2016-ci ilin İllik Hesabatı



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə20/21
tarix31.08.2018
ölçüsü3,71 Mb.
#65766
1   ...   13   14   15   16   17   18   19   20   21

68

KORPORATİV SOSİAL MƏSULİYYƏT

Təlim sessiyaları aşağıdakı aspektləri 

əhatə edir: 

- Etika, tarazlaşdırılmış və ədalətli məlumat 

yayma; 


- İqtisadiyyat üzrə jurnalistika və onlayn media;

- Biznes jurnalistikası. 

Proqram Bakıda keçirilən ümumilikdə 

13 günü əhatə edən üç təlim sessiyasından 

ibarətdir. Layihənin komponentlərindən biri 

iştirakçılar üçün İngilis dili kurslarıdır.  

Proqramın yekun mərhələsi aparıcı 

jurnalistlər ilə görüş ilə yanaşı,  tanınmış qəzet, 

jurnal və digər media qurumlarına səfərləri 

özündə ehtiva edən Birləşmiş Krallıqlara bir 

həftəlik təlim səfəridir.

PAŞA Bank ölkədə ədalətli və keyfiyyətli 

xəbərlərin yayılması üçün nümunəvi olan 

jurnalistlər qrupunu formalaşdırmaqla 

Azərbaycanda biznes xəbərlərinin yazılması 

standartlarının artırılmasına əhəmiyyətli töhfə 

verməyi nəzərdə tutur. 



69

PAŞA Bankın 2016-cı il üzrə fəaliyyətinə dair İllik hesabat 


70

PAŞA Bankın və onun törəmə 

qurumlarının (PASHA Bank Georgia və 

PASHA Bank Turkey) 31 dekabr 2016-cı 

ilə olan bir sıra əsas maliyyə göstəriciləri 

və fəaliyyətlərinin qiymətləndirilməsi 

əmsalları aşağıda təqdim olunur. 



71

PASHA Bank. Annual Report.2014

MALİYYƏ HESABATLARININ 

İCMALI



72

MALİYYƏ HESABATLARININ 

İCMALI

PAŞA Bank Azərbaycanın bank sektorunda 



fəaliyyətini daha da genişləndirməyi hədəfləyir. 

Bank şəffaf iş yanaşmalarını mənimsəməklə 

və ölkənin bank seqmentinin şəffaflığını 

gücləndirməklə korporativ və private banking 

seqmentlərində aparıcı maliyyə xidməti 

təminatçılarından biri olmağı hədəfləyir. 

Aktivlərin yüksək keyfiyyətli olmasını təmin 

etmək  Bankın hazırkı 2015-2017-ci illəri əhatə 

edən strateji planında əsas hədəflərdən biridir. 

Bank aktivlərini gəlirlilik və risklər arasında 

tarazlaşdıraraq yüksək likvidli və yarım likvidli 

aktivlər arasında şaxələndirmişdir. 

Bank 487,266 min manat (2015: 432,489 min 

manat) həcmində toplam səhm kapitalı ilə ən 

böyük kommersiya bankı mövqeyini saxlamağa 

müvəffəq oldu. 

2016-cı ilin sonuna PAŞA Bankın toplam 

aktivlərində illik 43 % artım qeydə alınaraq 

ümumi həcmi 3,289,845 min manat təşkil 

etmişdir (2015: 2,292,739 min manat). 

31 dekabr 2016-cı il üzrə Bankın aktivlərinin 

bölgüsü aşağıda təqdim olunur:

- Nağd pul vəsaiti və onun ekvivalentləri – 34%

- Müştərilərə verilmiş kreditlər – 34% 

- Kredit təsisatlarından alınacaqlar – 22%

- Qiymətli kağızlar portfeli – 8%

- Digər (cari və cari olmayan) aktivlər – 2%

2016-cı ildə güclü kredit artımına nail 

olunmuşdur. Bankın ümumi kredit portfeli 

əvvəlki illə müqayisədə (2015: 949,848 min 

manat) 23% artaraq 1,169,607  min manat  təşkil 

etmişdir.

Portfel üzrə effektiv ehtiyat dərəcəsi 

5.3% (2015-ci ildə isə 5.0%) idi. 2016-ci ildə fərdi 

qaydada qeyri-işlək kimi müəyyən edilmiş 

kreditlərin ümumi portfelə nisbəti 8.25%-ə 

qalxmışdır (2015: 3.82%).

Bazarın zəif olduğu bir dövrdə sabit 

mövqeyini qorumaqla və müştəri ehtiyaclarını 

yerinə yetirməyə davam etməklə PAŞA 

Bank müştərilərlə son illər inkişaf etdirdiyi 

münasibətlərdən bəhrələnmişdir. Nəticə 

etibarilə, 2016-ci ilin sonunda bankın cəlb 

etdiyi əmanətlərin cəmi illik əsasda 71% artmış 

və 2,350,687 min manat təşkil etmişdir (2015: 

1,374,113 min manat). Müştərilərdən cəlb edilmiş 

müddətsiz və müddətli əmanətlərin nisbi çəkisi 

müvafiq olaraq 42% və 58% (2014-cü ildə isə 66% 

və 34%) təşkil etmişdir.

2016-cü ildə PAŞA Bank 69,288 min manat 

həcmində xalis mənfəət (2015: 14,383 min 

manat) əldə etdiyini bildirmişdir. 2016-ci ilin 

yekunlarına əsasən cəmi əməliyyat gəliri əvvəlki 

illə müqayisədə (2015: 116,253 min manat) 60% 

artaraq 186,499  min manat təşkil etmişdir.

PAŞA Bank 2016-ci ildə faiz gəlirini 157,502 

min manat, qeyri-faiz gəlirini isə 82,003  min 

manat  həcmində bildirmişdir. Qeyri-faiz gəlirinin 

əməliyyat gəlirinin cəminə nisbəti 44% olmuşdur.

Beynəlxalq maliyyə təşkilatları ilə əhatəli 

müzakirələrin aparılması sayəsində PAŞA 

Bank daha geniş çeşidli maliyyə alətlərinə çıxış 

əldə edərək korporativ müştərilərinə daha 

çox ticarətin maliyyələşdirilməsi xidmətlərini 

təmin etməyə müvəffəq olmuşdur. Həmçinin 

iki qlobal reytinq agentliyi tərəfindən kredit 

reytinqləri aldıqdan sonra Bank müştərilərin 

maliyyələşdirilməsi üçün daha əlverişli şərtləri 

əldə etməyə nail oldu. İnstitusional səviyyədə 

bank müştəriləri üçün onların vaxtlı-vaxtında 

peşəkar xidmətləri təmin etmək potensialını 

gücləndirmək üçün müxtəlif seminar və 



Aktivlərin yüksək keyfiyyətli olmasını təmin etmək Bankın 

hazırkı 2015-2017-ci illəri əhatə edən strateji planında əsas 

hədələrdən biridir. Bank aktivlərini gəlirlilik və risklər arasında 

tarazlaşdıraraq yüksək likvidli və yarım likvidli aktivlər arasında 

şaxələndirmişdir.


73

sessiyalar həyata keçirmişdir. 2016-cı ildə 

sənəd əsaslı əməliyyatların balansı (post 

maliyyələşdirmə də daxil olmaqla) 303,727 min 

manat təşkil etmişdir (2015: 347,134 min manat).

PAŞA Bank 1-ci dərəcəli kapital üzrə 

adekvatlıq əmsalını Azərbaycan Respublikasının 

Mərkəzi Bankının müvafiq kapital tələblərinə 

müvafiq olaraq 20% (2015-cü ildə isə 17%) 

səviyyəsində bildirmişdir. Bazel II və Bazel 

III sazişləri ölkədə tətbiq olunduqda tələb 

edilən kapital adekvatlığı səviyyələrinə uyğun 

gəlmək öhdəliyinə sadiq qalırıq. Həmçinin 

səhmdarlarımız üçün kapitalları müqabilində 

möhkəm gəlir normasını hasil etməyə sadiq 

qalırıq.


*Bütün göstəricilər digər tarix bildirilmədikdə 2016-cı ilin 

31 dekabrına təsadüf edir və audit edilmiş məcmu maliyyə 

hesabatlarına əsaslanır.

PAŞA Bankın 2016-cı il üzrə fəaliyyətinə dair İllik hesabat 



Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə