50 yashinda men Layout 1



Yüklə 5,53 Mb.
Pdf görüntüsü
səhifə13/85
tarix22.07.2018
ölçüsü5,53 Mb.
#58456
1   ...   9   10   11   12   13   14   15   16   ...   85

bacarıq lazımdır. Əlbəttə ki, mən bu fakültənin məzunları
olan məşhur jurnalistlərimizi inkar etmirəm. Amma onların
da diplomuna yox, qələmlərinə hörmətim var.
İxtisasca kimdirlər:  Çingiz Mustafayev – həkim, Vahid
Mustafayev – inşaatçı, Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı
xarici dil müəllimi, Vüqar Qaradağlı, Ədalət Əliyev – şərq‑
şünas, Vaqif Mustafayev – kinorejissor. Əksər qəzet baş re‑
daktorlarını hələ demirəm. Siyahını nə qədər istəsəm uzada
bilərəm. Bu gün Azərbaycanda jurnalistikamızın fəqərə sütu‑
nunu əsasən jurnalistika təhsili görməyən insanlar təşkil edir.
Amma əksəriyyəti professional jurnalist kimi qəbul edilib.
Deməli söhbət diplomda yox – bu gün çox dəbdə olan bir söz
– kreativlikdədir.
Görəsən uzaq 1989‑91‑ci illərdə səhər yeməyini yeyib,
atası və anası ilə sağollaşıb evdən çıxan gənc Çingiz, Vahid,
Seyfulla Mustafayevlər, Mir Şahin yenilik acıydılar, yoxsa bir
tikə çörək? Ö çörək ki, bu gün jurnalistikanı iflic vəziyyətə
salıb. Kimi dindirsən fəxri addan, medaldan, ən başlıcası jur‑
nalistlər üçün tikiləcək ikinci binadan havayı mənzil almaq
arzusundan danışır. Bütün dünyada “reket” sözü banditlərə,
quldurlara şamil edilir, bizdə isə jurnalistlərə.
Jurnalistika, gələcəyinə quzu kəsim.
Çingizin çörəyini yeyənlər
AzTV‑də işləyəndə köhnə işçilərdən biri belə ifadə işlətdi:
“ANS Çingizin çörəyini yeyir”. Əlbəttə ki, burda pis bir söz
yoxdur. Lap elə olsa belə, 1992‑ci ilin 15 iyununda Çingizin
həlak olduğu gün, 6 aylıq ANS yetim qalmış sayılır. Onun bö‑
yüməsi, qol‑budaq atması, Azərbaycan xalqı tərəfindən qəbul
M A H İ R   Q A B İ L O Ğ L U
52


edilməsi, nəhayət 24 yaşına çatması, ANS‑çilər məktəbinin
yaranması görəsən kimin uğurudur? Vahid Mustafayevi
inkar edə bilərəmmi? Bir də ki, Çingizin adı ANS ÇM radio‑
sunun adında, fondun təsis etdiyi mükafatda hər gün ehti‑
ramla anılır. Şəhidlik zirvəsini, Milli Qəhrəman adını
demirəm hələ.
“NƏZƏR NÖQTƏSİ”
Ən sevdiyim verilişlərdən idi. Ortada aparıcı, sağında biri,
solunda o biri. Mikayıl Mirzəylə Flora Kərimova, Eynulla Fə‑
tullayevlə Elmar Qasımovun bir‑birini “qırması” heç vaxt ya‑
dımdan çıxmaz. Bəs indi necə, belə debatlar varmı? Bəlkə də
zaman o zaman deyil.
Ümumiyyətlə ANS‑in verilişlərinə baxanda onların hamı‑
sında müharibə ruhu duyulur. Çünki bu kanalın xəmiri əzəl‑
dən müharibə suyu‑qanı ilə yoğrulub.
Belə bir kino var. Bir anadan müharibədən qayıdan oğlunu
soruşurlar ki, necədir? Cavab verir ki, bəs yuxuda yenə də
“Ura!” deyib, hücuma gedir.
Bu, hər şeyi öz gözləriylə görən, hər hansı kitabdan oxu‑
mayan, filmlərdə baxmayan 20‑23 yaşlı ANS‑çilərin tale yazısı
idi. Təkcə Xocalı qurbanlarını görmək bəs edər ki, sən digər
yaşıdlarından fərqlənəsən. Görəsən Vahid Mustafayevin yad‑
daş kartını açmaq mümkün olsaydı, orda nələri görərdik:
“Mitinq, müharibə, qan‑qada, xəyanət nəticəsində torpaqların
işğalı, çevrilişlər, siyasi hoqqalar, oyunlar”. Bütün bunlardan
sonra deyirlər ki, Vahid Mustafayev əsəbidir. Hirsləndisə
üzünü görmə. Azərbaycanca söyməz. Bunun üçün daha çox
rus dilinin “incəliklər”inə müraciət etməyi xoşlayır.
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
53


ANS xatalı televiziyadır
Vay onda ki, ANS haqqında pis bir söz deyəsən. Yaxud da
onun kamerasına yüngülcə çırtma vurasan. Get qəbirini qaz,
başdaşını da qoydur. Ta axırına çıxmayanacan əl çəkən deyil‑
lər. ANS tarazlığı qoruyub saxlayan bir televiziyadır. Həm 1
nömrəli dövlət, həm də 1 nömrəli xalq kanalıdır.
“Atdan düşüb, təzədən atlanmaq” igidlərə xas xüsusiyyət‑
dir. Azərbaycan reallığı üçün çox qəliz məsələdir. Bir misal
çəkim:
Bir ara ANS‑in yayımını dayandırmışdılar. Atam zəng
vurdu ki, bəs “ANS‑in müdafiəsinə imza toplayırdılar. Mən
də qol qoydum”. Soruşdum ki, “niyə?” Cavab verdi: “Sözü‑
müzü demək istəyəndə bəs hara üz tutaq?”.
Dublyaj
Bu gün xarici flmlərin dublyajı bərbad vəziyyətdədir.
Aşqa‑aşqa, ANS‑dən başqa. Həm tərcümə, həm də səslən‑
dirmə bu kanalda yüksək səviyyədə aparılır. Lap sovet vaxtı
olduğu tək. Ancaq bir gün ANS‑in də dublyajına irad sədaları
eşitdim. Tərcüməylə məşğul olan biri kimi çox maraqlı gəldi
mənə bu irad. Amerikan filmində orijinalda necədir,  bilmi‑
rəm. Amma rus dilində “Lapşşa” ləqəbli rolu “Əriştə” kimi
tərcümə etmişdilər. Güldüm. Çox gülməliydi. Amma yenə
duruxdum. Görəsən mən necə tərcümə edərdim? Özümə sual
verdim. Cavabı çox gecikmədi.  Elə əriştədir ki, əriştə.
M A H İ R   Q A B İ L O Ğ L U
54


Reklam yox, sosial reklam
“Döyüş alnınıza yazılıb”, “Ya Qarabağ, ya ölüm. Başqa yol
yox artıq...”, hava məlumatının klassik musiqi sədaları altında
müşayiəti və titrdə bəstəkarın və əsərin adı. Heç nə demirəm.
Sadəcə bu cür sosial reklamların bərpa olunmasını istərdim.
“Vahid mələkdir, bircə qanadları çatışmır”
Yazını oxuyan bəziləri ağızlarını büzüb bu ifadəni hökmən
işlədəcəklər. Bu dünyada ideal şəxs yoxdur. Bunu mən də çox
gözəl bilirəm. Çalışın çalışdığınız sahədə “solist” və ya “for‑
vard” olun. Professionallara hörmət xüsusidir. Qalanlar isə
ümumi sağlığa daxildir.
Vahid Mustafayev haqqında bu gün – 2015‑ci ilin avqus‑
tunda yazdığım bu sətirləri oxuyanda, lap özümün də “Əəə,
nooolsun?” deməyim gəlir. Amma bir insanın qardaşı Sey‑
fulla və dostu Mir Şahinlə, 23 yaşında televiziya yaratması və
onu müstəqilliyimizə yaşıd etməsi çox böyük hünərdir. Mən
belə qəbul edirəm. Siz də yəqin mənimlə razılaşarsınız. Çünki
bu yazılmış, daha doğrusu həkk olunan bir tarixdir. Vahid
Mustafayevin müəllifi olduğu “ANS‑in tarixi” və ya əksinə
“Tarixin ANS‑i”. Fərqi yoxdur. İstəyirsiniz düzünə oxuyun,
istəyirsiniz tərsinə...
2015
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
55


Yüklə 5,53 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə