8 tn(end) tnazirler qxd



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə43/49
tarix15.03.2018
ölçüsü5,05 Kb.
#32078
növüYazı
1   ...   39   40   41   42   43   44   45   46   ...   49


AĞALAR NƏRİMAN OĞLU 
ABBASBƏYLİ
(1941)


Ağalar Nəriman oğlu Abbasbəyli 1941‑ci ildə Bakı
şəhərində anadan olub.
1957–1962‑ci illərdə Mixail Vasilyeviç Lomonosov adına
Moskva Dövlət Universi te tin də təhsil alıb. 1967‑ci ildə MDU‑
da namizədlik, 1981‑ci ildə doktorluq disser tasiyalarını mü ‑
dafiə edib, professor adına layiq görülüb.
Onun həyatı ictimai‑siyasi, elmi‑pedaqoji fəaliyyətlə bağlı
olub. Ötən dövr ərzində 500‑dək elmi əsəri işıq üzü görüb.
Onlardan 50‑si xarici ölkələrdə nəşr olunub. Xaricdə 2 müka ‑
fata və 4 müəlliflik şəhadətnaməsinə layiq görülüb.
Uzun müddət Bakı Şəhər Partiya Komitəsinin katibi,
Azərbay can Kom munist Partiyası Təşkilat Komissiyasının sədr
əvəzi, sədr müavini, keçmiş SSRİ‑nin Kubadakı səfirliyində
müşavir olub. Sonrakı illərdə Azərbaycan Neft və Kimya
189
Ağalar Nəriman oğlu
Abbasbəyli 1941‑ci ildə
Bakı şəhərində anadan
olub
Ali və orta ixtisas təhsili
naziri vəzifəsində çalışıb
(1987–1988)
Xaricdə 2 mükafata və 
4 müəlliflik şəhadətna ‑
məsinə layiq görülüb
Heydər Əliyev SSRİ Nazirlər
Soveti sədrinin birinci müavini
vəzifəsində işlədiyi dövrdə də
Azərbaycanın inkişafı üçün
əlindən gələni əsirgəmirdi
(1985)
Şəkildə (soldan): 1. Ağalar Abbasbəyli –
Baki Şəhər Partiya Komitəsinin katibi, 
2. Kamran Bağırov – Azərbaycan KP
MK‑nın birinci katibi, 3. Heydər Əliyev
– SSRİ Nazirlər Soveti sədrinin birinci
müavini, 4. Afiyəddin Cəlilov – Nəsimi
Rayon Partiya Komitəsinin birinci katibi,
5. Nəcməddin Əhmədov – Bakı Şəhər
İcraiyyə Komitəsinin sədri və başqaları


İnstitutunun dosenti, beynəl xalq əlaqələr və ictimai elmlər ka ‑
fedra sının müdiri, respubli kamızın ali və orta ixtisas təhsili
naziri (1987–1988) vəzifələrində fəaliyyət göstərib. 1981–1991‑ci
illərdə SSRİ Sülh Fondunun sədr müavini və Azərbaycan
Respublikası Sülh Fondunun sədri olub.
İtaliya, Fransa, Almaniya, Kuba, Türkiyə, Rusiya, Ukray ‑
na, Qazaxıstan, Serbiya, İsveçrə və digər ölkələrdə elmi‑nəzəri
konfranslara qatılıb, proqram və tezislərlə çıxış edib.
BDU‑nun beynəlxalq münasibətlər kafedrasının rəhbəri
kimi bütün fənlər üzrə proqram və metodik göstərişlərin
ərsəyə gəlməsində, 10 elmlər doktorunun, 18 elmlər namizə ‑
dinin və 50 magistrin hazırlanmasında mühüm rol oynayıb.
Dünyanın bir sıra aparıcı elmi müəssisələri, o cümlədən
Genuya, Nitsa, Trabzon, Moskva Dövlət, Kiyev, Odessa, Berlin
və Mayns universitetləri ilə sıx elmi əməkdaşlıq edib. 
Respublikamızın elmi ictima iy yəti tərəfindən rəğbətlə
qarşılanan «Heydər Əliyev və dünya siyasəti», «Azərbaycan
beynəlxalq regional təşkilatlar siste mində», «XIX əsrin asta na ‑
sın da Rusiyanın Qafqaz siyasəti», «Müasirlik və sülh», «Bəşə ‑
riy yət və dünya baxışı», «Diplomatik protokol», «Azərbay ca ‑
nın gələcəyi naminə», «Diplomatiya terminləri lüğəti», «Müa ‑
sir dünyanın siyasi mənzərəsi», «Müasir bey nəl xalq münasi ‑
bət lər və qloballaşma», «Beynəlxalq münaqişələr: nəzəri və
konseptual yanaşmalar», «Dünya siyasəti», «Rusiya nın XXI
əsrdə xa rici siyasəti», «Beynəlxalq münasibətlərin proqnoz laş ‑
190
İtaliya, Fransa,
Almaniya, Kuba,
Türkiyə, Rusiya,
Ukrayna, Qazaxıstan,
Serbiya, İsveçrə və
digər ölkələrdə elmi‑
nəzəri konfranslara
qatılıb, proqram və
tezislərlə çıxış edib
Rəhbər şəxslər Azərbaycan
Dövlət Neft və Kimya
İnstitutunda olarkən
Şəkildə (soldan): 1. Kamran Bağırov –
Azərbaycan KP MK‑nın birinci katibi, 
2. İsmayıl İbrahimov – Azərbaycan Neft
və Kimya İnstitutunun rektoru, 
3. Fikrət Əhmədov – Azərbaycan SSR
Nazirlər Soveti sədrinin müavini, 
4. Vyaçeslav Yelyutin – SSRİ ali və orta
ixtisas təhsili naziri, 5. Ağalar Abbasbəyli
– Baki Şəhər Partiya Komitəsinin katibi,
6. Qurban Əliyev – Azərbaycanın ali və
orta ixtisas təhsili naziri


dı rılmasının nəzəri prob lemləri» və digər əsərləri tədris pro ‑
sesində də istifadə olunur. İxtisaslaşmış iki Elmi Şurada, altı
elmi jurnalın redaksiya heyətində üzv kimi təmsil olunur.
Müxtəlif elmi‑nəzəri konfransların təşkilatçısıdır.
Ali və orta ixtisas təhsili naziri işlədiyi (1987‑1988)
müddətdə respublika ali və orta ixtisas təhsili müəssisələrinin
fəaliyyətinin yaxşılaşdırılması və qəbul imtahanlarında obyek ‑
tiv liyin, şəffaflığın qorunması sahəsində müəyyən təsirli ad ‑
dımlar atmağa nail olub.
Həmin dövrdə «Azərbaycan tarixi» və «Azərbaycan dili»
fənləri bütün ali və orta ixtisas məktəblərində tədris olunmağa
başlayıb, imkansız ailələrdən olan istedadlı gənclərin ali
məktəblərə qəbul göstəricisi artıb. Eləcə də Heydər Əliyevin
təşəbbüsü ilə SSRİ‑nin ali məktəblərinə göndərilən gənclərin
əksəriyyətini azərbaycanlılar təşkil edib, istedadlı məzunların
ali mək təb lər də saxlanılması, dərsliklərin və dərs vəsa it lərinin
Azərbaycan dilində hazırlanması haq qında qərar verilib.  
191
Həmin dövrdə
«Azərbaycan tarixi» və
«Azərbaycan dili» fənləri
bütün ali və orta ixtisas
məktəblərində tədris
olunmağa başlayıb,
Heydər Əliyevin
təşəbbüsü ilə SSRİ‑nin ali
məktəblərinə göndərilən
gənclərin əksəriyyətini
azərbaycanlılar təşkil
edib, dərsliklərin və dərs
vəsa it lərinin  Azərbaycan
dilində hazırlanması
haqqında qərar verilib


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə