2016-ci ilin İllik Hesabatı



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə6/21
tarix31.08.2018
ölçüsü3,71 Mb.
#65766
1   2   3   4   5   6   7   8   9   ...   21

23

2006-cı ildə bank sektorunda kredit mütəxəssisi 

kimi çalışmağa başlamış, 2007-2011-ci illərdə    

maliyyə analitiki və layihə meneceri kimi “PAŞA 

Holdinq” MMC-də işləmişdir. 2013-cü ildə PAŞA 

Bankda strateji marketinq şöbəsinin rəhbəri,  

2015-ci ildə isə Baş Strategiya İnzibatçısı vəzifəsinə 

təyin olunmuşdur. 

Xəyalə Nağıyeva

İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı 

Xanım Nağıyeva 2015-ci ildə PAŞA Bankın 

kredit risklərinin qiymətləndirilməsi departamen-

tinin direktoru vəzifəsinə, daha sonra isə PAŞA 

Bankın İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı  

təyin olunmuşdur. Öncəki dövrdə 2009-cu ildən 

etibarən xanım Nağıyeva PAŞA Holdinqdə İnvestisi-

ya üzrə menecer, 2010-cu ildən etibarən isə PAŞA 

Bankın Audit Komitəsinin üzvü qismində çalışmışdır. 

Xanım Nağıyeva peşəkar karyerasına 2003-cü 

ildə maliyyə xidmətləri sahəsində fəaliyyət göstərən 

Deloitte CIS şirkətində auditor kimi başlayıb. 

Sonra o, bu şirkətdə maliyyə məsləhət xidmətləri 

bölməsinin baş müşaviri vəzifəsinədək yüksəlib 

və bir sıra yerli və regional layihələri idarə etmək 

məqsədilə Almatıya (Qazaxıstan) ezam edilib.

Xanım Nağıyeva 2004-cü ildə Azərbaycan 

Dövlət İqtisad Universitetini fərqlənmə diplomu ilə 

bitirib; bakalavriat pilləsində təhsilinin bir hissəsini 

ABŞ Pensilvaniya ştatındakı Slippery Rock University 

ali təhsil ocağında alıb. O, rəhbər işçi heyət üçün 

təhsil və liderlik proqramları çərçivəsində Harvard 

London Biznes Məktəblərinin, Ashridge 

Management School və IE Business School ali təhsil 

ocaqlarının tələbəsi olub.

PASHA Bank Georgia

Şahin Məmmədov

PASHA Bank Georgia Direktorlar Şurasının 

sədri, Baş İcraçı Direktor

Şahin Məmmədov Azərbaycan Dövlət İqti-

PAŞA Bankın 2016-cı il üzrə fəaliyyətinə dair İllik hesabat 



24

sad Universitetini mühasib ixtisası üzrə bitirərək 

2002-ci ildə diplom alıb. O, 2004-cü ildə eyni 

universitetdə magistr dərəcəsinə yiyələnib və 

2010-cu ildə iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi 

adı qazanıb.

Cənab Məmmədov 2003-2005-ci illərdə 

Koçbank Azərbaycan LTD QTS-də mühasib və baş 

mühasibin müavini  vəzifələrində çalışıb. 2005-ci ildə 

o, Deloitte & Touche şirkətində kiçik auditor kimi 

fəaliyyətə başlayıb və sonra audit üzrə menecer 

vəzifəsinədək yüksəlib. Cənab Məmmədov 2014-

cü ildən ACCA-nın (diplomlu peşəkar auditorlar 

assosiasiyası) üzvüdür.

2009-cu ildə cənab Məmmədov PAŞA Bankda 

maliyyəni idarəetmə departamentinin müdiri 

vəzifəsinə təyin edildi, 2011-ci ildə isə İdarə Heyətinin 

üzvü oldu. 2013-cu ildə o, PASHA Bank Georgia-da 

biznesin inkişafı üzrə müdir vəzifəsinə təyin edildi.  

2014-cü ilin iyul ayından cənab Məmmədov PASHA 

Bank Georgia-nın baş icraçı direktorudur.

Qoqa Caparidze

PASHA Bank Georgia 

Direktorlar Şurasının üzvü, 

Baş Kommersiya İnzibatçısı

Cənab Caparidze 2014-cü ilin yanvar ayında 

kommersiya məsələləri üzrə direktor kimi PASHA 

Bank Georgia-da fəaliyyətə başlayıb. O, 2015-ci ilin 

aprel ayından PASHA Bank Georgia Direktorlar 

Şurasının üzvüdür.

Cənab Caparidze bank sahəsində karyerasına 

2003-cü ildə Bank of Georgia-nın investisiya 

bankçılığı üzrə törəmə qurumu olan BG Capitalda 

kompanyon kimi başlamış, sonra isə 2005-ci ildə 

Bank of Georgia-da adi səhmlər üzrə baş bankir 

vəzifəsinədək yüksəlmişdir. 2006-2011-ci illərdə 

Avropa Yenidənqurma və İnkişaf Bankının qapalı 

səhmlər bölməsinin baş bankiri vəzifəsində Tiflisdə 

və Londonda çalışmışdır. Sonra o, Gürcüstanda 

Société Générale Group-a mənsub olan Bank 

Republic -də korporativ bankçılıq bölməsinin 

rəhbəri olmuşdur.

Cənab Caparizde 1996-cı ildə Tiflis Döv-

lət Universitetini bitirib. 2002-ci ildə o, Hofstra 

Universitetinin Zarb Biznes Məktəbində  biznes 

inzibatçılığı üzrə magistr dərəcəsini alıb.

PASHA Bank Turkey

H. Cenk Eynehan

Direktorlar Şurasının üzvü, 

Baş İcraçı Direktor

Cənab Eynehan Niderlandın Erasmus 

Universitetində iqtisadiyyat üzrə ikiillik təhsil alıb, 

idarəetmə üzrə bakalavriatı ABŞ-da bitirib,  rəhbər 

işçi heyət üzvləri üçün  biznes inzibatçılığı üzrə 

magistr dərəcəsini Koç Universitetində  qazanıb. 

1994-2013-cü illər ərzində o, Türkiyədə və ölkə 

xaricindəki banklarda və maliyyə təsisatlarında orta 

və yüksək rəhbər vəzifələrdə çalışıb. 

2013-cü ilin 2 avqust tarixində baş direktor 

kimi Paşa Yatırım Bankası A.Ş.-də fəaliyyətə 

başlayıb. Bankçılıq və biznes inzibatçılığı sahəsində 

toplam 21 illik təcrübəsi vardır.

Ali İhsan Tokkuzun

Baş İcraçı Direktor Müavini

Ali İhsan Tokkuzun 2014-cü ilin iyun ayında 

baş direktorun müavini kimi PASHA Yatırım 

Bankası A.Ş.-də fəaliyyətə başlayıb. Bundan əvvəl o, 

icraiyyə komitəsinin üzvü və maliyyə kooordinatoru 

kimi İstanbul Gemi İnşa San.Tic. A.Ş.-də işləyib. 

Cənab Tokkuzun peşəkar karyerasına 

Esbank T.A.Ş. auditorlar şurasında başlayıb, sonra 

Vyanadakı Esbank AG-da müxtəlif vəzifələrdə  

(o cümlədən, 2000-ci ilədək audit komitəsinin 

sədr müavini)  işləyib. 2000-2002-ci illərdə cənab 

Tokkuzun Kentbank A.Ş.-da maliyyə təsisatları 

və beynəlxalq marketinq qrupunun rəhbəri olub, 

daha sonra, 2010-cu ilədək Vyanadakı Denizbank 

AG-da baş müdirin müavini olub. 2010-cu ildən 

o, Vyanadakı SK Danube AG-nin baş müdiri 

vəzifəsində işləyib.

Cənab Tokkuzun bakalavriatı Qazi 

Universitetinin  idarəetmə fakültəsində bitirib, 

İstanbul Texniki Universitetində biznes inzibatçılığı 

üzrə magistr dərəcəsini alıb. 

RƏHBƏRLİYİN TƏRKİBİ



Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə