8 tn(end) tnazirler qxd



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə30/49
tarix15.03.2018
ölçüsü5,05 Kb.
#32078
növüYazı
1   ...   26   27   28   29   30   31   32   33   ...   49

O, mərhum professor Hadı Mirzəzadənin «Tarixi
qrammatika» dərs li yi ni yenidən çapa hazırlayarkən kitabda
olmayan «Zərf» və «Ədat» bəhslərini yazıb. Ümumiyyətlə, 20
kitabın, 400‑dən çox elmi məqalənin müəllifidir. Kadr hazırlığı
sahəsində də çox iş görüb, dil tarixi, dialektologiya üzrə res ‑
pub likamız və başqa türk xalqları üçün xeyli sayda elmi işçi
yetirib. Kişinyov, Almatı, Düşənbə, Bişkek, Nukus, Nalçik və
başqa şəhərlərdə elmi konfrans və simpoziumlarda dil tarixi
və dialektologiyanın aktual mövzularında məruzələr edib.
Qayseri (1990), Tehran (1992, 1995), Antalya (1993) və Anka ‑
rada (1996) keçirilmiş elmi konfranslarda məruzələr oxuyub.
Onun elmi yaradıcılığında «Kitabi – Dədə Qorqud»la
bağ lı təd qiqatlar mühüm yer tutur. Tofiq Hacıyevin Kamil
Vəliyevlə 1975 və 1976‑cı illərdə Azərbaycan Dövlət Univer si ‑
te tində respub li ka səviyyəsində təşkil etdikləri «Dədə Qor ‑
qud»  semi na rı  Azərbaycan  qorqud şü nas lığında  bir  dirçəliş  ya ‑
ratdı. Bi rinci seminarın materialları ADU‑nun «Elmi əsər ‑
124
Tehran şəhərində Сənubi
Azərbaycan şairi 
Məhəmmədhüseyn Şəhriyarın 
yubiley mərasimi (1994)
Şəkildə (soldan): 1. Kamal Talıbzadə –
akademik, 2. Tofiq Hacıyev – AMEA‑nın
müxbir üzvü
Türkiyədən gəlmiş dilçi alimlərlə
birlikdə (1999)
Şəkildə (soldan): 1. Əhməd Ərcilasun –
dilçi alim, 2. Tofiq Hacıyev – AMEA‑nın
müxbir üzvü, 3. Bəxtiyar Vahabzadə –
xalq şairi, 4. Zeynəb Qorxmaz – dilçi alim


ləri»nin (dil və ədəbiyyat seriyası) 1976‑cı il 4‑cü nömrəsində
çap olunub (İkinci seminarın materialları isə həmin jurnalın
müxtəlif nömrələrində dərc edilib). Bu təd qiqat onun «Dədə
Qorqud»la bağlı gələcək axtarışlarında ilk ad dımı idi. «Azər ‑
bay can ədəbi dili tarixi» (1976) kitabında «Ki tabi – Dədə Qor ‑
qud»dakı hadisələrin, obrazların tarixi, abi dənin dili, poeti kası,
etnoqrafik xüsusiyyətləri haqqında geniş təhlil verib.
Professor Tofiq Hacıyev ümumtəhsil məktəbləri üçün
proqram və dərsliklərin hazırlanmasında təşkilatçı və müəllif
kimi iştirak edib.
1993‑cü ilin yayından payızına qədər Azərbaycan Res pub ‑
li kasının xalq maarifi naziri işləyib. Bu dövrdə orta ümum təhsil
məktəbləri üçün Azərbaycan dili dərsliklərinin tərtibi və redak ‑
təsində səmərəli əmək sərf edib, müstəqil Azərbaycan ma a ri ‑
finin inkişafı naminə bir sıra layihələrin ideyasını irəli sürüb.
Lakin nazirliklərin yenidən birləşdirilməsi ilə əlaqədar
olaraq BDU‑nun türkologiya kafedrasına rəhbərliyə qayıdıb. Ata ‑
türk adına Dil Qurumunun həqiqi üzvü seçilən gör kəm li pro ‑
fessor Türkiyə Respublikasının «Ləyaqət» ordeni ilə təltif olunub.
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü,
əməkdar elm xadimi Tofiq Hacıyev elmi‑pedaqoji yaradı cı ‑
lığını bu gün də uğurla davam etdirir.
125
Professor Tofiq Hacıyev
ümumtəhsil məktəbləri
üçün proqram və dərslik ‑
lərin hazırlanmasında
təşkilatçı və müəllif kimi
iştirak edib
Gəncə şəhərində Mir Cəlal
Paşayev adına Elmi Tədqiqat
Mərkəzinin açılış mərasimi (2008)
Şəkildə (soldan). Birinci sıra: 2. Arif
Paşayev – akademik, 3. Ədibə Paşayeva –
dosent, 4. Nərgiz Paşayeva – professor
5. Tofiq Hacıyev – AMEA‑nın müxbir
üzvü, 6. Eldar Əzizov – Gəncə Şəhər 
İH‑nın başçısı, 7. Arif Mehdiyev –
akademik, 8. Akif Hacıyev – akademik,
10. Təhsin Mütəllimov – professor 
və başqaları



AZƏRBAYCAN 
DÖVLƏT 
TEXNİKİ 
PEŞƏ TƏHSİLİ 
KOMİTƏSİNİN 
SƏDRLƏRİ


ƏKBƏR ƏSGƏR OĞLU 
ƏNNAĞIYEV
(1911–1967)


Əkbər Əsgər oğlu Ənnağıyev 1911‑ci ildə Naxçıvanda
anadan olub.
Valideynləri muzdlu fəhlə işləyib. Onu 1924‑cü ilədək
valideynləri himayə edib. 1925‑ci ildən maddi çətinlikləri dəf
etmək üçün işləyib. Əmək fəaliyyətinə Azərbaycan Kom mu ‑
nist (bolşeviklər) Partiyasının Naxçıvan Vilayət Komitə sində
kuryer kimi başlayıb.
O, 1927–1930‑cu illərdə Zaqafqaziya Dəmiryolu Fabrik‑
Zavod Şagirdliyi Məktəbində təhsil alıb. 1930‑cu ildə ÜİK(b)P
sıralarına daxil olub, çilingər sexində təlimatçı işləyib. 1931‑ci
ildə Kiyev artilleriya məktəbinə qəbul olunub.
1932‑ci ildə Zaqafqaziya Fabrik‑Zavod Şagirdliyi Məktə ‑
binə rəis müavini vəzifəsinə təyin edilib. İstehsalatda çalışa‑
çalışa fəhlə fakültəsində təhsilini davam etdirib. 1932‑ci ilin
noyabrında Yol Nəqliyyatı Texnikumunda təhsil almaq məqsə ‑
dilə Bakıdan Tbilisiyə gedib.
Əkbər Ənnağıyev 1933‑cü ildən 1938‑ci ilə qədər Xalq
Daxili İşlər Komissarlığı orqanlarında işləyib. 1938‑ci ilin mar ‑
tında xəstəliklə əlaqədar Xalq Daxili İşlər Komissarlığı orqan ‑
larından xaric olunub.
1938‑ci ilin aprelindən dekabrına qədər Zaqafqaziya
Dəmiryolu Bakı sərnişin stansiyasının partiya bürosunun
katibi vəzifəsində çalışıb, sonrakı bir ildə isə Zaqafqaziya
Dəmiryolunun Bakı bölməsinin Siyasi şöbəsinin rəisi olub.
1939‑cu ilin dekabrından 1940‑cı ilin aprelinə qədər Azərbay ‑
can Kommunist Partiyası Mərkəzi Komitəsinin (AKP MK)
Nəqliyyat şöbəsinin müdiri, 1940‑cı ilin aprelindən sentyabrına
qədər Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitə sinin
Təşkilat‑təlimat şöbəsinin müdiri vəzifələrində çalışıb. 1940‑cı
ildə Azərbaycan Kommunist Partiyası tərəfindən Moskva Ali
Partiya Məktəbinə oxumağa göndərilib.
İkinci Dünya müharibəsində iştirak edib, 1941‑ci ilin
iyununda ordu sıralarına çağırılıb. 1941‑ci ilin oktyabrına qə ‑
dər Xalq Daxili İşlər Komissarlığının Qərb Hərbi Dairəsində,
sonra isə Zaqafqaziya cəbhəsindəki Xüsusi şöbənin rəisi və zi ‑
fələrində çalışıb. Ordudan tərxis edildikdən sonra – 1941‑ci ilin
oktyabrından 1942‑ci ilin yanvarına qədər AKP MK‑nın Nəq ‑
liy yat şöbəsinin müdiri, 1942‑ci ilin yanvarından 1943‑cü ilin
yanvarına qədər isə Zaqafqaziya Dəmiryolunun Bakı bölmə ‑
sinin Siyasi şöbəsinin rəisi olub.
1943‑cü ilin yanvarında Təbrizə işə göndərilən Əkbər
Ənnağıyev Siyasi şöbə rəisi kimi çalışıb. İrandan qayıtdıqdan
sonra, 1943‑cü ilin oktyabrından 1944‑cü ilin mayına qədər
Kirovabad (indiki Gəncə) şəhərində Azərbaycan Kommunist
Partiyası Şəhər Komitəsində sənaye və nəqliyyat üzrə katib
129
Əkbər Əsgər oğlu
Ənnağıyev 1911‑ci ildə
Naxçıvanda anadan olub
1927–1930‑cu illərdə
Zaqafqaziya Dəmir yolu
Fabrik‑Zavod Şagirdliyi
Məktəbində təhsil alıb
1954–1959‑cu illərdə SSRİ
Nazirlər Soveti yanında
Əmək Ehtiyatları Baş
İdarəsinin rəisi, 
1959–1961‑ci illərdə
Dövlət Texniki Peşə
Təhsili Komitəsinin sədri
vəzifəsində çalışıb


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə