50 yashinda men Layout 1



Yüklə 5,53 Mb.
Pdf görüntüsü
səhifə12/85
tarix22.07.2018
ölçüsü5,53 Mb.
#58456
1   ...   8   9   10   11   12   13   14   15   ...   85

Bu da kameraların yaddaşına düşmüşdü. Bu dava, yaşanan
ajiotaj  başqa bir yazının mövzusudur. Bir də ki, bu barədə
mən niyə yazmalıyam. Eldəniz Elgün özü yazsın da...
HAŞİYƏ: Atam Qabilin Filarmoniyada yaradıcılıq gecə‑
siydi. Görüş boyu tamaşaçılar üçün şərait yaradılmışdı ki, su‑
allarını kağıza yazıb Rəyasət Heyətinə göndərsinlər.
Suallardan biri belə idi: “Qabil müəllim, şair Nəriman Həsən‑
zadənin şeirlərindən birini oxuyun da...” Atam sualı səslən‑
dirdi. Sağ əlinin barmaqlarını cütləşdirib sol əlinin biləyinə
qoyaraq, dedi: “Nərimanın bu boyda dili var. Gedin özünə
deyin, oxusun da...”(SON)
Mən də AzTV‑nin “Xəbərlər”inin redaktoru kimi həmin
mətbuat konfransına gəldim. Vahid Mustafayev çox həyəcanlı
idi. Loru dildə desək, öz işçisini, televiziyasının adını qoru‑
maq üçün dava açmışdı.
“Mais müəllim də (Mais Məmmədov) Bakıda deyil, tək
qalmışam meydanda. Lap başımı itirmişəm” deyirdi. Qısası
onu söyləyim ki, sonda ANS qalib gəldi. Axı, o vaxt ölkənin
rəhbəri, jurnalistlərin dostu Heydər Əliyev idi.
İkinci tanışlıq isə qəmli notlar üstündədir. Respublika Kli‑
nik Xəstəxanasına gəlmişdim. Ora bitişik, el dilində desək
“morq”un qabağından keçirdim. Vahid Mustafayev dörd‑beş
nəfərlə dayanmışdı. Qəmgin idi. Sonradan eşitdim ki, Vahid
Mustafayevin böyük qardaşı Rəfael Mustafayevi maşın vura‑
raq öldürüb. Neçə‑neçə hadisəni, yəni özünə yad olan hadi‑
sələri diqqət mərkəzində saxlayan, haqsızlıqlarla mübarizə
aparan, silsilə reportajlar verən ANS bu məsələdə susdu.
Vahid qatil‑sürücüylə ANS Şirkətlər Qrupunun prezidenti
M A H İ R   Q A B İ L O Ğ L U
48


kimi yox, professional mövqe nümayiş etdirib, onu qanunun
mühakiməsinə buraxmağa üstünlük verdi. Səlahiyyətindən
sui‑istifadə etmədi.
Çəyirtkə kimi… nazik ayaqlar…
ANS‑in müharibə xronikasına baxanda ilk olaraq ölürəm
gülməkdən. Arıq, çəlimsiz, gənc Vahid Naxış, Seyfulla Mus‑
tafayev, Mir Şahin cəbhə xəttində bu evdən o evə (istehkam
kimi) çiyinlərində kamera, əllərində mikrofon çəyirtkə kimi
hoppana‑hoppana qaçırlar, düşmən gülləsindən qorunaraq
çəkiliş edirlər.  Bu qaçışda əllərində tutduğu mikrofon və ya
kamera yox, arıq ayaqları, çəlimsiz bədənləri ilk növbədə
mən  tamaşaçının gözünə girir. Çox gülməli mənzərədir. Gü‑
lürəm.  Amma bir anlıq duruxuram. Üzümdəki təbəssüm yox
olur. Güllə səsləri qulağımı, gözlərimi açır. “Mahir, bu, mü‑
haribədən bəhs edən bədii film deyil e... xronikadır” deyirəm.
Fikirləşirəm. Axı, nə iti azıb bunların cəbhə bölgəsində. Axı
20 yaşında bu uşaqların bulvarda qızla gəzən, kinoya gedən,
marojna yeyən, diskotekada rəqs edən vaxtlarıdır. Nə vacib‑
dir ki, onlar ordadırlar?  Düzdür, özünümüdafiə dəstələrinin
döyüşçüləri də gəncdir. Amma onların silahı var. Bunların isə
silahı kameraları və qələmləridir. Birdən güllə dəydi?..
Bir gözəl deyim var. Mir Şahinə məxsus olmalıdır yəqin
ki... Çünki bu cür “zerkalnı” ifadələrdən o istifadə edir: “ANS‑
in tarixi, tarixin ANS‑i”. Vahid Naxışla ilk dəfə belə tanış ol‑
muşam. Qarabağın ən yeni tarixini lentə alanda. Yaxud da
yazanda. Yox. Yazmayıb, məhz lentə alıb. Lentə almaq yaz‑
maqdan qat‑qat üstündür. Çünki insan adlanan bəndə yazı‑
lana yox, gördüyünə inanar.
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
49


Əsgərlər, milis bölmələri onları yaman qoruyurdu. Çünki
onların kamerası yüz silaha bərabər idi. Görəsən o vaxt yara‑
nan arxivlər açılsa, nəyin şahidi olarıq? İnanmıram ki, açıla.
Açılmağını mən də istəmirəm. Çünki orda satqınlığımızdan
da izlər tapılacaq.
“OĞRAŞŞŞŞSIZ!!!...” Çingiz Mustafayevin xırıltılı səsinin
əks‑sədası qulağınızdadırmı?  O vaxt nizami ordu yox idi. Ba‑
şıpozuqluq hökm sürürdü. İndi axı var!!! Bu gün də inanmı‑
ram ki, Çingiz Mustafayev düşmən gülləsinə tuş gəlib. Əşşi,
nə fərqi var? Düşmən düşməndir də... İstər daxili olsun, istər
xarici. Ən ağrılı tərəf  budur ki, bu güllə ilə Qarabağın tarixini
yazan qələmləri sındırdılar. Yox, susdurdular.
HAŞİYƏ: Ağdamın “Qarabağ” klubu Avroliqadakı hər
hansı oyununda qalib gələndə AzTV‑nin idman reportyorları
boğazdan yuxarı belə bir ifadə işlədirlər: “Qarabağ” tarix
yazdı”. Ey jurnalistlər, gedin Çingizin, Vahidin, Seyfullanın,
Mir Şahinin Qarabağ kadrlarına bir də baxın. Sizin Qarabağ
kimi qəbul edib, qələbəsindən  təskinlik tapdığınız “Qarabağ”
futbol klubu tarix yox e... DOLMA yazır.  (SON)
Millət necə inkişaf edir
Hərdən fikirləşirəm ki, müharibədən keçən 60 il ərzində
yaponlar niyə belə sürətlə inkişaf etdi. Yaxud da Çin, Koreya
kimi dövlətlər. Sonradan anladım ki, bu inkişafın sadə bir
formulu var. Biz azərbaycanlılar səhər tezdən evdən çıxanda,
fikirləşirik necə edək ki, bir yandan bir tikə çörək qazanıb və
ya tapıb evimizə gətirək. Yapon, çin, koreyalı isə evdən “bu
gün nə yenilik edəcəyəm” fikriylə çıxır. Dünyaya ixrac etdik‑
M A H İ R   Q A B İ L O Ğ L U
50


ləri hər bir yeniliyin arxasında isə evə aparılacaq bir tikə çörək
yox, böyük gəlir durur. Pul gəlmir e... var‑dövlət  öz‑özünə
axır.  Bir an 26 noyabr 1991‑ci ilə qayıdaq. Müstəqilliyimizin
ilk illərində yox, ilk günlərində televiziya yaratmaq 23 yaşlı
Vahidin ağlına hardan gəlmişdi? Yaxşı. Ağlına gəlmişdi‑gəl‑
mişdi. Bəs buna nail olmaq. Və 24 il səhnədən çıxmamaq. Ya‑
ratmaq, yaratmaq, yaratmaq, yenə də yaratmaq, bu gün də
yaratmaq. Bu yolda Çingiz kimi bir qardaşı itirmək. Amma
qorxmamaq, yenə də irəli getmək. Qarşıya qoyduğu kursdan
bir millimetr də kənara çıxmamaq.  İndinin milyonerlərinin,
milyarderlərinin, oliqarxlarının tək‑tük övladları bu qədər
pulun müqabilində nəsə bir iş görsələr belə, ortaya  bir şey
qoya bilmirlər. Söhbət ümummilli maraqlar müstəvisindən
gedir. Bəs adi hərbçi ailəsində doğulan Vahid Mustafayev o
çətin günlərdə buna necə nail oldu?
Diqqəti cəlb edən ikinci məsələ bu ailədə uşaqlara verilən
tərbiyədir. Yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda
tərbiyəsindən boş‑boş danışmaqdansa, “Mustafayevlər ai‑
ləsi”ni  müasir Azərbaycan ailələrinə nümunə göstərmək, bir
model kimi tətbiq etməyin vaxtı gəlib çatmayıbmı?
Jurnalistika ixtisasına qəbul
Əgər indi durub desəm ki, ali məktəblərdə fəaliyyət gös‑
tərən bütün jurnalistika fakültələri ləğv olunmalıdır... Əlbəttə
ki, məni tənqid atəşinə tutarsınız. Lap mətbuat  banisi Həsən
bəy Zərdabinin jurnalist təhsilli deyil, təbiətşünas, riyaziy‑
yatçı olmasını nümunə gətirsəm belə. 20‑ci əsrin əvvəllərinin
və son illərin jurnalistika tarixi təsdiq edir ki, jurnalist olmaq
üçün jurnalistika fakültəsini bitirmək yox, sadəcə qələm və
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
51


Yüklə 5,53 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə