8 tn(end) tnazirler qxd



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə33/49
tarix15.03.2018
ölçüsü5,05 Kb.
#32078
növüYazı
1   ...   29   30   31   32   33   34   35   36   ...   49

Heydər İsa oğlu İsayev 1936‑cı ildə Naxçıvan şəhərində
anadan olub.
1954‑cü ildə şəhər 6 nömrəli orta məktəbi bitirib.
1959‑cu ildə Məşədi Əzizbəyov adına Azərbaycan Neft və
Kimya İnstitutunun geoloji‑kəşfiyyat fakültəsinin məzunu kimi
Əli Bay ramlıya (indiki Şirvan şəhəri) neftçıxarma üzrə operator
göndərilib, mühəndis, baş mühəndis vəzifələrində işləyib.
1962‑ci ilin dekabrında Azərbaycan Neft və Kimya
İnstitu  tu nun problem laboratoriyasında mühəndis vəzifəsinə
təyin olunub. 1964‑cü ildə institutun əyani aspiranturasına
qəbul edilib. Qısa müddətdə tədqiqatını başa vuraraq nami ‑
zədlik dis sertasiyasını uğurla müdafiə edib (1966). Geologiya‑
minera logiya elmləri namizədi alimlik dərəcəsi alan Heydər
İsayev Moskvada fransız dili kursunu bitirdikdən sonra
Əlcəzairə mütəxəssis kimi işə göndərilir, buradakı ali mək ‑
təbdə əvvəlcə müəllim kimi çalışır, sonra geologiya və neft
kafed rasına rəhbərlik edir. 1971‑ci ildə Azərbaycana qayıt ‑
dıqdan sonra Az.NKİ‑nin xarici vətəndaşların təhsili üzrə
fakültəsinin dekanı olub, bir il sonra prorektor vəzifəsinə təyin
edilib. 20 elmi əsərin müəllifi olan Heydər İsayev rus, fransız
dillərində sərbəst danışırdı.
1977‑ci il aprelin 8‑də Azərbaycan SSR Nazirlər Sove tinin
qərarı ilə Azərbaycan SSR ali və orta ixtisas təhsili nazirinin
birinci müavini təyin edilib. 1980‑ci ildə bu vəzifədən azad
olunub, yüksək təşkilatçılıq qabiliyyətinə görə bir sıra məsul
vəzifələr ona tapşırılıb. 1980–1983‑cü illərdə 26 Bakı ko missarı
adına Rayon Partiya Komitəsinin birinci katibi, Azər baycan KP
MK‑nın elm və təhsil şöbəsinin müdiri işləyib.
141
Heydər İsa oğlu İsayev
1936‑cı ildə Naxçıvan
şəhərində anadan olub
1977‑ci il aprelin 8‑də
Azərbaycan SSR Nazirlər
Sovetinin qərarı ilə
Azərbaycan SSR ali və orta
ixtisas təhsili nazirinin
birinci müavini 
təyin edilib
Dövlət Texniki Peşə
Təhsili Komitəsinin sədri
vəzifəsində çalışıb 
(1983–1988)
SSRİ Nazirlər Soveti sədrinin
birinci müavini Heydər Əliyev 
74 nömrəli (indiki 12 nömrəli
peşə liseyi) orta texniki peşə
məktəbində olarkən (1983)
Şəkildə (soldan): 1. Heydər İsayev –
Texniki Peşə Təhsili Komitəsinin sədri, 
3. Ramiz Mehdiyev – Azərbaycan KP
MK‑nın katibi, 4. Heydər Əliyev – SSRİ
Nazirlər Soveti sədrinin birinci müavini,
5. Kamran Bağırov – Azərbaycan KP
MK‑nın birinci katibi


1983–1988‑ci illərdə Respublika Dövlət Texniki Peşə
Təhsili Komi təsinin sədri olub. Tarixi təcrübə və ənənələrə
əsaslanaraq ixtisaslı fəhlə kadrların hazırlığına rəhbərlik edib.
Heydər İsayev Azərbaycan müəllimlərinin X qurultayında
texniki peşə təhsilinin vəziyyətinə dair geniş məruzə edib.
1988‑ci ilin oktyabrında müvafiq qərarla Azərbaycan SSR
Maarif Nazirliyi, Ali və Orta İxtisas Təhsili Nazirliyi və Dövlət
Texniki Peşə Təhsili Komitəsi birləşdirilərək, Azərbaycan SSR
Xalq Təhsili Nazirliyinin yaradılması ilə əlaqədar Heydər
İsayev işdən azad olunub.
142
Heydər İsayev
Azərbaycan müəllim ‑
lərinin X qurultayında
texniki peşə təhsilinin
vəziyyətinə dair geniş
məruzə edib
SSRİ Nazirlər Soveti sədrinin
birinci müavini Heydər Əliyev
Respublika Peşə Yönümü
Mərkəzində (1983)
Şəkildə (soldan): 1. Heydər İsayev –
Texniki Peşə Təhsili Komitəsinin
sədri, 2. Heydər Əliyev – SSRİ
Nazirlər Soveti sədrinin birinci
müavini
SSRİ Nazirlər Soveti sədrinin
birinci müavini Heydər Əliyevin
rəhbərlik etdiyi müşavirə (1983)
Şəkildə (soldan): 1. Heydər İsayev –
Texniki Peşə Təhsili Komitəsinin sədri, 
2. Kamran Bağırov – Azərbaycan KP MK‑
nın birinci katibi 3. Heydər Əliyev – SSRİ
Nazirlər Soveti sədrinin birinci müavini, 
4. Həsən Seyidov – Azərbaycan SSR
Nazirlər Sovetinin sədri, 5. Fuad Musayev
– Bakı Şəhər Partiya Komitəsinin 
birinci katibi


O, 1988–1991‑ci illərdə Naxçıvan Vilayət Partiya Komi ‑
təsinin birinci katibi vəzifəsində çalışıb. 1991‑ci ildən ömrünün
sonuna kimi Azərbaycan Respublikası İqtisadiyyat Nazirli ‑
yində işləyib.
Heydər İsayev səmərəli fəaliyyətinə görə «Qırmızı Əmək
Bayrağı» və «Xalqlar Dostluğu» ordenləri ilə təltif edilib,
Azərbaycan SSR və SSRİ Ali sovetlərinin deputatı olub.
Heydər İsayev 1999‑cu ildə vəfat edib. 
143
Heydər İsayev səmərəli
fəaliyyətinə görə
«Qırmızı Əmək Bayrağı»
və «Xalqlar dostluğu»
ordenləri ilə təltif edilib
Azərbaycan texniki peşə təhsili
işçilərinin respublika müşavirəsi
(1985)
Şəkildə (soldan): 1. Şəmşəd Pənahov –
Sosialist Əməyi Qəhrəmanı, 2. Ramiz
Mehdiyev – Azərbaycan KP MK‑nın
katibi, 3. Kamran Bağırov – Azərbaycan
KP MK‑nın birinci katibi, 4. Həsən
Həsənov – Azərbaycan KP MK‑nın katibi,
5. Heydər İsayev – Texniki Peşə Təhsili
Komitəsinin sədri, 6. Həsən Seyidov –
Azərbaycan SSR Nazirlər Sovetinin sədri,
8. Əsgər Hacıyev – Sosialist Əməyi
Qəhrəmanı



AZƏRBAYCANIN 
ALİ VƏ ORTA 
İXTİSAS TƏHSİLİ 
KOMİTƏSİNİN 
SƏDRLƏRİ


ŞİRƏLİ NƏSİR OĞLU 
MƏMMƏDOV (NƏSİRZADƏ)
(1904–1984)


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə