8 tn(end) tnazirler qxd



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə41/49
tarix15.03.2018
ölçüsü5,05 Kb.
#32078
növüYazı
1   ...   37   38   39   40   41   42   43   44   ...   49

181
Azərbaycanlı gənclərin respublikamızdan kənarda təhsil
aldığı ali məktəblərlə vaxtaşırı əlaqə saxlanılır, tələbələr üçün
yaxşı şərait yaradan ali məktəblərə təşəkkür məktubu
göndərilirdi. Tələbələrin taleyi ilə müntəzəm maraqlanılır,
birinci kursa daxil olan tələbənin qayıdandan sonra harada
işləyəcəyi də müəyyənləşdirilirdi.
Mütəxəssis hazırlığına gərgin əmək sərf edən professor‑
müəllim heyətinin səmərəli fəaliyyəti üçün şəraitin daha da
yaxşılaşdırılmasına ciddi əhəmiyyət verilirdi. Kadr hazırlığını
həyata keçirən mütəxəssislərin ixtisaslarını fasiləsiz olaraq
artırması vacib tələb kimi qarşıya qoyulurdu.
Ali məktəb fəallarının Respublika
toplantısı (1982)
Şəkildə (soldan): 1. İsmayıl İbrahimov‑
Azərbaycan Neft və Kimya İnstitutunun
rektoru, 2. Heydər İsayev‑ Azərbaycan KP
MK‑nın elm və təhsil şöbəsinin müdiri, 
3. Həsən Həsənov‑ Azərbaycan KP MK‑
nın katibi, 4. Qurban Əliyev –
Azərbaycanın ali və orta ixtisas təhsili
naziri, 5. Faiq Bağırzadə‑ Azərbaycan
Dövlət Universitetinin rektoru və
başqaları
Gənc mütəxəssislərlə 
görüş (1982)
Şəkildə (soldan): 1.  Rəhman Yusifov –
Xarici Dillər İnstitutunun partiya
təşkilatının katibi, 2. Kazım Əliyev – Ali
və Orta İxtisas Təhsili Nazirliyi Kadrlar
idarəsinin rəisi, 3. Qurban Əliyev – ali və
orta ixtisas təhsili naziri, 4. Zemfira
Verdiyeva –  Xarici Dillər İnstitutunun
rektoru, 5. Elmira Qafarova – xalq
maarifi naziri, 6. Nəcəf Nəcəfov – Xalq
Maarifi Nazirliyi Kadrlar idarəsinin rəisi


Qəbul imtahanları
zamanı şəffaflığın
artırılması üçün ilk
dəfə Azərbaycan Neft
və Kimya İnstitutun da
imtahanların nəticələri
xüsusi elektron‑
hesablayıcı maşınlar
vasitəsilə emal olunub
Başqa bir təcrübə də geniş yayılmışdı. Belə ki, respubli ‑
kadan kənarda təhsil alan tələbələrdən bir qismi, müvafiq ali
məktəblərin Elmi Şurasının tövsiyəsi əsasında aspiranturada
təhsilini davam etdirmək üçün saxlanılır və namizədlik
dissertasiyasını müdafiə etdikdən sonra Vətənə qayıdırdı.
Eyni zamanda hər il təxminən 30–40 nəfər azərbaycanlı
gənc aspirantura təhsili almaq üçün nüfuzlu ali məktəblərə
göndərilirdi. Həmin kadrlar bu gün də ölkəmizin intellektual
potensialının əsasını təşkil edir, Azərbaycanın qüdrətlənməsi
naminə bilik və bacarıqlarını əsirgəmirlər.
Yüksək səviyyəli elmi‑pedaqoji kadrların respublikamı ‑
zın ali məktəblərində hazırlanması işi də diqqətdən yayın mır ‑
dı. Əgər 1971‑ci ildə yalnız 6 ali məktəbdə aspirant hazırlığı
hə yata keçirilirdisə, 1985‑ci ildə onların sayı doqquza çatdı ‑
rıldı. Bu illərdə SSRİ Ali və Orta İxtisas Təhsili Nazir liyi nin
razılığı əsasında Azərbaycan Pedaqoji Xarici Dillər İnsti 

tutunda (1971), Azərbaycan İnşaat Mühəndisləri İnstitu tunda
(1978) və Azərbaycan Dövlət Konservatoriya sında (1985) yeni
aspiranturalar yaradıldı.
Elmi‑tədqiqat işlərinin əhatə dairəsinin genişləndirilmə ‑
sini, tədqiqatçıların elmi potensialından səmərəli istifadə olun ‑
masını ali məktəb rəhbərləri qarşısında əsas vəzifə kimi qoyan
ali və orta ixtisas təhsili naziri Qurban Əliyev Azərbay can təh ‑
silində informasiya texnologiyala rının tətbiqinə xüsusi önəm
verib. Qəbul imtahanları zamanı şəffaflığın artırılması üçün ilk
dəfə Azərbaycan Neft və Kimya İnstitutun da imtahanların nə ‑
ti cələri xüsusi elektron‑hesablayıcı maşınlar vasitəsilə emal
olunub. Bütün bu tədbirlər ali məktəb tələbələri arasında
istedadlı gənclərin xüsusi çəkisinin artmasına zəmin yaradıb.
182
Azərbaycan KP MK‑nın birinci
katibi Heydər Əliyev
Politexnik İnstitutunda olarkən
Şəkildə (soldan): 2. Heydər Əliyev –
Azərbaycan KP MK‑nın birinci katibi, 
3. Qurban Əliyev – Azərbaycanın ali
və orta ixtisas təhsili naziri, 
4. Mirzə Bağırov – Azərbaycan
Politexnik İnstitutunun rektoru


Qurban Əliyev ali və orta
ixtisas təhsili naziri
işlədiyi dövrdə elmin
bütün sahələrində inkişaf
təmin olunub, ali təhsil
müəssisələrində 
elmi‑tədqiqat işlərinin 
plan laş dırılması  və
əlaqələndirilməsi köklü
surətdə yaxşılaşdırılıb,
sahə elmi‑tədqiqat
laboratoriyaları yaradılıb,
təsərrüfat müqaviləli
işlərin həcmi artıb
Şuşada Xankəndi musiqi məktəbinin filialının fəaliyyə tinə
ermənilərin maneələr törətdiyi bir vaxtda bu məsələnin SSRİ Ali
və Orta İxtisas Təhsili Nazirliyində müzakirəyə çıxa rılmasına
müvəffəq olub və filialın müstəqil məktəbə çevril məsini təmin
edib. Hər bir addımın Moskva ilə razılaşdırılması baxımından
mövcud olan çətinliklərə baxmayaraq, həmin dövrdə bir sıra
təhsil ocaqları, o cümlədən Azərbaycan Texno lo giya İnstitutu,
Gəncə Avtomobil Texnikumu, Lənkəran, Naxçıvan musiqi mək ‑
təbləri, Bakı Maşınqayırma Texnikumu və Azərbaycan İnşaat
Mühəndisləri İnstitutu fəaliyyətə başlayıb.
Həmin illərdə ali təhsilin keyfiyyətini yüksəltmək üçün
bir sıra əhəmiyyətli tədbirlər həyata keçirilib. Bütün ali
məktəblərdə tələbə elmi cəmiyyətlərinin fəaliyyəti təmin
olunub, tələbə konfransları təşkil edilib. Ən yaxşı məruzəyə
görə diplom, ən yaxşı elmi‑tədqiqat işinə görə medal təsis
olunub. Təhsildə müvəffəqiyyət qazanmış tələbələr xarici
ölkələrə turist yollayışları ilə mükafatlandırılıblar.
Qurban Əliyev ali və orta ixtisas təhsili naziri işlədiyi
dövrdə ali məktəblərdə elmi‑tədqiqat işlərinə diqqət artırılıb.
Elmin bütün sahələrində inkişaf təmin olunub, ali təhsil
müəssisələrində elmi‑tədqiqat işlərinin plan laş dırılması və
əlaqələndirilməsi köklü surətdə yaxşılaşdırılıb, yeni problem
və sahə elmi‑tədqiqat laboratoriyaları yaradılıb, təsərrüfat
müqaviləli işlərin həcmi artıb. Həmin laboratori yaların bila ‑
vasitə müəssisə və istehsalat birliklərinin bazasında yara dıl ‑
masına üstünlük verilib.
Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin
və SSRİ Nazirlər Sovetinin “Ali təhsil müəssisələrində elmi‑
tədqiqat işinin səmərəliliyinin yüksəldilməsi barədə» qərarı
183
Azərbaycan Neft və Kimya
İnstitutunda əcnəbi tələbələrlə
bağlı keçirilən toplantının
iştirakçıları arasında (1983)
Şəkildə (soldan). Birinci sıra: 
1. İsmayıl İbrahimov – Azərbaycan Neft
və Kimya İnstitutunun rektoru, 
2. Zeynal Ələkbərov – Azərbaycan Xalq
Təsərrüfatı İnstitutunun rektoru, 
4. Qurban Əliyev – Azərbaycanın ali və
orta ixtisas təhsili naziri, 
6. Afiyəddin Cəlilov – Nəsimi Rayon
Partiya Komitəsinin birinci katibi, 
7. Faiq Bağırzadə‑Azərbaycan Dövlət
Universitetinin rektoru, 8. Rafiq
Feyzullayev – Azərbaycan ali 
və orta ixtisas təhsili nazirinin birinci
müavini. İkinci sıra: 2. Mirzə Bağırov –
Azərbaycan Politexnik İnstitutunun
rektoru, 4. Bünyad Sərdarov –
Azərbaycan İnşaat Mühəndisləri
İnstitutunun rektoru və başqaları


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə