50 yashinda men Layout 1



Yüklə 5,53 Mb.
Pdf görüntüsü
səhifə11/85
tarix22.07.2018
ölçüsü5,53 Mb.
#58456
1   ...   7   8   9   10   11   12   13   14   ...   85

Bir stəkan süzüb qoydu qabağıma. İçdim, özümə gəldim. İçə‑
ridə baş verənləri başladı nağıl eləməyə.
Əhməd müəllim dedi ki, bəs Mahir süjeti üç gün gecik‑
dirib. Cavab verdim ki, bu Mahirlik deyil. O, həll etmir bu
məsələləri. Day Nizami müəllimi qatmadım ortaya. Dedim
ki, mən gecikdirmişəm, dalbadal olmazdı vermək. Deyərdilər
ki, Nizami müəllim qohumbazlıq edir indidən – toy olmamış.
Ağlına batdı Əhməd müəllimin. Onda dedi ki, bəs niyə xırda
bir süjet getdi, həmişə üç dəqiqə gedirdi axı? Cavab verdim
ki, o da Mahirlik deyil. Özüm azaltdım. Kollegiya iclası əs‑
lində qapalı bir şeydir. Amma sizə hörmət əlaməti olaraq çək‑
dik və balaca informasiya verdik. Mahir, Əhməd müəllim bir
az da fikrə getdi və “müxbir sonra da çıxıb dəhlizdə mənim
“yola sal” sözümü lağa qoyub” dedi. Heç nə cavab vermədim.
Gülümsədim. Əhməd müəllim yenə fikrə getdi və dedi ki,
“yaman kobud işçiniz var. Bu başa düşmür ki, kollegiya icla‑
sında kollegiyanın üzvləri, idarə rəisləri qabaqda oturmalıdır.
Buna deyiblər ki, dur! Gedib otaqdan stul gətirib qoyub
həmin kollegiya üzvünün qabağına, oturub. Hələ bir saymaz‑
yana süzüb də...”.
– Mülatif müəllim, özünüz də şahidsiniz ki, Nizami müəl‑
lim tapşırıq verib. Mən də onun sözünü yerinə yetirmişəm.
– Yox, Mahir, mən elə demədim. Dedim ki, “Əhməd müəl‑
lim, inanıram. Mahir bunu edər”. O da məəttəl qaldı ki, nə
əcəb, səhərdən səni müdafiə edirəm, indi əks getdim. Sözümə
davam edib deyəndə ki, “çünki şair Qabilin oğludur”,
Əhməd müəllim heç nə söyləmədi. Gülümsündü. Dəstəyi gö‑
türüb Nizami müəllimə zəng etdi. Səni də bilirsən nəyə görə
içəri qoymadım? Əsəbiydin. Elə söz deyə bilərdin ki, işləri lap
korlayardın. Mən bilirəm ki, sənin təqsirin yoxdur.
M A H İ R   Q A B İ L O Ğ L U
44


Mülatif müəllim mənə digər xırdalıqları da başa saldı.
Onda anladım ki, Əhməd müəllim süjetin efirə getmədiyi bu
üç gündə nə hisslər keçirib. Təhsil naziri vəzifəsinin icraçısı
kimi təhsil naziri kürsüsünün bir addımlığında olan bir vəzi‑
fəli şəxsin süjetinin AzTV‑nin “Xəbərlər”ində efirə verilmə‑
məsi “vurulmuş” adam anlamı verirdi o vaxt. Ehtiyat edib,
heç Nizami müəllimə də zəng etməyib. Yalnız süjet efirə ge‑
dəndən sonra məndən şikayət yox, gileylənmək bəhanəsiylə
zəng edib ki, bəs görəsən məsələ nə yerdədir. Nizami müəllim
də gələcək qohumuna deyə bilməyib ki, “gecikmə mənlik‑
dir”. Əhməd müəllim də bu şikayəti “yəqin müxbirin nəsə
umub” kimi qiymətləndirərək, söhbəti dəyişib.
Belə. Bu da Mülatif müəllimlə bağlı kiçik xatirə. Müəlli‑
mim, qocaman jurnalist Mülatif müəllim, 75 yaşın mübarək!
2015
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
45


VAHİD MUSTAFAYEV KİMDİR VƏ YA  
“Əəə, nooolsun?”
Qəribə bir dövrə gəlib çıxmışıq. Müəyyən bir vəzifə sahibi
olanlar, müəyyən bir mənsəbə çatanlar onları əhatə edən yal‑
taq insanlardan bir anlıq qurtularaq özləri özlərinə sual verib,
cavab tapmağa cəhd edirlər: “Axı mən kiməm?”
Pul tökürlər, “yazar” tapırlar, həmin “yazar” da onları elə
tərifləyir ki, yenidən gəlib dayanırlar ayna önündə. Yazını
oxuyurlar, güzgüyə baxırlar. Yazıyla güzgüdəki əksi arasında
uçurum tam aydın görünür. Əsəbləşib güzgünü sındırırlar.
Sanki güzgüdür onların bu yazılarda həqiqi görsənməmələ‑
rinə səbəb.
Boğazdan yuxarı sözlərdən bu gün hamı bezib. Qərar ver‑
dim ki, “ANS Vahid Mustafayev”in həyat yoluna öz təbirimcə
nəzər salım. Özünün xəbəri olmadan. Düzü heç yaxından ta‑
nımıram onu. Heç salam‑əleyküm də yoxdur. Sadəcə çox ma‑
raqlı adamdır mənimçün. Elə hey axtarışdadır. “ANS” sözünü
də ona  önlük kimi elə‑belə işlətmədim. Onları bir‑birindən
ayırmaq məncə düzgün olmazdı.
Vahid Mustafayevə verilən  bugünkü qiymət məni şəxsən
qane etmir. Nə desələr, məşhur aktyor Yaşar Nurinin bir tele‑
tamaşada yaratdığı bir obrazın diliylə  həmən cavabı gəlir:
“Vahid Mustafayev 4 sentyabr 1968‑ci ildə anadan olub”.
“Əəə, nooolsun”. Biz də anadan olmuşuq da...
“Vahid Mustafayev qardaşı Seyfulla və dostu Mir Şahinlə
ANS‑i yaradıb”. “Əəə, nooolsun?”. Televiziya‑zad görməmi‑
M A H İ R   Q A B İ L O Ğ L U
46


şik? Lider, Speys, ABA, ATV, Xəzər toyuq yumurtasından çı‑
xıblar? Onları da kimsə yaradıb da... ATV‑yə baxsaq İbrahi‑
mov qardaşlarının sayını itirərik.
“Vahid Mustafayev təkcə televiziya və radionu yox, bütöv‑
lükdə bir media imperiyası – “ANS” Şirkətlər Qrupunu yara‑
dıb”. “Əəə, nooolsun?”. Elə yerindən duran holdinq yaradır
da... Bu, təzə xəbərdir? “Vahid Mustafayev tarixi filmlər, seri‑
allar yaradır. Ssenaristdir, rejissordur”. “Əəə, nooolsun?”. Bizi
bununla heyrətləndirmək istəyir? Dolu‑molu, bacanaqlar‑yez‑
nələr, qız atası, pərvanələrin rəqsi – nə çoxdur belə filmlər. Lap
itə tök. Puldur da... “spisat” edirlər özləriyçün.
Yazımı burda bitirə də bilərdim. Vahid Mustafayev kim‑
dir sualına cavabı müasir nəzər bucağından verdiyim üçün.
Burdan bir sual meydana çıxacaqdı: “Mahir, məqsədin Vahid
Mustafayevi təhqir etmək idi? Bu nə yazıdır? Ondansa yaz‑
mayadın da... Səndən kimsə xahiş eləmişdi?  Bir yazı ki,
“quql”da (Google) axtarış verərək üzə çıxan Vikipediyadakı
məlumatlar üzərində qurulub, onu Mahir Qabiloğlu yox, hər
yoldan keçən də yaza bilər də...”.
Tam razı. Onda vaxtınızı bir az almalı olacağam. “Vahid
Mustafayev kimdir” sualına özüm kimi cavab verim. Qəhrə‑
manım  razı qalsa da, qalmasa da...
Tanışlıq
Əyani tanışlığa qalsa, mən Vahid Mustafayevlə ilk dəfə
onun özünün çağırdığı mətbuat konfransında tanış olmuşam.
Hansı il idi, xatirimdə deyil. ANS‑çi Eldəniz Elgünün Binə‑
qədi rayon İcra Hakimiyyətinin binasında, icra başçısı İnqilab
Nadirovun cangüdən cüssəli sürücüsü ilə davası olmuşdu.
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
47


Yüklə 5,53 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə