8 tn(end) tnazirler qxd



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə42/49
tarix15.03.2018
ölçüsü5,05 Kb.
#32078
növüYazı
1   ...   38   39   40   41   42   43   44   45   ...   49

1970–1980‑ci illərdə 
ali məktəblərin 
elmi‑tədqiqat işlərini
həyata keçirən əsas
struktur bölməsi olan
kafedraların sayı 
450‑dən 525‑ə yüksəlib
(1978) respublikamızın ali məktəblərində aparılan elmi‑tədqi ‑
qat işlərinin inkişafına əlavə təkan verib. Qərarda müvafiq
orqanlar qarşısında elmi‑tədqiqat işlərinin səmərəliliyi və
keyfiyyətinə görə ali məktəb rəhbərlərinin məsuliyyətinin
artırılması, elmi‑tədqiqatların inkişaf etdirilməsi, onların
nəzəri səviyyəsinin və tətbiqi əhəmiyyətinin yüksəldilməsi, ali
məktəblərin və kafedraların istehsalatla əlaqələrinin möhkəm ‑
lən di ril məsi, kadrlarla işin təkmilləşdirilməsi vəzifələri qoyu ‑
lub. Qərara əlavə olunmuş Sovet İttifaqı üzrə 72 aparıcı ali
təhsil müəssisəsinin siyahısına Azərbaycan Neft və Kimya
İnstitutunun da adı daxil edilib.
Elmin rolunun artması ali məktəblərdə elmi‑tədqiqat
işinin təşkilinə rəhbərliyin təkmilləşdirilməsini və idarə olun ‑
manın yaxşılaşdırılmasını tələb edirdi. Odur ki, Ali və Orta
İxtisas Təhsili Nazirliyində fəaliyyət göstərən Elmi‑tədqiqat
işləri şöbəsinin bazasında 3 şöbədən ibarət olan təsərrüfat
hesablı Elm idarəsi yaradıldı. Qısa vaxt ərzində ali məktəb
elminin idarə olunmasının yenidən təşkili, elmi işlərin planlaş ‑
dırılması və qarşıda duran mühüm elmi vəzifələrin həlli
baxımından alimlərin səylərinin birləşdirilməsinə nail olundu.
Respublika ali məktəblərində elmi‑tədqiqat işlərinin gün ‑
bə gün genişləndirilməsi elmi işçilərin sayının artmasına səbəb
olub. Belə ki, 1970–1980‑ci illərdə ali məktəblərdə çalışan elmi‑
pedaqoji işçilərin sayı 5042‑dən 7156‑ya yüksəlib. Bu nun la ya ‑
naşı, elmi‑pedaqoji kadrların keyfiyyət göstəriciləri də yax ‑
şılaşıb. Həmin dövrdə elmlər doktorlarının (400‑ə yaxın) və
elmlər namizədlərinin (3 mindən çox) sayı təxminən 2 dəfə artıb.
1970–1980‑ci illərdə ali məktəblərin elmi‑tədqiqat işlərini
həyata keçirən əsas struktur bölməsi olan kafedraların sayı
184
Azərbaycan Dövlət Pedaqoji
İnstitutunda qəbul imtahanları
zamanı (1985)
Şəkildə (soldan): 3. Qurban Əliyev‑
Azərbaycanın ali və orta ixtisas təhsili
naziri, 4. Afad Qurbanov – Azərbaycan
Dövlət Pedaqoji İnstitutunun rektoru, 
5. Məmməd Əliyev – Ali və Orta
İxtisas Təhsili Nazirliyi Ali təhsil
idarəsinin rəisi və başqaları


1966‑cı ildə elmi‑tədqiqat
işlərinin yerinə
yetirilməsinə 510,4 min
rubl ayrılmışdısa, 1980‑ci
ildə bu vəsait 3,5 dəfə
artırılaraq 1758,1 min rubl
təşkil edib
450‑dən 525‑ə yüksəlib. Kafedraların çoxalması tədqiq olunan
problemlərin daha dərindən öyrənilməsinə səbəb oldu.
Ali məktəblərdə aparılan elmi‑tədqiqat işlərinin dövlət
büdcəsi hesabına maliyyələşdirilməsi təmin olunub. Əgər
1966‑cı ildə elmi‑tədqiqat işlərinin yerinə yetirilməsinə 510,4
min rubl ayrılmışdısa, 1980‑ci ildə bu vəsait 3,5 dəfə artırılaraq
1758,1 min rubl təşkil edib. Ali məktəblərin elmi‑tədqiqat
bölmələrində çalışanların əmək haqlarının xeyli qaldırılması
elmi işlə məşğul olan işçilərinin sayının artmasına imkan verib.
Xalq təsərrüfatının müxtəlif sahələrinə tətbiq edilən
təsərrüfat müqaviləli işlər ali məktəblərdə aparılan nəzəri
tədqiqatların təcrübədə istifadə edilməsi üçün ən rasional
yollardan biri kimi qəbul olunurdu. Məhz buna görə də belə
işlərin sayı və həcmi tədricən artırılırdı.
1970–1979‑cu illər ərzində ali məktəblərdə təsərrüfat
müqaviləli elmi tədqiqatların aparılmasına cəlb olunan işçilə ‑
rin sayı təxminən 4 dəfə, yüksəkixtisaslı kadrların – elmlər
doktorlarının və elmlər namizədlərinin sayı 5 dəfə artıb. Yalnız
1979‑cu ildə elmi‑pedaqoji işçilərin – elmlər doktoru və elmlər
namizədlərinin 38 faizi təsərrüfat müqaviləli işlərin yerinə
yetirilməsi ilə məşğul olub.
Yeri gəlmişkən qeyd edək ki, təsərrüfat müqaviləli elmi
işlərin və tədqiqatların nəticələrinin istehsalata tətbiqindən
alınan gəlir ali məktəblərdə büdcədənkənar vəsaitlərin yaran ‑
ma sına səbəb olurdu. Bu gəlirdən həm də tədqiqatların gələ ‑
cəkdə daha da genişləndirilməsi üçün istifadə olunurdu. Belə
ki, 1977‑ci ildə ali məktəblərdə təsərrüfat müqaviləli elmi‑
tədqiqat işlərindən əldə edilmiş vəsaitdən respublikanın ali və
orta ixtisas təhsilinin ehtiyacları üçün 1298,9 rubl vəsait xərc ‑
185
Ali və orta ixtisas təhsilinin
inkişafına həsr olunmuş
müşavirə (1985)
Şəkildə (soldan). 2. Adilə Heydərova –
Təhsil İşçiləri Həmkarlar İttifaqı
Respublika Komitəsinin sədri, 
3. İsmayıl İbrahimov – Azərbaycan Neft
və Kimya İnstitutunun rektoru, 
4. Feliks Perequdov – SSRİ ali və orta
ixtisas təhsili nazirinin birinci müavini,
5. Qurban Əliyev – Azərbaycanın ali və
orta ixtisas təhsili naziri, 7. Ağalar
Abbasbəyli – Bakı Şəhər Partiya
Komitəsinin katibi, 6. Faiq Bağırzadə –
Azərbaycan Dövlət Universitetinin
rektoru və başqaları


lənib ki, bunun da 1004,7 rublu elm üçün lazım olan avadan ‑
lıqların alınmasına sərf olunub.
Ali məktəblərdə aparılan elmi‑tədqiqat işlərinin istehsa ‑
latla əlaqəsi və başa çatmış tədqiqatların müxtəlif fəaliyyət
sahələrində tətbiqi nəticəsində iqtisadi səmərəliliyi müəyyən ‑
ləş dirmək mümkün olurdu. 1971–1975‑ci illərdə respublikada
elmi işlərin və ixtiraların istehsalata tətbiqinin iqtisadi sə ‑
mərəliliyi 5,9 milyon rubl olduğu halda, 1976‑cı ildə bu
göstərici 7,4, 1977‑ci ildə 15,4, 1978‑ci ildə 16,6, 1979‑cu ildə
20,1, 1980‑ci ildə 18,3 milyon rubl (1976–1980‑ci illərdə cəmi
77,8 milyon rubl) təşkil edib. Beləliklə, istehsalata tətbiq olunan
elmi‑tədqiqat işlərinin həcmi və iqtisadi səmərəliliyi artdıqca
onların keyfiyyəti və praktik əhəmiyyəti də yüksəlirdi. Tə ‑
sadüfi deyil ki, 1980‑ci ildə Ali və Orta İxtisas Təhsili Nazir ‑
liyinin tabeliyində olan ali məktəblərdə 15 sahə elmi‑tədqiqat
laboratoriyası, 21 elmi‑tədqiqat problem laboratoriya sı və 
2 elmi‑tədqiqat institutu fəaliyyət göstərib.
Keçən əsrin 70–80‑ci illərində Azərbaycana rəhbərlik edən
Heydər Əliyevin təhsil sahəsinə göstərdiyi xüsusi qayğı mən ti qi
nəticəsini verirdi. Artıq bir çox ali məktəblərin binaları yüksək
səviyyədə təmir olunur, əlavə kor puslar inşa edilir, bu müəssi ‑
sələrin maddi‑tex niki bazası müasir əyani vəsait və texniki
vasitələrlə  zən gin ləşdirilirdi.
1987‑ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi
Komitəsinin ikinci katibi Konovalov, Qurban Əliyevin milli
kadrlara üstünlük verməsini bəhanə edərək, onu burjua
millətçisi adlandırıb. Bu haqsızlığa etiraz edən Qurban Əliyev:
«Nə etmişəmsə, xalqım üçün, Vətənim üçün etmişəm və bun ‑
dan da peşman deyiləm, əksinə, həzz alıram», – deyərək işdən
getmək üçün ərizəsini yazıb.
Qurban Əliyev hansı vəzifədə işləməsindən asılı olmaya ‑
raq həmişə milli təəssübkeşlik nümayiş etdirib, ağır təzyiqlərə
baxmayaraq, bir vətəndaş kimi öz mövqeyini heç vaxt
dəyişməyib. 16 il ali və orta ixtisas təhsili naziri işləyən Qurban
Əliyev, həm də Azərbaycan Dövlət Tibb İnstitutunun professo ‑
ru kimi səmərəli fəaliyyət göstərib.
Azərbaycan SSR Ali Sovetinə 8 çağırış deputat seçilib.
«Oktyabr inqilabı», «Qırmızı Əmək Bayrağı», «Şərəf nişanı»,
«Xalq lar dostluğu» ordenləri və müxtəlif medallarla təltif edilib.
Tanınmış ictimai xadim və pedaqoq, bacarıqlı təhsil işçisi,
vətənpərvər insan Qurban Əliyev Azərbaycan Respublikası
Prezidentinin fərdi təqaüdçüsü olub.
Qurban Əliyev 2008‑ci il martın 30‑da vəfat edib.
186
Keçən əsrin 70–80‑ci
illərində Azərbaycana
rəhbərlik edən Heydər
Əliyevin təhsil sahəsinə
göstərdiyi xüsusi qayğı
sayəsində bir çox ali
məktəblərin binaları
yüksək səviyyədə təmir
olunub, əlavə kor puslar
inşa edilib, bu 
müəssi sələrin 
maddi‑tex niki  bazası
müasir əyani vəsait və
texniki vasitələrlə 
zən gin ləşdirilib


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə