8 tn(end) tnazirler qxd



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə48/49
tarix15.03.2018
ölçüsü5,05 Kb.
#32078
növüYazı
1   ...   41   42   43   44   45   46   47   48   49

1993‑1997‑ci illərdə
Azərbay can təhsilini
dirçəlt mək,  milli
zəmində yenidən
qurmaq istiqamətin də
məqsəd yönlü  işlər
görülüb, ali təhsildə
özəl sektorun
yaradılması yönündə
müvafiq tədbirlər
həyata keçirilib
1981‑ci ildən 1988‑ci ilə kimi Azərbaycan Həmkarlar
İttifaqının sədri kimi fəaliyyət göstərib. Bu dövrdə Azərbay‑
can KP MK‑nın bürosuna üzv təyin olunmağa layiq görülən
yeganə qadındır.
1988–1993‑cü illərdə sosial təminat naziri və Azərbaycan
Dövlət Elm və Texnika Komitəsinin sədr müavini vəzifələrində
çalışıb. 1993‑cü ildən 1997‑ci ilə kimi təhsil naziri vəzifəsində çalışıb.
1993–1997‑ci illərdə Azərbaycan təhsilini dirçəltmək,
milli zə mində yenidən qurmaq istiqamətində  məqsədyönlü
işlər görülüb, ali təhsildə özəl sektorun yaradılması yönündə
mü vafiq tədbirlər həyata keçirilib. Təhsildə mövcud olan
214
Lidiya Rəsulova beynəlxalq
konfransda iştirak edərkən
ABŞ‑dan Azərbaycana gəlmiş
nümayəndə heyəti ilə birgə 
orta məktəbdə olarkən


bütün neqativ hallarla mübarizə aparılıb, tələbkarlıq daha da
artırılıb.
Bir çox xarici ölkələrdə səfərlərdə olub, Beynəlxalq
Diplomatik Konfransda YUNESKO‑nun Ümum avropa Kon ‑
ven si yasını imzalayıb.
SSRİ Ali Sovetinin XI çağırış və Azərbaycan SSR Ali
Sovetinin IX və X çağırışlarında deputat seçilib, müxtəlif orden
və medallara layiq görülüb. 1997‑ci ildə təqaüdə çıxıb,
«Şöhrət» ordeni ilə təltif olunub.  
215
1997‑ci ildə Beynəlxalq
Diplomatik Konfrans da
YUNESKO‑nun Ümum ‑
avropa Konvensiyasını
imzalayıb
Lidiya Rəsulova Təhsil
Nazirliyinin beynəlxalq
əlaqələrinin genişlənməsinə
xüsusi önəm verirdi
Lidiya Rəsulova Bakı özəl türk
liseyində (1997)


MİSİR CUMAYIL OĞLU 
MƏRDANOV
(1946)


Misir Cumayıl oğlu Mərdanov 1946‑cı ildə Ermənistan
SSR‑in İcevan rayonunun Göyərçin kəndində ziyalı ailəsində
anadan olub.
Atası Mərdanov Cumayıl Alı oğlu 1938‑ci ildə 20 yaşında
İrəvandakı Azərbaycan Pedaqoji Texniku munu bitirib. O dövr
üçün bu məktəb Qori seminariyası, yaxud onun İrəvandakı
filialı kimi fəaliyyət göstərən təhsil ocağı idi. Cumayıl Mər ‑
danov bölgədə ilk müəllimlik təhsili alan şəxs olub. Əmək
fəaliyyətinə Göyərçin məktəbində müəllim kimi başlayıb.
Misir Mərdanov yeddinci sinfi Salahda, onuncu sinfi
qonşu Po lad kənd məktəbində bitirib. 1964‑cü ildə Bakı şəhə ‑
rindəki 49 nöm 
 
rəli məktəbdə eksternat yolu ilə imtahan
verərək orta təhsil haq qın da sənəd alıb. Həmin il Azərbaycan
Dövlət Universitetinin me xa nika‑riyaziyyat fakültəsinə daxil
olub. 1969‑cu ildə ali mək tə bi fərq lənmə diplomu ilə bitirib,
diplom işi elmi əsər kimi uni ver si tetin gənc alimlərinin elmi
işlərinin dərc edildiyi topluda çap olunub.
Universiteti bitirdikdən sonra təyinatla Gəncə Pedaqoji
İnstitutuna göndərilib və riyaziyyat fakültəsində baş laborant
kimi əmək fəaliyyətinə başlayıb. 1969‑cu ildə Azərbaycan
Dövlət Universitetinin aspiranturasına daxil olub. Professor
Qoşqar Əhmədov və dosent Kazım Həsənovun rəhbərliyi ilə
«Optimal idarəetmənin bəzi məsələləri» mövzusunda disser ‑
217
Misir Cumayıl oğlu
Mərdanov 1946‑cı ildə
Ermənistan SSR‑in İcevan
rayo nunun  Göyərçin
kəndində ziyalı ailəsində
anadan olub
1969‑cu ildə Azərbaycan
Dövlət Universitetinin
aspiranturasına 
daxil olub
1998‑ci ildə təhsil naziri
vəzifəsinə təyin olunub 
Gürcüstan Respublikasının
prezidenti Eduard Şvernadzeyə
Bakı Dövlət Universitetinin 
Fəxri doktoru diplomu təqdim
edilərkən (1997)


tasiya üzərində elmi tədqiqata başlayıb. Onun namizədlik
dissertasiyasının əsasını neytral tipli gecikməsi olan sistemlər
üçün maksimum prinsipinin isbat olunması təşkil edir.
1972‑ci ildə Bakıda ilk dəfə keçirilən və optimal idarə ‑
etmənin riyazi üsullarına həsr olunmuş Ümumittifaq elmi
konfransın iştirakçısı olub. 1973‑cü ilin yayında namizədlik
dissertasiyasını müdafiə edərək fizika‑riyaziyyat elmləri
namizədi alimlik dərəcəsi alıb.
1972‑ci ildən universitetdə müəllimlik fəaliyyətini davam
etdirən Misir Mərdanov 1978‑ci ilin payızında mexanika‑
riyaziyyat fakültəsində dekan müavini vəzifəsinə təyin olunub.
1980‑ci ilədək həndəsə kafedrasında çalışıb, analitik və dife‑
rensial həndəsə kurslarından mühazirələr oxuyub, məşğələlər
aparmaqla yanaşı, diferensial tənliklər kafedra sında optimal
idarəetmə üzrə ixtisas kurslarına rəhbərlik edib, bu sahədə elmi
təd qiqatlarını davam etdirib. 1980‑ci ildə diferensial  tənliklər
ka fed rasının dosenti vəzifəsinə seçilib və kafedrada «Opti ‑
mallaş dırma üsulları»ndan mühazirələr oxuyub. 1973–1980‑ci
il lərdə optimal idarəetmənin bəzi məsələlərinə dair elmi nəti cə ‑
ləri yerli və mərkəzi jurnallarda çap olunub.
1984–1985‑ci illərdə universitetin qəbul komissiyası mə ‑
sul katibinin müavini, eyni zamanda ölkədən kənara oxu mağa
göndərilən tələbələrin işi üzrə məsul katib və zifəsində işləyib.
1986–1987‑ci illərdə ADU‑nun qəbul komissiyasının məsul
katibi kimi fəaliyyətini davam etdirib.
Misir Mərdanov bu illərdə «Məhdudiyyətləri olan geci kən
arqu 
mentli proseslərdə optimallığın tədqiqi» mövzusunda
doktor luq dissertasiyasını tamamlayıb. İşin əsasları keçmiş
218
1973‑cü ilin yayında
namizədlik
dissertasiyasını
müdafiə edərək fizika‑
riyaziyyat elmləri
namizədi alimlik
dərəcəsi alıb
1973–1980‑ci illərdə
optimal idarəetmənin
bəzi məsələlərinə dair
elmi nəti cə ləri yerli və
mərkəzi jurnallarda çap
olunub
Azərbaycan müəllimlərinin 
XI qurultayında təhsil sərgisinə
baxış zamanı  (1998)


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə