8 tn(end) tnazirler qxd



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə34/49
tarix15.03.2018
ölçüsü5,05 Kb.
#32078
növüYazı
1   ...   30   31   32   33   34   35   36   37   ...   49

Şirəli Nəsir oğlu Məmmədov (Nəsirzadə) 1904‑cü ildə
Naxçıvanın Ordubad bölgəsinin Dəstə kəndində anadan olub.
Uşaqlıqdan zamanın çətinliklərinə sinə gərməli olan
Şirəli Məmmədov 1916‑cı ildə Bakıya gəlib, dayısının himayə ‑
sin də yaşayıb. 1916–1918‑ci illərdə beşinci rus‑tatar (Azərbay ‑
can – red. ) məktəbində təhsil alıb və dəmir yolunda çilingər kö ‑
mək çisi kimi əmək fəaliyyətinə başlayıb. Azərbaycanda sovet
ha kimiyyəti qurulduqdan sonra Bakıda və Ordubadda komso ‑
mol orqanlarında işləyib. 
1921–1922‑ci illərdə Bakıda hərbi‑siyasi kursu bitirib 
və Moskvada Mixail İvanoviç Kalinin adına fəhlə fakültəsində
(1922–1925), sonra isə Moskva Dağ‑Mədən İnstitutunda 
(1925–1930) təhsil alıb. Mədən mühəndisi ixtisasına yiyələnən
Şirəli Məmmədov 1931–1932‑ci illərdə Moskva Dağ‑Mədən
İnsti  tu tu nun aspirantı olmaqla yanaşı, Osetiyanın Sadon mə ‑
dən  lərin də mühəndis işləyib. Mədən sənayesindəki səmərəli
fəaliyyəti ilə özünü doğruldan gənc mühəndis Maqnitoqorsk
mədənlər idarəsi əsaslı tikinti şöbəsinin rəisi (1932–1933) və ‑
zifəsinə irəli çəkilib, daha sonra Culfa mərgümüş kombi na tının
rəisi (1934–1936) olub.
Elmi araşdırmalara olan sonsuz marağı sayəsində 1936‑cı
ildə məzunu olduğu Moskva Dağ‑Mədən İnstitutuna qa yı dıb,
dörd il elmi işçi, metodkabinetin elmi katibi, dosent, direk tor
köməkçisi və filiz yataqlarının işlənilməsi kafedra sının mü diri
vəzifələrində çalışıb. 1938‑ci ildə namizədlik, on il sonra isə
doktorluq dissertasiyası müdafiə edib.
Əldə etdiyi elmi biliklərin və qazandığı təcrübəni Azər ‑
bay can elminin və sənayesinin inkişafında faydalı olacağını
147
Şirəli Nəsir oğlu
Məmmədov (Nəsirzadə)
1904‑cü ildə Naxçıvanın
Ordubad bölgəsinin
Dəstə kəndində 
anadan olub
1938‑ci ildə namizədlik,
on il sonra isə doktorluq
dissertasiyası müdafiə
edib
Ali və Orta İxtisas
Təhsili Komitəsinin
sədri vəzifəsində çalışıb
(1959–1961)
Gənclik dostları ilə birlikdə (1924)
Şəkildə (soldan): 1. Yusif Əliyev, 2. Şirəli
Məmmədov, 3. Rəhim Qasımov


düşünən Şirəli Məmmədov 1941‑ci ildə doğma Vətənə qa yıdıb.
Azər baycan Elmlər Akademiyasının Geologiya İnstitu tun da
baş elmi işçisi (1941–1943) kimi fəaliyyət göstərib, sonra isə
Naxçı van Muxtar Respublikasında duz mədəninin baş mühən ‑
disi və direktoru (1943–1944) olub.
Yüksək təşkilatçılığı ilə fərqlənən Şirəli Məmmədov 
1944‑cü ildə Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin
ikin ci katibi vəzifəsinə təyin edilib. Bir il sonra ÜİK(b)P MK
yanında partiya işçilərinin ali məktəbində oxumaq üçün
Moskvaya göndərilib. 1947–1949‑cu illərdə Azərbaycan Elmlər
Akade miyasının Neft İnstitutunda mədən işləri şöbəsinin
148
Şirəli Məmmədov 
1944‑cü ildə
Azərbaycan KP
Naxçıvan Vilayət
Komitəsinin ikin ci
katibi vəzifəsinə 
təyin edilib


rəhbəri, 1949–1950‑ci illərdə isə Azərbaycan Dövlət Univer site ‑
tinin professoru olub.
Dağ‑mədən sənayesi sahəsindəki təcrübəsi nəzərə alına ‑
raq 1950‑ci ildə Daşkəsən filiz mədən idarəsinin rəisi vəzifə ‑
sinə göndərilib. Üç il ərzində bu mühüm müəssisənin inşa
olun ması işinə və inkişafına layiqli töhfələr verib.
Onun elmi fəaliyyətini səciyyələndirən əsas xüsusiyyət ‑
lər dən biri apardığı araşdırmaların respublikamızın qarşısında
duran iqtisadi məsələlərin həllinə yönəlməsi və praktik əhə ‑
miy yət kəsb etməsidir. İqtisadi inkişafın elmdən, texniki tərəq ‑
qidən başlandığını təbliğ edən, yüksəkixtisaslı mütəxəssislərin
hazırlanması məsələsinə xüsusi önəm verən Şirəli Məmmədov
Azərbaycan Dövlət Universitetinin elmi işlər üzrə prorektoru
(1953–1954), geofizika kafedrasının müdiri (1953–1959) vəzifə ‑
149
Onun elmi fəaliyyətini
səciyyələndirən əsas
xüsusiyyət lər dən  biri
apardığı araşdırmaların
respublikamızın
qarşısında duran iqtisadi
məsələlərin həllinə
yönəlməsi və praktik
əhəmiy yət kəsb etməsidir
Azərbaycan Neft və Kimya
İnstitutunda (1980)
Şəkildə (soldan). Birinci sıra: 
1. Şirəli Məmmədov – Azərbaycan Neft 
və Kimya İnstitutunun professoru
2. Vyaçeslav Yelyutin – SSRİ ali və orta
ixtisas təhsili naziri, 3. İsmayıl İbrahimov 
– Azərbaycan Neft və Kimya İnstitutunun
rektoru. İkinci sıra: 1. Kamran Bağırov –
Azərbaycan KP MK‑nın katibi və başqaları
Şirəli Məmmədov qızı Zəhra və
oğlu Qasımla birlikdə


lərin də çalışıb. Ötən əsrin 50‑ci illərinə qədər Azərbaycanda
dağ‑mədən sahəsi üzrə elmi ada malik mütəxəssislərin olma ‑
dığını nəzərə alaraq gənclərin bu istiqamətdə tədqiqatlara cəlb
edilməsini fəaliyyətinin ana xəttinə çevirib. Qısa vaxtda gənc
alimlərin bu sahəyə meylinin artması onun bir pedaqoq və elm
adamı kimi nüfuzunun, ictimaiyyət arasında qazandığı hör ‑
mə tin nəticəsidir. 1959‑cu ildə Azərbaycan Elmlər Aka de ‑
miyasının müxbir üzvü, 1968‑ci ildə isə həqiqi üzvü seçilib.
Azərbaycan Nazirlər Soveti yanında yaradılmış Ali və
Orta İxtisas Təhsili Komitəsinin ilk sədri təyin edilib və 1959–
1961‑ci illərdə bu vəzifədə uğurla çalışıb. Yeni işə başlayan ko ‑
mi tənin strukturunun formalaşdırılması, fəaliyyətinin məqsəd
və məzmununun dəqiqləşdirilməsi istiqamətində ilk addım ‑
la rın atılması onun sədrlik dövrünə təsadüf edir.
1965–1970‑ci illərdə Azərbaycan Neft və Kimya İnstitu tu ‑
nun (NKİ) faydalı qazıntı yataqlarının işlənilməsi kafedrasının
müdiri olub. Bu dövrdə onun rəhbərliyi ilə neçə‑neçə gənc və
istedadlı alim yetişib. Müvafiq ali məktəblərin dağ‑mədən fa ‑
kül tələrinin tələbələri üçün Azərbaycan dilində yazılmış ilk
dərs lik və dərs vəsaitinin müəllifidir. 23 monoqrafiyası, 220‑dən
çox elmi əsəri nəşr olunub. Təqaüdə çıxana qədər Azər bay can
NKİ‑nin faydalı qazıntıların işlənilməsi kafedrasının professoru
kimi (1970–1982) elmi‑pedaqoji fəaliyyətini davam etdirib.
Filiz və qeyri‑filiz yataqlarının işlənilməsi, qravitasiya reji ‑
min də olan neft yataqlarının istismarı, neft yataqlarının süz gəcli
150
Ali və Orta İxtisas
Təhsili Komitəsinin
strukturunun
formalaşdırılması,
fəaliyyətinin məqsəd 
və məzmununun
dəqiqləşdirilməsi
istiqamətində ilk
addım la rın  atılması
onun sədrlik dövrünə
təsadüf edir


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə