50 yashinda men Layout 1



Yüklə 5,53 Mb.
Pdf görüntüsü
səhifə14/85
tarix22.07.2018
ölçüsü5,53 Mb.
#58456
1   ...   10   11   12   13   14   15   16   17   ...   85

BİR ƏFVİN TARİXÇƏSİ
AzTV‑də işlədiyim 11 il müddətində Bakıdakı bütün tür‑
mələri gəzmişəm. Əlbəttə ki, məhkum kimi yox, Prezidenti‑
mizin imzaladığı əfv fərmanlarının icrasını efirdə işıqlandıran
bir telejurnalist kimi.
“Xəbərlər” proqramından üç‑dörd çəkiliş qrupu ayrılırdı
bu məqsədlə. Penitensiar Xidmətdə isə bizi cəzaçəkmə müəs‑
sisələrinə bölüşdürürdülər. Hər qrup da üç‑dörd türmədə
olurdu. O qruplara isə çox vaxt başçı mən gedirdim. Bu o
demək idi ki, “Xəbərlər”dən sonra efirə gedəcək 45 dəqiqəlik
“Xüsusi buraxılış”a mən cavabdeh olacaqdım.
Cəzaçəkmə müəssisəsi və ya el dilində desək, türmə şəx‑
sən məni vahimələndirmirdi. Dustaqlar yaxınlaşıb bizimlə
söhbət edir, bəziləri isə müsahibə verərək, törətdikləri cina‑
yətdən peşman olduqlarını söyləyir, prezidentdən bağışlan‑
maqlarını xahiş edirdilər. Elə olurdu ki, növbəti əfvdə
onlardan bəzilərinin azadlıq qazandıqlarını görüb sevinir‑
dim. Mikrofonu uzadıb keçirdikləri hissləri bölüşmələrini
xahiş etdikdə isə sadəcə peşman olurdum. Nə desələr yaxşı‑
dır?
“Nə? Mən xahiş etdim? Yanılırsınız, cavan oğlan. Məni ki‑
minləsə səhv salıbsınız”. Bu “sız‑mız”ın qabağında əzilirdim,
sınırdım. Amma yenə də kiminsə, kimlərinsə Prezidentə bir‑
başa müraciət etmələrinə şərait yaradırdım. Bəzilərinin qan‑
mayacaqlarını bilə‑bilə. Atalar sözünü əsas tutaraq. “Balığı at
dəryaya...”.
M A H İ R   Q A B İ L O Ğ L U
56


Yuxarıda qeyd etdiyim kimi, bütün türmələrdə olmuşam.
Amma onlardan yalnız biri, “krıtı” adlanan Qobustan türməsi
yaddaşımda əbədi iz buraxıb. Çünki ordakı şərait, daimi sa‑
kinlər digərlərindən fərqlənir. Bu türmədə əvvəllər əsasən
ölümə məhkumlar saxlanılırdı, indi isə orada ömürlük həbs
cəzası alanlar yatır. Onların isə əfvi çox nadir hadisə sayılırdı.
Burda saxlananlara yaxınları, doğmaları ilə heç görüş də ve‑
rilmirdi. Sonralar qanunlar bir az yumşaldıldı. İndi nəinki
görüş, məhkumlar arvad almaq imkanı da əldə ediblər.
Nəhayət o vaxt – 2001‑ci ildə “krıtı”da da kiminsə qapısı
açıldı. Və bu əfv prosesini çəkmək mənə qismət oldu.
Prezident Heydər Əliyevin 17 avqust 2001‑ci il tarixldə im‑
zaladığı əfv fərmanının ertəsi günü tezdən dörd çəkiliş qrupu
artıq Penitensiar Xidmətin qarşısına getdik. Digər mətbu or‑
qanlardan, televiziyalardan da jurnalist həmkarlarımız bura
yığışmışdı. Ənənələrə zidd olaraq Penitensiar Xidmətin
ovaxtkı rəisi, general‑mayor Aydın Qasımov darvazanın qa‑
bağında göründü. Əfv fərmanının icrası prosesində bizi əsa‑
sən şöbə rəisləri müşayiət edirdi. Daha doğrusu, biz onların
icraatını lentə alırdıq. Aydın Qasımov qapıda görüncək tələ‑
bəlik illərindən tanıdığım polkovnik Azər Seyidov (hazırda
Kürdəxanı Təcridxanasının rəisi) məni generalın maşınına əy‑
ləşdirdi. Beləcə gəlib çıxdıq Qobustanın düzünə. Türmənin
qapısına çatanda xidməti maşın dayandı. Darvazanı açmadı‑
lar ki, bəs böyük rəis gəlib. Maşından düşdük. Bir zabit qa‑
pıya çıxıb generala raport verdi. Həmin zabit bizdən jurnalist
vəsiqəmizi elə qapıdan içəri keçməmiş tələb etdi. Bu an kimsə
məni çağırdı:
– Mahir, ay Mahir!
Geriyə döndüm. Bir az aralıda beş‑altı nəfər dayanmışdı.
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
57


Yanlarında 12 yaşında bir oğlan uşağı da vardı. Ağac kölgəsi,
ya “besedka” olmadıından gün başlarına şaxıyırdı. Onlardan
biri panama qoymuşdu, gün eynəyi taxmışdı. Məni də səslə‑
yən elə o yaşlı kişi idi. Tanımadım. Aydın Qasımovdan üzr is‑
təyib və operatoru qapıda buraxıb həmin adamlara tərəf
getdim. Yaxınlaşanda tanıdım. Bu, Abşeron rayon İcra Haki‑
miyyətinin keçmiş başçısı Adil Nağıyev idi. Abşeron rayonu‑
nun tədbirlərini televiziyada işıqlandıran və həmişə də
hörmət‑ehtiram görən biri kimi Adil müəllimlə görüşüb‑
öpüşdük. Hal‑qaziyyəni bilirdim. Oğlunu akademik Ziya
Bünyadovu qətlə yetirdiyinə görə həbs etmişdilər. Özünü də
vəzifədən çıxartmışdılar. Adil müəllim məni nəvəsiylə, yanın‑
dakılarla tanış etdi. Xahişi isə gözlənilməz oldu:
– Mahir, məni Aydın müəllimə tapşır.
Mən bu tapşırmağın nə olduğunu anlamadan Adil müəl‑
limin qoluna girib Aydın müəllimə tərəf addımladım. Onu
təqdim etdim. İnsafən Aydın müəllim də onu dinlədi. Bizi
qarşılayan zabitə Adil müəllimə hörmətlə yanaşmağını, əlin‑
dən gələn köməyi əsirgəməməyi tapşırdı. Adil müəllim
uçurdu. Azərbaycan qanunlarını dərindən bilməyən bir jur‑
nalist kimi sonradan başa düşdüm ki, Aydın Qasımov sadəcə
öz nəzakətini və ziyalılığını nümayiş etdirib. Çünki Adil Na‑
ğıyev oğluyla görüş xahiş edib. Bu isə mümkün deyildi. Bu
türməyə Aydın Qasımovun maşınını  buraxmaq belə yasaq
idi. Özü isə sənəd göstərib içəri keçirdi. Bəs Adil müəllimi –
qanun‑qaydaları bilə‑bilə  –  hər gün bura gəlib görüş ümi‑
diylə gözləməyə, “Mahir, məni Aydın müəllimə tapşır” de‑
məyə vadar edən nə idi? Sadəcə oğlundan üz‑üzə, göz‑gözə
soruşmaq istəyirmiş ki, “Oğul, Ziya Bünyadovu doğrudanmı
sən qətlə yetirmisən?” İnanmırdı buna.
M A H İ R   Q A B İ L O Ğ L U
58


HAŞİYƏ: Bu səhnə məni çox sarsıtdı. O boyda icra başçısı
yumağa dönmüşdü. Abşeron rayonuna çəkilişə gedəndə bu
səhnəni icra başçısı Mirzəbəy Novruzovun müavinlərindən
birinə danışdım. Reaksiyası çox qəribə oldu: “Dünya, dağıl.
Dağıl, dünya. Aydın Qasımov hansısa məsələylə bağlı başçı
Adil Nağıyevin qəbuluna gəlmişdi. Qəbul otağında düz bir
saat onu gözlətdi. Sonra qəbul etdi. İndi isə sənə deyir ki,
“məni Aydına tapşır”, hə???” (SON)
Sənədlərimizi zabitə təqdim etdik. Telefonlarımızı da...
Sonradan bildim ki, həmin zabit “krıtı”nın rəisi, polkovnik
Məmmədəlidir (familiyasını unutmuşam). Yoxlama sədlərini
keçib həyətə daxil olduq. Başqa cəzaçəkmə müəssisələrindən
fərqli olaraq, heç kim gözə dəymirdi. Amma ucaboylu, gülə‑
rüz, idman cüssəli, mülki paltarda, mərd adam təəssüratı ba‑
ğışlayan bir nəfər bizə yaxınlaşdı. Mehribancasına görüşdü.
“Müsahibə vermək istəyirəm” dedi.
– Mənim Heydər Əliyevə can borcum var. O mənim mü‑
haribədə həlak olan qardaşımın cəsədini ermənilərdən alıb
bizə qaytardı. Çox yaxşılığı keçib ailəmizə.
Aydın müəllimdən soruşdum ki, bu kimdir? Daha doğ‑
rusu, icazə verirmi ki, ondan müsahibə götürüm? Çünki məh‑
busa oxşamırdı. Cavab verdi ki, bu əfv olunanlardan biridir
– Siyavuş Firudin oğlu Mustafayev. Sonradan bildim ki, o,
Naxçıvanın daxili işlər nazirinin müavini olub.
Çox pozitiv insan idi. Türmədə xarici dillərə yiyələnmişdi.
Gözəl, məzmunlu bir müsahibə verdi. Heydər Əliyevin onun
ailəsinə etdiyi yaxşılıqları qeyd edərək, bir daha minnətdar‑
lığını bildirdi:
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
59


Yüklə 5,53 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə