50 yashinda men Layout 1



Yüklə 5,53 Mb.
Pdf görüntüsü
səhifə17/85
tarix22.07.2018
ölçüsü5,53 Mb.
#58456
1   ...   13   14   15   16   17   18   19   20   ...   85

Azərbaycan Prezidenti xalqımızın, dövlətimizin, onun təhlükə‑
sizliyinin qarantıdır. Azərbaycan Prezidenti son illərdə yüzlərlə, min‑
lərlə, on minlərlə vətəndaşı ailəsinə, ocağına, külfətinə, nəvələrinə,
balalarına qaytarıb. Bu, Azərbaycan Prezidentinin həmin adamlara–
‑ düzdür, onlar dustaq libasındadırlar – əl uzatdığını göstərir.
Azərbaycan Prezidenti Konstitusiyaya, Qurana sədaqətini bizə
onunla nümayiş etdirir ki, cəza almısan, ancaq sənə əl uzadıram,
səni yenidən həyata qaytarıram. Əfv fərmanı kağıza imza atmaq
deyil. Əfv fərmanı Prezidentimizin hər bir vətəndaşa, hər bir insana,
hətta bu gün cəmiyyət üçün o qədər də uyğun olmayan adama əl
uzatmasıdır. Bu, dövlətimizin başçısının vəzifəsinə olan sadiqliyini
nümayiş etdirir. Mən bu əfv fərmanına elə‑belə əfv kimi baxmıram.
Mənim taleyim hər cür qurtara bilərdi, başqa cür də ola bilərdi.
Ancaq söhbət mənim taleyimdən getmir. Söhbət xalqın taleyindən, döv‑
lətimizin təhlükəsizliyindən,  hər bir vətəndaşın təhlükəsizliyindən gedir.
Azərbaycan Prezidenti bu gün belə bir gərgin şəraitdə, belə bir
tarixi mərhələdə, – ətrafımızda baş verən prosesləri siz yaxşı bilirsi‑
niz,– belə bir məqamda əl uzadıb vaxtilə ordudan qaçmış əsgəri düz
yola dəvət edirsə, onu dinə‑imana çağırırsa, onda məsuliyyət hissini,
vətənpərvərliyi artırırsa, bundan böyük nə ola bilər.
Bu əfv fərmanını,– düzdür, mən azad olmuram, cəzam yüngül‑
ləşir,  – Prezidentin mənə əl uzatmağı kimi qəbul edirəm.
MÜXBIR 
(Mahir Qabiloğlu): – Fərmana uygun olaraq,
cə zanız  yüngülləşdirilir.
Nəriman İmranov
: – Bəli, cəzam yüngülləşdirilibdir. Prezi‑
dent mənə əl uzadıbdır.
Əvvəla, təkcə öz adımdan yox, ailəm adından, çoxsaylı nəvələrim
adından – beş nəvəm var – Azərbaycan Prezidentinə öz minnətdarlı‑
ğımı bildirirəm. Allah‑Təala onu bu torpağın, bu xalqın üzərindən
əskik etməsin, Tanrı ona yar olsun, Allah onun böyük köməkçisi olsun.
M A H İ R   Q A B İ L O Ğ L U
66


Bu gün mən başqa bir mərhələyə keçirəm. Bu mərhələdə mən
Prezidentimizə bir daha müraciət edirəm: Əzizimiz cənab Prezi‑
dent! Nəriman bu Vətənin əsgəri, bu torpağın vətəndaşıdır. Nə vaxt,
hansı şəraitdə məsləhət görsəniz, məqbul saysanız, bir vətəndaş və
bir əsgər kimi Azərbaycanın, Vətənin ən çətin yerlərində, onun ma‑
raqları toqquşan ən ağır yerdə mən qulluq etməyə, mənə olan bu
inamı, bu mərhəməti, bu münasibəti doğrultmağa hazıram.
Çox sağ olun cənab Prezident!” AZƏRTAC
(müəllif. ‑ Müəy‑
yən ixtisarla verilib)
Müsahibələri götürdüm. Cəzaçəkmə müəssisəsindən çıx‑
dım. Adil Nağıyev və yanındakılar yenə də darvazadan bir
qədər qıraqda dayanmışdılar. Aydın Qasımov yenə də bir‑iki
təskinlik sözü işlətdi. Yola düşdük. Bizi AzTV‑nin qapısında
düşürdüb getdi.
İstirahət günü idi. “Xüsusi buraxılış”ı bütövlükdə hazırla‑
dım. Üç müsahibimin bir kəlməsini də ixtisar etmədim. Veriliş
qovluğunu imzalatmaq üçün hazırladım. Amma rəhbərlikdən
heç kimi tapmadım ki, kasetə baxsın və verilişin efirə getmə‑
sinə razılıq kimi qovluğu imzalasın. Sonda öz imzamla kaseti
buraxılışa təqdim etdim. Ürəyimi yeyə‑yeyə. Təkcə bir sözə
görə həyəcanlıydım – “Sevgili prezidentim”. Babanın (Heydər
Əliyev) reaksiyası necə olacaqdı, bilmirəm. Bu ürəkdən gələn
söz idimi, yoxsa yaltaqlıq və ya yalvarış. Amma çətinə düşən
insana yaxşılıq etmək istəyirdim. Çünki o, hələ  həbsdəydi. So‑
nuncu əfvini gözləyirdi. Həyatının 57‑ci baharında, bəlkə də
payızında. Neçə il hər an güllələnmə xofuyla yaşadıqdan
sonra. Mənim qənaətimlə o, ötən 8 ildə cəzasını artıqlamasıyla
çəkmişdi. Allah heç kimə belə gün qismət eləməsin. Heydər
Əliyev doğrudan da böyüklük eləmişdi. Əfv etmək, bağışla‑
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
67


maq, doğrudan da böyüklük tələb edir.
Material efirə getdi. Qulağım səsdə idi. Gözləyirdim ki,
aləm qarışacaq. Sədrimiz Nizami Xudiyev kabinetinə çağırıb
ağzından çıxanı deyəcək. “Əəə bala, mən sənin dədanın xət‑
rini çox istəyirəm e... bilirsən? Amma bu o demək deyil ki,
sən özbaşına efirə ağzına gələni verəsən!” –deyib işdən qova‑
caq. Ən azı isə şiddətli töhmət verəcək. Amma Nəriman İm‑
ranov “Sevgili Prezidentim” ifadəsini elə səmimiyyətlə,
ürəkdən, Prezidentinə böyük məhəbbətlə işlətmişdi ki, mən
onu efirə verməyə bilməzdim.
Ay keçdi, il dolandı. 2002‑ci ildə Nəriman İmranov əfvə
düşdü. Azadlığa çıxdı. Sevinirdim. Hardasa içimdə, ondan
aldığım müsahibənin də rol oynadığına özümü inandırmağa
çalışırdım. Bəlkə də beləydi, bəlkə də yox.
HAŞİYƏ: İxtisaslaşmış jurnalist deyilən bir anlayış var.
Jurnalist bütün sahələri dərindən bilə bilməz. Amma AzTV‑
nin “Xəbərlər” proqramının xüsusiyyəti eləydi ki, hara oldu
göndərirdilər. Və bütün sahələri gözəl bilməliydin. Bir də ki,
“Xəbərlər”də işləyənlərin hamısı redaktor vəzifəsindəydilər.
Orda reportyor, müxbir anlayışları yox idi. Cavabdehlik ba‑
xımdan. Ona görə də məsələnin kökünə gedirdik, öyrənirdik.
Növbəti dəfə çəkilişdə olanda maariflənmə istiqamətində
sual verdim. ƏFV və ya AMNİSTİYA. İkisində də dustaqlar
azadlığa çıxır və ya cəzası yüngülləşdirilir. Bəs bunların fərqi
nədir? Mənə başa saldılar ki, əfv konkret şəxsə şamil edilir.
Amnistiya isə Cinayət Məcəlləsindəki maddələrə. Maddə al‑
tında kim yatırsa, onlar da azadlığa buraxılırlar. Əfvdə say
məhdudiyyəti var. Amnistiyada isə maddə altında yatanların
sayı əsas kimi götürülmür. Bu min də ola bilər, iki min də,
M A H İ R   Q A B İ L O Ğ L U
68


Yüklə 5,53 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə