50 yashinda men Layout 1



Yüklə 5,53 Mb.
Pdf görüntüsü
səhifə3/85
tarix22.07.2018
ölçüsü5,53 Mb.
#58456
1   2   3   4   5   6   7   8   9   ...   85

Bu, yazılmamış qanundur. Həkimin xalatında hopmuş, get‑
məyən qan ləkələri olur. Baş həkimin xalatı isə kraxmallı,
ütüsü qat kəsir.
Səhiyyəmiz inkişaf etdikcə, bu yazılmamış qanunlar artıq
öz əhəmiyyətini itirməkdədir. Amma deyəsən bu qanunların
rektor, kafedra müdiri, inzibatçı Əhliman Əmiraslanova heç
əvvəldən də dəxli olmayıb. Onun üçün birinci yerdə sənətidir
– həkimlik sənəti və elmi. Bu yerdə bir şayiə yadıma düşür.
Bəlkə də şayiə deyil. Deyilənə görə, rektor Əhliman Əmiras‑
lanovu işləməyinə əngəllər törədirlərmiş. O da heç nə demə‑
yib. İşdən çıxmasıyla bağlı ərizəsini yazıb qoyub stolun
üstünə. Bundan xəbər tutan Prezident Heydər Əliyev rekto‑
run istefa ərizəsinə baxmır. Mən belə eşitmişəm.
Ad çəkməyəcəyəm
Bir jurnalist dostumu pəjmürdə gördüm. Səbəbini soruş‑
dum.
– Mahir, bir qohum Tibb Universitetində semestr imtahanı
verirdi. Müəllim də çox prinsipial adam idi. Demişdi ki, “qa‑
yıbın çoxdur, kəsəcəm, vəssalam”.  Pul, tapşırıq da keçmirdi.
İmtahana iki saat qalmış məcbur olub döydüm rektorun qa‑
pısını. Köməkçisi dedi ki, bəs əməliyyatdadır. Elə başa düş‑
düm ki,  məni başından edir. Dedim ki, çox vacib sözüm var.
Bu dəfə cavab verdi ki, gözlə. Mənimlə bir otağın qabağına
getdik. Dəhlizdə gözləməyimi xahiş elədi. Özü isə içəri keçdi.
Bir də nə görsəm yaxşıdır? Qapı açıldı. Əhliman müəllim də
əməliyyat geyimində:
– Filankəs, nə olub, nə hadisə baş verib? – deyə həyəcanla
soruşdu.
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
11


Utana‑utana onu narahat etməyimin səbəbini dedim. O da
köməkçisinə tapşırıq verdi ki, “bəs mənim adımdan xahiş elə
müəllimdən. De ki, jurnalist dostumuzun qohumudur. Bu
dəfə güzəşt eləsin. Gələn semestr də səhlənkarlıq etsə, özüm
qovacağam onu universitetdən”.
Başa düşürsənmi, Mahir, o boyda akademik, rektor mən jur‑
nalistə görə qapıya çıxmışdı ki, yəqin nəsə ölüm‑itim var, hə‑
kimlik köməyini etsin. Mən isə tələbə tapşırmağa getmişdim.
“Qarantiya”
“Zəmanət”. Zəmanəti məişət əşyalarına, avtomobilə ve‑
rərlər. Amma həkimə bu sözü deyəndə elə bil ki, dədəsini sö‑
yürsən. Canlı adama da zəmanət verərlər?  Onkologiya isə elə
bir sahədir ki, burda tam sağalma söhbəti yoxdur. Elə onkoloji
xəstəlik növü var ki, lap beş günə adamı əridib öldürər.
Amma müəyyən anlarda, xəstəliyin ilk başlanğıcında həkim‑
lər xəstəyə kömək edə bilirlər. Buna loru dildə “ömür uzat‑
maq” deyilir. Yazımın əvvəlində təsvir etdiyim onkologi ‑
yamızla müqayisə etsəm, bugünkü uğurlarımız danılmaz‑
dır.Yenə ad çəkməyəcəyəm. Əhliman Əmiraslanovun əməliy‑
yat etdiyi xəstələrə əgər 5 il ömür qoyursa, rahat ola bilərsiniz.
İstəsəniz 5‑i lap 2‑yə də vurun. Bunu mən demirəm a... xəstə‑
lər özləri deyir.
Mən də həkiməm və ya “Rak”la zarafat 
Həyatımda bir tarixi haqsızlıqla üzləşmişəm. Və bu səhvi
heç cür düzəldə bilmirəm. Sağlıq olsun. Ömür hələ qabaqda‑
dır.
M A H İ R   Q A B İ L O Ğ L U
12


Hər hansı bir xəstə həkimlə davaya çıxanda Hippokratı
əlində bayraq, Hippokrat andını isə dilində dua edir. Babası‑
nın babasının adını yaddan çıxaran, babasının, nənəsinin qəb‑
rinin yolunu tanımayan bu xalqı gecə yuxudan qaldırsan və
soruşsan ki, “onun adı nə oldu?”, fikirləşmədən cavab verə‑
cək ki, Hippokrat. Nəsə çox sevirlər eramızdan əvvəl 460‑cı
ildə anadan olan bu yunanı Azərbaycanda.
Mənim həyat yoldaşım 1989‑cu ildə Tibb Universitetini
bitirəndə Dövlət Dram Teatrında keçirilən buraxılış gecəsinə
onu da dəvət etmişdilər. Mən də ordaydım. Gecənin sonunda
məzunlar hamılıqla ayağa qalxıb Hippokrat andı içməyə baş‑
ladılar, özü də xorla. Mən də dəstədən geri qalmamaq üçün
başladım deyilənləri təkrar eləməyə. Bir sözlə Hippokrat andı
içənlərdən biri də mənəm. Amma orda hamıya diplom ver‑
dilər, bir məndən başqa. Bu haqsızlığa hələ də dözürəm. Özü
də yaxşı elmi ixtiram da var. Özü də ki, onkologiya sahəsində.
Bu barədə bir az ətraflı.
1989‑cu ildə atam QAZ‑2410 markalı “Volqa” maşını aldı.
Mexaniki sürət qutusu çox ağır işləyirdi. Yerindən götürəndə
1‑ə vermək istəyirdim, görürdüm ki, keçmir. Onda atam de‑
yirdi ki, “aldat”, ver 2‑yə, ya 3‑ə, sonra at 1‑ə. Elə də edirdim.
Aldadırdım sürətlər qutusunu. Fikrini 2‑ylə 3‑ə yönəldirdim,
1–i bərk‑bərk saxlamağını yadından çıxarıb buraxırdı. İndi
xərçəng də bizim “Volqa”nın sürət qutusu kimi çox inadcıl‑
dır. Hardan tutdusa buraxmır. Bir qohumumuz vardı. Şiş bur‑
nundan çıxmışdı. İki ay da vaxt qoymuşdular. Şüa verib şişi
yatırtdılar. 2 ay nədir, ondan sonra 3 il yaşadı. Burun şişindən
ölmədi. Mədənin “rak”ından getdi. Belə çıxır ki, xərçəngə
müqavimət göstərəndə orqanizmdə daha zəif yerlər axtarıb
tapır. Bəs zəif yer yoxdursa, onda necə. Necə etmək olar ki,
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
13


xərçəng tutduğunu buraxsın. Bəlkə aldadaq? Zəif yeri biz hə‑
kimlər özümüz yaradaq. Lap ikisini birdən. Üç cəbhəni bir‑
dən açaq. Yadınızdadırsa, Hitleri də yeni cəbhələr açmaqla
gücdən salıb məhv elədilər. (Hərdən “rak”la da zarafat elə‑
məyə dəyər.)
“Rak” öz işindədir
Nə qədər danışsaq da, xərçəng öz işindədir. Yenə ölüm
simvoludur. Hələlik bu xəstəlik ömür uzatmaq stadiyasında
müalicə olunur, sonu ölüm olmaq şərtiylə. Fəlsəfi yanaşsaq,
bütün canlıların sonu onsuz da ölümdür. Amma bu ölümün
adı çox ağırdır – “Xərçəng”. Əhliman müəllimə nə arzulaya
bilərəm ki? Yuxarıda bütün titullarını qeyd etdim. Ömür qa‑
baqdadır. Onlardan da yüksəklərinə nail olacaq. Amma hər
bir alim‑onkoloqun bir arzusu var: Xərçəngin dərmanını tap‑
maq və “Nobel” mükafatı laureatı olmaq.
YAP‑çı Əhliman Əmiraslanov
Məşədi İbad demişkən, “Heç hənanın yeridir?”. Yazdın‑
yazdın, gətirdiyin son da bu – YAP‑çı Əhliman Əmiraslanov.
Bəli, Əhliman müəllim həm də siyasətçidir. YAP‑ın üzvü kimi
millət vəkilidir. Mən onun elmini, ad‑sanını tərəzinin bir,
YAP‑çılığını, millət vəkilliyini o biri gözünə qoyub nəsə mü‑
qayisə aparmaq fikrində deyiləm. Çünki Əhliman müəllim
sovet dövründə də – 43 yaşında deputat seçilib. Mənim fik‑
rimi bilmək istəyirsinizsə mən onun alim, həkim və müəllim‑
liyini deputatlığından yüksək tuturam. Lakin bir anlıq bəzi
ağzıgöyçəklərə qoşulub “vəzifə adamıdır, rektor deputat se‑
M A H İ R   Q A B İ L O Ğ L U
14


Yüklə 5,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə