2016-ci ilin İllik Hesabatı



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə16/21
tarix31.08.2018
ölçüsü3,71 Mb.
#65766
1   ...   13   14   15   16   17   18   19   20   21

53

İNFORMASİYA 

TEXNOLOGİYALARI 

PAŞA Bank fəaliyyətinin istənilən tərəfi 

baxımından göstərdiyi xidmətlərin sürətini və 

keyfiyyətini yüksəldəcək üstün texnologiyalarla 

işləyir ki, müştəri və işçi məmnunluğu maksimum 

səviyyədə təmin edilsin. 

PAŞA Bankın İnformasiya Texnologiyaları 

Departamenti bankdakı sistemlər, rabitə xətləri, 

təhlükəsizlik və proqram təminatı infrastrukturuna 

görə cavabdehdir. Departamentə həmçinin PAŞA 

Bank sisteminin infrastrukturuna əlavə edilmiş 

vahid tətbiqi bank proqramının həftənin yeddi günü, 

günün 24 saatı ərzində qüsursuz, sürətli, yoxlanılan, 

genişlənən və daima nəzarət edilən fəaliyyətini təmin 

etmək tapşırığı verilib. 

Departamentin əsas fəaliyyətləri sırasına 

Bankın əməliyyatları çərçivəsində texnologiyalardan 

optimal istifadəni təmin edən aşağıdakılar daxildir:

•         Xidmətlərin təminatında yarana biləcək 

nasazlıqları minimuma endirmək üçün İT 

infrastrukturunun və proqram təminatının 

müntəzəm yoxlanışı;

•         Son zamanlarda istismara verilmiş proqram 

təminatları və texnologiyaları ilə bağlı  təlimlərin 

keçirilməsi və təlimatların verilməsi;

•         Müyəssər və çevik İT dəstək komandası;

•         Effektivliyi artırmaq üçün Bank əməliyyatlarının 

mütəmadi təhlili və vəzifələrin avtomatlaşdırılması.

2016-cı ildə PAŞA Bank bankın biznes proses-

lərinin beynəlxalq standartlara uyğun olmasını 

təmin etmək üçün texnologiya bazasını yeniləmək 

və təkmilləşdirmək üçün bir sıra tədbirlər həyata 

keçirmişdir. 2016-cı ildə Departament aşağıdakıları 

həyata keçirmişdir: 



2016-cı ildə PAŞA Bank ölkənin ilk bankı olaraq xidmətlərinin

tam dolğun davamlılığını təmin etmək üçün real vaxt əsaslı 

məlumat mərkəzini uğurla sınaqdan keçirmiş və istismara 

vermişdir.

•         Bu günün tələblərini üstələyən və bank 

sektorunun rəqəmsallaşma erasına uyğunlaşmaq 

imkanı verən yeni Əsas bank sisteminin istismara 

verilməsi;

•         İnsan resurslarını daha effektiv idarə etmək 

üçün ən yeni SAP proqram təminatının istismara 

verilməsi;

•         Qəza halları baş vermədən öncə bildirişlərin 

göndərilməsinə imkan verən bütün cari xidmətlər 

üçün mütərəqqi real vaxt rejimli monitorinq 

sistemlərinin quraşdırılması;

•         Həm daxili, həm də xarici müştərilər üçün bütün 

xidmətlərin daha effektiv işləməsi üçün  mütərəqqi 

texnologiyaları istifadə etməklə İT infrastrukturu 

üzrə ən əlverişli təcrübələrin realizə edilməsi;

•         Heç bir Bank xidmətinin gözlənilməz hadisələr 

üzündən sıradan çıxmasına yol verməmək üçün 

dolğun biznesin davamlılığının planlaşdırılmasının 

həyata keçirilməsi;

•         Müştərilər üçün daha çox funksionallığı 

və görünüşlə bağlı təkmilləşmələri təmin edən 

mütərəqqi internet bank xidmətinin təmin edilməsi;

•         Müştərilərə telefonlarından rahat istifadə 

etməklə bank ehtiyaclarını təmin etməyə yardım 

etmək üçün iOS və Android üçün mobil bank 

əlavəsinin təqdim edilməsi.

PAŞA Bank Azərbaycanın bank sahəsində 

texnoloji təkmilləşmələrdən innovativ xidmət və 

məhsullaradək bir sıra  təşəbbüsləri ilk təqdim edən 

olmuşdur. 2016-cı ildə PAŞA Bank ölkənin ilk bankı 

olaraq xidmətlərinin tam dolğun davamlılığını təmin 

etmək üçün real vaxt əsaslı məlumat mərkəzini 

uğurla sınaqdan keçirmiş və istismara vermişdir. 

İl ərzində bank həmçinin Rəqəmsal bankçılıq 

strategiyasının hazırlanmasına da start vermişdir. 

Bazarda rəqəmsal və fərdi olaraq mobil bank 

texnologiyaları mənimsənildiyindən növbəti ildə 

PAŞA Bank texnologiya və innovasiyalar sahəsində 

səylərini gücləndirməyi planlaşdırır.




54

Azərbaycanın kapital bazarında PAŞA 

Bankın illər ərzində əldə etdiyi geniş 

təcrübədən bəhrələnərək PASHA 

Bank Georgia borc kapital bazarları 

əməliyyatları kimi müəyyən məhsul 

sahələrində rəqabətli üstünlükləri əldə 

etməyə müvəffəq olmuşdur. 




55

PASHA Bank. Annual Report.2014

BEYNƏLXALQ FƏALİYYƏT




56

ÖLKƏDAXİLİ VƏ BEYNƏLXALQ 

İNKİŞAF

Şəffaf biznes praktikası və etik yanaşma 



ilə müşayiətdə korporativ, kommersiya və 

investisiya bank xidmətlərini göstərməklə PAŞA 

Bank regionun artan ticarət və investisiya 

axınlarının astanasında qərarlaşmaqdadır. 

Azərbaycan, Türkiyə və Gürcüstan arasında 

genişlənən iqtisadi fəaliyyəti nəzərə almaqla 

bankın Müşahidə Şurası müştərilərimizin cari və 

mümkün bank ehtiyaclarını qarşılamaq üçün bu 

bazarlara çıxmasının onların mənafeyinə ən yaxşı 

qaydada cavab verməsi qərarına gəlmişdir.

PASHA Bank Georgia

PAŞA Bank 2013-cü ilin fevral ayında ilk 

törəmə bankını Tiflisdə (Gürcüstan) açmışdır. 

Beləliklə, iki ölkə arasında artan ticarət həcmi, 

həmçinin bu ölkələrin strateji regional layihələrdə 

birgə iştirakı daxil olmaqla bir sıra səbəbdən 

bankın xaricdə fəaliyyətə başlaması baxımından 

ilk ölkə kimi Gürcüstan seçilmişdir. Hazırda PAŞA 

Bankın müştəriləri ilə yanaşı bir çox Azərbaycan 

şirkəti Gürcüstanda fəaliyyət göstərir. Bankın 

Gürcüstandakı törəmə qurumu mövcud 

müştərilərə daha yaxşı xidmət göstərmək, 

həmçinin müştəri bazasını genişləndirmək üçün 

daha rahat şərait təmin edir. Bu təşəbbüsdən 

irəli gələn digər başlıca məqsəd Azərbaycan 

və Gürcüstan iqtisadiyyatının inkişafına töhfə 

verməkdir.

2016-cı ilin sonuna PASHA Bank Georgia-

nın toplam aktiv həcmi 282 milyon gürcü larisini 

üstələmişdir. Regional bank olaraq PASHA Bank 

Georgia müxtəlif bazarlarda ən əlverişli qlobal 

təcrübələri özündə ehtiva edən fərdi ehtiyaclara 

uyğun məhsul və ximələri  təmin etmək üçün  

səriştəsindən faydalanır. PASHA Bank Georgia 

qarşılıqlı davamlı artıma  töhfə verməklə yeni 

zirvələri birlikdə dəf etməyi hədəfləyərək  

tərəfdaşlarının  müvafiq maraqlarını korporativ 

strategiyasının mərkəzinə qoyur.

Azərbaycanın kapital bazarında PAŞA 

Bankın illər ərzində əldə etdiyi geniş təcrübədən 

bəhrələnərək PASHA Bank Georgia borc kapital 

bazarları ilə bağlı əməliyyatlar kimi müəyyən 

məhsul sahələrində rəqabətli üstünlükləri əldə 

etməyə müvəffəq olmuşdur. PASHA Bank 

Georgia ticarətin maliyyələşdirilməsi fəaliyyətinin 

inkişaf etdirilməsinə xüsusi diqqət yetirir. PAŞA 

Bankın regionun üç əsas iqtisadiyyatda mövcud 

olması Bankı müştəri bazasına unikal dəyəri 

təqdim etmək üçün güclü mövqeyə qoyur. 

Xalis mənfəət 

Toplam kredit 

Toplam aktivlər 

Əsas əmsallar 

Xərcin mənfəətə nisbəti 

Səfərbər edilmiş aktivlər üzrə 

mənfəət *

Qeyri işlək kreditlərin toplam 

kreditə nisbəti 

4,881

97,210


282,485

 

64%



5%

0%

Maliyyə göstəriciləri (Gürcü larisi MİN)



*Toplam ümumi mənfəət əsasında hesablanıb.

PASHA Bank Turkey

Dünyanın ən nəhəng 20 iqtisadiyyatından 

biri olan Türkiyə bazarına çıxış imkanlarını 

diqqətlə nəzərdən keçirdikdən sonra “PAŞA 

Bank” ASC-nin Müşahidə Şurası TAIB bankında 

nəzarətedici sahib pay almaq və Aksoy Holdinq 

şirkəti ilə tərəfdaş olmaq qərarına gəlmişdir. 

Aksoy Holdinq şirkəti və bank arasında uzun-

müddətli, etibara əsaslanan işlək münasibətlərin 

olmasından bu əqdləşmə mövcud tərəfdaşlığın 

təbii qaydada genişlənməsinə dəlalət edirdi. 

Beləliklə, “PAŞA Bank” ASC və Aksoy Holdinq 

etibarlı tərəfdaşlıqdan yararlanaraq, həmçinin 

hazırda mövcud olan fəaliyyət göstərmək 

səriştəsi və bazar kapitalının əsasında daha da 

böyümək baxımından unikal imkanı qaçırmadılar.

2014-cü ilin dekabr ayında Türkiyə 

Bankların Tənzimlənməsi və Banklara Nəzarət 



Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə