8 tn(end) tnazirler qxd



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə39/49
tarix15.03.2018
ölçüsü5,05 Kb.
#32078
növüYazı
1   ...   35   36   37   38   39   40   41   42   ...   49

171
Azərbaycan KP MK‑nın birinci katibi Heydər Əliyev ideologiya məsələlərinə xüsusi önəm verirdi
Şəkildə (soldan): 1. Heydər Əliyev – Azərbaycan KP MK‑nın birinci katibi, 2. Danil Quliyev – Azərbaycan KP MK‑nın katibi, 
3. Aleksey Leonov – kosmonavt, Sovet İttifaqı Qəhrəmanı
Azərbaycan KP MK‑nın birinci katibi Heydər Əliyevin yanında müşavirə
Şəkildə (soldan): 1. Danil Quliyev – Azərbaycan KP MK‑nın katibi, 2. Əli İbrahimov – Azərbaycan SSR Nazirlər Sovetinin sədri,
3. Heydər Əliyev – Azərbaycan KP MK‑nın birinci katibi və başqaları


172
Ali və orta ixtisas
təhsili naziri Danil
Quliyev Moskva
şəhərində 
Şəkildə (soldan).
Birinci sıra: 2. Nikolay
Baybakov – SSRİ Dövlət
Plan Komitəsinin sədri, 
3. Qurban Xəlilov –
Azərbaycan SSR Ali Soveti
Rəyasət Heyətinin sədri.
İkinci sıra: 1. Danil Quliyev –
ali və orta ixtisas təhsili
naziri və başqaları
Ali və orta ixtisas təhsili naziri Danil Quliyev təhsilin inkişafına həsr olunmuş toplantıda
Şəkildə (soldan): 1. Qurban Əliyev – 26 Bakı Komissarı Rayon PK‑nın birinci katibi, 2. Zakir Bağırov – Azərbaycanın mədəniyyət naziri
3. Fikrət Əhmədov – Azərbaycan KP MK‑nın şöbə müdiri, 4. Danil Quliyev – ali və orta ixtisas təhsili naziri, 5. Yuri Puqaçov –
Azərbaycan KP MK‑nın ikinci katibi, 8. Teymur Əliyev – Azərbaycan KP MK‑nın şöbə müdiri və başqaları


173
Danil Quliyev tabeliyində çalışan işçilərlə birgə
İlk qadın kosmonavt,
Sovet İttifaqı
Qəhrəmanı Valentina
Tereşkovanın
qarşılanma mərasimi
Şəkildə (soldan):
1. Danil Quliyev –
Azərbaycan KP MK‑nın
katibi, 2. Valentina Tereşkova
– Sovet İttifaqı Qəhrəmanı, 
3. Züleyxa Hüseynova – ali
və orta ixtisas təhsili naziri


174
Ali və orta ixtisas təhsili müəssisələrinin inkişafına həsr olunmuş müşavirə
Şəkildə (soldan): 2. Danil Quliyev – ali və orta ixtisas təhsili naziri, 3. Aslan Aslanov – İncəsənət İnstitutunun rektoru 
Danil Quliyev Azərbaycan KP MK‑nın birinci katibi Heydər Əliyev və digər rəsmi şəxslərlə birlikdə
Şəkildə (soldan): 2. Heydər Əliyev – Azərbaycan KP MK‑nın birinci katibi, 3. Danil Quliyev – Azərbaycan KP MK‑nın katibi, 
4. Sergey Kozlov – Azərbaycan KP MK‑nın ikinci katibi, 5. Həsən Seyidov – Azərbaycan KP MK‑nın katibi, 6. Hacağa İbrahimov –
Azərbaycan KP MK‑nın katibi və başqaları


tərəqqisi uğrunda mübarizəsi (dördüncü beşillikdə)» mövzu ‑
sun da namizədlik dissertasiyası müdafiə edib. 1958‑ci ildən
1959‑cu ilə qədər Azərbaycan KP MK yanında Partiya Tarixi
İnstitutunda baş elmi işçi işləyib.  Hələ Partiya Ta rixi İnstitu ‑
tun da çalışarkən əvəzçilik qaydası ilə 1959‑cu ilin yanva rından
1961‑ci ilin iyununa qədər Bakı Ali Partiya Məktə bin də Sov.İKP
tarixi kafedrasının müdiri vəzifəsində çalışıb. 1961‑ci ildən
1970‑ci ilə kimi Bakı Ali Partiya Məktəbinin rektoru işləyib.
Danil Quliyev 1967‑ci ildə Azərbaycan KP MK‑nın üzvü,
1968‑ci ildə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib.
«Azərbaycan Kommunist Partiyasının tarixi oçerkləri»,
«Azərbaycan tarixi» kitablarının hazırlanmasında yaxından
iştirak edib. 1989‑cu ildə onun redaktorluğu ilə Azərbaycan
SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin yaranması tarixinə
dair sənədlər toplusu buraxılıb. Böyük ictimai‑siyasi xadim
Nəriman Nərimanov barədə monoqrafiya yazıb.
Danil Quliyev 1987‑ci ildə tarix elmləri doktoru adına
layiq görülüb.
1970‑ci il avqustun 24‑də Azərbaycanın ali və orta ixtisas
təhsili naziri vəzifəsinə təyin edilib. Bu vəzifədə çalışdığı
1970–1971‑ci illərdə müəyyən səmərəli işlər görüb, 1971–1976‑cı
illərdə Azərbaycan KP MK‑nın ideologiya üzrə katibi işləyib.
1995‑ci ildə təqaüdə çıxan Danil Quliyev ömrünün so ‑
nuna kimi Almaniyada yaşayıb. 2001‑ci ildə dünyasını dəyişib,
Berlində dəfn olunub.
175
«Azərbaycan Kom munist
Partiyasının tarixi
oçerkləri», «Azərbaycan
tarixi» kitablarının
hazırlan masında
yaxından iştirak edib


QURBAN HƏSƏN OĞLU 
ƏLİYEV
(1921–2008)


Qurban Həsən oğlu Əliyev 1921‑ci ildə Zabaykalye vila ‑
yə tinin Çita şəhərində anadan olub.
Atası Həsən rus əsgərlərini etdikləri özbaşınalıqlara görə
qətlə yetirib və qaçaq düşüb. Nəhayət, tutulub mühakimə
edilib və ömürlük Uzaq Şərqə – Zabaykalye vilayətinin Çita
şəhərinə sürgünə göndərilib. Maraqlıdır ki, onu iki silahlı rus
əsgəri atla 3 ilə mənzil başına çatdırıb. Lakin əsl azərbaycanlı
xüsusiyyətlərinə malik olan gənc Həsəni əzab‑əziyyət, ağır
sürgün həyatı da ruhdan salmayıb. 1904‑cü ildə elan olunmuş
çar Manifestindən sonra Zabaykalyedə yaşamağa məcbur olan
Həsən qısa müddətdə adlı‑sanlı xeyriyyəçi kimi tanınan tacirə
çevrilib. Xəlvəti İrəvana qayıdaraq bəy ailəsindən olan 14 yaşlı
Göyçək Əliyeva ilə evlənib, onu da özü ilə Çita şəhərinə aparıb.
Sibirdə onların 13 övladı dünyaya göz açsa da, taleyin qismə ‑
tindən yalnız üç uşaq böyüyüb ərsəyə çatıb.
Ailəsi 1931‑ci ildə Bakıya qayıdıb və 10 yaşlı Qurban
Bakıdakı 6 nömrəli məktəbdə təhsilini davam etdirib. 1941‑ci
ildə orta məktəbi bitirib, Nəriman Nərimanov adına Azərbay ‑
can Dövlət Tibb İnstitutuna daxil olub, institut komsomol
komitəsinin katibi seçilib. 1946‑cı ildə ali məktəbdə təhsilini
başa vurub, Xızı rayonunda həkim işləməyə başlayıb. Təşki ‑
latçılıq bacarığı, idarəetmə qabiliyyəti nəzərə alınaraq həmkar ‑
lar ittifaqı sahə sin də vəzifəyə irəli çəkilib, 1958–1961‑ci illərdə
Azər baycan Sə hiyyə İşçiləri Həmkarlar İttifaqı Komitəsinin
sədri olub. Tibb elmləri namizədi kimi Azərbaycan Dövlət Tibb
İnstitutu nun da xili xəstəliklər kafedrasında elmi‑pedaqoji fəa ‑
liyyət göstərib, 19 elmi işi çap edilib.
1961‑ci ildə Qurban Əliyev 26 Bakı komissarı Rayon Par ‑
tiya Komitəsinin birinci katibi seçilib, on il bu vəzifədə çalışıb.
177
Qurban Həsən oğlu
Əliyev 1921‑ci ildə
Zabaykalye vilayətinin
Çita şəhərində anadan
olub
Ali və orta ixtisas təhsili
naziri vəzifəsində çalışıb
(1971–1987)
Azərbaycan müəllimlərinin
VIII qurultayında (1967)
Şəkildə (soldan). Birinci sıra:
1.  Kamran Hüseynov – Azərbaycan
SSR Nazirlər Soveti sədrinin müavini,
2. Qurban Əliyev – 26 Bakı komissarı
Rayon Partiya Komitəsinin birinci
katibi, 3. Tofiq Allahverdiyev – Dövlət
Texniki Peşə Təhsili Komitəsinin sədri


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə