2016-ci ilin İllik Hesabatı



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə12/21
tarix31.08.2018
ölçüsü3,71 Mb.
#65766
1   ...   8   9   10   11   12   13   14   15   ...   21

42

FƏRDİ BANKÇILIQ 

Fərdi müştərilərə əhatəli maliyyə xid-

mətləri təmin etmək üçün PAŞA Bank iki yeni 

departamenti açmaqla Fərdi bankçılıq blokunu 

genişləndirmişdir: 

•         Marketinq və məhsulların idarə edilməsi

•         Fərdi bankçılıq 

Bu iki departamenti qurmaqla Fərdi 

bankçılıq bloku bir sıra məqsədləri, o cümlədən 

aşağıdakıları müəyyən etmişdir:

•         Rəqəmsal bank sistemini qurmaq və inkişaf 

etdirmək;

•         Fərdi bank proseslərini avtomatlaşdırmaq;

•         Fərdi bankçılığın PAŞA Bank-ın gəlirliliyinə 

töhfəsini artırmaq;

•         Yeni maaş layihələrini həyata keçirmək üçün 

korporasiyalar vasitəsilə PAŞA Bank maaş kart 

sahiblərinin sayını artırmaq;

•         Yeni məhsulları yaratmaq və mövcud 

məhsulları təkmilləşdirmək.

Fərdi bankçılıq bloku Marketinq və məhsul-

ların idarə edilməsi və Fərdi bankçılıq departa-

mentlərinin yaradılması ilə bir sıra nailiyyətlər 

əldə etmişdir:

•         Yeni mobil bank əlavəsi-fərdi müştərilərə 

kredit üçün müraciət etmək, kartdan-karta və 

kommunal xidmətlər üçün ödəniş etmək imkanı 

verir;

•         Fərdi müştərilərə əhatəli çeşidli xidmətləri 



təmin edən fərdi bankçılıq filialının açılması;

•         Yeni kredit və kart məhsullarının təqdim 

edilməsi;

•         Bank kartlarının yenidən dizaynı; 

•         Ümumi xidmət sazişlərinin icrası;

•         Fərdi bank proseslərinin optimallaşdırılması 

və avtomatlaşdırılması.

PAŞA Bankın Fərdi bankçılıq bloku 2016-

cı ildə fərdi bankçılıq satışlarında əhəmiyyətli 

artıma nail olmuşdur. Fərdi bankçılıq blokunun 

nağd kredit portfeli illik əsasda 9% artım, kredit 

kart portfeli isə 66% artmışdır. Fərdi müştərilərin 

depozitləri il üzrə 24% artmışdır. Bundan başqa, 

2016-cı ildə şəxsi əmanət məhsullarının satışı 

143% təşkil etmişdir.  

 

Bank bu əsas seqmentdə fəaliyyətini 



genişləndirmək üçün yüksək nüfuzuna 

əsaslanmağı planlaşdırır. Müştəri 

məmnunluğunu strateji prioritet olaraq 

müəyyən edərək PAŞA Bank Fərdi Bankçılıq 

bloku üzrə fəaliyyətlərini ən yüksək müştəri 

xidmətlərinin təmin edilməsi ətrafında  

mərkəzləşdirməyi planlaşdırır.

2016-cı ildə PAŞA Bankın Fərdi bankçılıq bloku fərdi bankçılıq 

üzrə satışda əhəmiyyətli artıma nail olmuşdur. Fərdi Bankçılıq 

blokunun kredit portfeli illik əsasda 9 % artmışdır, kredit kart 

portfelində isə 66 % artım qeydə alınmışdır.



43

İNVESTİSİYA BANKÇILIĞI 



2016-ci ildə PAŞA Bank ARDNŞ-ın ən iri miqyaslı korporativ 

istiqrazların yerləşdiriməsi sövdələşməsində iştirak etmişdir və 

ən yüksək qiymət təklif edənlərdən biri olmuşdur. 

İki il öncə təsis edildiyi dövrdən İnvestisiya 

bankçılığı departamenti çağırışlarla dolu bazar 

mühitində yerini möhkəmləndirməyə davam 

edir. Departament yerli maliyyə bazarlarına 

geniş çeşiddə məhsul və xidmət göstərir və 

kommersiya müəssisələrinə xidmətlər göstərir. 

2016-cı ildə Departament yeni məhsul xid-

mətlərini yaratmış və məşvərətçi və  borcların 

restrukturlaşdırılması sahəsində təcrübəsini 

genişləndirməyə müvəffəq olmuşdur:

2016-cı ilin sonuna Departamentin təmin 

etdiyi məhsul və xidmətlər sırasına aşağıdakılar 

daxildir: 

Təsbit gəlirli məhsullar: 

•         İstiqrazların strukturizasiyası və ilkin yerli 

bazarlarda yerləşdirilməsi. Bank həmçinin əlavə 

bazarlarda müştərilərinin adından istiqrazların 

alışı və satışı üzrə vasitəçi qismində də çıxış edir.

Brokerlik əməliyyatları:

•         Broker xidmətlərinə çıxış, repo (əks alış) və 

aktiv əsaslı kreditləşmə vasitəsilə borc (kredit) 

vəsaitinə arxalanma, hesabların aparılması, 

əqdləşmələr üzrə hesablaşmalar, alınacaq 

vəsaitin (debitor borcunun) yığılması və əlaqədar 

məsləhət xidmətləri;

Məsləhət xidmətləri: 

•         Özəl səhm kapitalına investisiyalar: 

“PAŞA Kapital” * regiondan olan müxtəlif 

şirkətlərə səhmdar kapitalının və borc vəsaitinin 

maliyyələşdirilməsinə dair məsləhətlər verir;

Tədqiqat:

•         İşçi heyəti qlobal və ölkədaxili kapital 

bazarlarındakı əsas hadisələri əhatə edən 

həftəlik şərhi hesabat hazırlayır;

•        Məsləhət xidmətləri: digər məsələlərlə 

yanaşı kapital strukturunun optimallaşdırılması, 

reytinqin müəyyən edilməsi, səhmdar kapitalın 

və borc vəsaitinin maliyyələşdirilməsinə dair 

institusional müştərilərə məsləhətin verilməsi.

İl ərzində PAŞA Bank ARDNŞ-ın ən iri 

miqyaslı korporativ istiqrazların yerləşdiriməsi 

sövdələşməsində iştirak etmişdir və ən yüksək 

qiymət təklif edənlərdən biri olmuşdur. Əldə 

edilmiş təcrübə və uğurlu keyslər Banka 

gələcəkdə də oxşar sövdələşmələr üzrə 

məsləhətçi xidmətlərini təmin etmək imkanı 

verəcək.


Növbəti illər Azərbaycandakı investisiya 

bankçılığı üzrə fəaliyyətlər üçün unikal imkanları 

vəd edir, çünki hökumət bu sahədə islahatları və 

özəlləşdirmə ilə bağlı tədbirləri həyata keçirir. 

PAŞA Bank diqqəti əsasən məsləhətçi, korporativ 

maliyyələşdirmə və restrukturlaşdırma layihələri 

üzərinə yönəldəcək. 

*Azərbaycanın Maliyyə tənzimləyicisi banklara öz 

institusional və fərdi müştərilərinə həm broker, həm 

də investisiya xidmətlərini göstərməyi qadağan 

edir. Beləliklə, PAŞA Bank “PAŞA Holdinq”-in digər 

törəmə qurumu olan “PAŞA Kapital” vasitəsilə müş-

tərilərə investisiya bankçılığı və əlaqədar məsləhət 

xidmətlərini göstərir.




Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə