8 tn(end) tnazirler qxd



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə46/49
tarix15.03.2018
ölçüsü5,05 Kb.
#32078
növüYazı
1   ...   41   42   43   44   45   46   47   48   49

assosiasiyası və Azərbaycan Dövlət Universitetinin elmi‑təcrü ‑
bi mər kəzi istedadlı uşaqları seçmək və püxtələşdirmək üçün
öz səylərini birləşdirib, belə uşaqların həvəsləndirilməsi üçün
respublika olimpiadalarının qalibləri və baza məktəb lə rinin ən
yaxşı şagirdləri ali məktəblərə qəbul imtahanlarından azad
ediliblər. Xalq Təhsili Nazirliyinin diqqət mərkəzində olan
məsələlərdən biri də elmi tədqiqatların inkişaf etdirilməsi olub.
1991‑ci ildə bir sıra ali məktəblərdə yeni elmi tədqiqat labo ‑
ratoriyaları yaradılıb.
1990‑cı ildə respublikamızda ilk dəfə olaraq Azərbaycan
Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft
Aka demiyası) nəzdində Elmi Tədqiqat Neft və Qazın Kəş fiy ‑
yatı və Hasilatının Geotexnoloji Problemləri və Elmi Tədqiqat
Aero kosmik İnformasiya İnstitutları yaradılıb.
Yeni siyasi təfəkkür və beynəlxalq münasibətlərdə baş
verən köklü dəyişikliklər xarici təhsil mərkəzləri ilə əmək ‑
daşlığın yeni formalarından istifadə etməyə imkan verirdi.
Xalq Təhsili Nazirliyi mövcud vəziyyəti düzgün qiymətləndi ‑
rə rək Çin, ABŞ, İngiltərə, Almaniya, İsrail, Əlcəzair, Suriya,
Türkiyə, Misir, İsveçrə, İran və digər ölkələrlə qarşılıqlı əlaqə ‑
lər yaradıb. Həmin dövrdə bağlanmış müqav ilələrə əsasən
azərbaycanlı gənclər xarici ölkələrin qabaqcıl təhsil ocaqlarına
oxumağa göndərilib.
Türkiyə Təhsil Nazirliyi ilə əməkdaşlıq barədə müqa ‑
vilə imzalanıb və müqaviləyə əsasən 1992‑ci ildə Türkiyənin
202
1990‑cı ildə respub ‑
likada istedadlı uşaq ‑
ların aşkara çıxarılması
və inkişaf etdirilməsi
sistemi yaradılıb
Misir Ərəb Respublikası təhsil
nazirinin rəhbərlik etdiyi
nümayəndə heyəti ilə görüş
zamanı (1990)
Şəkildə (sağ tərəfdə): 1. Rafiq
Feyzullayev – xalq təhsili naziri, 
2. Mahir Əliyev – tərcüməçi, 3. Mail
Dəmirli – Azərbaycan SSR Elmlər
Akademiyasının məsul əməkdaşı və
başqaları


təhsil müəssisələrinə 1000 nəfərə qədər gənc göndərilib.
Bun  dan əlavə, müştərək tədris müəssisələri təşkil edilib,
Bakıda türk liseyi açılıb, Bakı və Ankarada birgə mədəni, id ‑
man, elmi mərkəzlər yaradılıb. 
Latın qrafikasına keç  mək üçün Türkiyə Azərbaycana
zəruri köməyini göstərib. Belə ki, Türkiyə Azərbaycana yeni
əlifba, dərsliklər, tədris metodika ədəbiyyatının nəşrini təş kil
etmək üçün müvafiq yazı və poliqrafiya avadanlıqları verib.
Eləcə də xarici əlaqələrin mühüm sahəsi olan əcnəbilərin
respublikamızın tədris müəssisələrində təhsil alması prosesi
genişlənib. Həmin dövrdə respublikamızda 67 ölkədən 2457
nəfər tələbə təhsil alıb.
Rafiq Feyzullayev 1988‑ci ildə Azərbaycan KP Bakı Şəhər
Komitəsinin üzvü, Bakı Şəhər Sovetinin deputatı seçilib. SSRİ
KP‑nın XXVIII qu rul tayında Mərkəzi Nəzarət Komissiyasının
üzvü seçilib.
Rafiq Feyzu llayev 70‑dən artıq elmi əsərin və tədris
vəsaitinin müəllifidir.
Sonrakı dövrdə bir müddət müdafiə nazirinin və Azər ‑
baycan Elm və Texnika Kom itəsi sədrinin müavini (1993) olub.
1993–2001‑ci illərdə Azərbaycan Milli Elmlər Aka demi yası
prezidentinin müavini vəzifəsini icra edib.
Rafiq Feyzullayev 2001‑ci ildə dünyasını dəyişib.
203
Həmin dövrdə bağlanmış 
müqa vilə lərə  əsasən  azər ‑
baycanlı gənclər xarici
ölkələrin qabaqcıl təhsil
ocaqlarına oxumağa
göndərilib
Rafiq Feyzu llayev 
70‑dən artıq elmi əsərin
və tədris vəsaitinin
müəllifidir


FİRİDUN AĞASI OĞLU 
CƏLİLOV
(1947)


Firidun Ağası oğlu Cəlilov 1947‑ci ildə Vedibasar bölgə ‑
sinin Qarabağlar kən dində anadan olub.
Orta məktəbi Bakıda (1966) bitirib, əmək fəaliyyətinə
tikinti idarəsində baş 
la yıb. ADU‑nun (indiki BDU‑nun)
filologiya fakültə sinin məzunudur. Universi tetin Azərbaycan
dilçiliyi kafedrasında laborant, müəllim, dosent və professor
vəzi fə lərində çalışıb. 1978‑ci ildə namizədlik, 1989‑cu ildə
doktorluq dissertasiyalarını müdafiə edib. Türk dilinin
qrammatik quruluşu, xalqımızın etnogenezi, mifologiyası və
qədim tarixi barədə 100‑dən artıq elmi əsərin, 6 monoqrafiya,
dərslik və dərs vəsaitinin müəllifidir.
Filologiya fakültələrinin tələbələri üçün yazılmış «Azər ‑
bay can dilindən məşğələlər» (1977), «Azərbaycan dilinin səs
quru lu şu» (1982), «Morfonologiyadan oçerklər» (1985), «Mü ‑
rək kəb cümlə sintaksisi» (1985) kitabları, hazırlıq fakültələri
üçün nəzər də tutulmuş «Azərbaycan dilinin qrammatikası»
(1990, həm müəl lif) dərsliyi çap olunub. «Azərbaycan dilinin
morfo no logiyası» (1988) türkolo giyada bu mövzuda yazılmış
yeni istiqa mət li ilk monoqrafiyadır. Ümumiyyətlə, türk xalqla ‑
rı nın tarixi, mi fo  logiyası və etnoqrafiyası haqqında 200‑dən
artıq elmi məqa lə və 20 kitab yazıb, əsərlərinin bir hissəsi xarici
ölkələrdə çap olu nub. Türkologiya sahəsindəki xidmətlərinə
gö rə Ata tür kün qurduğu Türk Dil Qurumunun 1996‑cı ildə
müxbir, 2000‑ci ildə isə fəxri üzvü seçilib. Dünya türkoloqları
onu ümumtürk əlifba sı nın layihəsini hazırlayan və ilk dəfə hə ‑
min əlifbanın Azərbay canda gerçək ləşmə sinə nail olan gör ‑
kəmli türkoloq kimi tanıyırlar.
205
Firidun Ağası oğlu
Cəlilov 1947‑ci ildə
Vedibasar bölgəsinin
Qarabağlar kəndində
anadan olub
Xalq təhsili naziri
vəzifəsində çalışıb
(1992–1993)
Türk dilinin qram matik
quruluşu, xal qımızın
etnogenezi, mifologiyası
və qədim tarixi barədə
100‑dən artıq elmi əsərin,
6 mo noqrafiya, dərslik və
dərs vəsaitinin
müəllifidir
«Göy Tanrı» romanının
müzakirəsi zamanı 
Şəkildə (soldan): 1.  Sabir Rüstəmxanlı –
xalq şairi, 2. Firidun Cəlilov – professor,
3. Qabil – xalq şairi, 4. Anar – xalq
yazıçısı


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə