8 tn(end) tnazirler qxd



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə49/49
tarix15.03.2018
ölçüsü5,05 Kb.
#32078
növüYazı
1   ...   41   42   43   44   45   46   47   48   49

219
Azərbaycan müəllimlərinin XI qurultayı (1998)
Dünya şöhrətli alim,
Türkiyənin  Bilkənt
Universitetinin
qurucusu, professor
İhsan Doğramacının
evində görüş (1998)


220
Tanınmış musiqiçi Mstislav Rostropoviçlə görüş (2000)
Türkdilli Ölkələrin Dövlət Başçılarının VI zirvə görüşü (2000)


221
Əməkdar müəllim İmamverdi Əbilovun evində (Neftçala, 2001) 
Təhsil naziri Misir Mərdanov Tailandda YUNESKO‑nun toplantısında (2001)


222
Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında təhsil sənədlərinin imzalanma mərasimi 
(Moskva, Kreml, 2002)
Xalq şairi Məmməd Arazla görüş (2002)


SSRİ‑nin riyaziyyat üzrə nüfuzlu «Доклады академии наук
СССР», «Дифференциальные уравнения», «Математи 

ческие замет ки», «Вестник МГУ, серия 15 вычислительная
математика и кибернетика», «Успехи матeматических наук»
jurnallarında çap olunub. 1987‑ci ildə onun «Некоторые во‑
просы математической теории оптимальных процессов в
системах с запаздываниями» adlı dərs vəsaiti işıq üzü görüb.
1989‑cu ilin iyununda Kiyev şəhərində Riyaziyyat İnstitutunun
Elmi Şura 
sın da doktorluq dissertasi 
yasını müvəffəqiyyətlə
müdafiə edib.
Misir Mərdanov 1989‑cu ilin iyun ayından elmi‑pedaqoji
fəa liy yətlə yanaşı, təhsilin idarə olunması işində fəal iştirak
edir. Azər baycan Respublikası Xalq Təhsili Nazirliyində Ali
Təhsil İdarəsinin rəisi və təhsil nazirinin müavini (1989–1992),
Bakı Döv lət Universitetinin tədris işləri üzrə prorektoru (1992–
1996), Bakı Dövlət Universitetinin rektoru (1997–1998) kimi
məsul vəzifələrdə çalışıb.
1998‑ci ilin martında Prezident Heydər Əliyevin sərən ‑
camı ilə Azərbaycan Respublikasının təhsil naziri vəzifəsinə
təyin olunub. Azərbaycanda təhsil sahəsində genişmiqyaslı
islahatların həyata keçirilməsi Misir Mərdanovun təhsil naziri
kimi fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Məhz onun təhsil
sisteminə rəhbərliyi dövründə təhsil sektorunun bütün sahələ ‑
rində islahatlara başlanılıb və əhəmiyyətli işlər görülüb.
Misir Mərdanov Prezident Heydər Əliyevin sərəncamı ilə
1998‑ci ildə yaradılan Təhsil Sahəsində İslahatlar üzrə Dövlət
223
1989‑cu ilin iyununda
Kiyev şəhərində
Riyaziyyat İnstitutu nun
elmi şurasında doktorluq
dissertasi yasını
müvəffəqiyyətlə müdafiə
edib
Azərbaycanda təhsil
sahəsində genişmiqyaslı
islahatların həyata
keçirilməsi Misir
Mərdanovun təhsil naziri
kimi fəaliyyət göstərdiyi
dövrə təsadüf edir
Xalq şairi Bəxtiyar 
Vahabzadə ilə görüş (2003)


224
Avropa Şurasının Baş
katibi Valter Şvimmerlə
görüş (2003)
Azərbaycan
müəllimlərinin 
XII qurultayı (2003)


225
YUNESKO‑nun baş
direktoru Koişiro
Matsuura ilə təhsil
sahəsində əməkdaşlığa
dair memorandumun
imzalanma 
mərasimi (2005)
Avropa ölkələri təhsil nazirlərinin Norveçin Bergen şəhərində keçirilmiş konfransının 
iştirakçıları arasında (2005)


226
Ölkənin təhsil tarixində
ilk dəfə olaraq yeni
Milli Kurikulum –
Milli Təhsil
Konsepsiyası sənədi
hazırlanıb
Azərbaycanla Latviya arasında
təhsillə bağlı sənədin
imzalanma mərasimi (2006)
Heydər Əliyev Fondunda
görüş (2006)
Komissiyasının sədri kimi, Azərbaycanın təhsil tarixində ilk dəfə
olaraq «Azərbaycan Respublikasının təhsili sahəsində islahat
proqramı»nın hazırlanmasına bilavasitə rəhbərlik edib. Proqram
hazırlanarkən təhsil sahəsində bu günə qədər qazanılmış nailiy ‑
yətlər, mütərəqqi ənənələr əsas götürülüb, eyni zamanda dün ‑
yanın inkişaf etmiş ölkələrinin təhsil sahəsində təcrübə sindən –
ümumbəşəri dəyərlərdən istifadə olunub. Bununla da ölkədə
təhsilin inkişaf strategiyası müəyyənləşdirilib.
1999‑cu ildən etibarən Azərbaycanda təhsil islahatları
Dünya Bankının maliyyə dəstəyi ilə daha intensiv həyata
keçirilməyə başlanılıb.
Ölkənin təhsil tarixində ilk dəfə olaraq yeni Milli
Kurikulum – Milli Təhsil Konsepsiyası sənədi hazırlanıb. Na ‑
zir  lər Kabineti tərəfindən təsdiq olunmuş bu sənəd əsasında


ibti dai siniflər və ayrı‑ayrı fənlər üzrə kurikulumlar hazırla ‑
naraq, 2008–2009‑cu ildə dərs ilindən tətbiq edilməyə başla ‑
nılıb. Bu nunla yanaşı, bu dövrdə dünya təcrübəsinə uy ğun
olaraq, şa gird nailiyyətlərinin qiymətləndirilməsi üzrə  ümumi
təhsil sahəsində yeni sistem tətbiq edilib. Mövcud müəllim ha‑
zırlığı sistemində köklü dəyişikliklər olunub və yeni kuriku ‑
lumlar əsasında müəllim hazırlığına başlanılıb.
2005‑ci ildən etibarən təhsilin keyfiyyətinin yüksəlməsinə
xidmət edən  informasiya‑kommunikasiya texnologiyalarının
(İKT) tətbiqinə başlanılıb. Məhz bu dövrdə Azərbaycanın
bütün ümumtəhsil məktəbləri kompyuterləşdirilib, ilk dəfə
olaraq elektron tədris resurslarından istifadə edilib, təlim pro ‑
se sində və idarəetmədə İKT‑nin geniş tətbiq olunmasına
başlanılıb.
Misir Mərdanovun təhsil naziri kimi fəaliyyətində ən
əhəmiyyətli məqamlardan biri də yeni dərslik siyasətinin uğur ‑
la həyata keçirilməsidir. Ölkənin bütün ümumtəhsil mək təb lə ‑
rinin şagirdləri milli‑mənəvi və bəşəri dəyərlərə uyğun, yüksək
poliqrafik keyfiyyətlə hazırlanan və çap olunan dərs lik lərlə
pulsuz təmin olunurlar. Dərslik siyasətinə olduqca cid 
di
münasibətinin nəticəsidir ki, o, orta məktəblər üçün «Ri ya ziy ‑
yat», «Həndəsə», «Cəbr», «Cəbr və analizin baş lan ğıcı» dərs ‑
liklərinin həmmüəllifi kimi bu prosesdə yaxından iştirak edir.
Onun fəaliyyəti dövründə ölkənin təhsil müəssisələrinin
maddi‑texniki bazası hiss olunacaq dərəcədə möhkəmlənib,
son illərdə 2000‑dən çox müasir tipli məktəb binası tikilib və
əsaslı təmir edilib, məktəblərin maddi‑texniki təminatında
irəliyə doğru ciddi addımlar atılıb, ali təhsil müəs sisələrinin
Avropa ali təhsil sisteminə inteqrasiyası istiqamətin də bir sıra
uğurlar qazanılıb.
227
2005‑ci ildən etibarən
təhsilin keyfiyyətinin
yüksəlməsinə xidmət
edən  informasiya‑
kommunikasiya
texnologiyalarının (İKT)
tətbiqinə başlanılıb
Son illərdə 2000‑dən çox
müasir tipli məktəb
binası tikilib və əsaslı
təmir edilib, məktəblərin
maddi‑texniki təminatında
irəliyə doğru ciddi
addımlar atılıb, ali təhsil
müəssisələrinin Avropa
ali təhsil sisteminə
inteqrasiyası istiqamə ‑
tində bir sıra uğurlar
qazanılıb
Türkdilli Ölkələrin Dövlət
Başçılarının VIII zirvə
görüşündə sənədlərin
imzalanma mərasimi (2006)


228
Baş nazir Artur
Rasizadə təhsil naziri
Misir Mərdanova
«Şöhrət» ordenini
təqdim edərkən (2006)
Azərbaycan Respublikasının Prezidenti yanında keçirilən müşavirədə çıxış edərkən (2006)


229
Qafqaz Universitetinin yeni tədris korpusunun təməlqoyma mərasimi (2007)
Şəkildə (soldan): 1. Əhməd Saniç – Qafqaz Universitetinin rektoru, 2. Zakir Fərəcov – Abşeron Rayon İcra Hakimiyyətinin başçısı, 
4. Abdulla Gül – Türkiyə Respublikasının prezidenti, 5. Misir Mərdanov – təhsil naziri, 6. Abid Şərifov – Baş nazirin müavini, 
7. Ənvər Özərən – «Çağ» Öyrətim İşlətmələri İdarə Heyətinin sədri 
Təhsil naziri Misir
Mərdanov və
Türkiyənin  Baş naziri
Rəcəb Tayyib Ərdoğan
Bakıdakı Anadolu
liseyində (2007)


230
Parisdə Müqəddəs Senklu qəbiristanlığında Azərbaycan Demokratik Respublikasının qurucularından biri,
görkəmli ictimai xadim Əlimərdan bəy Topçubaşovun məzarını ziyarət edərkən (2008)
Şəkildə (soldan): 1. Arif  Mehdiyev – akademik, 2. Abel Məhərrəmov – BDU‑nun rektoru, 3. Misir Mərdanov – təhsil naziri, 
4. Vasim Məmmədəliyev – akademik 
«XXI əsrdə təhsil yaradıcı şəxsiyyətlərin gözündə» mövzusunda keçirilmiş 
«dəyirmi masa» iştirakçıları (2008)
Şəkildə (soldan): 1. Fərhad Xəlilov – Rəssamlar İttifaqının sədri, 2. Firəngiz Əlizadə – Bəstəkarlar İttifaqının sədri, 3. Mahmud Kərimov –
AMEA‑nın prezidenti, 4. Anar – Yazıçılar Birliyinin sədri, 5. Fatma Abdullazadə – Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı
Humanitar siyasət məsələləri şöbəsinin müdiri, 6. Misir Mərdanov – təhsil naziri, 7. İsmayıl Sadıqov – Nazirlər Kabinetinin şöbə müdiri,
8. Məleykə Abbaszadə – TQDK‑nın sədri


231
«İlin ən yaxşı müəllimi» müsabiqəsinin qalibi olmuş Bakı müəllimlərinə diplomların təqdim 
edilməsi mərasimi (2008)
Azərbaycan müəllimlərinin XIII qurultayı (2008)


232
Bakıdakı Elitar gimnaziyanın əsaslı təmirdən sonra açılış mərasimi (2009)
Bakıdakı Elitar gimnaziya əsaslı
təmirdən sonra (2009)


233
YUNESKO‑nun Parisdə keçirilmiş
konfransında çıxış edərkən (2009)
Rusiya Federasiyasının Prezidenti
Dmitri Medvedevlə Bakı Dövlət
Universitetində (2010)


234
Bakıdakı 132‑134 nömrəli təhsil kompleksinin əsaslı yenidənqurmadan sonra açılış mərasimi (2010)
Bakıdakı 132‑134 nömrəli 
təhsil kompleksi əsaslı 
yenidənqurmadan sonra (2010)


235
Heydər Əliyev Fondunun
təşəbbüsü və dəstəyi ilə Bakıda
inşa olunmuş məktəb kompleksi
(2010)
Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Bakıda inşa olunmuş məktəb kompleksinin 
açılış mərasimi (2010)


Misir Mərdanov fəal ictimai xadim kimi ölkənin ictimai‑
siyasi həyatında yaxından iştirak edir. Onun elm sahəsindəki
məhsuldar əməyi, ictimai fəaliyyəti Azərbaycan dövləti tərə ‑
fin dən yüksək qiymətləndirilib, 1999‑cu ildə «Əməkdar elm
xadimi» adına layiq görülüb, 2006‑cı ildə «Şöhrət» ordeni ilə
təltif olunub. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və
İdarə Heyətinin üzvüdür.
O, dərin elmi axtarışların bəhrəsi olan 15‑dən artıq kitabın,
100‑dən çox elmi məqalənin müəllifidir. Məhz onun birbaşa
rəhbərliyi ilə ilk dəfə ölkənin təhsil tarixinə dair ciddi axtarışlar
aparılıb, «Azərbaycan təhsili Xalq Cümhuriyyəti illərində (1918–
1920)» (2003), «Azərbaycanın təhsil siyasəti» (2 cilddə, 2005),
«Azərbaycan müəllimlərinin qurultayları. I–XII» (2008),
«Azərbaycan müəllimlərinin XIII qurultayı» (2009) və digər
kitablar işıq üzü görüb. Tarixi materiallar əsasında hazırlanmış
bu kitablarda ayrı‑ayrı dövrlərə aid materialların ilk dəfə toplu
halında cəmləşdirilməsi Azərbaycan təhsil tarixinin mühüm bir
hissəsinin əsaslı şəkildə öyrənilməsinə imkan verir.
Onun təhsil sahəsinin inkişafına və bu istiqamətdə
aparılan islahatlara həsr olunmuş «Heydər Əliyev və Bakı
Dövlət Universiteti» (1997–1998), «Azərbaycan təhsili islahat
illərində» (2001), «Təhsil millətin gələcəyidir» (2002), «Azər ‑
baycan Respublikasının dövlət rəmzləri» (2002), «Təhsil sis ‑
temində monitorinq və qiymətləndirmə» (2003), «Azərbaycan
təhsili müstəqillik illərində» (2003), «Azərbaycan təhsili dünən,
bugün, sabah» (2006), «Davamlı inkişaf və təhsil» (2007), «Pre ‑
zident İlham Əliyev və Azərbaycanda təhsilin inkişafı, 2003–
2008» (2008), «Azərbaycan təhsili yeni inkişaf mərhələsində»
236
1999‑cu ildə «Əməkdar
elm xadimi» adına
layiq görülüb, 2006‑cı
ildə «Şöhrət» ordeni ilə
təltif olunub
Onun təhsil sahəsinin
inkişafına və bu
istiqamətdə aparılan
islahatlara həsr
olunmuş kitabları elmi‑
nəzəri dəyərinə, tarixi
əhəmiyyə tinə,  dərin
məz mununa görə elmi
ictimaiyyət və oxucular
tərəfin dən  maraqla
qarşılanır
Avropa Komissiyasının sədri
Xose Manuel Barrozu ilə Bakı
Dövlət Universitetində (2011)


(2009), «50 ən yaxşı məktəb, 100 ən yaxşı müəllim» (2009),
«Azərbaycan təhsili: islahatların uğurlu nəticələri, 2009–2010‑
cu illər» (2010) kitabları elmi‑nəzəri dəyərinə, tarixi əhəmiyyə ‑
tinə, dərin məz mununa görə elmi ictimaiyyət və oxucular
tərəfin dən maraqla qarşılanır ki, bu da bir alim kimi Misir
Mərdanovun araşdır ma la rı nın nə qədər geniş əhatə dairəsinə
malik olduğunu ortaya qoyur. Geniş oxucu auditoriyası qa ‑
zanmış bu kitablarda təhsil sahəsində həyata keçirilən dövlət
siyasəti, müstəqillik illərində təhsil sektorunda aparılan əsaslı
islahatların mahiy yəti, yeni məktəblərin tikintisi və əlavə tədris
korpuslarının inşası ilə bağlı görülmüş işlər, dərsliklərlə tə mi ‑
nat sahəsində atılan addımlar, ümummilli lider Heydər Əliyev
və ölkə Prezidenti cənab İlham Əliyevin təhsilin inkişa fı na
göstərdik ləri qayğı, bu diqqətin ifadəsi olan fərman və sərən ‑
camlar, qanunlar, təltiflər və hökumət qərarları əksini tapıb.
Misir Mərdanov hazırda təhsil və tərbiyə ilə bağlı xalqı mı ‑
zın min illər boyu yaratdığı, zamanın yaddaşında həkk olun ‑
muş, milli‑mənəvi dəyərlərə çevrilmiş sərvətin mühüm bir his ‑
səsini özündə ehtiva edən üçcildlik «Azərbaycanın təhsil tarixi»
kitabı üzərində işləyir. İndiyə qədər tam şəkildə araşdırılmayan
təhsil tariximizin müxtəlif dövrlərinin real faktlar əsasında əks
olunduğu kitab bu sahədə ilk addım hesab olunur. Kitabın 
I cildində ən qədim dövrlərdən 1920‑ci ilin 28 aprel işğalına
kimi, II cildində sovet hakimiyyəti illərində (1920–1991), III
cildində isə müstəqillik dövründə (1991–2010) təhsilin inkişaf
mərhələləri təhlil edilir, Azərbaycan təhsil tarixinin sistemli
şəkildə oxucu lara çatdırılmasına təşəbbüs göstərilir. Tarixçi
alimlər, ali məktəb tələbələri və geniş oxucu auditoriyası üçün
nəzərdə tutulmuş bu kitab zəngin və maraqlı, həm də zid ‑
diyyətli inkişaf yolu keçmiş təhsil tariximizin salnaməsidir.
237


KİTAB HAZIRLANARKƏN AŞAĞIDAKI ŞƏXSLƏRİN
MƏLUMAT VƏ ŞƏXSİ ARXİV MATERİALLARINDAN 
İSTİFADƏ OLUNUB:
Misir Mərdanov  
Azərbaycan Respublikasının təhsil naziri
Lidiya Rəsulova  
Azərbaycan Respublikasının keçmiş təhsil naziri
Firidun Cəlilov    
Azərbaycan Respublikasının keçmiş xalq təhsili
naziri
Tofiq Hacıyev
Azərbaycan Respublikasının keçmiş xalq 
maarifi naziri
Ağalar Abbasbəyli
Azərbaycan Respublikasının keçmiş ali və orta
ixtisas təhsili naziri                                                          
Sona İbrahimova
Azərbaycan Respublikasının xalq maarifi
komissarı vəzifəsində işləmiş Mirzə
İbrahimovun yaxın qohumu 
Zemfira Mehdizadə 
Azərbaycan Respublikasının xalq maarifi naziri
vəzifəsində işləmiş Mehdi Mehdizadənin qızı
Tərlan Rəhimova
Azərbaycan Respublikasının xalq maarifi naziri
vəzifəsində işləmiş Rəhim Rəhimovun qızı
Yusif Hüseynov        
Azərbaycan Respublikasının ali və orta ixtisas
təhsili naziri vəzifəsində çalışmış Züleyxa
Hüseynovanın qardaşı
Leyli Quliyeva
Azərbaycan Respublikasının ali və orta ixtisas
təhsili naziri vəzifəsində çalışmış Danil
Quliyevin qızı
Fuad Salamov
Azərbaycan Respublikasının xalq maarifi naziri
vəzifəsində çalışmış Elmira Qafarovanın həyat
yoldaşı
Asya Hacıyeva
Azərbaycan Respublikasının xalq maarifi naziri
vəzifəsində çalışmış Kamran Rəhimovun həyat
yoldaşı
Simuzər Feyzullayeva
Azərbaycan Respublikasının xalq təhsili naziri
vəzifəsində çalışmış Rafiq Feyzullayevin qızı
Lalə Allahverdiyeva
Dövlət Texniki Peşə Təhsili Komitəsinin sədri
vəzifəsində çalışmış Tofiq Allahverdiyevin qızı 
Samir İsayev
Dövlət Texniki Peşə Təhsili Komitəsinin sədri
vəzifəsində çalışmış  Heydər İsayevin oğlu
Digər mənbələr:
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
siyasi sənədlər arxivi
Azərbaycan Respublikasının Dövlət Arxivi
Azərbaycan Respublikası Təhsil Nazirliyinin arxivi
Təhsil Muzeyinin materialları 
«Azərbaycan müəllimi» qəzetinin arxiv materialları
238


İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT
1. Azərbaycan Sovet Eksiklopediyası. III cild. Bakı, 1979. – 598 s.
2. «Azərbaycan Xalq Cümhuriyyəti tarixinin aktual problemləri» beynəl ‑
xalq elmi sessiyasının materialları. Bakı, 2003.
3. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. Bakı, 2004.
4. Baxşəliyev A. Güney Azərbaycan şəhərlərinin mədəni həyatı səyyah
gündəliklərində (XVI–XVII yüzilliklər). Bakı, «Elm», 2003, – 181 s.
5. Azərbaycan müəllimlərinin qurultayları. I–XII. Bakı, «Çaşıoğlu», 2007, –
783 s.
6. «Azərbaycanda sovet hakimiyyəti uğrunda fəal mübarizlər». Bakı,
«Azərnəşr», 1958.
7. Ziya Bünyadov. Qırmızı terror. Bakı, «Azərnəşr», 1993.
8. Mədətov Q. Ruhulla Axundov. Bakı, 1957.
9. Azərbaycan sovet ədəbiyyatı (ali məktəblər üçün dərslik). Bakı, «Maarif»,
1966.
10. Akademik Mehdi Mehdizadə ömrünün işığı. Bakı, «Şərq‑Qərb», 1998,
– 237 s.
11. Bir ömrün səhifələri. Bakı, «Qapp‑Poliqraf» korporasiyası, 2002.
12. Ərəb və fars sözləri lüğəti. Bakı, «Yazıçı», 1985, – 1037 s.
13. Əliyev M., «Azərbaycan Demokratik Respublikası. Azərbaycan höku ‑
mə ti (1918–1920)». Bakı, 1990.
14. Dadaşzadə M.A., Xəlilov P. Ədəbiyyat (dərslik). Bakı, «Maarif», 1987, –
234 s.
15. Краткий словарь иностранных слов. Москва, Госуд. изд. иностран.
и национ. словарей, 1951.
16. «Azərbaycan məktəbi» jurnalı.
17.  «Gəncə» jurnalı.
18. «Azərbaycan müəllimi» qəzeti.
19. «Azərbaycan» qəzeti.
20. «Təhsil» qəzeti.
21. «Kommunist» qəzeti.
22. «Günay» qəzeti.
23. «Leninçi» qəzeti (Dərbənddə çıxan).
24. Газета «Азербайджан» .
25. «Молодежь Азербайджана» qəzeti.
26. «Бакинский рабочий» qəzeti.
239


M Ü N D Ə R İ C A T
Ön söz  .............................................................................................................. 12
Azərbaycanın xalq maarifi və dini etiqad nazirləri
NƏSİB BƏY YUSİF BƏY OĞLU YUSİFBƏYLİ...................................... 34  
RƏŞİD XAN ZAVİD OĞLU QAPLANOV ............................................ 40
HƏMİD AĞA XƏLİL OĞLU ŞAHTAXTİNSKİ .................................... 46
NURMƏHƏMMƏD BƏY ƏDİLXAN OĞLU ŞAHSUVAROV .......... 50
Azərbaycanın xalq maarifi komissarları
DADAŞ  XOCA OĞLU BÜNYADZADƏ .............................................. 54
MUSTAFA ZƏKƏRİYYƏ OĞLU QULİYEV .......................................... 58
RUHULLA ƏLİ OĞLU AXUNDOV ........................................................ 62
MAQSUD MƏMMƏD OĞLU MƏMMƏDOV...................................... 66
AĞA İSMAYIL OĞLU SULTANOV ........................................................ 70
MAHMUD SƏFƏR OĞLU AĞAYEV .................................................... 72
MƏMMƏD İSMAYIL OĞLU CUVARLİNSKİ (CUVARLI) ................ 74
MÜSEYİB ƏLİ OĞLU ŞAHBAZOV........................................................ 78
MƏMMƏDSADIQ ƏHMƏD OĞLU ƏFƏNDİYEV ............................ 82
MİRZƏ RƏHİM OĞLU MƏMMƏDOV ................................................ 84
MİRZƏ ƏJDƏR OĞLU İBRAHİMOV .................................................... 88
MƏMMƏD HƏMİD OĞLU ƏLƏKBƏROV (ƏLƏKBƏRLİ) .............. 94
Azərbaycanın xalq maarifi nazirləri
MEHDİ MƏMMƏD OĞLU MEHDİZADƏ .......................................... 98
RƏHİM KƏRƏM OĞLU RƏHİMOV .................................................. 106
ELMİRA MİKAYIL QIZI QAFAROVA ................................................ 110
KAMRAN NƏBİ OĞLU RƏHİMOV .................................................... 116
TOFİQ İSMAYIL OĞLU HACIYEV ...................................................... 122
Azərbaycan Dövlət Texniki Peşə Təhsili Komitəsinin sədrləri
ƏKBƏR ƏSGƏR OĞLU ƏNNAĞIYEV ................................................ 128
MUSA İSGƏNDƏR OĞLU AĞAYEV .................................................. 132
TOFİQ ƏLİHEYDƏR OĞLU ALLAHVERDİYEV .............................. 134
HEYDƏR İSA OĞLU İSAYEV................................................................ 140
Azərbaycanın Ali və Orta İxtisas Təhsili Komitəsinin sədrləri
ŞİRƏLİ NƏSİR OĞLU MƏMMƏDOV (NƏSİRZADƏ) .................... 146
ABDULLA İSMAYIL OĞLU QARAYEV .............................................. 152
Azərbaycanın ali və orta ixtisas təhsili nazirləri
ZÜLEYXA İSMAYIL QIZI HÜSEYNOVA............................................ 164
DANİL PİRİ OĞLU QULİYEV .............................................................. 168
QURBAN HƏSƏN OĞLU ƏLİYEV...................................................... 176
AĞALAR NƏRİMAN OĞLU ABBASBƏYLİ ...................................... 188
Azərbaycanın xalq təhsili nazirləri
MÜSLÜM RƏCƏB OĞLU MƏMMƏDOV .......................................... 194
RAFİQ BABAŞ OĞLU FEYZULLAYEV .............................................. 196
FİRİDUN AĞASI OĞLU CƏLİLOV...................................................... 204
Azərbaycan Respublikasının təhsil nazirləri
LİDİYA XUDAT QIZI RƏSULOVA ...................................................... 210
MİSİR CUMAYIL OĞLU MƏRDANOV .............................................. 216
İstifadə olunmuş ədəbiyyat.......................................................................... 239

Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə