50 yashinda men Layout 1



Yüklə 5,53 Mb.
Pdf görüntüsü
səhifə5/85
tarix22.07.2018
ölçüsü5,53 Mb.
#58456
1   2   3   4   5   6   7   8   9   ...   85

çəkəsən? Adamın yanında söz danışarlar da...” fikrində bir hə‑
qiqət də var. Amma ki, yox. Bir var yaddaş, bir də var yaddaş‑
dan süzülən yazı. Bulağın suyu da süzülür. Spirt isə süzülmür,
hətta damcılayır. İkisi də göz yaşı kimi təmizdir. Biri şirindir,
o birisi acı, yandıran. Əsas odur ki, təmizdir, safdır, təbiidir.
Ağlım kəsməyə başlayanda, yəni ki, 9 yaşımda Zeynəb
Xanlarova artıq Azərbaycan SSR‑in  Xalq artisti idi. Bu titulu
tək demirdilər. Ermənistan SSR‑in Xalq artisti titulu da bura
əlavə olunurdu. (Vikipediya‑da Özbəkistan xalq artisti titulu
da var. Amma mənim yadımda deyil).
Bilmirəm kimin sözüdür. Səhv etmirəmsə, Düma söyləyib.
“Azərbaycan dilini bilirsənsə, bütün Qafqazı tərcüməçisiz do‑
laşa bilərsən”. Düma zirvəsində olmasam da, birini də mən
deyim. Bəlkə nə vaxtsa mənə də istinad edib söyləyərlər hik‑
mətli söz kimi: “20‑ci əsrin son 30 ilində Zeynəb Xanlarovanın
mahnılarını bilən, oxuyan müğənninin üzünə Qafqazın bütün
xalqlarının rəsmi və ya el şənliklərinin qapısı açıq idi. Hətta
Ermənistanda da. Yox. Çaşdım. Hayastanda”. Bax, belə düz
səslənir. Bu barədə bir az sonra.
Vaxt keçdi. Daha bu titulları bir‑bir sadalamırdılar. Zeynəb
xanım ən yüksəyinə  –  “SSRİ Xalq artisti” fəxri adına layiq
görülmüşdü. Yəni ki, onu 15 respublikanın on beşində də ta‑
nıyırdılar. Amma bu da SSRİ Xalq artisti adına layiq görül‑
mək üçün əsas statistik göstərici deyildi. Bəli, statistik
göstərici. Səni xarici ölkələrdə də tanımalıydılar. Sən SSRİ
kimi böyük dövləti xarici ölkələrdə də layiqincə təmsil etmə‑
liydin. Adın afişadan asılanda stadionlar tamaşaçıyla dolma‑
lıydı. “Reytinq” sözü olmasa da, reytinq cədvəlində daha
hansı tələblər yox idi. Əgər tamaşaçılar sakit durub tamaşa
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
19


edirlərsə, bu qəbulolunmaz idi. Onlar oynamalı, əl çalmalı,
atılıb, düşməli idilər. Ərəblər isə musiqidən razı qalanda me‑
lodiyanın ritmiylə fit çalırdılar. Fit çalınmadısa, deməli sən
ərəb musiqisevərinin xoşuna gəlməmisən. Bəs bilet satışı? Gö‑
rəsən Zeynəb Xanlarova SSRİ büdcəsinə bilet satışından nə
qədər xeyir verib? Bəs özü nə qazanıb? Məncə o vaxt buna
“stavka” deyirdilər. Hər fəxri adın özünəməxsus “stavka”sı
vardı. Ondan bir qəpik artıq‑əskik ödəməyə ixtiyarları yox
idi. (qiymətli hədiyyələr də olurdu).
Haralarda oxumayıb Zeynəb xanım? Bu qədər xarici dildə
mahnını necə öyrənib? Belə bir ifadə var: “Rus dilini rusdan da
yaxşı bilmək”. Əgər sovet müğənnisi xaricə gedəndə o xalqın
musiqisini onlardan yaxşı oxumağı bacarmasaydı, icazə ver‑
mirdilər ifaya. Lap icazə versəydilər də, pis oxumaqla rəğbət
qazanmırdın. “SSRİ Xalq artisti” adı SSRİ‑nin hər yerində  ta‑
nınan və SSRİ‑ni dünyaya layiqincə tanıdan sənətkarlara veri‑
lirdi.  Zeynəb Xanlarova bu seçilmişlərdən idi. Azərbaycanlı
idi. Heydər Əliyevin məşhur bir kəlamı var: “Mən həmişə fəxr
etmişəm, bu gün də fəxr edirəm ki, azərbaycanlıyam”.
Doğrudan da, belə sənətkarları, belə azərbaycanlıları ya‑
dıma salanda, bu sözlərin mənasını daha dərindən başa düş‑
məyə başlayıram.
Ortaya belə bir sual çıxa bilər ki, bəs nə qədər Azərbayca‑
nın tanınmış müğənnisi ümumittifaq və xarici qastrollara ge‑
diblər. Bəs niyə onların əməyini heç edirsən? Əsla, onlar
ancaq Azərbaycan mədəniyyətini dünyaya tanıdan Azərbay‑
canın Xalq artistləriydi. Zeynəb Xanlarova isə nəinki SSRİ,
dünya musiqi mədəniyyətinin bir parçasına çevrilmişdi.
M A H İ R   Q A B İ L O Ğ L U
20


Zeynəb Xanlarova ancaq müğənnidirmi?
Zeynəb Xanlarova vaxtında, həm də sağlığında qiymətini
almış xoşbəxt insanlardandır. Bunu bir mahnısında özü də de‑
yirdi. “Dünyanın xoşbəxti mənəm dünyada”. Hər şeyi var.
Həm xalqın məhəbbəti, həm də xalqın, dövlətin rəsmi təltifləri.
Ancaq birindən başqa. Ömrü boyu ana südü kimi halal olan
SSRİ miqyaslı bir rütbə ona verilməyib. O bu vəzifəni icra edib,
amma rütbəni verməyiblər. “Fövqəladə və səlahiyyətli səfir”
rütbəsi. Deyəcəksiniz ki, onda gərək xarici ölkələrə qastrola
gedib, mahnı oxuyan, Azərbaycanı təmsil edən, tanıdan ha‑
mıya verilməlidir bu rütbə. Mən sizinlə razı. Amma…
Siz heç  Zeynəb Xanlarovanı tanıyırsınız? Yox. Tanımırsı‑
nız. Zeynəb Xanlarova yeganə sənət adamıdır ki, BMT‑nin tri‑
bunasından çıxış edib. Çıxış etməyib e... mahnı oxuyub.
Ordakı nümayəndələri o xalqların öz mahnılarından parça‑
larla salamlayıb. Başqa xalq olsaydı, sağlığında heykəl qoy‑
muşdu öz müğənnisinə. Təkcə bu ifasına görə.
Repertuar
Hərdən Modern.az saytında gedən yazılarımı bir‑bir  sa‑
yıram. “İki il dörd ayda 350‑ni keçmişəm” deyərək qürrələ‑
nirəm. “Əsas kəmiyyət yox, keyfiyyətdir” kəlamını bilə‑bilə.
Amma yüksək kəmiyyət və keyfiyyət paralel olaraq bir‑birini
təqib edəndə bu yaxşı mənada “partlayış” deməkdir. Zeynəb
Xanlarovanın repertuarını illərə bölüb hesablasaq, görəsən
neçə mahnı olar? Özü də, mahnı da mahnıdı ha..! Hamısı ürə‑
yəyatımlı. Müasir dildə desək HİT. Hər bir özünə hörmət
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
21


edən müğənni yaxşı mahnı oxumağa çalışar. Yaxşının yaxşı‑
sını seçmək üçünsə çeşid bol olmalıdır. Müasir dövrdə seçimi
necə edəsən? Mahnı var ki, hələ bir seçim də edəsən? Bazar
boşdur. Üzr istəyirəm, bazar köhnə sözdür. Lap köhnə kişilər
kimi danışdım. İngiliscə deməliydim: Market boşdur. Olan
malların da genini dəyişdiriblər.
Oxuyanlarımız da bir dəfə “banlayır”, 10 il də onun əks‑
sədasını yaymaqla məşğul olub, pul qazanırlar. Bəlkə reper‑
tuar sözünü lüğətdən çıxaraq? Axı indikilər repertuar sözünə
təhqirdir. Korifey sənətkarların ruhu inciyər bizdən.
Qastrol
Çox xahiş edirəm, hətta yalvarıram, bu gün qastrola gedən
bircə Azərbaycan müğənnisinin adını deyin mənə. Alim Qası‑
mov? Pah, o necə də  yadınıza düşdü e... Belə çıxır ki, bir ad
çəkməklə məni bağladız. Mən xarici ölkədə konsert vermək de‑
mədim e... Mən qastrol dedim. 20‑30 nəfərlik kollektivlə  çıxır‑
san şəhər‑şəhər, kəndbəkənd gəzib konsertlər verirsən. Yaxşı,
lap konsert vermək olsun. Alim Qasımovdan başqa bir babat
ad çıxaranımız varmı? Muğam? Yox. Onu bura qatmayın. Mu‑
ğamla bağlı xarici konsertlər ifaçıların öz təşəbbüsü yox, Hey‑
dər Əliyev Fondunun və YUNESKO‑nun layihələridir.
Yerindən duran müğənni toya getməyindən danışır, get‑
məsə, ac qalacağını söyləyir. Əvvəl heç olmasa el şənliyi deyə
ifadə edirdilər. İndi isə konkret “toy” deyirlər. Ekrandan toy
tuturlar, toy danışırlar. Papuri kimi toy mahnılarını uc‑uca
qoşub, qol götürüb oynayırlar da. Səhnə mədəniyyətini sırtıq
gülüşlərə, hərəkətlərə qurban verirlər. “Elitni” toy yox, heç
M A H İ R   Q A B İ L O Ğ L U
22


Yüklə 5,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə