8 tn(end) tnazirler qxd



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə44/49
tarix15.03.2018
ölçüsü5,05 Kb.
#32078
növüYazı
1   ...   41   42   43   44   45   46   47   48   49


AZƏRBAYCANIN 
XALQ 
TƏHSİLİ 
NAZİRLƏRİ


MÜSLÜM RƏCƏB OĞLU 
MƏMMƏDOV
(1931–1999)


Müslüm Rəcəb oğlu Məmmədov 1931‑ci ildə İsmayıllı
rayo nunun Lahıc qəsəbəsində anadan olub.
1949‑cu ildə ADU‑nun tarix fakültəsinə daxil olub. 1950‑
ci ildə MDU‑ya köçürülüb. 1954‑cü ildə Mixail Vasilyeviç
Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fa‑
kültəsini bitirib.
Müslüm Məmmədov Astraxan bazarda (indiki Cəlilabad)
əmək fəaliyyətinə başlayıb, müəllim, rayon xalq maarifi
şöbəsinin inspektoru (1957–1958), Azərbaycan Dövlət Təhlükə ‑
siz lik Komitə sinin əməkdaşı (1960–1962), Azərbaycan KP MK‑
nın təbliğat və təşviqat şöbəsinin mühazirəçisi, mühazirəçilər
qrupunun rəhbəri (1962–1963) vəzifələrində çalışıb. 1963‑cü
ildə Sovet İttifaqı KP MK yanında İctimai Elmlər Akademiya ‑
sının aspiranturasına daxil olub. 1966‑cı ildə tarix elmləri na ‑
mizədi alimlik dərəcəsi alıb.
1966–1969‑cu illərdə Azərbaycan KP MK Aparatında
işləyib, Bakı Şəhər Nəsimi Rayon PK‑nın birinci katibi (1969–
1975), Məşədi Əzizbəyov adına Azərbaycan Neft və Kimya
İnsti tutunda partiya tarixi kafedrasında baş müəllim, dosent,
ka fedra mü diri əvəzi (1976–1988) işləyib. «Qırmızı Əmək Bay ‑
rağı» ordeni və medalla təltif olunub. Bir müddət Azər bay ‑
canın xalq təhsili naziri (1988), Bakı Şəhər PK‑nın birinci katibi
(1989–1991) vəzifə lərində çalışıb.
Müslüm Məmmədov 1999‑cu ildə vəfat edib. 
195
Müslüm Rəcəb oğlu
Məmmədov 1931‑ci ildə
İsmayıllı rayonunun
Lahıc qəsəbəsində anadan
olub
1954‑cü ildə Mixail
Vasilyeviç Lomonosov
adına Moskva Dövlət
Universitetinin tarix
fakültəsini bitirib
Xalq təhsili naziri
vəzifəsində çalışıb (1988)


RAFİQ BABAŞ OĞLU 
FEYZULLAYEV
(1943–2001)


Rafiq Babaş oğlu Feyzullayev 1943‑cü ildə Bakı şəhərində
anadan olub.
Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət
Univer   sitetinin  mexanika‑riyaziyyat  fakültəsində təhsil alıb
(1960–1965). 1965–1983‑cü illərdə Azərbaycan SSR Elmlər Aka ‑
demi ya sının Riyaziyyat və Mexanika İnstitutunda kiçik elmi
işçi, elmi katib, elmi işlər üzrə direktor müavini vəzifə lərində
çalışıb.
1971‑ci ildə Saratov Dövlət Universitetində cəbr və to po ‑
logiya ixtisası üzrə namizədlik, 1985‑ci ildə Belorusiya Elmlər
Aka demiyasının Riyaziyyat İnstitutunda doktorluq disser ‑
tasiyalarını müdafiə edib. 1990‑cı ildə professor və1991‑ci ildə
«Əməkdar elm xadimi» fəxri adına layiq görülüb.
1976–1983‑cü illərdə SSRİ Ali Attestasiya Komissiyasında
Azərbaycanın səlahiyyətli nümayəndəsi olub. 1980–1983‑cü
illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Xalq Nəzarəti
Komissiyasının sədri kimi fəaliyyət göstərib.
1983‑cü ildə Azərbaycanın ali və orta ixtisas təhsili
nazirinin birinci müavini təyin olunub. Maarif Nazirliyi,
Dövlət Texniki Peşə Təhsili Komitəsi, Ali və Orta İxtisas Təhsili
Nazirliyinin birləşməsi nəti cəsində yaradılan Xalq Təhsili
Nazirliyində 1988‑ci ilin oktyabrından 1989‑cu ilin martına
qədər nazir müavini vəzifəsində çalışıb. 
197
Rafiq Babaş oğlu
Feyzullayev 1943‑cü ildə
Bakı şəhərində anadan
olub
Xalq təhsili naziri
vəzifəsində çalışıb
(1989–1992)
Xalq təhsili naziri 
Rafiq Feyzullayev ali məktəblərə
qəbul imtahanlarında


198
Azərbaycan Dövlət Pedaqoji İnstitutunda konfransın açılışı mərasimi
Şəkildə (soldan): 1. Eldar Məsimov – Xalq Təhsili Nazirliyinin Elm idarəsinin rəisi 2. Kamran Rəhimov – xalq təhsili nazirinin birinci
müavini, 3. Rafiq Feyzullayev – xalq təhsili naziri,  4. Afad Qurbanov – Azərbaycan Dövlət Pedaqoji İnstitutunun rektoru, 
5. Kamal Hüseynov – Azərbaycan Dövlət Pedaqoji İnstitutunun prorektoru
Müşavirə zamanı 
Şəkildə (soldan): 1. Mürsəl Nəcəfov – xalq rəssamı, 2. Rafiq Feyzullayev – xalq təhsili naziri, 
3. Misir Mərdanov – xalq təhsili nazirinin müavini


1989–1992‑ci illərdə xalq təhsili naziri vəzifəsində ölkə
təhsilinə rəhbərlik etdiyi dövrdə Rafiq Feyzullayev müxtəlif
bölgələrin sosial‑mədəni, elmi və iqtisadi səviy yəsini yüksəlt ‑
mək, gərəkli ixtisaslara yiyələnmək istəyənlərə daha əlverişli
şərait yaratmaq məqsədi ilə bir sıra şəhər və ra yon larda ali
məktəblərin, texnikumların filiallarının açılmasına nail olub.
Həmin dövrdə Bakı Dövlət Universitetinin Lənkəran və Şəkidə,
Sənaye Universitetinin Mingəçevirdə, İncəsənət Uni  versitetinin
Qubada, Konservatoriyanın Şuşada, Gəncə Pedaqoji İnstitutu ‑
nun Laçın və Qazaxda filialları fəaliyyətə başlayıb. Texnikum
filiallarının şəbəkəsi də genişləndirilib, Ağ sta fa, Astara, Əli
Bayramlı (indiki Şirvan), Beyləqan, Bala kən, Masallı, Xocalı,
Sabirabad, Quba, Qusar, Neftçala, Naxçı van, Füzuli və Laçında
orta ixtisas məktəblərinin 15 filialı təşkil edilib.
199
SSRİ ali məktəblərinin ictimai fənlər üzrə kafedra müdirlərinin
ümumittifaq müşavirəsində (1986)
Şəkildə (soldan). Birinci sıra: 5. Rafiq Feyzullayev – ali və orta ixtisas təhsili nazirinin birinci
müavini, 6. Faiq Bağırzadə – Azərbaycan Dövlət Universitetinin rektoru, 8. Rəhim Rəhimov –
Azərbaycan Respublikası Nazirlər Kabineti nəzdində Xalq Təsərrüfatını İdarəetmə
İnstitutunun rektoru. İkincı sıra: 4. Nurqələm Mikayılov – İnşaat Mühəndisləri İnstitutunun
kafedra müdiri, 5. Əhməd Məmmədov – Kənd Təsərrüfatı İnstitutunun kafedra müdiri, 
6. Aqil Əliyev – Azərbaycan Tibb İnstitutunun kafedra müdiri, 7. Həsən Şirəliyev – Azərbaycan
Dövlət Universitetinin kafedra müdiri, 9. Fuad Qasımzadə – Azərbaycan Dövlət Universite ti ‑
nin kafedra müdiri, 10. Hacıbaba Əzimov – Azərbaycan Dövlət Pedaqoji İnstitutunun kafedra
müdiri. Üçüncü sıra: 3. Həmid İmanov, 5. Dərgah Qüdrətov – Azərbaycan Dövlət Pedaqoji
İnstitutunun kafedra müdiri, 7. Oqtay Rzaquliyev – Mirzə Fətəli Axundov adına Azərbaycan
Rus Dili və Ədəbiyyatı İnstitutunun kafedra müdiri və başqaları
Həmin dövrdə Bakı
Dövlət Univer sitetinin
Lənkəran və Şəkidə,
Sənaye Univer sitetinin
Mingəçevirdə, İncəsənət
Universite tinin  Qubada,
Konservatoriyanın
Şuşada, Gəncə Pedaqoji
İnstitutunun Laçın və
Qazaxda filialları
fəaliyyətə başlayıb


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə