50 yashinda men Layout 1



Yüklə 5,53 Mb.
Pdf görüntüsü
səhifə8/85
tarix22.07.2018
ölçüsü5,53 Mb.
#58456
1   ...   4   5   6   7   8   9   10   11   ...   85

Ağadadaş Ağayev
Xalq artisti Ağadadaş Ağayev yenicə məşhurlaşmağa baş‑
layanda, ona ara müğənnisi kimi baxırdılar. Baxmayaraq ki,
mahnıları yazılan kasetlər əl‑əl gəzirdi. Amma SSRİ Xalq ar‑
tisti Zeynəb Xanlarova onun “Gülüm nəğmələr söylər” mah‑
nısına qiymət verərək, oxuduqdan sonra şəxsən mənim həm
Zeynəb xanıma, həm də Ağadadaş Ağayevə münasibətim iki‑
qat dəyişdi. Zeynəb xanıma əsl sənətə qiymət verdiyinə, Ağa‑
dadaşa isə toy mağarından çıxıb  professional səhnəyə qədəm
qoyduğuna görə.
Sonda kim oxuyursa
Bu bir qaydadır. Ən böyük sənətkar sonda oxuyar. Bütün
dövlət tədbirlərinin bədii hissəsində, televiziyada gedən
“Mavi işıq”larda hamı sonu gözləyirdi. Zeynəb Xanlarova
sonda çıxış edirdi axı. Baxışlar müxtəlif olsa da, hamı onun
oxuyacağı təzə mahnıları gözləyirdi. Təzə və heç yerdə səslən‑
məyən mahnılar – bu, “yuxarı”nın təyin etdiyi  mütləq tələb
idi. Zeynəb Xanlarovaya qadınların baxışı isə tam fərqli idi.
– Ağez, gördün onun taxdığı sırğanı. Təzə idi e... Keçən
dəfə başqasını taxmışdı. Özü də Sibirski brilyant qaşlar idi.
Danqa‑danqa. Ortasında da sapfir.
– Hə, gördüm. Əliylə də üzünə forsla sığal çəkirdi ki, bəs
təzə üzük almışam. Hələ paltarını demirəm.
– Üz‑gözünü də yaxşı bəzəmişdi. Əslində qara qızdır e...
Amma ağ görsənirdi.
Bu Zeynəb Xanlarovaya özəl münasibətlər idi. Amma bi‑
rinci yerdə onun sənətinə olan ümumxalq məhəbbəti du‑
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
31


rurdu. Zeynəb Xanlarovanı həftənin bütün günləri televizi‑
yada görməzdin. Müsahibə verməzdi. Danışmazdı. Ancaq
oxuyardı. Bu oxumağıyla hər şey deyirdi.
Bilirdik ki, ailəlidir. İki oğlu var. Bunu da – yalnız tanın‑
mışların və seçilmişlərin  layiq görüldüyü – onun haqqında
çəkilən bir sənədli televiziya filmində epizod kimi görmüş‑
düm. Heç haralı olduğunu da bilmirdim. O, əsl azərbaycanlı
övladı idi.
Məhək daşı
Zeynəb Xanlarova sənətimizin məhək daşıdır. Biz görmü‑
şük ki, qızılı məhək daşına sürtüb, onun əsl qızıl olduğunu
ayırd edirlər. Amma Zeynəb xanım sənətimizin məhək daşı
olmasına baxmayaraq, belə getsə elə toxunulmamış da qala‑
caq. Çünki qızıl yoxdur. Ya 90 faiz mis qarışıqlıdır, ya da
təmiz misdir, qızıl suyuna çəkiliblər.
Bəstəkar Zeynəb Xanlarova
Bilmirəm Zeynəb Xanlarova özünü bəstəkar sayır, yoxsa
bunu hobbi kimi qəbul edir. Amma mən Aşıq Alının sözlərinə
yazdığı “Nə qaldı” mahnısını klassik mahnı hesab edirəm.
Sözləri kimi mahnısını da. Və bu mahnısına və ifasına görə
Zeynəb xanımın adının önünə bəstəkar sözünü artırmaq olar.
Baxmayaraq ki, İTV‑nin bir verilişində bu mahnını “Nar
ağacı, nar çiçəyi” mahnısıyla oxşarlığına toxunmuşdular. Dil‑
lərindən “plagiat” sözünü çıxarmağa cürətləri çatmamışdı.
Çünki bu mahnı xalq tərəfindən qəbul olunub. Möhürünü
vurub. Qalib mahnı sayılır. Qalibləri isə mühakimə etmirlər.
M A H İ R   Q A B İ L O Ğ L U
32


Zeynəbin ansamblı
Qızılı sürtdükcə parıldayar. Almaz cilalandıqca, daha
yaxşı bərq vurar. Bəs müğənninin səsi necə? Əlbəttə ki, oxu‑
duqca açılar. Əgər həqiqətən də, nəfəsi, səsi varsa. Zeynəb
Xanlarova nə qədər səhnədə oldusa, qastrollara getdisə canlı
oxudu. Heç onda “ölü” oxumaq da, yəni ki, fonoqramma da
yox idi.
Fonoqramma dövrümüzün bəlasıdır, ionikanın övladıdır.
İonika bütün musiqi alətlərini özündə birləşdirib, onları zi‑
billiyə atdı. Fonoqramma isə həm musiqi alətlərini, həm də
səsi. Fonoqramma ifaçılıq məktəbini beşiyində boğmaq, yal‑
nız toylara möhtac etməkdir. Fonoqramma mədəniyyətin sü‑
qutu deməkdir. Fonoqramma tamaşaçını aldatmaq, zövqü
korlamaq deməkdir. Fonoqramma səsin yatması, inkişafdan
dayanması deməkdir. (Hər gün Təzə Pir məscidində molla
minbərə çıxıb azan verəndə səsin tilsiminə düşürdüm. Ru‑
humu oxşayırdı, başa düşməsəm də. İndi azanı da mikrofonla
oxuyurlar.) Görəsən Mədəniyyət Nazirliyi fonoqrammanı
niyə qadağan etmir? Yalnız muğamı canlı oxuyurlar. Yəqin
ki, bu da hələlik belədir. Bu yerdə atamın “Səhv düşəndə ye‑
rimiz” şeirini xatırlatmaq yerinə düşər.
Küt bıçaq parıldayıb,
Xırçıltı salıb.
Qılınc qında pas atıb,
Qında korşalıb.
Heyf... Korşalırıq biz
Səhv düşəndə yerimiz.
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
33


Korşalan səslər, korşalan mədəniyyət və ÜÇ NÖQTƏ. Bu
gün Azərbaycan mədəniyyəti ölür. Yox, tökülüşüb üstümə
gəlməyin. Deməyin ki, yalan danışma, ağzın əyilər. Bu boyda
inkişafı gözün görmür. Kökündən inkar edirsən. Düz deyir‑
siniz. Başa düşürəm ki, “bəzi”, “elələri də var ki” sözlərindən
istifadə etməliydim. Amma biz müsəlmanıq. “Ölüm” sözü
səslənməsə, əl‑ayağa düşmürük. 
HAŞİYƏ: Məşhur televiziya tamaşasında bir demaqoqun
yuxarıya ünvanladığı “anonimka”nın (anonim, imzasız mək‑
tub) ruhunda  böyümüşəm. Orda oğluna məktub diqtə edən
ata deyir:
– Yaz ki, evin yanında yağışdan sonra çala yaranıb. Uşaq‑
lar da məktəbə gedəndə ora düşüb ölürlər.
– Ata, axı ölmürlər.
– Yaz ki, “ölürlər”. Elə yazmasan gəlib düzəldən deyil‑
lər.  (SON)
Amma Zeynəb xanımı digərlərindən fərqləndirən bir
xüsus da onun öz ansamblının olmasıydı. Və bu ansamblın
hər bir üzvü professional solist idi.
HAŞİYƏ: Bir sovet xokkey  məşqçisi vardı. Anatoli Tara‑
sov. Onun rəhbərliyi altında SSRİ‑nin xokkey yığması 9 il dal‑
badal bütün beynəlxalq turnirlərdə qalib gəlmişdi. Bunu mən
onun xüsusi istedada malik olan məşqçi olmasıyla əlaqələn‑
dirirdim. Amma bu yaxınlarda Tarasovun qızı, fiqurlu kon‑
kisürmə üzrə məşhur məşqçi Tatyana Tarasova atasının bu
uğurunun sirrini açdı. Demə, Tarasov məşqçi karyerasında
M A H İ R   Q A B İ L O Ğ L U
34


Yüklə 5,53 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə