2016-ci ilin İllik Hesabatı



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə17/21
tarix31.08.2018
ölçüsü3,71 Mb.
#65766
1   ...   13   14   15   16   17   18   19   20   21

57

Agentliyi (BRSA) TAIB bankında nəzarətedici 

sahib payı Aksoy Holdinq şirkətindən almış 

“PAŞA Bank” ASC-ə Türkiyə bazarına çıxmaq 

icazəsini verdi. Bu satınalma ilə “PAŞA Bank” 

ASC Türkiyədə fəaliyyətini cəmləşdirmiş 

korporativ müştəriləri hədəfə almağı düşünür. 

Türkiyə bazarında Azərbaycan, Gürcüstan və 

bölgənin digər ölkələrinə sərmayə qoyuluşu 

imkanlarının axtarışında olan kiçik və orta 

müəssisələr üçün böyük potensial vardır. Bundan 

başqa, bank Azərbaycandan olan sərmayə 

axınını Türkiyəyə yönəldərək yerli layihələrin 

yaratdığı hədsiz potensialı daha dolğun qaydada 

gerçəkləşdirməyə çalışır.

PAŞA Bank Türkiyə iqtisadiyyatına 

yeni birbaşa xarici investisiyanın xüsusilə 

Azərbaycandan cəlb edilməsinin hər iki ölkənin 

iqtisadiy- yatına bəhrə verəcəyinə inanır. Bu 

həmçinin bankın böyüməsi, fəaliyyətinin cari və 

mümkün müştərilərinin ehtiyaclarını qarşılamaq 

üçün genişləndirilməsi baxımından gözəl imkan 

yaradacaq.

2016-cı ildə PAŞA Bank Türkiyə meyarlara 

uyğun olaraq seçilmiş investorlara ilk istiqraz 

Toplam aktivlər 

Səhmdarların səhm kapital

Toplam kreditlər 

Xalis mənfəət 

Ödənilmiş səhm kapitalı 

Kapital üzrə mənfəət 

Kapital adekvatlığı əmsalı 

(konsolidasiya edilməmiş)

510


245

404


14

255


5.9%

53.85%


Əsas maliyyə göstə-

riciləri və əmsallar 

(türk lirəsi 

milyon ilə)

emissiyası olan 37.5 milyon türk lirəsi həcmində 

bank istiqrazlarının satışını uğurla tamamlamışdır. 

Bankın istiqrazları Borsa İstanbul bazarında 

satışa çıxarılmışdır. Oktyabr tarixli istiqraz 

emissiyasından sonra  Fitch Ratings Bankın uzun 

müddətli kredit reytinqini A (tur) səviyyəsində 

təsdiq etmişdir.

İl ərzində Bankın Korporativ idarəçilik 

reytinqi 92.64-səviyyəyə qaldırılmışdır, bu isə 

PAŞA Bankın korporativ idarəçilik prinsiplərinə 

verdiyi önəmi və dayanıqlı uğura sadiqliyini 

nümayiş etdirir. 



PAŞA Bankın 2016-cı il üzrə fəaliyyətinə dair İllik hesabat 


58

PASHA Bank. Annual Report.2014

Ölkənin artan iqtisadiyyatına dəstək 

olaraq PAŞA Bank Azərbaycanda 

fəaliyyət göstərən  kiçik və orta 

sahibkarlıq müəssisələrinin 

institusional inkişafına və maliyyə 

savadlılığına töhfə verir. 2016-cı 

ildə Bank Azərbaycan Sahibkarlıq 

Assosiasiyası və Azərbaycan 

Respublikası Mərkəzi Bankı da daxil 

olmaqla digər maraqlı tərəflərin iştirakı 

ilə müxtəlif seqmentləri təmsil edən 

kiçik və orta sahibkarlıq müəssisələri 

üçün bir sıra tədbirlərə ev sahibliyi 

etmişdir. 



59

DAYANIQLI İQTİSADİ İNKİŞAFA 

DƏSTƏK



60

DAYANIQLI İQTİSADİ İNKİŞAFA 

DƏSTƏK

PAŞA Bank Gənc sahibkarların biznes forumu 



təşəbbüsünü dəstəkləyir

Azərbaycanın ən iri banklarından biri PAŞA 

Bank Lənkəran və Xaçmaz rayonlarında gənc 

sahibkarlar üçün biznes forumuna sponsorluq 

etmişdir. Forum çərçivəsində PAŞA Bank 

nümayəndələri gənc sahibkarlarla bir araya 

gələrək kiçik biznes fəaliyyətlərinin necə qurulması 

və maliyyələşdirilməsi mövzuları üzrə müzakirələr 

aparmışdır. 

PAŞA Bankın Baş müştəri meneceri Vüqar 

Əliyev layihə iştirakçılarına yeni bank məhsulları, 

xidmətləri və kredit imkanları barədə məlumat 

verdi. Həmçinin PAŞA Bank nümayəndəsi 

biznes təkliflərinin yazılması, bazar imkanlarının 

qiymətləndirilməsi və risklərin müəyyən edilməsi, 

start-up bizneslərinin strukturlaşdırılması 

və planlaşdırılması, maliyyə resurslarının 

qiymətləndirilməsi və maliyyə hesabatlılığı 

strukturlarının qurulması kimi aspektlərə dair 

məsləhətlər də verdi. 

Böhran zamanında satış fəaliyyətləri 

mövzusunda seminar (14 may, 2016-cı il)

Tədbir təxminən 40 pərakəndə biznes 

nümayəndəsinə çağırışlarla dolu bazar şəraitində 

istiqamət tapmağa yardım etmək üçün PAŞA Bank 

və Systema Consult  tərəfindən təşkil edilmişdir.

Moody’s İllik kredit riski konfransı (24 may 

2016-cı il)

Azərbaycanda və regionda əsas kredit 

məsələlərinin müzakirə edilməsinə həsr edilmiş 

hər il keçirilən və geniş auditoriyaya malik Moody’s 

İllik kredit riski konfransı bu dəfə 2016-cı ilin 24 may 

tarixində Bakı şəhərində keçirilmişdir. PAŞA Bankın 

Baş risk inzibatçısı Mansur Məmmədov Konfrans 

spikerlərindən biri idi. Dünya Bankı, dövlət 

müəssisələri və bank və sığorta sektorlarının 

nümayəndələri  tədbirdə iştirak edənlər sırasında 

olmuşdur. 

Konfrans zamanı Moody’s ekspertləri 

Azərbaycan və region iqtisadiyyatlarında müşahidə 

olunan son dəyişikliklərə xüsusi diqqət yetirərək 

hazırkı makroiqtisadi iqlimə dair təqdimatlar 

təqdim etmişdirlər. Bu təqdimatlarda maliyyə 

sənayesinə təsir edən meyllər təhlil edilmiş və 

maliyyələşdirmə mənbələrinin şaxələndirilməsi və 

MDB ölkələrinin üzləşdiyi valyuta riskləri kimi əsas 

aspektlər tədqiq edilmişdir.

Konfrans çərçivəsində həmçinin qlobal 

neft qiymətlərinin dəyişkənliyinə və aşağı neft 

qiymətlərinin Azərbaycan biznes iqliminə və bank 

seqmentinin inkişafına göstərdiyi təsirə həsr 

edilmiş ayrıca panel müzakirələri də keçirilmişdir. 

Bu müzakirələr zamanı Mansur Məmmədov 

Azərbaycan hökuməti tərəfindən ölkədəki biznes 

fəaliyyətini stimullaşdırmağa yardım etmək üçün 

həyata keçirilən iqtisadi təşəbbüslərin müsbət 

təsirlərini xüsusi olaraq vurğuladı. 

Korporativ tərəfdaşların cəlb edilməsi 

təşəbbüsü 2016. Seminar 2: Gəlir dəyişən biznesə 

gəlir (8 iyun 2016-cı il) 

PAŞA Bank Deloitte Azərbaycan ilə 

tərəfdaşlıqda “Gəlir dəyişən biznesə gəlir” adlı 

müştərək konfransa ev sahibliyi etmişdir. Tədbir 

Azərbaycan və regionların iqtisadiyyatında 

baş verən dəyişikliklər fonunda  kiçik və orta 

sahibkarlığın inkişaf etdirilməsinə həsr edilmişdir. 

 

Kiçik və orta sahibkarlıq sektorunun 



təxminən 70 nümayəndəsi iki mövzulu panel 

müzakirələrindən ibarət konfransda iştirak etmişdir. 

Birinci panel kiçik və orta sahibkarlıq müəssisələrinə 

və hazırkı bazar mühitinə təsir etmiş ən son hüquqi 

və tənzimləmə dəyişikliklərinin müzakirəsinə 

həsr edilmişdir. Sahibkarlar üzləşdikləri çağırışları 

və çətinlikləri səsləndirdilər və kiçik və orta 



Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə