147
malar, ABŞ iqtisadçısı İrvinq Fişerin (1867-1947) “Pulun
alıcılıq qabiliyyəti” kitabında belə bir formulda veril-
mişdir:
MV=PQ
Burada
M - pul kütləsi; V - pulun
dövriyyə sürəti; P -
əmtəə və xidmətlərin qiyməti; Q - əmtəə və xidmətlərin
kəmiyyət göstəricisi olduğundan, deməli onların hər biri
ayrı-ayrılıqda belə tapıla bilər:
Elmi-nəzəri cəhətdən neoklassik istiqamətin mövqe-
yini əks etdirən pulun bu miqdar nəzəriyyəsi, “mübadilə
bərabərliyi, yaxud tənliyi” müəyyən qeyd-şərtlərlə bütün
dünyada qəbul olunur. Həmin formullarda əmtəə-xidmət-
lərin həcminin və qiymətlərin artması ilə dövriyyədəki pul
kütləsinin sürəti arasında nisbətlərin pozulmasının inflya-
siya üçün şərait yaratması ideyası, şübhəsiz aktual əhə-
miyyətə malikdir.
149
yanaşı, «istehsal amilləri» anlayışı vardır. Bunların fərqi
«istehsal resurslarının» istehsala cəlb oluna bilməsində,
«istehsal amillərinin» isə artıq real surətdə istehsala cəlb
olunmasındadır. «İstehsal resursları» daha geniş anlayış
olduğundan, «istehsal amilləri» resurslara daxil edilir. Eyni
zamanda «istehsal resurslarından» fərqli olaraq, «istehsal
amilləri» yalnız qarşılıqlı fəaliyyət çərçivəsində olur. De-
məli, istehsal həmişə amillərin qarşılıqlı fəaliyyət
birli-
yinin nəticəsidir.
İstehsalın başlıca və əsas amilləri kimi torpaq, kapi-
tal, əmək göstərilir.
Müasir iqtisadi ədəbiyyatda sahibkarlıq fəaliyyəti,
idarəetmə qabiliyyəti, məlumat (informasiya) axını, elmi-
texniki tərəqqi, hətta reklam da bəzən istehsal faktoru
(amili) kimi qiymətləndirilir. Lakin, müasir istehsal prose-
sində kəskin bazar rəqabəti şəraiti və elmi-texniki tərəqqi
dövründə həmin amillərin rolu inkar edilməsə də, hər
halda törəmə, köməkçi və ikinci dərəcəli amillər kimi sə-
ciyyələndirilirlər.
Ümumiyyətlə, istehsal prosesinin aşağıdakı ardıcıl-
lıqla:
bir dövran prosesi kimi fasiləsiz davam etməsi üçün, isteh-
salın şəxsi və maddi amillərinin birləşməsi zəruridir.
Bu mənada, əslində istehsal amilləri - insan və tə-
Əmtəə
Pul
(kapital)
İstehsal
vasitələri
İş qüvvəsi
...İstehsal
prosesi
...Əmtəə ...Pul
(kapital)
150
biətdən ibarətdir. Məhz bu 2 amil həlledici olub, istehsalı,
onun gedişini və nəticələrini müəyyən edir. İstehsalın şəx-
si amili, «insan amili» hazırda xüsusi bir əhəmiyyət kəsb
edir.
Hər bir iqtisadi sistemdə mərkəzi yer tutan insan
həm istehsal prosesinin amili, həm də onun məqsədidir.
Çünki insan maddi nemətlərin yaradıcısı olduğu kimi, eyni
zamanda da həmin maddi – mənəvi nemətlərin fəal isteh-
lakçısıdır. Məlumdur ki, ən yeni texnika və mütərəqqi tex-
noloji proseslər də insan əməyi, onun fəaliyyəti olmadan
bir növ “ölüdür”.
İstehsal amilləri və onların maddi-mənəvi nemətlə-
rin, xidmətlərin yaradılması prosesindəki qarşılıqlı rolunu,
yaxud birləşməsini aşağıda verilən sxemdən görmək olar:
İstehsal
amillərinin birləşməsi
Şəxsi amil
(iş qüvvəsi, əmək)
Maddi amil
(istehsal vasitələri)
Əmək
vasitələri
Əmək
cisimləri,
predmeti
Əmək
alətləri
(maşın,
mexanizm,
cihazlar)
Əməyin
ümumi mad-
di şəraiti (is-
tehsal binala-
rı, yollar, ka-
nallar və s.)
Təbii resurslar
(təbiət mad-
dələri, mə-
dənlər, ya-
taqlar və s.)
Xammal,
yarım-
fabrikatlar