8 tn(end) tnazirler qxd



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə47/49
tarix15.03.2018
ölçüsü5,05 Kb.
#32078
növüYazı
1   ...   41   42   43   44   45   46   47   48   49

Azərbaycan türklərinin 4–5 minillik dövlətçilik tarixi
barədə elmi konsep siyasının tərəfdarları ilə birlikdə dəfələrlə
elmi seminarlar təşkil edib, Vaşinqton, Nyu‑York, Paris, An ‑
kara, İstanbul, Qahirə və digər şəhərlərdə bu mövzuda mə ru ‑
zələr edib. Həmin məruzə lərin və bu sahədə yazılan məqa ‑
lələrin bir qismi «Azər xalqı» (2000) kitabında yer alıb. Türk
etnosunun Mərkəzi və Orta Asiyada deyil, Azərbaycanın da
daxil olduğu Ön Asiyada yaranması haqqında irəli sürdüyü
yeni elmi nəzəriyyə artıq bir sıra alimlərin dəstəyini qazanıb.
Son 30 ildə bu sahədə apardığı elmi tədqiqatlar Azərbaycan
xalqının islamaqədərki tarixin ə aid 9 cilddə yazdığı kitabların
(«Doqquz Bitik») əsasını təşkil edir.
Firidun Cəlilov Azərbaycanın müstəqil lik Aktının (1991),
latın qrafikalı əlifbanın (1991), Dövlət himninin (1992), Təhsil
Qa nu nunun (1993) parlamentdə qəbul olunmasında yaxından
iştirak edib.
Elmi‑pedaqoji fəaliyyətlə yanaşı, ölkəmizin ictimai‑siyasi
həyatında da fəal olub, millət vəkili və Milli Məc lisin elm,
təhsil və mədəniyyət komissiyasının sədri seçilib. Azərbaycan
Respublikası təhsil nazirinin müavini, baş nazirin müavini
vəzifə lə rində  işləyib.
1992‑ci ilin avqustunda Azərbaycan Respublikasının xalq
təhsili naziri təyin edi lib. Həmin dövrdə ümumtəhsil məktəb ‑
ləri üçün müxtəlif ixtisaslar üzrə proqram və dərsliklər hazır ‑
lanıb, «Orta ümümtəhsil məktəblərinin V–XI sinifləri üçün
türk dili proqramı» (1993) çap olunub. 
206
1992‑ci ildə onun
təşəbbüsü və rəh bər liyi
ilə ilk dəfə test
imtahanından keçən
2000 tələbə Türkiyənin
ali təhsil ocaqlarına
göndərilib
«Təhsil haqqında» Azərbaycan
Respublikası Qanununun
müzakirəsi zamanı (1992)
Şəkildə (soldan): 1. Yaqub Mahmudov –
professor, 3. Firidun Cəlilov – xalq
təhsili naziri, 4. Misir Mərdanov – xalq
təhsili nazirinin müavini, 5. Mirabbas
Qasımov – Azərbaycan Dövlət
Universitetinin rektoru, 6. Abdulla
Mehrabov – xalq təhsili nazirinin
müavini


MDB məkanında ilk dəfə olaraq test imtahanının tətbiqi
(1992) onun səyi ilə gerçəkləşib, AAK (Ali Attestasiya Komis ‑
siyası) onun təşəbbüsü ilə yaradılıb. Təhsil Nazirliyində qısa
müddətdə yeni proqram və dərsliklər hazırlanıb nəşr edilib.
1992‑ci ildə onun təşəbbüsü və rəh bər liyi ilə ilk dəfə test
imtahanından keçən 2000 tələbə Türkiyənin ali təhsil ocaq ‑
larına göndərilib. 
207



AZƏRBAYCAN
RESPUBLİKASININ 
TƏHSİL 
NAZİRLƏRİ


LİDİYA XUDAT QIZI
RƏSULOVA
(1941)


Lidiya Xudat qızı Rəsulova 1941‑ci ildə Bakı şəhərində
anadan olub.
Neftçi‑fəhlə Xudat Rəsulovun ailəsində böyüyüb. Bu
ailədə böyüyən yeddi uşaq valideynlərinin həyata, insanlara
münasibətindən örnək alıb. Əməksevərlik, sədaqət, mehri ban‑
lıq bu evdə həmişə yüksək qiymətləndirilib. Onun xatirə ‑
lərində anası Məhbubə Hüseyn qızı xüsusi yer tutur.
Məktəb illərində Lidiya Rəsulova fəal ictimai işə qoşulur.
Ailəsi hər zaman onun fəallığını dəstəkləyir və həvəsləndirir.
16 yaşında işə düzəlir və oxumağa davam edir. Məktəbi bitir ‑
dikdən sonra o,  Mirzə Fətəli Axundov adına Azərbaycan Döv ‑
lət Pedaqoji Dillər İnstitutunda rus dili və ədəbiyyatı müəllimi
fakültəsinin axşam şöbəsinə daxil olur. 1965‑ci ildə ali təhsilini
başa vurur.
Əmək fəaliyyətinə ümumtəhsil və məktəbdənkənar
tədris müəssisələrində başlayıb. Gənclik illərindən insanlarla
işləmək bacarığı ilə seçilib. 1963–1966‑cı illərdə seçkili gənclər
təşkilatlarında müxtəlif rəhbər vəzifələrdə çalışıb.
1966–1981‑ci illərdə fəaliyyətini partiya təşkilatlarında
müxtəlif vəzifələrdə davam etdirib. Belə ki, Azərbaycan KP
MK‑nın elm və təhsil müəssisələri şöbəsinin müdir müavini,
Nəsimi rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində
çalışıb.
211
Lidiya Xudat qızı
Rəsulova 1941‑ci ildə Bakı
şəhərində anadan olub
Təhsil naziri
vəzifəsində çalışıb
(1993–1997)
Azərbaycan KP MK‑nın
birinci katibi Heydər Əliyev
Lidiya Rəsulovanı təltif edərkən


212
Bakı Dövlət Universitetinin 75 illik yubiley mərasimində (1994)
Şəkildə (soldan). Birinci sıra: 1. Arif Ağayev – Yasamal Rayon İH‑nın başçısı, 3. Elçin Əfəndiyev – Baş nazirin müavini, 
4. Lidiya Rəsulova – təhsil naziri, 5. Murtuz Ələsgərov – Bakı Dövlət Universitetinin rektoru, 6. Fatma Abdullazadə – Prezidentin İcra
Aparatının şöbə müdiri, 7. Misir Mərdanov – Bakı Dövlət Universitetinin prorektoru, 8. Tahir Baxşəliyev – Bakı Dövlət Universitetinin
prorektoru. İkinci sıra: 3. Bəhram Əsgərov – Bakı Dövlət Universitetinin prorektoru və başqaları
Lidiya Rəsulova xarici qonaqlarla birlikdə


213
Lidiy
a Rəsulov

Azərbaycanın ali məktəb rəhbərləri ilə birlikdə
Şəkildə (soldan). Birinci sıra:
1. Pərviz Məmmədov – 
Azərbaycan Dövlət Neft 
Akademiy
asının rektoru, 2. Əhliman Əmiraslanov – 
Azə
rbaycan Tibb Univ
ersitetinin rektoru,  3. Murtuz Ələsgə 

rov – Bakı Dövlət Univ
ersitetinin rektoru, 4. Lidiy
a Rəsulov
a – təhsil naziri, 5. Hamlet İsaxanlı – Xəzər Univ
ersitetinin rekto
ru,  6. Əsmət Həsənov
a – Gəncə Elm Təhsil Mərkəzi – Gəncə Univ
er 

site 
tinin rektoru. İkinci sıra: 1. Fərhad Bədəlbəyli – Bakı Musiqi 
Akademiy
asının rektoru, 2. Qorxmaz Quliy
ev – Xarici Dillər 
İnstitutunun rektoru,  3. V
idadi Məmmədov – Gəncə T
exnologiy
a
İnstitutunun rektoru, 4. Məmmədtağı Cəfərov – Kənd Təsərrüfatı 
Akademiy
asının rektoru, 6. Rəhim Rəhimov – Nazirlər Kabineti nəz
dində Xalq Təsərrüfatını İdarəetmə İnstitutunun rektoru, 
8. Hacıbaba Əzimov – Lənkəran Dövlət Univ
ersitetinin rektoru, 9. 
Akif Hacıy
ev – Mingəçevir P
olitexnik İnstitutunun rektor əvəzi,  10. Fərhad Elmarzadə – Sumqayıt P
olitexnik İnstitutunun
rektoru, 11. Qeybulla Qeybullay
ev – 
Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun rektoru, 12. Rafiq Mehdiy
ev – 
Azərbaycan T
exnik
i Univ
ersitetinin rektoru, 15. Firidun Hüseynov – Rus Dili
və Ədəbiyy
atı İnstitutunun rektoru, 16. Mübariz Y
usifov – Gəncə Dövlət P
edaqoji Univ
ersitetinin rektoru, 17. İslam Qaray
ev – 
Az
ərbaycan Dövlət İqtisad Univ
ersitetinin rektor əvəzi, 18. Cəlil
Nağıy
ev – 
Asiy
a Univ
ersitetinin rektoru və başqaları


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə