50 yashinda men Layout 1



Yüklə 5,53 Mb.
Pdf görüntüsü
səhifə7/85
tarix22.07.2018
ölçüsü5,53 Mb.
#58456
1   2   3   4   5   6   7   8   9   10   ...   85

vaxtı gəlib çatıb? Hər halda biz onları erməni və ya Ermənis‑
tan çağırmamalıyıq. Haylar və Hayastan – belə daha düzgün‑
dür. Nə vaxtsa özlərinin də xorla və fəxrlə oxuduqları
“Qardaş olub Hayastan, Azərbaycan” mahnısı kimi. Adamı
tələyə belə salarlar e...
Zeynəbi ZEYNƏB edən cəhət
“Tərpənmə. Sağ əlini royalın üstünə qoy. Sol əlini də onun
üstünə. Nəbadə yerindən tərpənəsən. Başını tərpədə bilərsən.
Üzünün cizgilərini də. Vəssalam”. Bu, sovetin qəbul olunmuş
səhnə mədəniyyəti idi. Əsasən də müttəfiq respublika ekran‑
larında tətbiq olunurdu. Mən Mərkəzi Televiziyada buna rast
gəlmirdim.
Və ən nəhayət Zeynəb. O, bir inqilab etdi. Səhnədə mey‑
dan sulayır, mahnının ritminə əsasən əl hərəkətləri edirdi. Bu,
qəbulolunmaz idi, bu, mümkün deyildi. Amma Zeynəb bunu
etdi. Təkcə etmədi. Bundan sonra bir məktəb yarandı ki, on‑
lara da davamçı yox, sadəcə Zeynəbi təqlid edənlər dedilər.
Zeynəb Xanlarova üçün bəstəkarlar xüsusi mahnılar ya‑
zırdılar. Bu mahnıları digərləri də oxuyurdular. Amma çata
bilmirdilər ona. Möhürü elə vurmamışdı ki, kimsə çata bilsin.
Zeynəb bir epoxa idi. Öz yolu vardı. Gedirdi. Qarşısına çıxan
da yox idi. Çıxsaydı da onları yıxmağa yeli belə bəs idi. Zey‑
nəb irəli gedirdi. Onu həm xanəndə, həm muğam ustası, həm
də primadonna kimi qəbul edirdilər. Bu sahələrin hamısında
öz sözünü deməyi bacarmışdı. Özü də yüksək səviyyədə.
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
27


Primadonna Zeynəb Xanlarova, yoxsa...
“Nə?.. Primadonna? Mahir, bu da təzə çıxdı? Qarşıdurma
yaratmaq istəyirsən? Sən də lap şou‑biznes olub getdin
e...”.  Yox! Əsla! Elə şey etmərəm. Özü də ki, Zeynəb Xanla‑
rova kimi böyük sənətkara həsr etdiyim yazıda.  Səviyyəmi
bilən adamam.
“Müğənni”. “Konsertmeyster”. “Solist”. “Xor”. Dinin də...
Niyə dinmirsiniz? Bu sözlər xoşunuza gəldi, amma Zeynəb
Xanlarovaya “primadonna” deyən kimi nəsə bir qıcıq hiss elə‑
diniz. Bilirsinizmi niyə? Sadəcə, əksəriyyətiniz eşit 
di 
yi 

niz  sözlərin mənasını başa düşmürsünüz.
HAŞİYƏ: 9 yaşında anam məni 6 saylı musiqi məktəbinə
qoydu. Solfecio dərsində “prima” sözü ilk eşitdiyim sözlər‑
dən oldu. İzah elədilər ki, “prima” latınca birinci deməkdir.
Musiqi dünyasında isə bir pillə interval sayılır. İki pillə – se‑
kunda, üç pillə – tertsia, sonra da gəlirdi kvarta, kvinta,
seksta, septima. Nəhayət oktava. (Solfecio dərsindən zəhləm
gedirdi. “3” alırdım. Yəqin ki, izahda hiss elədiniz.)
“Primadonna” sözünü ilk dəfə 1997‑ci ildə eşitməyə baş‑
ladım. Sovet estradasının ən çox sevdiyim müğənnisi Alla Pu‑
qaçovanı belə çağırırdılar. Daha sonra Azərbaycanda da bu
söz televiziya və radioda tez‑tez işlənməyə başlandı. İlhamə
Quliyevanın adı çəkiləndə əvvəlinə “estradamızın primadon‑
nası” titulu qoyulurdu. Nəhayət 2000‑ci ildə Rusiyanın mər‑
kəzi kanallarının birində Alla Borisovna bu tituluna aydınlıq
gətirdi. Ki...
1997‑ci ildə “Avroviziya” müsabiqəsində Rusiyanı “Prima‑
donna” adlı mahnıyla Valeri Meladze təmsil etməliymiş.
M A H İ R   Q A B İ L O Ğ L U
28


Mahnının sözləri və musiqisi isə SSRİ Xalq artisti Alla Puqa‑
çovaya məxsus imiş. O da bu mahnını SSRİ Xalq artisti, akt‑
yor‑müğənni Lyudmila Qurçenkoya həsr edibmiş. Son anda
Valeri Meladze naxoşladığından müsabiqəyə elə Alla Puqa‑
çova özü getməli olub və 15‑ci yeri tutub. Mahnı rus xalqının
ürəyinə o qədər yatıb ki, o andan Alla Puqaçovanı “Prima‑
donna” deyə çağırmağa başlayıblar.
Musiqi təhsilim olduğundan sözün mənasını o saat anla‑
dım. Prima – 1‑ci, donna isə italyancadan tərcümədə xanım,
qadın deməkdir. Əslində bu söz musiqi sahəsinə aid olsa da,
estradaya heç bir aidiyyatı yoxdur. Operada birinci partiya‑
ları, yəni ki, baş qadın rolunu ifa edən opera müğənnisinə
“primadonna” deyirlər. (Başqa cür ‑ “Diva”). Operada birinci
partiyanı oynayan kişi müğənni isə “primo‑uomo”
adlanır. SON
Zeynəb Xanlarovanın geniş fəaliyyətinin bir qolu da ope‑
radır. Rolları çoxdur. Musiqi terminiylə desək, baş qadın rol‑
larının ifaçısı Zeynəb Xanlarova Primadonnadır. Amma
oynadığı bu baş rollardan  biri özü‑özlüyündə ayrıca bir yük‑
sək  tituldur ki, hər sənətkar buna layiq görülmür. Yazıçı Ana‑
rın çəkdiyi, Üzeyir Hacıbəylinin həyatından bəhs edən “Uzun
ömrün akkordları” filmində bu titulu alan ifaçılardan yalnız
ikisi önə çəkilmişdi: Rübabə Muradova və Zeynəb Xanlarova.
Söhbət “Səhnəmizin Leylisi” titulundan gedir ki, “Prima‑
donna” adı onun yanında heç nədir.  “Səhnəmizin bənzərsiz
Leylisi –  Zeynəb Xanlarova”. Gözəl səslənir, elə deyilmi?
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
29


“1‑Cİ SKRİPKA”
Bu termin musiqiyə, orkestrə aiddir. Amma dırnaqcıqda ve‑
rəndə bütün hakimiyyətlərin dövründə önəmli olan, hesabla‑
şılan, sayılıb‑seçilən insan anlamını verir. Atam dostu, xalq şairi
Bəxtiyar Vahabzadəni həmişə “1‑ci skripka” (məhdud dairədə
deyirdi bu sözü) adlandırırdı. Mənim zənnimdə Zeynəb Xan‑
larova – musiqi mədəniyyətimiz öz yerində – respublikamızın
ictimai‑siyasi həyatında da “1‑ci skripka”dır. Hərə bu sözə öz
baxış bucağından yanaşa bilər. “91‑lər”in yaranmasında oyna‑
dığı rol, millət vəkili kimi zahirən sakit görünən, amma ortaya
qoyduğu özəl mövqe... Bunlar öz yerində. Amma mənim bu
mövzuda özümün çox özəl fikrim var ki, onu açıqlamaq istə‑
məzdim. Yaxud da, Əhməd Cəmil demişkən:
–  Ay nənə, bir nağıl de!
– Ömrüm‑günüm, yat daha,
Hamısını bu gün desəm
nağıl qalmaz sabaha.
20 YANVAR
20 Yanvar – Ümumxalq Hüzn Günüdür. Amma 1990‑cı
ildə matəm idi. Öz doğma ölünə də bir ildən artıq yas saxla‑
mırsan. Zeynəb xanım bu faciədən sonra neçə illər səhnədə
görünmədi. El diliylə desək, yas saxladı. Mənim saxladığım
saqqal isə şəhidlərin 40‑dan sonra artıq qırxılmışdı.
M A H İ R   Q A B İ L O Ğ L U
30


Yüklə 5,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə