50 yashinda men Layout 1



Yüklə 5,53 Mb.
Pdf görüntüsü
səhifə9/85
tarix22.07.2018
ölçüsü5,53 Mb.
#58456
1   ...   5   6   7   8   9   10   11   12   ...   85

xareoqraf dostunun (adını unutmuşam) iki təcrübəsindən is‑
tifadə edibmiş. Birinci, komandaya musiqi dilində desək, yal‑
nız solistləri – professionalları dəvət edirmiş. Bir də rəqsin
ayaq hərəkətlərini xokkeyə tətbiq edirmiş. (SON)
Bayram Bayramovun sözü
1987‑ci il idi. Əsgəri xidmətdən qayıtmışdım. Teodor
Drayzerin “Kerri bacı” romanı azərbaycanca çapdan çıx‑
mışdı. Başladım oxumağa. Atam gördü ki, kitab oxuyuram.
İş otağına keçib əlində qalın, qəhvəyi rəngli kitabla geri qa‑
yıtdı.
– Bunu oxu! Bayramındır. Təzə çıxıb. “Karvan yolu” ro‑
manıdır. Çox şey qazanarsan. Cəlil Məmmədquluzadə və
onun sonuncu həyat yoldaşı Həmidə xanım Cavanşir‑Məm‑
mədquluzadədən bəhs edir.
700 səhifəlik kitabın qalınlığına baxıb gözüm qorxsa da,
oxumağa başladım. İki günə bitirdim. Bu, oxuduğum son əsər
oldu. (Hansı mənada istəyirsiniz başa düşün.) Əsərdən da‑
nışmaq fikrim yoxdur. Günlərin bir günü qapı döyüldü. Bay‑
ram əmiydi. Nəsə qəmgin görsənirdi:
– Qabil, yaman pis oldum bu gün.
– Niyə, ay Bayram?
– Həmidə xanım Cavanşirin birinci əri – polkovnik İbra‑
him bəy Davatdarovdan olan uşaqlarını axtarıb tapmışam.
Oğlu və qızı xaricdə yaşayır. İstəyirəm ki, anasının Bakıda ya‑
şadığı evinə yiyə dursunlar, Cəlil Məmmədquluzadənin ev
muzeyi kimi təmir elətdirsinlər. Varlı adamdırlar.
– Lap əla. Burda pis nə var ki?
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
35


– Yox e... İndi bilmişəm ki, bəs Həmidə xanım bizdən bir
tin yuxarıda – Ostrovski küçəsində yaşayıbmış. 1955‑ci ildə
də orda rəhmətə gedib. 82 yaşında. Bəlkə də küçədə neçə dəfə
qabağımıza çıxıb, tanımamışıq. Bunu bilsəydim, romançun
bütün tarixi faktları  özündən alardım. Gör nə qədər açılma‑
mış məqam qaldı. Heyif.
Bu söhbəti yadıma salanda mən də özümə “Ayıb olsun!”
dedim. 49 yaşım var. Ziyalı ailəsində anadan olmuşam. Özüm
də guya ki, ziyalı sayılıram. 49 ildir ki, Zeynəb Xanlarovayla
eyni şəhərdə yaşayıram. Amma bircə dəfə də olsun onu hə‑
yatda görməmişəm. Yaxşı ki, düzəlməsi mümkün olan və  ba‑
ğışlanan səhvi 49 yaşında aşkara çıxardım.
Yazdım da…
Öz aləmimdə Zeynəb Xanlarova haqqında yazdım. Nə
yazdım, bilmirəm. Gəldi... yazdım... Ürəyimdən, beynimdən
gələni yazdım. Redaktəsiz‑filansız. Bəlkə də səhvlərə də yol
verdim, yanlışlıqlara da. İrad tutanlar da ola bilər. Deyəcəklər
ki, bu elə yox, belə olmuşdu. Mən razı. Mən “elə”ni yazdım,
siz də “belə”ni yazın. Mənə yalnız bir nəfər irad tuta bilər ki,
o da Zeynəb xanım Xanlarovadır.
HAŞİYƏ: Günlərin bir günü Yazıçılar Birliyinin “Natəvan”
klubunda hansısa əsərin müzakirəsi gedirmiş. Müəllif də zal‑
daymış. İki ədəbi tənqidçi əsərdəki bir fikirlə bağlı mübahisəyə
başlayırlar. Biri deyir ki, “Yazıçı bu əsərdə filan fikri demək is‑
təyib”. O biri deyir ki, yox “O, elə yox, belə demək istəyib”.
Nəsə əsəblər gərilir. Az qalır ki, tənqidçilər əlbəyaxaya çıxsınlar.
M A H İ R   Q A B İ L O Ğ L U
36


Bu zaman müəllif ayağa durub onlara nə desə yaxşıdır:
– Ay tənqidçilər, mən burdayam da... Sağ‑salamat. Nə
demək istəmişəm, soruşun deyim də... (SON)
İndi də Zeynəb xanım bu yazını oxuyub‑oxuyub başını
bulayacaq. “Ay Mahir, uzaqda deyiləm ki... Gəl soruş da...  Əs‑
lində necə olub, mən sənə deyim də... İndi necə olsun? Yaz‑
dığın  “Zeynəb Xanlarova”nı yaddaşlardan necə pozaq?”
SON
Sonda yadıma düşdü ki, Zeynəb xanım Xanlarovanı rəsmi
təqdim etməmişəm. Bütün təltiflərini, mükafatlarını qeyd et‑
məmişəm. Amma düz də eləmişəm. Çünki o adların, təltiflə‑
rin arxasınca qaçmayıb, adlar, təltiflər onun sənətinin
arxasınca gəlir. Belə insanlara ancaq bir ad yaraşır və bütün
adları özündə birləşdirir:  CANLI KORİFEY ZEYNƏB XAN‑
LAROVA.
2015
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
37


MÜLATİF ADUROVUN 
HÖVSƏLƏSİ
Əvvəlcədən qeyd edim ki, bir çoxları kimi mən də jur‑
nalistikanın incəliklərində, yazılmamış qaydalarında öyrənib,
püxtələşənlərdənəm. Nə qanadları olan mələyəm, nə də ki,
Şeyx Nəsrulla. İndi sual oluna bilər ki, “Ölülər” əsərinin qəh‑
rəmanı Şeyx Nəsrullanın jurnalistikaya nə dəxli? Deyim də...
Şeyx Nəsrulla gündə bir xurma yeyib dolanırdı. Mənim də
jurnalist kimi aldığım maaş “xurma”ya çatırdı, amma axşam‑
lar evdə “plov” yeyirdim.
Düzünü desəm bu sahəyə böyük marağım var. Nə az, nə
çox 16 il rəsmi, 4 il də qeyri‑rəsmi (Modern.az saytının müəl‑
lif‑yazarı kimi) stajım olsa da, bu gün də bu sahədən uzaqlaşa
bilməsəm də, mən şəxsən özümü jurnalist hesab etmirəm. 20
illik təcrübəmə nəzər yetirsəm telejurnalistikanı qəzetçilikdən
üstün tuturam. Çünki AzTV qaynar qazan idi. Təkrara yol
verməyim, qısa deyim – məktəb idi. Və bu məktəbdə Mülatif
Adurov baş müəllimlərimdən biri, birincisiydi. Onun haq‑
qında 70 yaşı tamam olanda “Nəsir İmanquliyevin yetirməsi
– bizim Mülatif müəllim” adlı yazı yazmışdım. Ürəyimi açıb
kağıza boşaltmışdım. Ərkyana şəkildə. İnciməmişdi. Özü
açıq, səmimi, incə yumoru sevən, yalanı sevməyən adam ol‑
duğu üçün, səmimi sözləri də elə olduğu kimi qəbul edir.
Sentyabrın 1‑də isə 75 yaşı tamam olur. Soruşa bilərsiniz
ki, ay Mahir, indiki zəmanədə adam öz ad gününü belə ya‑
M A H İ R   Q A B İ L O Ğ L U
38


dından çıxarır. Necə oldu ki, nə vaxtsa “Xəbərlər”in baş re‑
daktor müavini və baş redaktoru kimi rəhbərin olmuş Mülatif
Adurovun doğum günü tarixi heç yadından çıxmır. Deyim
də niyə? Avqustun 30‑u baş redaktor Həsən Həsənovun, sent‑
yabrın 1‑i isə Mülatif müəllimin doğum günüdür. 1997‑ci ildən
bəri onların hər ikisini avqustun 31‑də təbrik etməyə öyrəşmi‑
şəm – onların verdiyi cavablara da. Biri deyirdi ki, “ad günüm
dünən idi”, o birisi də “ad günüm sabahdır” söyləyirdi.
Mülatif müəllim 75‑i haqlayır. Çox gözəl yaşdır. Ürəklə
Mülatif müəllimin üzünə “qoca kişi” demək olar. Səsi də çıx‑
mayacaq, etiraz da edə bilməz.  Çünki 75 yaş rəsmi statisti‑
kada qocalığın başladığı həddir. Amma bir anlıq duruxuram.
Mən Mülatif müəllimi tanıyanda cəmi 30 yaşım vardı, onun
da 56. İndi belə çıxır ki, mən də qocalmışam? Axı artıq 50‑nin
astanasındayam. Bu kövrək və sevindirici notlarda qocaman
jurnalist, ömrünü jurnalistikamıza həsr edən, Prezidentin
fərdi  təqaüdçüsü, ata, baba, dost Mülatif Adurovu təbrik
edib, ona cansağlığı, uzun ömür arzulayıb yazıma nöqtə qoya
bilərdim. Amma xatirəsiz bu yazının nə ləzzəti? Belə xatirə‑
lərdən AzTV‑nin həyatında bilirsinizmi nə qədərdir? Sadəcə
yazan yoxdur. Mən isə hərdən çaşıb yazılmamış qanunları po‑
zuram. Yazıram, özü də adlar çəkərək.
AzTV‑də işlədiyim müddətdə buraxdığım səhvlər də çox
olub. Amma qəribəsi budur ki, heç vaxt buraxdığım səhvlərə
görə yox, etmədiyim “xəta”lara görə danlaq yemişəm, ya da
töhmət almışam. Sədrimiz Nizami Xudiyev yaxşı adam idi,
işdən qovmağı xoşlamazdı, güzəştə gedərdi. Mənə isə həm
də bir şair oğlu kimi münasibəti xüsusiydi. Axı atamın xətrini
çox istəyirdi. Ümumiyyətlə bütün jurnalistlərə tapşırmışdı ki,
tədbirlərə gedəndə birinci sırada otursunlar. Axı biz Azərbay‑
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
39


Yüklə 5,53 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə