2016-ci ilin İllik Hesabatı



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə13/21
tarix31.08.2018
ölçüsü3,71 Mb.
#65766
1   ...   9   10   11   12   13   14   15   16   ...   21

44

XƏZİNƏDARLIQ 

Maliyyə bazarlarında müşahidə olunan 

təlatümləri sıx monitorinq edən PAŞA Bankın 

Xəzinədarlıq departamenti 2016-cı ildə alternativ 

investisiya alətlərindən istifadə etməklə riskləri 

minimuma endirmək və yüksək gəlirə nail olmağa 

çalışmışdır. Aktivlərin keyfiyyətini yaxşılaşdırmaqla 

departament PAŞA Bankın mənfəət göstəricisinin 

2016-cı ilin hədəflərinə uyğun gəlməsinə böyük töhfə 

vermişdir.

Ölkədaxili və qlobal işgüzar mühitdə baş verən 

son hadisələr əsnasında Xəzinədarlıq Departamenti 

müvafiq vaxt seçimi və alternativ investisiya imkan-

larından yararlanaraq bankın balans göstəriciləri 

strukturunun möhkəmlənməsinə yardım etmişdir. 

Xərc amillərini yaxından izləməklə departament ona 

həvalə edilmiş portfelin şaxələnməsinə davam etmişdir.

Xəzinədarlıq departamenti geniş çeşidli aktivlərə 

sərmayə yatıraraq çağırışlarla dolu və sürətlə dəyişən 

bazarda effektiv və aktiv fəaliyyətini davam etdirmişdir. 

2016-ci ilin sonuna olan vəziyyətə əsasən 

Xəzinədarlıq departamenti tərəfindən idarə olunan 

aktivlərin həcmi 2,021 milyon manat təşkil edir. Bu 

aktivlərə 185.68  milyon manatlıq qiymətli kağızlar 

portfeli, 1,088 milyon manat məbləğində nağd pul 

vəsaiti və onun ekvivalentləri və kredit təsisatlarından 

ödənilməli 746.20  milyon manatlıq debitor borc 

daxildir. Hesabat ilində PAŞA Bankın faiz gəlirinin 39%-i 

(46.8 milyon manat), qeyri-faiz gəlirlərinin isə 86%-i 

xəzinədarlıq tərəfindən təmin edilmişdir. 

Xəzinədarlıq departamenti müştərilərinə aşağıda 

təqdim edilmiş məhsul və xidmətləri təqdim edir:

•         Korporativ xarici valyuta platforması: Real vaxt 

rejimində sövdələşmələri həyata keçirmək üçün 

sövdələşmə kabinetində treyderlərə çıxış

•         Derivativlər 

- Xarici valyuta forvardı, çatdırılmayan forvard, 

svops və opsiya kontraktları

- Əmtəələrin hecinqi – geniş çeşidli fyuçerslər, 

o cümlədən şəkər, buğda, alüminium, qızıl, neft və 

digərləri

Növbəti ildə daha çox sayda korporativ müştəri-

lərin kapital bazarlara çıxması səbəbindən PAŞA Bank 

bu sahənin böyüməsini gözləyir.

2016-cı ildə Xəzinədarlıq departamenti PAŞA Bankın faiz 

gəlirlərinin 39%-ni, qeyri-faiz gəlirlərinin isə 86%-ni təmin 

etmişdir.



45

İNSTİTUSİONAL BANKÇILIQ 

Ticarətin maliyyələşdirilməsi

PAŞA Bank müştərilərinə ticarətin maliyyə- 

ləşdirilməsi üzrə genişçeşidli məhsul və xidmətlər 

göstərir. Bu cür ixtisaslaşmış məhsul və xidmətlərə 

yerli və beynəlxalq bank zəmanəti, zəmanətli 

akkreditiv, sənəd (malın yüklənməsi) üzrə 

akkreditiv, fakt əsaslı qısa-, orta- və uzunmüddətli 

maliyyələşmə və ixrac önü maliyyələşmə daxildir. 

Bank müştərilərinə ticarətin maliyyələşdirilməsi ilə 

əlaqədar konsultasiya və məsləhət xidmətlərini də 

göstərir, ticarətin maliyyələşdirilməsi məhsullarını 

və xidmətlərini milli, həmçinin xarici valyutada təklif 

edir.

Xariclə əqdləşmələrin qısamüddətli (24 ayadək) 



maliyyələşdirilməsi məqsədilə PAŞA Bank təmiz ti-

carətin vasitəsiz maliyyələşdirilməsi xətləri vasitəsilə 

qlobal miqyaslı beynəlxalq tərəfdaş bank şəbəkəsi 

çərçivəsində müvafiq xidmətlərdən istifadə edir.

Əsasən istehsalatla bağlı mal və xidmətlərin 

idxalına dair xariclə əqdləşmələrin orta- və uzun- 

müddətli (24 aydan çox) maliyyələşdirilməsinə 

gəldikdə PAŞA Bankın ixracın kreditləşdirilməsi üzrə 

Euler Hermes, SACE və OeKB kimi dünyanın aparıcı 

agentlikləri ilə uzunmüddətli əməkdaşlıq təcrübəsi 

vardır.

Bank, ümumi qaydada qəbul edilən beynəlxalq 



standartlara hər zaman cavab vermək məqsədilə 

ticarətin maliyyələşdirilməsi sahəsində qlobal 

təmayülləri yaxından izləyir və müvafiq məhsul və 

xidmətlərinin çeşidini daima yeniləşdirir.

PAŞA Bank ticarətin maliyyələşdirilməsi 

sahəsində qlobal meylləri sıx monitorinq edir və 

ümumi qaydada tanınan beynəlxalq standartlara 

cavab vermək üçün çeşidli  ticarətin maliyyələşdi-

rilməsi məhsullarını davamlı olaraq təkmilləşdirir. 

PAŞA Bank müştərilərinə aşağıda təqdim olunan 

ticarətin maliyyələşidirilməsi xidmətlərini təklif edir:

•        Bütün növ bank zəmanətləri (yerli və beynəl-

xalq, birbaşa və dolayısı);

•        Bütün növ sənəd üzrə akkreditivlər (yerli və 

beynəlxalq, birbaşa və təsdiq edilmiş);

•        Qısa müddətli maliyyələşdirmədən sonra sənəd 

üzrə akkreditiv;

•        Uzun müddətli maliyyələşdirmədən sonra 



PAŞA Bank ticarətin maliyyələşdirilməsi sahəsində qlobal 

meylləri sıx monitorinq edir və ümumi qaydada tanınan 

beynəlxalq standartlara cavab vermək üçün çeşidli  ticarətin 

maliyyələşdirilməsi məhsullarını davamlı olaraq təkmilləşdirir. 


46

sənəd üzrə akkreditiv (ECA ilə əhatə edilmiş 

maliyyələşdirmə;

•        İdxal və ixrac sənədləri üzrə inkasso;

•        Qəbul edilmiş bank zəmanətləri, əlavə 

akkreditivlər və sənəd üzrə akkreditivlər;

•        Əks zəmanətlər ilə dəstəklənən bank 

zəmanətlərinin buraxılışı;

•        Qəbul edilmiş əlavə və sənəd üzrə 

akkreditivlərə təsdiqin əlavə edilməsi; 

•        Müxtəlif ticarətin maliyyələşdirilməsi 

aspektləri ilə bağlı məsləhətçi xidmətləri.

PAŞA Bank ticarətin maliyyələşdirilməsi 

sahəsində aparıcı banklardan biridir. 31 dekabr  

2016-cı il tarixinə Bank satış həcmlərini 15%, 

155.5 milyon manatdan 179.6 milyon manatadək 

artırmışdır. Bankən əməliyyat həcmləri 94%, 

226-dan 439-dək artmışdır. Bu dayanıqlı fəaliyyət 

nəticəsində Bankın ticarətin maliyyələşdirilməsi  

üzrə mənfəəti 15%, 3.7 milyon manatdan 4.3 milyon 

manata qalxmışdır. 

Beynəlxalq maliyyə təsisatları ilə əməkdaşlıq

2016-ci ildə PAŞA Bank müxbir bank şəbəkə-

sinin genişləndirilməsi üzərində fəal iş aparmışdır. 

Bank ardıcıl olaraq dörd il SIBOS (İsveçrə Beynəlxalq 

Bank Əməliyyatları Seminarı) tədbirində iştirak 

etmişdir və bunun sayəsində müxbir bank 

tərəfdaşlarının sayını artırmağa müvəffəq olmuşdur. 

İl ərzində PAŞA Bank 8 maliyyə təsisatını bu 

şəbəkəyə əlavə etmiş, nağd pul vəsaitini idarəetmə, 

ticarəti maliyyələşdirmə, pul bazarları və xarici 

valyutada məhsullar (derivativlər) baxımından 

bacarıq və qabiliyyətlərini artırmışdır.

Ölkə-daxili və beynəlxalq maliyyə təsisatları ilə 

ərsəyə gətirilmiş möhkəm münasibətlər nəticəsində 

PAŞA Bank yerli özəl və dövlət mülkiyyətində 

olan maliyyə təsisatlarından 131 milyon manatlıq, 

beynəlxalq maliyyə təsisatlarından isə 172 milyon 

manatlıq əmanət cəlb edə bilmişdir. Bundan başqa

Azərbaycanda kənd təsərrüfatının inkişafı üçün 

Kənd təsərrüfatı nazirliyi tərəfindən dəstəklənmiş 

Dünya Bankının proqramı çərçivəsində 4 milyon 

ABŞ dolları həcmində kredit xəttinin açılması təmin 

edilmişdir. Tələbat artdığı halda kredit xətinin həcmi 

artırıla bilər. 

2016-cı ildə PAŞA Bank beynəlxalq şəbəkəyə 

malik BayernLB, Sberbank, ICBC, ED&F Man, Univer 

Capital LLC kimi bank və investisiya firmaları ilə 

əməkdaşlığa başlamışdır. Bu şəbəkəyə çıxış Bankın 

müştəriləri üçün nağd vəsaitlərin idarə edilməsi, 

xəzinədarlıq, ticarətin maliyyələşdirilməsi və fak-

torinq əməliyyatlarını dəstəkləyir. Bank həmçinin 

CaixaBankda ticarətin maliyyələşdirilməsi üçün 

kredit xəttinin açılmasına nail olmuşdur. 

Bununla yanaşı, PAŞA Bank Türkiyənin Exim 

Bankı və Macarıstanın Exim Bankı ilə ticarətin 

maliyyələşdirilməsi  üzrə əməkdaşlığını 

genişləndirmişdir. Müxtəlif idxal-ixrac bankları ilə 

əməkdaşlıq etməklə yanaşı PAŞA Bankın nüfuzlu 

beynəlxalq banklardan, o cümlədən Raiffeisen Bank 

International (RBI), CaixaBank, LBBW, UBI Banca, 

Ziraat Bank və Aktif Bankdan kredit xətləri vardır. 

İNSTİTUSİONAL BANKÇILIQ 



Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə