8 tn(end) tnazirler qxd



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə37/49
tarix15.03.2018
ölçüsü5,05 Kb.
#32078
növüYazı
1   ...   33   34   35   36   37   38   39   40   ...   49

doktorluq dissertasiyalarını müdafiəyə qəbul etmək hüququ
olan Birləşmiş Şura yaradılmasına nail olub. 1965‑ci ildə Ali
Attestasiya Komissiyası Abdulla Qarayevə insan və heyvan
fiziologiyası (indeks 102) üzrə namizədlik və doktorluq disser ‑
ta siyalarını müdafiəyə qəbul etmək ixtiyarı verib. Yalnız Azər ‑
baycan alimləri deyil, hətta qonşu respublikaların mütə xəs ‑
sisləri belə bu şuranın iclaslarında dissertasiyalarını müdafiə
etmək imkanı qazanıblar.
1953‑cü ildə onun səyi nəticəsində Elmlər Akademiyası
Zoologiya İnstitutunun nəzdində Fiziologiya şöbəsi təşkil
olunub. İlk vaxtlar cəmi iki əməkdaşı olan şöbənin əsasında 3
ildən sonra müstəqil Fiziologiya bölməsi yaradılıb və rəhbərlik
Abdulla Qarayevə həvalə olunub. Fiziologiya bölməsində
aparılan elmi araşdırmalar əsasında 1957‑ci ildə «İnteroresep ‑
tor lar və maddələr mübadiləsi» adlı sanballı elmi monoqrafi ‑
ya sı nəşr edilib. İnteroreseptorlar və maddələr mübadiləsi
prob le mi daha sonralar müxtəlif doktorluq və namizədlik
disser tasi yalarında da geniş əksini tapıb.
Abdulla Qarayev orqanizmin immun‑bioloji və müdafiə‑
uyğunlaşma reaksiyalarının tədqiqi ilə də məşğul olub. Leyko ‑
sit lərin faqositoz fəallığını orqanizmin daxili və xarici mühitin ‑
də gedən dəyişikliklərlə əlaqədar araşdırılmasına dair apardığı
dərin elmi axtarışlar əsasında yazdığı «Faqosito zun fiziologi ‑
yası» monoqrafiyası 1960‑cı ildə işıq üzü görüb.
O, Azərbaycan Ali və Orta İxtisas Təh sili Komitəsinin
sədri olduğu dövrdə tədris ocaqlarının inki şafı və genişlənməsi
üçün böyük səy göstərib. Belə ki, 1961–1963‑cü illərdə komitə
sədri kimi ali məktəblərin maddi‑tex niki ba za sının möhkəm ‑
lən di ril məsi, yeni fakültə və ixtisasların açıl ma sına xüsusi
diqqət yetirib.
1968‑ci il fevralın 2‑də SSRİ Nazirlər Sovetinin Elm və
Texnika üzrə Dövlət Komitəsi kollegiyasının qərarı ilə Fiziolo ‑
gi ya bölməsi əsasında Azərbaycan SSR Elmlər Akade miyasının
160
O, Azərbaycan Ali və
Orta İxtisas Təh sili
Komitəsinin sədri
olduğu dövrdə tədris
ocaqlarının inki şafı və
genişlənməsi üçün
böyük səy göstərib
1968‑ci ildə Azərbaycan
SSR Elmlər 
Akade miyasının
Fiziologiya İnstitutu
yaradılıb və akademik
Abdulla Qarayev
institutun direktoru
təyin olunub
Akademik P.Q.Anoxin və
akademik A.Qarayev 
Bakıda keçirilmiş 
«Mərkəzi sinir sisteminin 
funksional neyrokimyası» 
üzrə I Ümumittifaq
simpoziumunda (1966)


Fiziologiya İnstitutu yaradılıb və akademik Abdulla Qarayev
institutun direktoru təyin olunub. Hazırda bu institut, eləcə də
Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu ‑
nun normal fiziologiya kafedrası və Bakı şəhərində bir küçə
onun adını daşıyır.
Təcrübəli mütəxəssis, yüksək keyfiyyətlərə malik insan
kimi tanınan Abdulla Qarayev tabeliyində çalışan əmək daş la ‑
rın hər zaman qayğısına qalıb, onların problemlərinin həllinə
kö  məyini əsirgəməyib. 1947‑ci ildə Azərbaycan SSR Ali Sove ti ‑
nin və 1948‑ci ildə isə Bakı Şəhər Zəhmətkeş Deputatları Soveti ‑
nin deputatı seçilib. Lenin ordeni, 3 dəfə «Qırmızı Əmək Bay ‑
rağı» ordeni, «Qırmızı Ulduz» ordeni və medallarla təl  tif edilib.
7 monoqrafiya və 300‑dən artıq məqalənin müəl lifidir.
1951–1968‑ci illərdə İvan Petrovic Pavlov adına Ümumit ‑
ti 
faq Fizioloqlar Cəmiyyəti Azərbaycan bölməsinin sədri,
Azər  baycan «Bilik» Cəmiyyəti İdarə Heyəti sədrinin müavini
olub. 1968‑ci ildə Sovet Milli Komitəsinin zəmanəti ilə İBRO‑ya
(YUNESKO üzrə beynin tədqiqi ilə məşğul olan Beynəlxalq
təşkilat) üzv seçilib. Fizioloqların beynəlxalq kon qres lərində
(Leninqrad – 1935; Buenos‑Ayres – 1959; Leyden –1962; 
Tokio – 1965) iştirak edib.
Abdulla Qarayev 1968‑ci ildə vəfat edib.
161
1947‑ci ildə Azərbaycan
SSR Ali Sove ti nin və
1948‑ci ildə isə Bakı Şəhər
Zəhmətkeş Deputatları
Soveti nin deputatı seçilib



AZƏRBAYCANIN 
ALİ VƏ ORTA
İXTİSAS TƏHSİLİ 
NAZİRLƏRİ


ZÜLEYXA İSMAYIL QIZI
HÜSEYNOVA
(1924–1996)


Züleyxa İsmayıl qızı Hüseynova 1924‑cü ildə Bakıda
anadan olub.
Özünəməxsus ənənələri olan 132 nömrəli orta məktəbi
bitirib. 1942‑ci ildə Azərbaycan Sənaye İnstitutunun neft ‑
mexanika fakültəsinə qəbul olunub, ali təhsilini başa vurduq ‑
dan sonra Yesman adına Energetika İnstitutunun as pi ran tu ra ‑
sın da oxuyub.
1953‑cü ildə namizədlik dissertasiyası müdafiə edib, son ‑
ra kı 6 il ərzində Azərbaycan SSR Elmlər Akademiyasında fəa ‑
liyyət göstərib. Daha sonra Azərbay can Kommunist Partiyası
Mər kəzi  Komitəsi nin elm və tədris müəssisələri şöbəsinin
müdir müavini təyin edilib.
Respublikada ali və orta ixtisas təhsili müəssisələrini
özün də birləşdirən Ali və Orta İxtisas Təhsili Nazirliyinin ya ‑
radılması üçün ardıcıl çalışan ziyalılardan biri olub. Dəfələr lə
Moskvada SSRİ Ali və Orta İxtisas Təhsili Nazirli yinin rəh bər ‑
liyi ilə görü şərək  müttəfiq respublikalarda müva fiq qu    ru  mun
yaradılma sı nın zəruri olduğunu əsaslandırmağa çalışıb.  Belə ‑
liklə,  Nazirlər Soveti nəzdində Ali və Orta İxtisas Təhsili Ko mi ‑
təsi yaradılıb, o, komitə sədrinin müavini təyin olunub (1961),
1963‑cü ildə isə komitənin sədri vəzifəsinə layiq görülüb.
1965‑ci ilin iyulunda komitə Azərbaycan SSR Ali və Orta
İxtisas Təhsili Nazirliyinə çevrilib, Züleyxa Hüseynova nazir
təyin edilib. Onun nazir kimi fəaliyyəti dövründə respublikada
ali təhsil şəbəkəsinin genişləndirilməsi, məktəblərin maddi‑
texniki bazasının möhkəmləndirilməsi istiqamətində sanballı
işlər görülüb. Belə ki, Azərbaycan Neft və Kimya İnstitutu
nəzdində 4 yataqxananın, xarici tələbələr üçün tədris korpusu ‑
165
Züleyxa İsmayıl qızı
Hüseynova 1924‑cü ildə
Bakıda anadan olub
1963–1965‑ci illərdə Ali 
və Orta İxtisas Təhsili
Komitəsinin sədri və 
1965–1970‑ci illərdə ali və
orta ixtisas təhsili naziri
vəzifəsində çalışıb
Respublikada ali və orta
ixtisas təhsili
müəssisələrini özündə
birləşdirən Ali və
Orta İxtisas Təhsili
Nazirli yinin yaradılması
üçün ardıcıl çalışan
ziyalılardan biri olub
Təhsil işçiləri Göygöldə 
olarkən (1967) 
Şəkildə (soldan): 
1. Zakir Bağırov – Azərbaycan KP MK‑nın
şöbə müdirinin müavini,  2. Züleyxa
Hüseynova – ali və orta ixtisas təhsili
naziri, 3. Mehdi Əliyev – Azərbaycan
Dşvlət Universitetinin rektoru, 4. İsmayıl
İbrahimov – Azərbaycan Neft və Kimya
İnstitutunun rektoru, 5. Sənan Mustafayev
– ali və orta ixtisas təhsili nazirinin birinci
müavini 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə