2016-ci ilin İllik Hesabatı



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə11/21
tarix31.08.2018
ölçüsü3,71 Mb.
#65766
1   ...   7   8   9   10   11   12   13   14   ...   21

39

PAŞA Bankın 2016-cı il üzrə fəaliyyətinə dair İllik hesabat 


40

PAŞA Bank, müştərilərlə fərdi münasibət 

üzrə sadiq müştəri menecerləri heyətini, əhatəli 

məhsul çeşidini və səmərəli biznes prosesləri 

səfərbər etməklə eyniliklə böyük müəssisələr 

və kiçik sahibkarlıq subyektləri üçün ehtiyaclara 

uyğun müəyyən edilmiş məhsullarını və xid-

mətlərini təmin edir. Azərbaycanın rifahı və 

yüksəlişinə tərəfdar olan PAŞA Bank yüksək 

artımla inkişaf edən iqtisadiyyat sahələrində 

dərin səriştəyə yiyələnib. Orta sahibkarlıq 

subyektlərinin böyüməsinə genişçeşidli maliyyə 

xidmətləri və bank məhsulları vasitəsilə dəstək 

verməklə PAŞA Bank ölkə iqtisadiyyatının 

həmçinin şaxələnməsinə töhfə verir.

Layihələri maliyyələşdirmə

2016-ci ildə PAŞA Bank ASC region üçün 

sosial əhəmiyyət kəsb edən iri layihələr üzrə 

bazar və iqtisadi əsaslandırma tədqiqatları həyata 

keçirmişdir. Maliyyə və texniki təhlillərdən istifadə 

etməklə bu tədqiqatlar qeyri-neft sektorunun 

inkişafının stimulaşdırılmasını, yerli bazarın 

genişləndirilməsini və maliyyə aktivlərindən       

effektiv istifadənin təmin edilməsini hədəfləyir. 

PAŞA Bank istehsalata təkan verən, 

məşğulluğu artıran və yüksək səviyyədə əlavə 

dəyər yaradan layihələri maliyyələşdirmə 

sahəsində böyük fəallıq göstərir. Bank 

müştərilərinin çox sayda müxtəlif layihələri üzrə 

marketinq və iqtisadi əsaslandırmanı, həmçinin 

texniki və fiskal təhlilləri aparmağa davam 

etmişdir. Nəticədə PAŞA Bank Azərbaycanın 

sənaye inkişafına töhfə verən investisiya layihələri 

üçün maliyyələşmə imkanlarını təmin etmişdir.

İl ərzində Bank aparıcı qida sənayesi müəssisə-

si üçün yeni istehsalat avadanlığı qurmaq üçün 

zavodun yenidən maliyyələşdirilməsini həyata 

keçirmişdir. Zavod ilk olaraq 2012-ci ildə istismara 

verilmişdir, layihə qiymətinin 32%-i PAŞA Bank 

tərəfindən maliyyələşdirilmişdir. Yeni məşğulluq 

imkanları yaradan istehsalat sahəsi 3 hektarlıq 

sahədə yerləşir və istehsalat zonasından, 

soyuducu anbarından, laboratoriya və inzibati 

binadan ibarətdir. Layihə yerli bazarda yerli ət və 

süd məhsullarının payını artırmağı və qısa müddətli 

perspektivdə idxaldan asılılığı azaltmağı hədəfləyir. 

2016-cı ildə Bank həmçinin iki iri layihəni 

maliyyələşdirmək üçün yeni məhsul çeşidi təqdim 

etməklə tikinti sənayesinin inkişaf etdirilməsinə 

də yardım etmişdir. PAŞA Bank ölkənin aparıcı 

metallurgiya şirkətlərindən biri tərəfindən 

yeni məhsulun istehsalı üçün zavodun tikintisi 

layihəsinin 25%-ni maliyyələşdirmişdir. Bank 

Müştəri üçün əhatəli bazar təhlilləri və iqtisadi 

əsaslandırmanı həyata keçirmişdir.  

Bundan başqa, PAŞA Bank tikinti 

materialları sektorunda fəaliyyət göstərən şirkət 

üçün iri layihə olan yeni açılmış gips zavodunun 

42%-ni maliyyələşdirmişdir. Zavod üçün avadanlıq 

Türkiyədən idxal olunur. Bu layihə şirkətin ümumi  

istehsalat həcmini, regiondakı bazar payını 

artıracaq və Bankın texniki-iqtisadi əsaslandırma 

təhlillərində proqnozlaşdırıldığı kimi dövriyyə 

həcmini artıracaq.

Layihələri maliyyələşdirmə yaxın gələcəkdə 

PAŞA Bankın mühüm fəaliyyət istiqamətlərindən 

biri kimi qalacaq. Bank, real sektora zəruri 

olan vəsaiti ötürməklə ölkə iqtisadiyyatı üçün            

taleyüklü sahələrdə layihələri maliyyələşdirmə 

baxımından aparıcı mövqeyini qorumaq 

niyyətindədir. 

KORPORATİV VƏ KOMMERSİYA 

BANKÇILIĞI

2016-ci ildə PAŞA Bank region üçün sosial əhəmiyyət kəsb edən 

iri layihələr üzrə bazar və iqtisadi əsaslandırma təhlilləri həyata 

keçirmişdir. 



41

FAKTORİNQ



2016 fiskal ilində PAŞA Bank günü-gündən artan müştəri 

bazasına daha yaxşı xidmət göstərmək üçün Rusiya, İtaliya, 

Birləşmiş Ərəb Əmirlikləri və Litvada fəaliyyət göstərən fak-

torinq şirkətləri və bankları ilə müxbir münasibətlər qurmağa 

müvəffəq olmuşdur. 

2015-ci ildə PAŞA Bank Azərbaycanda fak-

torinq xidmətlərini göstərən ilk maliyyə təsisatı 

oldu. Bu gün bazarda lider mövqeyini saxlamaqla 

Bank ölkə-daxili faktorinq, güzəştli hesab-fak-

turalar, təchizat zəncirinin maliyyələşməsi, ixrac 

və idxal üzrə faktorinq daxil olmaqla bütün növ 

faktorinq xidmətlərini/məhsullarını təklif edir.

2015-ci ildə PAŞA Bank Beynəlxalq Faktorlar 

Assosiasiyasının (Factors Chain International, 

FCI) Azərbaycandan yeganə üzvü olan bank 

idi. FCI dünyanın aparıcı faktorinq şirkətlərinin 

qlobal şəbəkəsidir. Bunun sayəsində PAŞA Bank 

90 ölkədə 400-dən çox faktorinq xidməti/

məhsulu təminatçısına çıxış əldə edib.

Faktorinqə dair əsas tələblər 

aşağıdakılardan ibarətdir:

•          satıcı (təchizatçı) və alıcı (borclu) arasında 

müqavilə;

•         satıcı (təchizatçı) və alıcı (borclu) arasında 

müəyyən vaxtı əhatə edən kommersiya 

münasibətlərinin təsdiqi;

•         satıcı (təchizatçı) və alıcı (borclu) arasında 

mallar və xidmətlərin təchizatını təsdiqləyən 

təslim-təhvil aktı;

•         müqavilə ilə tələb edilən bütün hesab-

fakturaların, həmçinin digər köməkçi 

(müşayiətedici) sənədlərin banka təqdim 

edilməsi.

Faktorinqin üstünlükləri aşağıdakılardır:

•          kreditə (sonradan ödəmək şərtilə) satış 

məbləğinin 90%-dək nisbətini dərhal almaq 

imkanı;

•          dövriyyə vəsaitinin münasib maliyyələşmə 



şərtləri hesabına artırılması;

•           təyin edilmiş maliyyə vəsaiti və 

uzunmüddətli ödəniş şərtləri;

•          alınacaqlar və ödənişlər üzərində artırılmış 

kredit nəzarəti;

•           təchizatçı və alıcı arasında etibara 

əsaslanan münasibətlərin dəstəklənməsi.

2016-cı ilin sonuna PAŞA Bankın məcmu daxili 

faktorinq əməliyyatlarının həcmi 106 milyon 

manat təşkil etmişdir. İcra edilmiş toplam hesab 

fakturaların sayı 1000-dən çox olmuşdur. 

2016 fiskal ilində PAŞA Bank günü-gündən artan 

müştəri bazasına daha yaxşı xidmət göstərmək 

üçün Rusiya, İtaliya, Birləşmiş Ərəb Əmirlikləri 

və Litvada fəaliyyət göstərən faktorinq şirkətləri 

və bankları ilə müxbir münasibətlər qurmağa 

müvəffəq olmuşdur. 

Faktorinq xidmətləri/məhsulları Azərbaycanda 

fəaliyyət göstərən kiçik və orta müəssisələr üçün 

çox uyğundur, onlar üçün girov əsaslı ənənəvi             

kreditləşmə ilə müqayisədə daha münasib 

şərtlərlə maliyyə vəsaitinə çıxışı təmin edir. 

PAŞA Bank bu istiqamətdə fəaliyyətinin yaxın 

illərdə artmağa davam edəcəyini gözləyir.




Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə