50 yashinda men Layout 1



Yüklə 5,53 Mb.
Pdf görüntüsü
səhifə18/85
tarix22.07.2018
ölçüsü5,53 Mb.
#58456
1   ...   14   15   16   17   18   19   20   21   ...   85

yüz nəfər də. Onda ikinci sual verdim. Niyə axı ömürlük cə‑
zaya məhkum olunanı prezident birbaşa azadlığa buraxmır?
Əvvəlcə cəzasını illərə dəyişir, daha sonra tam əfv edir. Bunu
da belə izah etdilər ki, əfv verilən zaman əfv olunanın çəkil‑
məyən cəzası bağışlansa da, onu ta son cəza dəqiqəsinəcən
təqib edir. Birdən yenidən cinayət törətsə, o cəza da yeni cə‑
zanın üstünə gəlir. Loru dildə desək, çəkilməyən cəza azad‑
lıqda reablitasiya dövrüdür bir növ. Bir az da bədii
bənzətməyə getsəm – başının üstündən asılan Domokl qı‑
lıncı. Bilmirəm düzgün izah etmişdilər mənə, ya yox? Hər
halda 2001‑ci ildə mənə əfvin izahını belə vermişdilər. (SON)
Mən bağışladım, get Allah bağışlasın
“Bağışlamaq Allaha məxsusdur. Dustağı bağışlayıb, azad‑
lığa buraxa bilərsən. Əsas isə onun günahlarını Allah bağış‑
lamalıdır”. Qismən razıyam bu fikirlə. Niyə qismən? Çünki
yazılan “əfv et” məktublarında “Göydə Allaha, yerdə sən
Prezidentimə müraciət edib bağışlanmağımı diləyirəm” ifa‑
dəsi əsas yer tutur.
YAS
Nəriman İmranov mən ondan aldığım müsahibədən bir
az sonra azadlığa çıxdı. Hansısa yas mərasiminə getmişdim.
Çadıra daxil olanda onu bir yaşıdıyla oturub söhbət etdiyini
gördüm. Sevincək yaxınlaşdım. Görüşdüm. Gözlərini döydü.
Deyəsən tanımamışdı.
“Tanımadız məni? Mahirəm də, AzTV‑dən” söylədim. Göz‑
ləyirdim ki, deyəcək ki, “hə, tanıdım. Sağ ol, ay oğul. O “Xüsusi
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
69


buraxılış”ın da kassetini köçürüb göstərdilər mənə. Əlin yün‑
gül oldu”. Amma demədi. Bircə – “Yox. Tanımadım” – söylədi.
Bəlkə də unutmuşdu. Yox. İnanmıram. Professional çekist
heç vaxt unutmaz. Bir də ki, belə bir missal var: “Heç vaxt keç‑
miş “KQB”eşnik olmur”. Bəlkə də xəcalət çəkdi. Onda köhnə,
acı xatirələri oyatmışdım. Axı onu məhbus paltarında görən
ilk və son jurnalist mən idim. Düzünü desəm, pərt oldum.
Amma heç nə demədim.
İndi isə o müsahibədən düz 14 il keçir. Bu müddətdə Nə‑
riman İmranovun adına nə mətbuatda, nə də televiziyada rast
gəlmişdim. O gün bir xəbər oxudum ki, nəsə müxalif hərəkat
yaranır Azərbaycanda. Hərəkətverici qüvvə kimi də Nəriman
İmranovun adı hallanır. Ölüm hökmü ömürlük cəzaya, ömür‑
lük cəzası 15 ilə dəyişdirilən Nəriman İmranov. Prezident
Heydər Əliyevin fərmanıyla 3‑cü dəfə əfv olunmasaydı, hələ
də həbsdəydi. Bir ildən sonra – 2016‑cı ilin avqustun 17‑də
azadlığa çıxmalıydı. 14 il Domokl qılıncına dözüb. Bir il isə
ildırım sürətiylə gəlib keçəcək.
O vaxt məni tanımadı. Dedi ki, “tanımadım”. Bunu unut‑
qanlıq kimi yox, sadəcə “acı günləri yaddan çıxarmışam,
Mahir, yadıma salma” kimi dəyərləndirdim. Yəqin ki, yeni‑
dən “səsi çıxan” Nəriman İmranov məni unutsa da, nəvaxtsa
üç dəfə əfv olunmasını, müsahibədə işlətdiyi ifadələri heç
vaxt unutmaz. Atalarsa üçdən deyib. 4‑cü əfvə isə...
Bir də ki, zəmanə dəyişib. Xalq Nəriman Nərimanovu da
yaxşı tanıyır, Çingiz İldırımları da... Onların sonda yaşadığı
acı taleyi də...  
2015 
M A H İ R   Q A B İ L O Ğ L U
70


MƏNİM MODERN.AZ‑ım
Dekabrın 4‑də  49 yaşım tamam olacaq. Bu tarixi yada sal‑
mağımdan elə düşünməyin ki, geniş bir ad günü  qeyd etmək
fikrim var. Əsla. Uşaqlıqdan atam məni o qədər ərköyün bö‑
yüdüb ki, ad günlərindən xoşum gəlmir. İndi isə deyirəm:
“Minnətin olsun, Mahir. Tamada Xalq şairi Məmməd Rahim.
Yanında həyat yoldaşı. Qonşular Bayram Bayramov, İsmayıl
Şıxlı, Qasım Qasımzadə, Hüseyn Abbaszadə, Salam Qədir‑
zadə, Əliağa Kürçaylı, Məsud Əlioğlu, Əkbər Ağayev, Orxan
Çəmənzəminli, Bəxtiyar Vahabzadə, İsa Hüseynov...”. Burda
deyiblər e... “Kiri, gədə. Sən qudurmusan”. Harda qaldım?
Hə, 4 dekabrda qeyd edəcəyim, ya etməyəcəyim 49 yaşımda.
Yox. Qeyd etməyəcəyəm. Yoxdur onlar.
6 yaş
6 yaşım olanda sevinirdim. Əsasən 7 yaşı olanlar sevinirdi o
vaxt. Çünki məktəbə, 1‑ci sinfə gedəcəkdilər. Mən isə 6 yaşında
sevinirdim. Məktəb yaşına 65 günüm çatmamasına baxmaya‑
raq. Hazır idim məktəbə. Uşaq bağçasında (təhsil naziri Mikayıl
Cabbarov, ayıl!) əlifbanı da, rəqəmləri də oxumağı, yazmağı öy‑
rətmişdilər. Ona görə də məni 7 yaşım tamam olmamış, elə 6
yaşında 190 nömrəli məktəbin 1‑ci sinfinə qəbul etdilər. Uzun
sorğu‑sualdan sonra. Onu da qeyd edim ki, nə məktəbimizin
direktoru Sona Tağıyevanın, nə də digər qadın müəllimlərimi‑
zin “bığı” vardı. “Bığ” yox idisə, deməli onların “bığının altın‑
dan da heç kim keçməmişdi”. 6 yaşı mən belə sevdim.
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
71


1 sentyabr: Bilik günü, yoxsa sülh dərsi?
Neçə illər oxuyandan sonra aydın oldu ki, bəs 1 sentyabr
təkcə təhsil ilinin ilk günü deyilmiş tarixdə. 1 sentyabr həm
də 1939‑cu ildə 2‑ci Dünya Müharibəsinin başlandığı tarixdir.
Almaniya Polşaya hücum etməklə bu müharibəyə start veri‑
lib. Bəlkə bu gün də kimdən soruşsan ki, 2‑ci Dünya Mühari‑
bəsi nə vaxt başlayıb? Cavab verəcək ki, 1941‑də başlanıb,
45‑də də başa çatıb. Amma buna baxmayaraq yenə də 1 sent‑
yabr bizim xatirəmizdə Bilik Günü kimi qalıb.
İnternet əsri
Sonra internet əsrinə qədəm qoyduq. Google‑yə  müraciət
edəndə aydın oldu ki, bəs 1 sentyabrda Kabardin‑Balkar Res‑
publikası qurulub, Özbəkistan müstəqilliyini elan edib, İtali‑
yada məşhur pitssa yeməyinin şərəfinə “Pizzafest” festivalı
keçirilir, Latviyada isə “Aristotel günü”dür, İsraildə 1951‑ci
ildə MOSSAD yaradılıb, Beslanda terror aksiyası baş verib,
Puşkinin əmisi Vasili Puşkin, Nobel mükafatı laureatı, yazıçı
Fransua Moriak rəhmətə gedib. Boksçu, dünya çempionu
Rokki Marçiano və digərləri anadan olub. Bu cür məlumatlar
internetdə çoxdur.
1 sentyabr bu gün
Nə vaxt idi 1 sentyabr mənim üçün əhəmiyyətini itirmişdi.
Axı daha məktəbə getmirəm. Heç universitetə də... Müstəqil‑
liyimizin Təhsil Nazirliyi 1 sentyabrı 15 sentyabr etsə də, xa‑
tirələrdə yenə bizim üçün “1 sentyabr” tarixdir . Amma onu
M A H İ R   Q A B İ L O Ğ L U
72


Yüklə 5,53 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə