50 yashinda men Layout 1



Yüklə 5,53 Mb.
Pdf görüntüsü
səhifə4/85
tarix22.07.2018
ölçüsü5,53 Mb.
#58456
1   2   3   4   5   6   7   8   9   ...   85

çilməməlidir” deyirəm. Sonra isə dodağımı dişləyirəm. Yazı‑
mın əvvəlində işlətdiyim “ŞƏXSİYYƏT” sözü gəlib durur
göz önümdə. Şəxsiyyət sözü isə bir amillə formalaşmır. Bir
günə formalaşmır. Deputat ilk növbədə şəxsiyyət olmalıdır.
Azərbaycan parlamentində mən bu cür şəxsiyyətləri görmək
istəyərdim. Bu cür şəxsiyyətlərdir parlamentimizi rövnəqlən‑
dirən. Və bu baxımdan YAP rəhbərliyinin seçimini yüksək
qiymətləndirirəm. Seçicilərin Əhliman Əmiraslanov kimi şəx‑
siyyətlərə ehtiyacı var.
Bir atalar misalı var: “Qızı özbaşına buraxsan, ya halvaçıya
gedər, ya da zurnaçıya”. Gəlin bu deyimi bugünümüzə uy‑
ğunlaşdıraq. Çünki parlament seçkiləri qabağı lap yerinə
düşür: “Seçicini özbaşına buraxsan, ya halvaçıya səs verər, ya
da zurnaçıya”.
2015
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
15


ZEYNƏB XANLAROVA 
KİMDİR?
İş otağıma keçdim. Yazı stolunun arxasına oturdum. Bəm‑
bəyaz kağızı qabağıma qoydum. Qızıl perolu qələmi əlimə gö‑
türdüm. İlk olaraq vərəqə seçdiyim başlığı yazdım: “Zeynəb
Xanlarova kimdir?”. Yox. Axı niyə yalan danışıram? Nə iş ota‑
ğım var, nə də yazı stolum. Heç ağ kağızım, qızıl perolu qələ‑
mim də yoxdur. Yazıya da başlığı əvvəldə yox, sonda verərlər.
Uşaq dünyaya gələndən sonra ad qoyular. Bu cür yalan girişlə
Zeynəb Xanlarova haqqında nəsə yazmaq olarmı? Yoxdur bu
yazı ənənələrinin heç biri. Heç Zeynəb Xanlarova da “yox‑
dur”, o dövr yoxdur, o bəstəkarlar, ifaçılar, xiridarlar yoxdur.
Yox, səhv kimi qəbul etməyin “Zeynəb Xanlarova yoxdur” ifa‑
dəmi. Azərbaycan vətəndaşı, millət vəkili Zeynəb Yəhya qızı
Xanlarova yaşayır. Allah bundan da uzun ömür versin. Bizim
Zeynəb Xanlarova yoxdur. İndiki sənət üfüqündə yoxdur. Sə‑
nəti onu qaldırıb qoyub uca bir dağın başına. Heç aşağı düş‑
mək fikri də yoxdur. Niyə düşsün ki? Düşüb hansı istedadın
başına sığal çəkib, xeyir‑dua versin? Son dəfə Lenin adına Sa‑
rayda balaca Xeyransa Məmmədovanı sığallamışdı. Xeyran‑
salar da yoxdur. Zeynəb Xanlarova bir zirvədir müasir
Azərbaycan musiqisində. Yuxarıdan baxır. Gözləri yoldadır.
Ətrafda fəth edilməyən zirvələr çoxdur. Amma heç dağın ətə‑
yində də, yoxuşunda da kimsə görsənmir.
Yamacda, dağın qarından əriyib süzülən bulaqdan su içib,
M A H İ R   Q A B İ L O Ğ L U
16


səsləri batan, “xoruz buraxanlar” adda‑budda gözə dəyirlər.
Hərəsinin də əlində qızılı, brilyantlı, firuzəyi, heç bir aparata
qoşulmayan mikrofonlar. Zirvəyə baxıb oxuyurlar. Yox, oxu‑
murlar, ağızlarını açıb‑yumurlar. Qayalığın arxasında isə pro‑
düsser fonoqrammanın düyməsini basır. Əks‑səda gəlmir.
Əks‑sədaları dağın zirvəsinə  gedib çatmır. Çünki dağda‑me‑
şədə, təbiətdə SƏS əks‑səda verər, fonoqramma yox. Qarğadır‑
lar. Qartallara daş atırlar ki, bəs biz də varıq. Amma atdıqları
daşlar da qayıdıb  dəyir özlərinə. Bir‑bir sıradan çıxırlar.
Nəsə əvvəldən çox zilə qalxdım. Sonra nərdivan axtaracaq‑
lar ki, bəmə salsınlar. Mən isə hələ çox aşağıdayam. 1975‑ci
ildir. Cəmi 9 yaşım var. Zeynəb xanım təzəcə Azərbaycanın
Xalq artisti adına layiq görülüb. Roman diliylə desək, zavyaz‑
kaları keçib, kulminasiyadadır. 1975‑dən 2015‑ə birdən‑birə
hoppanmaq olmaz. Gərək yavaş‑yavaş “Zeynəb zirvəsi”ni fəth
edim. Yolda yıxıla da bilərəm, külək, qar, çovğun, şaxta don‑
dura bilər. Amma yox. Məndən əvvəlkiləri bəlkə də dondurub,
yarıda saxlayıb. Bəlkə də bu zirvənin sahibi olan Zeynəb xanı‑
mın adından, şöhrətindən qorxublar. “Axı o Zeynəbdir. Nəsə
“ne to” yazaram, acığı tutar. Qəzəbinə tuş gələrəm” deyərək.
Nədə qaldım? Hə. Kağız‑qələmdə. Evdə nə kağız var, nə
də qələm. Çarpayıya uzanıb, belimi divara söykəyirəm. No‑
utbuku dizimin üstünə qoyuram. Yeni səhifə açıram. Pah‑
atonnan, nə gözəl söz işlətdim e... “Yeni səhifə açıram”. Amma
həqiqətən də noutbukun displeyində yeni səhifə açıram.
Həmən də ağ səhifəni yaddaşa verirəm. Keçmişdə yazılan şeyi
yaddaşa verərdilər. Amma indi zəmanə dəyişib. Gərək ağ sə‑
hifəni əvvəlcədən yaddaşa verəsən. Çünki ağ səhifə də  pozula
bilər. O qədər ağ səhifələr pozulub ki, elə heç nə yazılmamış.
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
17


Səhifəni açdım, yaddaşımı da. Ağ səhifədə öz Zeynəb Xan‑
larovamı yazmağa başlamaq istədim. Amma bir an durux‑
dum. Yadıma qonşum, Xalq yazıçısı Bayram Bayramovun
1987‑ci ildə dediyi bir söz yadıma düşdü. Utandım, qızardım.
Öz‑özümə “Mahir, ayıb olsun sənə” deyib, yazmayacağıma
qərar verib, açdığım yeni səhifəni bağlamaq istədim. Amma
son  40 ildə uşaq və  gənc yaddaşıma yığıb saxladıqlarım
əlimi tutub saxladı. “Ayıb olur, olsun da... Yazacağam. Mənim
tanıdığım Zeynəb Xanlarovadan, BİZİM Zeynəb Xanlarova‑
dan yazacağam” dedim. O vaxt Bayram Bayramova ayıb ol‑
muşdu, indi qoy mənə də ayıb olsun. Ondan böyük yazıçı
deyiləm ki. Sadəcə o, buraxdığı səhvi düzəldə bilmədi.
Mənim isə şansım çoxdur. Faizlə desək ,– 100 FAİZ.
Zəhləm gedən ifadələr
“Deyilənə görə”, “deyirdilər ki”. Xoşum gəlmir bu ifadə‑
lərdən. Aşıq gördüyünü çağırar. Mən də bu prinsipi üstün tu‑
turam. Təkcə atam Qabilə istinad edirəm və bu istinadların
da sağ qalan şahidləri kifayət qədərdir. Səhv desəm yəqin ki,
irad tutarlar. Amma zəhləm gedən ifadələri bu yazımda işlət‑
məyə məcburam. Axı onda çox balacaydım. Zeynəb Xanla‑
rovaya verilən qiyməti eşidirdim, amma dərk etmirdim.
Sadəcə yaddaşıma yazırdım.
Amma sevmədiyim bu cümlə önlüklərini qorxa‑qorxa iş‑
lədəcəyəm. Çünki ilk növbədə səbəbkar oxuyacaq. Yalan olsa,
batdım. Lap düz olsa da... elə düz söz var ki, onu da gərək de‑
məyəsən, yazmayasan. “Yanında deyiblər‑deyiblər də... Nə
olsun ki, deyiblər. Sən də gərək bunu bütün Azərbaycana car
M A H İ R   Q A B İ L O Ğ L U
18


Yüklə 5,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə