143
təsadüfi sayıla bilməz ki, “ölkə və onun əhalisi kreditə -
borca yaşayır”. Müəyyən istisnalarla, bu fikri müasir dün-
yanın istehsal-xidmət dairələrinin təsərrüfatçılıq fəaliyyə-
tinə və planetin əhalisinin həyat-yaşayış səviyyəsi tərzinə
aid etmək olar.
Əmtəə-xidmətlərin kreditə satışı zamanı pul öz təda-
vül vasitəsi rolunu, dəyər ölçüsü kimi ideal şəkildə, xəya-
lən yerinə yetirir. Lakin satılmış məhsulların, göstərilmiş
xidmətlərin ödəniş vaxtı çatdıqda isə pul alıcıdan satıcıya
keçərək, öz həqiqi hesablaşma rolunu oynayır. Pulun bu
vəzifəsi, cəmiyyətdə kredit münasibətlərinin inkişafına ge-
niş meydan açmışdır.
Pulun dünya rolu vəzifəsi dedikdə, onun yalnız öl-
kə daxilində deyil, beynəlxalq aləmdə və xarici dövlətlərlə
iqtisadi-ticarət əlaqələrində iştirakı nəzərdə tutulur. Müx-
təlif ölkələrin milli valyutaları xarici bazarlardakı alqı-
satqı münasibətlərində öz “milli libasını, geyimini”, yəni
məxsus olduğu dövlətin pul vahidi nişanəsi olmasını bir
tərəfə ataraq, qızıl və başqa valyutalara müəyyən nisbətdə
iştirak edir, yaxud dəyişdirilir.
Uzun müddət ərzində dünya bazarında pulun dünya
rolu vəzifəsini qızıl yerinə yetirmişdir. Lakin beynəlxalq
miqyasda istehsalın müxtəlif sahələrinin və xidmət dairə-
sinin əvvəllərə nisbətən surətli inkişafı, ölkələr arasındakı
xarici ticarət dövriyyəsi həcminin durmadan genişlənməsi,
qızılın məhdud miqdarı, bank əməliyyatlarının və köçür-
mələrinin çevikliyi, habelə rahatlığı, təhlükəsizliyi qızılın
dünya pulu vəzifəsini yerinə yetirməsində ciddi problem-
lər yaratdı.
Xüsusilə 1929-1933-cü illəri əhatə etmiş dünya iqti-
sadi böhranından sonra, beynəlxalq iqtisadi ticarət əlaqələ-
144
rində, tədavül dairəsində hesablaşmalarda qızılla yanaşı,
dollar və funt sterlinq kimi kağız pullardan istifadə olun-
ması təcrübəsi özünü doğrultmadığından, XX əsrin 70-ci
illərindən etibarən qızıl rəsmi surətdə dünya pulu rolunu
oynamır. Müasir dünyada 40 min tondan artıq qızıl müx-
təlif ölkələrdə dövlət ehtiyatı kimi saxlanılır və adi əmtəə
kimi onun qiyməti, bazarda yaranan tələb-təklif qanunu
əsasında formalaşır.
d)
Pul tədavülü iqtisadiyyatın “qan damarları”, ya-
xud “fırlanan çarxın sürtgü yağı” kimi vəzifəsini normal
yerinə yetirdikdə, ölkənin təsərrüfat həyatının müxtəlif
sahələrinin və bütövlükdə cəmiyyətin hərtərəfli inkişafı
üçün daha əlverişli imkanlar yaranır.
Milli iqtisadiyyatda fasiləsiz surətdə davam edən
nağd və qeyri-nağd hesablaşmalarla bağlı tədavül üçün zə-
ruri sayılan pul kütləsi (miqdarı), onun ayrı-ayrı ümumi-
ləşdirilmiş aqreqatlarının (M-0, M-l, M-2, M-3, M-4 (L))
müəyyənləşdirilməsi tələb olunur. Eyni zamanda iqtisadi
nəzəriyyədə pul bazarı anlayışı vardır. Bu iqtisadi anlayış-
ların izahı və qarşılıqlı əlaqəsi, ölkədə pulun hərəkəti,
onun kütləsi, tədavülünün tənzimlənməsi proseslərini ay-
dınlaşdırır.
Pul bazarı dedikdə, ölkədə pula olan tələb və təklif
əsasında bank faiz dərəcəsinin səviyyəsi başa düşülür.
Başqa sözlə, bankların bazar konyukturası şəraitində də-
yişkən faiz dərəcələri, pulun “qiymətidir”. İqtisadi yüksə-
liş mərhələsində bank faiz dərəcəsi artmağa doğru meyl
etdiyi halda, əksinə iqtisadiyyatın geriləməsi və durğunlu-
ğu mərhələsində aşağı düşməyə başlayır. Bu mənada, san-
ki milli iqtisadiyyatın fəallıq və geriləməsinin barometri
rolunu oynayan bank faiz dərəcələri, ölkənin dinamik
145
təsərrüfat həyatında baş verən dəyişiklikləri özündə əks
etdirir. Belə bir cəhət də maraqlıdır ki, doğrudur pul
bazarlarda başqa əmtəələr kimi “satılıb alınmır”. Lakin
müxtəlif sövdələşmələr və razılaşmalar, habelə işgüzar
münasibətlər prosesində dəyişkən bank faiz dərəcələri,
hökmən nəzərə alınır.
Pul tədavülünün tənzimlənməsi prosesində mühüm
rol oynayan ümumiləşdirilmiş anlayışlara gəldikdə isə
qeyd etmək lazımdır ki:
M-0 __ dövriyyədə olan nağd kağız və metal pulların
bankda deyil, əhalidə yaxud əllərdə olan məbləğidir.
M-1 __ tədavüldə olan nağd kağız və metal pullar,
habelə çeklər vasitəsilə hər vaxt tələb edilə bilən əmanət-
lər - depozitlərdir.
M-2 __ M-l + çeksiz əmanətlər + az məbləğdə təcili
(müddətsiz) əmanətlər (depozitlər) + pul bazarının qarşı-
lıqlı (əvəzləyici) fondlardan ibarətdir.
M-3 __ M-2 + iri məbləğdə, adətən 100 mindən
yuxarı məbləğdə olan təcili (müddətsiz) əmanətlərdən
(depozitlərdən) ibarətdir.
M-4 (L)__ölkənin bütün pul kütləsi, yəni M-3 +
banklarda saxlanılan qeyri-pul
vəsaitləridir ki, hər vaxt pu-
la çevrilə yaxud likvid oluna bilər. Asanlıqla pula çevrilə
bilən şeylər arasında dövlətin qiymətli kağızları, qızıl
ehtiyatı, qiymətli sənət əsərləri, əntiq əşyalar mühüm yer
tutur.
Müxtəlif ölkələrin pul-kredit siyasətində milli iqtisa-
diyyatda pul kütləsinin həcmini (miqdarını) müəyyənləş-
dirmək üçün, məsələn ABŞ-da 4, Yaponiya və Almani-
yada 3, İngiltərə və Fransada 2, Azərbaycan Respublika-
sında isə bir neçə aqreqatdan, yəni ümumiləşdirilmiş pul
146
göstəricilərindən istifadə olunur.
Pul tədavülü ölkədə əmtəələrin alqı-satqısı və xid-
mətlər göstərilməsilə bilavasitə bağlı olduğundan təbiidir
ki, normal dövriyyə üçün lazım olan pul kütləsinin kon-
kret həcminin müəyyənləşdirilməsi qarşıya çıxır. Ona görə
də bu məsələ iqtisadçı və mütəxəssislərin nəzər-diqqətini
həmişə özünə cəlb etmişdir.
Çünki ölkənin pul sisteminin və onun tədavül dairə-
sinin sabitliyini, çevikliyini, etibarlığını, nəhayət kəmiyyət
müəyyənliyini təmin etmədən iqtisadiyyatın hərtərəfli,
habelə tarazlı inkişafına nail olmaq çətindir.
Uzun illər boyu klassik iqtisadi nəzəriyyə nümayən-
dələri, tədavül üçün zəruri olan pulun miqdarını (M), 3
amillə - əmtəələrin ümumi kütləsi onun ümumi dəyəri
(qiyməti), pulun tədavül dairəsində dövretmə sürəti ilə
qarşılıqlı əlaqədə müəyyənləşdirməyi əsaslandırmışlar.
Onların fikrincə, tədavül üçün lazım olan pulun küt-
ləsi (M), əmtəə qiymətləri cəminin (ƏQ), eyni adlı pul
vahidlərinin (manat, dollar, funt sterlinq) dövriyyə sürə-
tinə (DS) olan nisbətinə bərabərdir. Deməli,
Klassik iqtisadi nəzəriyyədə pul tədavülü qanunu
adlandırılmış bu formulda tədavül dairəsindəki kredit
(borc) əməliyyatları, qarşılıqlı ödənişlər və xarici ticarət
əlaqələri nəzərə alınmamışdır.
Sonralar pul kütləsinin miqdar nəzəriyyəsinə, onun
tədavül dairəsindəki hərəkət sürətinə dair A.Marşall,
C.Keyns və başqaları tərəfindən irəli sürülmüş yeni yanaş-
Dostları ilə paylaş: |