselin, Duns Skot, Uilyam Okkam), digəri isə realizm (Anselm Kenterberiyski, Foma Akvinski) adlanırdı.
Realizmin nümayəndələri deyirdilər: ümumi anlayışlar xüsusi anlayışlardan asılı olmayaraq mövcud olan real varlıqlardır. Nominalistlər isə (lat. nomina - ad deməkdir) ümumi anlayışların sadəcə olaraq adlardan, reallıqda mövcud olmayan şeylərdən ibarət olduğunu iddia edirdilər. Belə ki, ümumi anlayışlar xüsusi anlayışlar vasitəsi ilə mövcuddurlar.
Orta əsrlər fəlsəfəsi nöqsanlarına və məhdud cəhətlərinə baxmayaraq, fəlsəfi fikir tarixində müəyyən rol oynamışdır.

Yüklə 35,41 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə