8 tn(end) tnazirler qxd



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə35/49
tarix15.03.2018
ölçüsü5,05 Kb.
#32078
növüYazı
1   ...   31   32   33   34   35   36   37   38   ...   49

qazmalarla qapalı işləmə sistemi, daş duz yataqlarının sə mə rəli
işlənməsi, geofizikanın mədən sənayesində tətbiqi və digər isti qa ‑
mətlərdə apardığı elmi‑tədqiqat işləri ona nəinki Azər baycanda,
eləcə də bütün Sovet İttifaqında geniş şöhrət qazandırmışdır.
Şirəli Məmmədovun elmi araşdırmaları və əsərləri onun
tələbələrinin, davamçılarının tədqiqat işlərinin əsasını təşkil
edib, yeni‑yeni axtarış istiqamətlərinin müəyyənləşdi rilmə si nə
yol açıb. Dərin elmi yanaşmanın məhsulu olan nəzəri müd dəa ‑
larının istehsalatda tətbiqi mühüm dəyişikliklərin əsasını
qoyub və iqtisadi baxımdan səmərəli nəticələr verib.
Onun elmi fəaliyyəti və yüksək təşkilatçılıq bacarığı layi ‑
qin cə qiymətləndirilib, «Əməkdə fərqlənməyə görə» (1939),
«Qaf  qazın müdafiəsinə görə» (1945), «Böyük Vətən mü ha ri bə ‑
sin də əmək igidliyinə görə» (1945), «Əmək veteranı» (1977)
medalı və «Qırmızı Əmək Bayrağı» ordeni (1946) ilə təltif edi lib.
1951‑ci ildə Azərbaycan SSR Ali Sovetinə deputat seçilib, 1952‑ci
ildə isə Azərbaycan KP MK‑nın üzvlüyünə namizəd olub.
Şirəli Məmmədov 1984‑cü ildə vəfat edib.
151
Şirəli Məmmədovun elmi
araşdırmaları və əsərləri
onun tələbələrinin,
davamçılarının tədqiqat
işlərinin əsasını təşkil edib


ABDULLA İSMAYIL OĞLU 
QARAYEV
(1910–1968)


Abdulla İsmayıl oğlu Qarayev 1910‑cu il yanvarın 14‑də
Bakıda anadan olub.
O, 10 nömrəli orta məktəbdə təhsil alıb. 1927‑ci ildə Bakı
Xalq Maarifi Şöbəsinin pedaqoji texnikumunu bitirib. Həmin
ildən əmək fəaliyyətinə başlayan Abdulla Qarayev, eyni za ‑
man da ali təhsil almaq arzusunu reallaşdırıb. 1930‑cu ildə
Azərbay can Dövlət Universitetinin (indiki Bakı Dövlət Uni ‑
versiteti) pedaqoji fakültəsinin təbiət bölməsini bitirib. Univer ‑
sitetdə təhsilini başa vurduqdan sonra qeyri‑adi istedada ma ‑
lik və əməksevər bir məzun kimi universitetin «İnsan və
heyvan fiziologiyası» kafedrasında işlə təmin olunub. Pro ‑
fessor P.Y.Ros tovsevin rəhbərliyi altında çalışıb, həyatını nəzəri
və eksperimental fiziologiyanın inkişafına həsr edib.
1932–1936‑cı illərdə Azərbaycan Dövlət Tibb İnstitutunu
müvəffəqiyyətlə başa vurub. Bir neçə illik gərgin elmi axtarış ‑
la rı n nəticəsi olaraq gənc alim 1937‑ci ildə dalbadal iki möv zu
üzrə namizədlik işini uğurla müdafiə edib. «Sulu karbonla rın
əzə lə lərin  potensiallarının  mənşəyində  əhəmiy yəti»  möv zu ‑
sun da yazdığı dissertasiya işi skelet əzələsində baş verən elek ‑
trik hadisələ rin də sulu karbonların (karbohidrat ların) rolunun
mahiyyəti haqda fundamental elmi əsərinə görə gənc alim tibb
elmləri namizədi adına layiq görülüb. «Dia fraqmanın fiziologi ‑
ya sına dair» yazdığı ikinci dissertasiya işinə görə isə o, biolo ‑
gi ya elmləri namizədi alimlik dərəcəsi alıb. 1937–1938‑ci illərdə
Azər baycan Dövlət Pedaqoji İnstitutunda təbiət fakültəsinin
dekanı vəzifəsində çalışıb.
Kurortologiya və Fiziki Üsullarla Müalicə İnstitutu nəz ‑
dində onun təşəbbüsü ilə 1938‑ci ildən yaradılan elmi‑təcrübi
153
Abdulla İsmayıl oğlu
Qarayev 1910‑cu il
yanvarın 14‑də Bakıda
anadan olub
Bir neçə illik gərgin elmi
axtarış la rı n  nəticəsi
olaraq gənc alim 1937‑ci
ildə dalbadal iki möv zu
üzrə namizədlik işini
uğurla müdafiə edib
Ali və Orta İxtisas Təhsili
Komitəsinin sədri
vəzifəsində çalışıb 
(1961–1963)
Abdulla Qarayev həyat yoldaşı
Züleyxa xanımla birlikdə (1949)


fizioloji laboratoriyada dünyada analoqu olmayan Naftalan
neftinin, Azərbaycanın şəfaverici sularının (Badamlı, İstisu,
Turşsu və s.) və dərman bitkilərindən hazırlanan prepa ratların
in san orqanizminə müalicəvi təsirinin öyrənilməsi istiqamə ‑
tində eksperimental və kliniki araşdırmalar aparıb. Gənc alim
həyatının mühüm bir hissəsini Azərbaycanın zəngin kurort
sərvətləri nin və balneoloji amillərin öyrənilməsi və inkişaf
etdirilməsi istiqa mə tin də tədqiqatlara həsr edib. Onun 50‑dən
artıq elmi əsəri Naftalan neftinin, Turşsu, İstisu, Badamlı, Da ‑
rıdağ və digər müa licə sularının insan və heyvan orqanizminə
təsirinə həsr edilib. Müalicə neftində boy maddəsinin tapılması
gənc alimi yeni‑yeni tədqiqat işləri aparmağa ruhlandırıb. Bu
ba xımdan onun «Naftalan, onun bioloji təsiri və müalicə tət ‑
154
Abdulla Qarayev
həyatının mühüm bir
hissəsini Azərbaycanın
zəngin kurort
sərvətləri nin  və
balneoloji amillərin
öyrənilməsi və 
inkişaf etdirilməsi
istiqamətində
tədqiqatlara həsr edib
Azərbaycan Dövlət
Universitetində dövlət 
imtahanı zamanı (1956)
Bir may nümayişində (1952)
Şəkildə (soldan): 1. Mustafa Top çu ‑
başov – akademik, 2. Abdulla Qarayev
– akademik və başqaları


biqi» (R.Əliyev və A.Babayevlə birgə) adlı monoqrafiyası daha
çox diqqəti cəlb edir.
1934‑1935‑ci illərdə Mixail Vasilyeviç Lomonosov adına
Moskva Dövlət Universitetinin Ümumi və müqayisəli fizio ‑
logiya laboratoriyasında subliminal (başqa sözlə, aşağı qıcıq
qapısından da zəif) qıcıqların səbəb olduğu məhəlli oyanma
və bu oyanmaların orqanizmin funksional vəziyyətinə təsiri
ba rədə tədqiqatlar aparıb. 1940‑cı ildə «Bioelektrik hadisələ ri ‑
nin nəzəriyyəsinə dair» mövzusunda doktorluq işini müdafiə
edən Abdulla Qarayev, bununla bioelektrik hadisələrinin mən ‑
şə yi haqqında o zaman mövcud olan nəzəriyyələrə qarşı özü ‑
nün son dərəcə orijinal nəzəriyyəsini irəli sürüb. Belə ki, bio ‑
elektrik hadisələrinin mənşəyi haqqında Y.Bernşteynin fiziki‑
155
1940‑cı ildə «Bioelektrik
hadisələ ri nin
nəzəriyyəsinə dair»
mövzusunda doktorluq
işini müdafiə edib
Azərbaycan nümayəndə heyəti
Hindistanda olarkən (1958)
Şəkildə (soldan): 1. Mirəli Qaşqay –
akademik, 2. Əbdülkərim Əlizadə –
akademik, 3. Tofiq Useynov – arxitektor,
4. Abdulla Qarayev – akademik
Abdulla Qarayev Hindistanda
olarkən (1958)


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə