2016-ci ilin İllik Hesabatı



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə10/21
tarix31.08.2018
ölçüsü3,71 Mb.
#65766
1   ...   6   7   8   9   10   11   12   13   ...   21

37

DAYREKT BANKÇILIQ

PAŞA Bankın rəqabət gücü qlobal 

təmayüllərə uyğun gələn innovativ, dünya 

səviyyəli məhsul və xidmətləri yaratmaq 

baxışından qaynaqlanır. Təsis edildiyi dövrdən 

PAŞA Bank Azərbaycanın bank sahəsində bir 

sıra innovasiyaları tətbiq etmişdir. 2016-ci ildə 

bank, strateji diqqətin yönəldildiyi rəqəmsal 

bank xidmətlərinin keyfiyyətini artırmaq üçün 

müvafiq səylərə davam edib. Bankın gələcək 

artımı və uğuru texnologiya və innovasiyalardan 

yararlanmaq, genişlənən, texnologiya bilicisi olan 

müştəri bazasına daha yaxşı xidmət göstərmək 

və xərcləri azaltmaqdan asılıdır. Bu məqsədə 

çatmaq üçün “PAŞA Bank” ASC 2016-ci ildə 

aşağıdakı layihələri yerinə yetirmişdir:

•        Azərbaycan Respublikası Mərkəzi Bankının 

Milli Switch sistemi ilə bağlantı 

2016-cı ilin mart ayında PAŞA Bank 

Azərbaycan Respublikası Mərkəzi Bankının 

milli Switch sistemi vasitəsilə yerli səviyyədə 

Kapitalbank ASC və Yapi Kredi Bankın 

Azərbaycan Nümayəndəliyi ilə bağlantı 

yaratmışdır. Öncə istinad olunan banklar ilə 

klirinq və sövdələşmələr beynəlxalq ödəniş 

sistemləri vasitəsilə həyata keçirilirdi. Proses 

Milli Switch sisteminə keçdikdən sonra PAŞA 

Bankın əməliyyatları vaxt baxımından daha 

effektiv və daha asan icra olunaraq əməliyyat 

xərclərinin əhəmiyyətli dərəcədə azalması ilə 

nəticələnmişdir.

•        Fırıldaqçılıq hallarının idarə edilməsi üzrə 

akvayrinq sisteminin işə salınması 

Bu layihə akvayrinq hissəsində (PAŞA 

Bankın POS terminal şəbəkəsi) şübhəli əqdləşmələri 

monitorinq və rədd etmək üçün alət verir. Bu 

Korporativ bank xidmətlərinin təminatçısı olaraq PAŞA Bank 

diqqətini biznesin akvayrinq aspektinə yönəltməyi qərara 

almışdır. 2016-cı ildə Bank mehmanxanalar və restoranlar üçün 

nağdsız ödəmə alətlərinin inteqrasiyası layihəsini başa 

çatdırmışdır. 

innovativ vasitə Bankı və müştərilərini saxta 

əqdləşmələr nəticəsində potensial itkilərdən 

qoruyur.


•        MilliÖn ödəniş terminallarında kartla 

ödəniş funksiyasının təqdim edilməsi 

2016-cı ilin sentyabr ayında PAŞA 

Bank MilliÖn terminallarında kartla ödəniş 

funksiyasını istifadəyə vermişdir. Öncə MilliÖn 

terminalları yalnız nağd pul vəsaitini qəbul edirdi, 

təkmilləşmədən sonra artıq kart vasitəsilə də 

ödəniş etmək mümkündür. Kiosk sahiblərinə 

nağdsız ödənişlərin daha aşağı riskli və daha 

yüksək təhlükəsizliyi və nağd vəsaiti əldə 

etmək üçün xidmət haqqının olmaması kimi 

üstünlüklərini nümayiş etdirməklə PAŞA Bank 

bazarda isteh- lakçıların davranışlarını dəyişməyi 

hədəfləyir.

•        Mehmanxana və restoranlar üçün vahid 

nağdsız alətlərin istifadəyə verilməsi

Korporativ bank xidməti təminatçısı olaraq 

PAŞA Bank diqqəti biznesin akvayrinq hissəsi 

üzərinə yönəltməyi qərara almışdır. 2016-cı 

ildə PAŞA Bank  mehmanxana və restoranlar 

üçün nağdsız alətlərin inteqrasiyası layihəsini 

tamamlamışdır. Bu sistemə inteqrasiya təşəbbüsü 

sayəsində, müştəri kart ilə ödəniş etmək istədiyi 

halda Micros əməliyyat kassalarını və PAŞA Bank 

POS terminallarını istifadə edən ticarət müəssisə- 

ləri əvvəlcədən  əməliyyatı POS üzrə başlamaq 

məcburiyyətində qalmayacaq. Vahid alət istifadə 

üçün rahatdır və həm ticarət müəssisələrinin, həm 

də kart sahiblərinin vaxtlarının qənaət edilməsinə 

imkan verir.

•        Caspian Development Bank ASC (CDB) və 

VTB Bank Azərbaycan ASC (VTB) ilə sıfır komis-

siya haqqı ilə nağd vəsait mübadiləsi

Adətən banklar müştəriləri olmayan 

kart sahibləri tərəfindən onlara məxsus 

bankomatlarda nağd vəsaitin çıxarılması 

əməliyyatı edildiyi halda bir birlərinə komissiya 



38

haqqı ödəyirlər. CDB və VTB ilə əldə edilmiş 

razılaşmaya əsasən PAŞA Bank və CDB və 

PAŞA Bank və VTB arasında bizim kart sahibləri 

tərəfindən nağd vəsait çıxarıldığı zaman 

komissiya haqqı tətbiq edilmir. PAŞA Bank üçün 

bu sövdələşmə əməliyyat xərclərini azaldır və 

bankomat şəbəkələrini genişləndirir, çünki PAŞA 

Bank kart sahibləri artıq digər banklara mənsub 

bankomatlardan pulsuz istifadə etmək imkanı 

əldə edirlər.

•         Avaya zənglərin idarə edilməsi sistemi (CMS) 

Mürəkkəb əlaqə mərkəzləri əməliyyatları 

və yüksək zəng axını olan müəssisələr üçün 

layihələndirilmiş Avaya CMS bizneslərə 

əməliyyatlarla bağlı problemləri müəyyən 

etməyə və onları aradan qaldırmaq üçün təcili 

tədbirlər görməyə yardım etmək üçün məlumat 

bazası, inzibatçılıq və hesabatvermə alətidir. 

Bu vahid təhlil və hesabatvermə aləti əlaqə 

mərkəzinin bir agentin və ya agentlər qrupunun 

fəaliyyətini qiymətləndirməkdən bütün əlaqə 

mərkəzinin idarə edilməsinədək hər bir aspektini 

virtual olaraq izləyir. Avaya CMS çağırış 

mərkəzləri ilə bağlı real vaxt əsaslı monitorinq 

və hesabatvermə funksiyasını təmin edir. Real 

vaxt əsaslı hesabatlar hər üç saniyədən bir 

yenilənə bilər, bu funksional vasitəsilə rəhbərlik 

çağırış mərkəzini effektiv idarə etmək üçün 

əməliyyatlarla bağlı qərarları qəbul edə bilər. 

Hesabatlar müxtəlif agentlər, bölgü/bacarıq, 

zənglərin sayı, qəbul edilməmiş zənglər, orta 

danışıq müddəti və orta cavablandırma sürəti ilə 

bağlı keçmiş məlumatları nümayiş etdirir.

•        NICE qarşılıqlı əlaqənin idarə edilməsi 

Bu layihə çərçivəsində Bank qarşılıqlı 

əlaqənin qeydiyyata alınmasını, müştəri 

zənglərinin təhlil edilməsini, keyfiyyətin 

idarə edilməsinin təkmilləşdirilməsini və 

tənzimləmə aspektlərinin riayət olunmasını 

təmin etməyi hədəfləyir. NICE-ın üstünlükləri 

aşağıdakılardır:

- Müştərilər ilə əlaqənin 100% qeydiyyata 

alınması,

- Menecerlərə real vaxt rejimində 

zəngləri dinləmək, mübahisəli halların həll 

edilməsini və məmnunluq səviyyəsini izləmək 

imkanı verir,

- Minlərlə kanallar vasitəsilə qurulan 

əlaqənin vahid serverdə qeydiyyata alınması 

və saxlanılması potensialına malikdir. 

•       2016-cı il üzrə digər irəliləyişlər

- Fərdi bankçılıq departamenti ilə 

əməkdaşlıqda kart sahibləri üçün təşviqat 

kampaniyaları həyata keçirilmişdir.

- İl ərzində MChip mütərəqqi yeni çip 

sertifikatlaşdırılması həyata keçirilmişdir.

- Bütün kart dizaynları yenilənmişdir. 

- PAŞA Bank Kapital Bank ilə daha aşağı 

qarşılıqlı mübadilə qiymətinə dair razılıq əldə 

etmişdir. 

DAYREKT BANKÇILIQ




Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə