3 azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti MİkroiQTİsadiyyat (Dərslik)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə41/79
tarix11.04.2018
ölçüsü2,8 Kb.
#37032
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   79

136 
 
İqtisadi nəzəriyyə pulu, istehsal olunmuş əmtəələrin 
və  göstərilmiş  xidmətlərin  dəyərini  ifadə  forması  kimi 
səciyyələndirir. İnsan əməyinin, zəkasının, onun yaratdığı 
texnika  və  texnologiyanın  məhsulu  olan  saysız-hesabsız 
əmtəələr, xidmətlər pul vasitəsilə qiymətləndirilib hesabla-
nır,  mübadilə  olunur,  dəyişdirilir,  əldən-ələ  keçərək  öz 
əvvəlki sahibini dəyişir, nəhayət son nəticə etibarilə insan-
ların müxtəlif təyinatlı tələbatlarını ödəyirlər. 
Vaxtilə Aristotel yazmışdır ki, «pul insanlar arasında 
müəyyən razılaşma nəticəsidir». Belə fikirlər də olmuşdur 
ki,  pul  nemət-xidmətlərinin  əvəzində  alınan  hər  şeydir, 
yaxud pul xüsusi növ əmtəə olub, alqı-satqı münasibətlə-
rində ümumi ekvivalent rolunu oynayır. 
Pulun  meydana  çıxması  çox  qədim,  formaları  müx-
təlif, istifadə üsulları dəyişkən olsa da, o, həmişə olmamış-
dır. Pul cəmiyyətin inkişafının müəyyən pilləsində, ibtidai 
icma  cəmiyyəti  dağıldıqdan,  natural  (qapalı)  təsərrüfat 
aradan  qalxdıqdan,  əmtəə  istehsalı  genişləndikdən,  əmək 
bölgüsü  dərinləşdikdən  sonra  zəruri  ümumi  ekvivalent 
(əvəzləyici)  kimi  meydana  çıxmışdır.  İlk  dövrlərdə  pulu 
müxtəlif  ölkələrdə  mal-qara,  duz,  xəz,  parıldayan  daş-qaş, 
sonralar  isə  dəmir,  gümüş,  taxta,  mis,  qızıl,  nəhayət  kağız 
pullar, müasir dövrdə isə xüsusi plastik kartlar əvəz etmişdir. 
Düşünmək  mümkündür  ki,  pul  bəşəriyyətin  tarixi 
inkişaf  yolunun  müəyyən  mərhələsində  qanunauyğun  bir 
hadisə  kimi  meydana  çıxıb  öz  rolunu  oynadıqdan  sonra, 
artıq cəmiyyətə lazım olmayan bir şey kimi sıradan çıxa-
caqdır. Məsələn, marksist iqtisadi mövqeyə  görə, gələcək 
kommunizm  cəmiyyətində  insanların  tələbatları  hərtərəfli 
surətdə  ödənildiyindən  pula  xüsusi  bir  ehtiyac  qalmaya-


137 
 
caqdır.  Qiymətli  metallardan  gələcəkdə,  hətta  davamlı 
keyfiyyətlərinə  görə  kanalizasiya  sistemlərində  istifadə 
ediləcəyini  irəli  sürənlər  də  olmuşdu.  N.Gəncəvinin  “İs-
gəndərnamə”  əsərində  təsvir  edilmiş  “firavan,  nə  qapısı, 
nə qıfılı olan” bir şəhərdə, pula ehtiyac duyulmadığı, qızıl-
gümüşün adi bir şey kimi qiymətləndirilməsi qələmə alın-
mışdı: 
Qızıla, gümüşə aldanmaz heç kəs,  
Bunlar bizim yerdə bir şeyə dəyməz. 
 
Lakin hələlik, bazar münasibətləri iqtisadi sisteminin 
hakim  olduğu  bir  şəraitdə,  insanların  şüur  və  intellektual 
səviyyələrinin  xeyli  irəlilədiyinə  baxmayaraq,  pul  və  onu 
əvəz  edən  qızıl-gümüş,  qiymətli  daş-qaşlar  cəmiyyətin 
ictimai-siyasi, iqtisadi-sosial, mənəvi-əxlaqi həyatının çox 
mühüm  bir  amili  rolunu  oynayır,  eyni  zamanda  bir  sıra 
vəzifələri (funksiyaları) həyata keçirir. 
Pulun meydana çıxması və cəmiyyət arasında oyna-
dığı rolla bağlı, rasional və təkamül nəzəriyyələri forma-
laşmışdır. Rasional nəzəriyyəyə görə, pul insanlar arasında 
əmtəə  mübadiləsi prosesində  müxtəlif təyinatlı dəyərlərin 
bir-birinə dəyişdirilməsi üçün ən əlverişli vasitədir. Təka-
mül  nəzəriyyəyə  görə  isə  pul  insanlar  arasında  müəyyən 
razılaşmanın  deyil,  ictimai  əmək  bölgüsünün,  mübadilə 
proseslərinin və əmtəə istehsalının tədricən inkişafının nə-
ticəsidir.  Təkamül  konsepsiyasına  görə,  bütün  əmtəələr 
içərisindən tədricən bir əmtəə seçilərək ayrılmış və ümumi 
ekvivalent  kimi  pul  rolunu  oynamış,  onun  vəzifələrini 
yerinə yetirməyə başlamışdır. 
Tədavüldə  2  metal  pulun  -  qızıl  və  gümüş  pulların 


138 
 
mübadilə  vasitəsi  kimi  işlədilməsi  bimetalizm,  1  metal 
pulun,  qızıl  yaxud  gümüş  pulun  işlədilməsi  isə  monome-
talizm adlanır. 
Ölkənin pul sistemi dedikdə, tarixən orada formalaş-
mış və dövlət tərəfindən qanunvericiliklə müəyyən edilmiş 
pul  tədavülünün  təşkili  nəzərdə  tutulur.  Pul  sisteminin 
ayrı-ayrı  ünsürlərinin  hələ  xeyli  əvvəl  müxtəlif  ölkələrdə 
meydana çıxmasına baxmayaraq, onun formalaşması XVI-
XVII  əsrlərdə  baş  vermişdir.  Dünya  dövlətlərində  təşkil 
olunmuş pul sisteminin mühüm tərkib hissələri bunlardır: 
qiymət  miqyası;  pul  vahidi;  milli  pul  vahidinin  xarici 
valyutalara nisbəti; pul emissiyası, yaxud tədavülə pul 
nişanları buraxılması; pul tədavülünün tənzimlənməsi 
ilə bağlı müvafiq dövlət orqanlarının - kredit təşkilat-
larının yaradılması. 
ç)  Pul  meydana  çıxdıqdan  sonra  ümumiyyətlə  5 
vəzifəni (funksiyanı) yerinə yetirmişdir. 
Həmin vəzifələr aşağıdakılardır: 
a) pul dəyər ölçüsüdür;  
b) pul tədavül (mübadilə, hesablaşma) vasitəsidir
c) pul yığım (toplamaq, xəzinə yaratmaq) vasitəsidir; 
ç) pul tədiyyə (kredit, borc) vasitəsidir; 
d) dünya pulu (beynəlxalq ödəniş) vasitəsidir. 
Son iqtisadi ədəbiyyatlarda, müasir bazar münasibət-
ləri  sistemində  pulun  dəyər  ölçüsü  tədavül  vasitəsi, 
yığım  vasitəsi  kimi  3  vəzifəsinə,  bəzən  də  dəyər  ölçüsü 
və  tədavül  vasitəsi  kimi  2  vəzifəsinə  daha  çox  diqqət 
yetirilir.  Pulun  mahiyyəti,  onun  ölkənin  təsərrüfat  həyatı 
və  iqtisadi  əlaqələr  və  münasibətlər  sistemində  yerinə 
yetirdiyi müxtəlif vəzifələr, aşağıdakı sxemdə verilmişdir. 


139 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ayrı-ayrılıqda  pulun  cəmiyyətin  iqtisadi  münasibət-
lər  sistemində  yerinə  yetirdiyi vəzifələri  nəzərdən  keçirib 
aydınlaşdıraq. 
Pul  dəyər  ölçüsüdür.  Bütün  əmtəələrin-xidmətlərin 
hələ  tədavül  dairəsinə  daxil  olmadan  və  satışa  çıxarılma-
mışdan əvvəl dəyəri, qiyməti müəyyənləşdirilməlidir. Müx-
təlif  əmtəə  və  xidmətlərin  dəyəri,  onların  hazırlanmasına 
sərf olunmuş xərclər, bazardakı tələb-təklif, rəqabət müba-
rizəsi,  əhalinin  alıcılıq  qabiliyyəti,  habelə  digər  şərtlərlə 
bağlıdır. Eyni zamanda müxtəlif təyinatlı əmtəə-xidmətlə-
rin  dəyəri  qarşılıqlı  surətdə  ortaq  ölçülü  olduğundan,  tə-
biidir ki, onları kəmiyyət baxımından, miqdarca müqayisə 
etmək mümkündür. 
Lakin unudulmamalıdır ki, bütün əmtəələrin və xid-
mətlərin öz təyinatlarına görə xeyli fərqli olmalarına bax-
mayaraq,  onların  müəyyən  ortaq  ölçülü  meyarlarla  mü-
qayisə  oluna  bilməsinin  səbəbi  pul  deyil,  həmin  əmtəə-
xidmətlərin,  ümumiyyətlə  ictimai  əməyin  məhsulu  olma-
Pulun vəzifələri 
Əsas vəzifələri 
Törəmə vəzifələri 
Dəyər ölçüsü 
Yığım vasitəsi 
Tədavül vasitəsi 
Tədiyə vasitəsi 
Qiymət miqyası 
Xəzinə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə