8 Bakı Nəqliyyat Agentliyi tərəfindən keçirilən 20 v ə 94 nömrəli müntəzəm marşrutlar üzrə



Yüklə 293,7 Kb.
Pdf görüntüsü
səhifə2/11
tarix17.06.2018
ölçüsü293,7 Kb.
#49192
1   2   3   4   5   6   7   8   9   10   11

Təkliflərin qiymətləndirilməsində daşıyıcılara (sahibkarlara) aşağıdakı meyarlarına görə

üstünlük


veriləcəkdir:

- Müasir standartlara cavab

verən istehsalat bazasına (qaraj) malik olması;

-

İstehsalat bazalarının avtobus sayına müvafiq təmir zonalarına, inzibati binaya və parklanma



ərazisinə malik olması;

- Yeni müasir

avadanlıqlarla təhciz edilmiş nəqliyyat vasitələrinə (avtobuslara) malik olması;

- Sürücü


bazası və müvafiq işçi heyətə malik olması.

5



Müsabiqə iştirakçıları üçün təlimat

1. Müsabiqənin məqsədi

Müsabiqənin təşkilinin məqsədi müntəzəm sərnişin daşımalarında əhalinin tələbatının ödənilməsi, sərnişinlərə keyfiyyətli xidmət

göstərilməsinin təmin edilməsi, azad sahibkarlıq və sağlam rəqabət mühitinin formalaşdırılması, nəqliyyat xidmətləri bazarının

inkişaf etdirilməsi və bu sahədə dövlət tənzimlənməsinin təkmilləşdirilməsi maraqlarından çıxış etməklə Bakı şəhərinin inzibati

ərazisində yaradılmış 20 və 94 nömrəli müntəzəm şəhərdaxili marşrutlar üzrə sərnişindaşıma xidməti göstərəcək daşıyıcını

müəyyən etməkdir.



2. Müsabiqə iştirakçılarının qanunauyğunluğu 

2.1.


Müsabiqədə mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili

sərnişin daşınması fəaliyyətinin yerinə yetirilməsi üçün istehsalat-texniki bazası, avtobus parkı və işçi heyəti olan hüquqi şəxslər və

fərdi sahibkarlar iştirak edə bilərlər.

2.2.


Müsabiqə sənədləri toplusunun hazırlanması üçün Sifarişçi tərəfindən cəlb olunmuş mütəxəssislər, ekspertlər, məsləhətçilərlə

müsabiqədə iştirak edən iştirakçılar və ya onların nümayəndələri arasında heç bir əlaqə olmamalıdır.



3. Müsabiqə sənədləri toplusunun (zərfin) tərtib edilməsinə çəkilən xərclərin əvəzi olaraq ödənilən haqq

3.1.


Müsabiqə sənədləri toplusunu almaq və müsabiqədə iştirak etmək üçün iştirakçılar müsabiqə haqqında elanda qeyd olunmuş

məbləğdə iştirak haqqı ödəməlidirlər.

3.2.

İddiaçı öz təklifinin hazırlanması və təqdim edilməsi ilə əlaqədar bütün xərcləri çəkir. Sifarişçi müsabiqənin nəticəsindən asılı



olmayaraq bu

xərclərə görə heç bir öhdəlik götürmür.



4. Müsabiqə sənədləri toplusunun məzmunu 

4.1.


Müsabiqə sənədləri toplusunda, müsabiqənin keçirilməsi və müsabiqədə iştirak qaydaları və müqavilə şərtləri göstərilir.

Müsabiqə barədə elandan başqa, Müsabiqə sənədləri toplusu aşağıdakılardan ibarət olmalıdır:

a)

Müsabiqə iştirakçıları üçün təlimat;



b) Avtomobil

nəqliyyatı ilə müntəzəm şəhərdaxili marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair

müsabiqənin keçirilməsi Qaydası;

c) Avtomobil

nəqliyyatı ilə müntəzəm şəhərdaxili marşrut üzrə sərnişindaşıma xidmətlərinin göstərilməsi haqqında müqavilə

forması və xüsusi şərtlər;

ç)

Müsabiqə təkliflərinin forması və qiymətləndirmə cədvəlləri;



4.2.

İddiaçı müsabiqə sənədləri toplusunun məzmununu, o cümlədən təlimatları formaları və şərtləri öyrənməlidir. Bu sənədlər və

müsabiqə təklifi haqqında tam təsəvvürü, məlumatı olmayan müsabiqə sənədləri toplusunun tələblərinə uyğun gəlməyən təklif

vermək iştirakçının müsabiqə təklifinin kənarlaşdırılması ilə nəticələnə bilər.

6



5.

Müsabiqə iştirakçılarının ixtisaslarını təsdiq edən sənədlər

5.1.


Müsabiqədə iştirak etmək istəyən İştirakçı aşağıdakı sənədləri müsabiqə komissiyasına təqdim etməlidir:

5.1.1.


Müsabiqədə iştirak etmək üçün müəyyən olunmuş formada yazılı ərizə;

5.1.2.


İddiaçının tam adı, fərdi sahibkarlıq üçün şəxsiyyət vəsiqəsinin, hüquqi şəxslər üçün nizamnaməsinin, vergi

ödəyicisinin uçota alınması haqqında rekvizitlərin surəti.

5.1.3.

Müsabiqə sənədləri paketinin tərtib edilməsinə çəkilən xərclərin əvəzi olaraq haqqın ödənilməsinə dair bank sənədi.



5.1.4.

İxtisas məlumatlarının forması;

5.1.5.

İştirakçılar haqqında məlumat.



5.2.

Müsabiqəyə təqdim olunan sənədlər qanunvericiliyin təlblərinə uyğun rəsmiləşdirilməlidir.



6.

Müsabiqə toplusuna dair izahat

Müsabiqə sənədləri toplusu haqqında hər hansı izahatı, yaxud hər hansı sənədi aydınlaşdırmaq üçün İştirakçı Sifarişçiyə

məktubla, faksla, telefonla müraciət edə və həmin müraciəti onun ünvanına göndərə bilər. Sifarişçi Müsabiqə sənədləri

toplusunun

aydınlaşdırılması ilə bağlı bütün sorğulara, müsabiqə təkliflərinin verilməsinin son müddətinə qədər və ya

Müsabiqə sənədləri toplusunun məlumat xəritəsində göstərilmiş vaxtdan gec olmayaraq məktubla cavab verir. Sifarişçi

hər bir sorğuya cavab məktubunun nüsxələrini 5 bank günü müddətində Müsabiqə sənədləri toplusunun almış bütün

iştirakçılara məsələnin izahatı ilə birlikdə və onun mənbəyini göstərməmək şərti ilə göndərir.



7.

Müsabiqə sənədləri toplusunda düzəlişlərin edilməsi

Müsabiqə təkliflərinin təqdim olunma müddəti başa çatana qədər Sifarişçi hər hansı bir vaxt, öz mülahizəsinə və yaxud

İştirakçının sorğusuna verilmiş izahatla bağlı Müsabiqə sənədləri toplusunda əlavə və düzəlişlər edə bilər. Müsabiqə

sənədləri toplusuna əlavə və düzəlişlər barədə bütün iştirakçılara dərhal məlumat verməlidir. İddiaçılar həmin əlavə və

düzəlişləri öz müsabiqə təkliflərində nəzərə almalıdırlar.

8.

Müsabiqə təklifinin dili

8.1.


İddiaçının hazırladığı müsabiqə təklifi, həmçinin müsabiqə ilə əlaqədar bütün yazışmalar və sənədlər Müsabiqə

barədə elanda göstərilən dildə tərtib edilməlidir. İddiaçının təqdim etdiyi müşayiətedici sənədlər başqa dildə tərtib edilə

bilər, bu şərtlə ki, həmin sənədin bölmələr üzrə dəqiq tərcüməsi Azərbaycan dilində təqdim olunmalıdır. Müsabiqə

təkliflərinin qiymətləndirilməsi zamanı, üstünlük tərcümə edilmiş nüsxəyə verilir.

7



Yüklə 293,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə