50 yashinda men Layout 1



Yüklə 5,53 Mb.
Pdf görüntüsü
səhifə16/85
tarix22.07.2018
ölçüsü5,53 Mb.
#58456
1   ...   12   13   14   15   16   17   18   19   ...   85

nov idi. O mənimlə yanaşı oturdu. Sağ əlimi ovcunda qucdu.
Əlləri soyuq, dərisinin rəngi sarı, özü isə həyəcanlı idi. Mü‑
sahibə vermək istədiyini, onun ürək sözlərinin Prezidentə çat‑
dırılmasını xahiş edirdi. Daha doğrusu bu, daha çox yalvarışa
oxşayırdı. Karyera zirvəsindən həyatın dibinə yuvarlanan,
vaxtilə jurnalistlərə yuxarıdan aşağı baxan sabiqləri görəndə
düzü çox pis olurdum. Amma mənən daha da saflaşırdım.
O illərdə kimləri görməmişəm  türmədə...
Prezident Heydər Əliyev əfv fərmanıyla Nəriman İmra‑
novun ömürlük həbs cəzasını 15 illik həbs cəzası ilə əvəzlə‑
mişdi. Bir az da irəli gedib demək istəyirəm ki, Nəriman
İmranov üç dəfə Prezidentin əfv fərmanının sevincini dadıb.
Birinci ölüm hökmü ömürlüklə əvəz olunanda, ikinci – ömür‑
lük həbs cəzası 15 illə əvəz olunanda, üçüncü isə 2002‑ci ildə
əfv olunub azadlığa buraxılanda.
Qələmə aldığım bu baş verənlər isə 2001‑ci ilin avqustuna
təsadüf edir. Bu fərmandan sonra Nəriman İmranov
“krıtı”dan “kolon”a – cəzaçəkmə müəssisəsinə köçürülə‑
cəkdi.
Nəriman İmranov əlimi ovcunda sıxıb buraxmırdı. Həyə‑
canını, əllərinin titrəyişini hiss edirdim. Hər cümləsinin xitabı
“Sevgili prezidentim” ifadəsi idi. “Cənab”, “hörmətli”, “möh‑
tərəm”, “zati aliləri” kimi xitablara qulaqlarımız öyrəşən bir
dövrdə “sevgili prezidentim” ifadəsi mənə gülməli, amma o
məqamda, türmə rəisinin otağında çox səmimi gəlirdi. Nə de‑
yirdi bu xitabıyla Nəriman İmranov? Həmən başa düşdüm
onu. AzTV‑nin mikrofonu onunla Prezident arasında bir
körpü idi. Danışdıqlarıyla bir vaxtlar xəyanət etdiyi Preziden‑
tinə peşman olduğunu, artıq qocaldığını, beş nəvə sahibi ol‑
duğunu izhar edib, yalvarırdı.
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
63


Kameranı ona tuşladıq. Əlimi əlindən çəkdim ki, obyek‑
tivə düşməsin. Danışdı. Danışdıqca qərar verirdim ki, nə desə
verəcəm efirə. Bir kəlməsini də kəsməyəcəyəm. Amma... Bir
əmma vardı. “Sevgili prezident” xitabı. Bu xitabı efirə versəy‑
dim necə qarşılanacaqdı. General Aydın Qasımovun, əfv olu‑
nan Səyavuş Mustafayevin və cəzası 15 illə əvəz olunan
Nəriman İmranovun müsahibələrindən ibarət təkcə mənim
hazırladığım 15 dəqiqəlik süjet, efirə gedəcək “Xəbərlərin xü‑
susi buraxılışı”nın əsas hissəsi idi. Və bütövlükdə buraxılışa
isə məsul mən idim. Nəriman İmranov isə danışırdı:
Nəriman İmranov: “Hörmətli həmvətənlərim, bu anda belə bir
hissi təsvir etmək çox çətindir. Keçirmək çox mürəkkəbdir. Belə ki,
bu hissləri, onun məsuliyyətini, onun böyüklüyünü, qüdrətini yal‑
nız cəza çəkən adamlar hiss edə bilər.
Ömürlük həbs cəzasına məhkum olmuş adamın cəzasının yün‑
gülləşdirilməsi onun həyata, gələcəyə, azadlığa inamını qat‑qat ar‑
tırır. Əlbəttə, bu yolda taleyin hökmü var, burada qismət var. Bəzən
belə bir fikir yaranır ki, əgər məhbus yeddi il cəza alırsa, təzyiqə
məruz qalırsa, onda müəyyən bir dəyişiklik ola bilər. Bu hisslər mən‑
dən çox uzaqdır. Mənim əziz Prezidentimə, cənab Heydər Əliyevə
olan məhəbbətimi, sevgimi, sədaqətimi, onun böyüklüyünə, dahili‑
yinə olan inamımı bir yeddi il yox, yeddi dəfə yeddi il də dəyişdirə
bilməz. Bu tale və qismətlə bağlı hadisədir.
1994‑1995‑ci illərdə baş verən hadisələr, proseslərə düzgün qiy‑
məti yalnız dahilər, yalnız böyük adamlar, yəni Azərbaycan xalqının
qədrini bilən, torpağını sevən, ölkəmizin təhlükəsizliyinə görə mə‑
suliyyət daşıyan, xalqımızı sevən bir şəxs edə bilərdi. 1994‑1995‑ci
illərdə Azərbaycan Prezidentinin atdığı bütün addımlar bu torpağa,
xalqa, Vətənə məhəbbətdən, milyonlarla insana olan sevgisindən iba‑
M A H İ R   Q A B İ L O Ğ L U
64


rət idi. Ola bilər ki, kiminsə cəzası ağır, kiminsə cəzası yüngül oldu,
kimsə cəzadan tamamilə yayındı. Ancaq bir şeyi unutmayın ki,
Azərbaycan Prezidentinin bu hərəkətləri şəxsi maraqlardan, şəxsi
hisslərdən deyil, onun böyüklüyündən, dahiliyindən, qüdrətindən
və xalq qarşısında olan məsuliyyətindən doğmuşdur. Ona görə də
bu cəza alma öz yerindədir. Hər bir vətəndaş cəza alsa da, almasa
da onu real qiymətləndirməyi bacarmalıdır. Əlbəttə, boş yerə heç
kim cəza almır. Cəza səhvlərə, günahlara, məsuliyyətsizliyə görə ve‑
rilir. Məndə olan bu ruh, bu ilham, gələcəyə inam, sevgi, xalqıma
olan məhəbbətimdən irəli gəlir. Azərbaycan Prezidentinə müraciə‑
timin özəyi, onun mənbəyi Heydər Əliyevə olan məhəbbətdir, onun
başqa mənbəyi yoxdur.
Kimsə fikirləşməsin ki, bu tutuldu, hansısa qruplaşma var. Kim‑
lər var. Onlar bizim üçün deyil.
Bu gün xalqın taleyini çiyninə götürən, o yükün altına girən, o
yükü daşıyıb apara biləcək ikinci bir çiyin, başqa bir qüvvə, ayrı bir
şəxs yoxdur. Cəza müddətinin uzunluğundan, qısalığından, onun
ağırlığından asılı olmayaraq mənim bu inamıma, bu sevgimə heç
bir şey xələl gətirə bilməz.
Ona görə də bu fürsətdən istifadə edərək mən bir daha Preziden‑
timizə müraciət edirəm: 
Nəriman, həmin Nərimandır. Ötən yeddi ildə keçən günlər onu
bir qədər də müdrikləşdirib, məsuliyyətini artırıb, həyata daha diq‑
qətli, daha məsuliyyətli olmağa məcbur edibdir. Əgər Azərbaycan
Prezidenti bu gün əlini mənim çiynimə qoyub – keçmiş nazir kimi
yox, keçmiş general kimi yox, keçmiş əməkdaş kimi yox – Azərbay‑
can vətəndaşı kimi, döyüşə hazır olan əsgər kim, məni döyüş cəbhə‑
sinə göndərsə, mən bunu özümə ikinci bir şərəf sayaram. Elə bilin
ki, bu fərmanın üzərinə yeni bir fərman, bu əfvin üzərinə yeni bir
əfv, mənə olan inamın üzərinə yeni bir inam gəlir.
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
65


Yüklə 5,53 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə