8 tn(end) tnazirler qxd



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə31/49
tarix15.03.2018
ölçüsü5,05 Kb.
#32078
növüYazı
1   ...   27   28   29   30   31   32   33   34   ...   49

müavini vəzifəsində çalışıb. 1944‑cü ildə yenidən İrana – Teh ‑
ran şəhərinə göndərilib, 1946‑cı ilin mayına qədər 50 nöm rə li
Hərbi‑istismar bölməsinin (HİB) Siyasi şöbəsinə rəhbərlik edib.
1946–1949‑cu illərdə Azərbaycan Kommunist (bolşeviklər)
Partiyası Bakı Şəhər Dzerjinski Rayon Komitəsinin birinci
katibi olub. Sonra Azərbaycan Dəmiryolu Siyasi şöbəsinin rəisi
vəzifəsinə təyin olunub və Tbilisi Dəmiryolu Nəqliyyatı
Mühəndisləri İnstitutunun Bakı filialında təhsil alıb.
1947‑ci ildə Azərbaycan SSR Ali Sovetinə deputat seçilib.
Samur‑Dəvəçi kanalının inşasında fəaliyyətinə görə «Şərəf
nişanı» ordeni ilə təltif edilib.
1954–1959‑cu illərdə SSRİ Nazirlər Soveti yanında Əmək
Ehtiyatları Baş İdarəsinin rəisi, 1959–1961‑ci illərdə Dövlət
Texniki Peşə Təhsili Komitəsinin sədri vəzifələrində işləyib. Öz
işinə hər zaman ciddi münasibət göstərən Əkbər Ənnağıyev
bu sahənin inkişafı və yeni dövrün tələblərinə uyğunlaşdırıl ‑
ması üçün səy və bacarığını əsirgəməyib.
1963‑cü ildə Azərbaycan SSR kommunal təsərrüfatı
nazirinin müavini vəzifəsinə təyin edilib. «Qırmızı Əmək
Bayrağı» ordeninə layiq görülüb.
Əkbər Ənnağıyev 1967‑ci ildə vəfat edib.
130
Öz işinə hər zaman
ciddi münasibət
göstərən Əkbər
Ənnağıyev bu sahənin
inkişafı və yeni dövrün
tələblərinə
uyğunlaşdırılması üçün
səy və bacarığını
əsirgəməyib



MUSA İSGƏNDƏR OĞLU 
AĞAYEV
(1914–1965)


Musa İsgəndər oğlu Ağayev 1914‑cü ildə Şuşa şəhərində
anadan olub.
Atası Ağayev İsgəndər Məlik oğlu əslən Xəlfəli kəndin ‑
dən olub. Öz torpağı olmadığına görə çobanlıq edib. Anası
Ağayeva Natəvan evdar qadın olub. 1916‑cı ildə ailəsi Bərdəyə
köçərək, Lənbəran kəndində məskunlaşıb.
1917‑ci ildə hər iki valideyni rəhmətə gedib. Onların
ölümündən sonra 3 yaşlı Musanı qardaşı tərbiyə edib. 1924‑cü
ilə qədər təsərrüfat işlərində qardaşına kömək edib. 1924‑cü
ildən təhsil almağa başlayıb. İlk təhsilini Bərdədə alıb. 1930‑cu
ildə təhsilini davam etdirmək məqsədilə Bakıya gəlib, Stalin
adına fəhlə fakültəsinə daxil olub və təhsilini başa vurana
qədər dövlət təqaüdü alıb və yataqxanada yaşayıb. 1933‑cü
ildə fəhlə fakültəsini bitirib, Məşədi Əzizbəyov adına Azər bay ‑
can Qırmızı Bayraqlı Sənaye İnstitutunun neft mədəni fa ‑
kültəsinə qəbul olub. İnstitut illərində də dövlət təqaüdü alıb. 
1938‑ci ildə neftçi‑mühəndis ixtisası üzrə neft sənayesi
sahəsində əmək fəaliyyətinə başlyıb. O, əvvəlcə neftçıxarma
ustası, quyuların tədqiqi və işlədilməsi üzrə mühəndis, sonra
isə «Azneft» birliyi normativ‑tədqiqat qrupunun baş mühən ‑
disi vəzifələrində işləyib. Böyük Vətən müharibəsi illərində
Qazaxıstan SSR‑in neft sənayesində çalışıb.
1946‑cı ildən 1961‑ci ilədək rəhbər partiya işində çalışmış
Musa Ağayev əvvəlcə Bakı Şəhər Partiya Komitəsi Aparatında
işləyib, 1957‑ci ildə Azərbaycan KP Kirov Rayon Komitəsinin
birinci katibi seçilib.
1961–1964‑cü illərdə Azərbaycan SSR Nazirlər Soveti
Dövlət Texniki Peşə Təhsili Komitəsinə başçılıq edib. Texniki
peşə təhsili sisteminin inkişafı və təkmilləşdirilməsi, kadrların
təhsili və tərbiyəsi ilə əlaqədar vəzifələri uğurla yerinə yetirib.
Vətən qarşısındakı xidmətlərinə görə «Şərəf nişanı»
ordeni, «1941–1945‑ci illərdəki Böyük Vətən müharibəsində
əmək igidliyinə görə» medalı ilə təltif olunub. O, Azərbaycan
SSR Ali Soveti və Bakı Şəhər Sovetinə deputat, Bakı Partiya
Komitəsinə üzv seçilib. 
Musa Ağayev 1965‑ci ilin avqustunda dünyasını dəyişib,
Fəxri xiyabanda dəfn olunub.
***
1964–1965‑ci illərdə Respublika Texniki Peşə Təhsili Komitə ‑
sinin sədrini Həsən Salman oğlu Ağayev əvəz edib. O, qısa müddət
bu vəzifədə çalışmasına baxmayaraq, texniki peşə təhsilinin inkişafı
üçün səy və bacarığını əsirgəməyib.
133
Musa İsgəndər oğlu
Ağayev 1914‑cü ildə Şuşa
şəhərində anadan olub
Dövlət Texniki Peşə
Təhsili Komitəsinin 
sədri vəzifəsində çalışıb
(1961–1964)
Texniki peşə təhsili
sisteminin inkişafı və
təkmilləşdirilməsi,
kadrların təhsili və
tərbiyəsi ilə əlaqədar
vəzifələri uğurla yerinə
yetirib


TOFİQ ƏLİHEYDƏR OĞLU 
ALLAHVERDİYEV
(1917–1982)


Tofiq Əliheydər oğlu Allahverdiyev 1917‑ci ildə Bakı
şəhərində anadan olub.
1930‑cu ildə Paris Kommunası adına zavodun fabrik‑
zavod məktəbinə daxil olub, qaynaqçı ixtisasına yiyələnib.
Komsomol təşkilatlarında seçkili vəzifələrdə çalışıb, 1940‑cı
ildə Məşədi Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunu
dağ mühəndisi ixtisası üzrə bitirib.
1942‑ci ildə Azərbaycan LKGİ Bakı Şəhər Komitəsinin
katibi işləyib. Böyük Vətən müharibəsi illərində 390‑cı atıcı
diviziyanın siyasi şöbəsində qulluq edib, yaralandıqdan sonra
ordudan tərxis edilib. 1942–1944‑cü illərdə Azərbaycan LKGİ
MK‑nın katibi seçilib. 1944‑cü ilin fevralından SSRİ Müdafiə
Nazirliyi Kəşfiyyat İdarəsinin Akademiyasında bir il təhsil alıb,
1945–1947‑ci illərdə İranda, SSRİ konsulluğunda katib işləyib.
1947‑ci ildə Azərbaycan KP MK şöbə müdirinin müavini, 1947–
1948‑ci illərdə şöbə müdiri vəzifələrində çalışıb. 1950–1952‑ci
illərdə Azərbaycan KP MK katibi, 1952–1953‑cü illərdə
Gürganneft Trestinin rəis müavini, 1955–1961‑ci illərdə Bakı
Şəhər PK‑nın birinci katibi işləyib. 1953–1955‑ci illərdə SSRİ
Neft Sənayesi Akademiyasının dinləyicisi olub. Azərbaycan
SSR Ali Sovetinə deputat seçilib.
Texnika elmləri namizədi, dosent Tofiq Allahverdiyev
1966‑cı ildə Azərbaycan Dövlət Texniki Peşə Təhsili Komitə ‑
sinin sədri təyin olunub. 1982‑ci ilə qədər bu vəzifədə çalışıb.
Onun sədr işlədiyi dövrdə texniki peşə məktəblərinin sayı 1,7
135
Tofiq Əliheydər oğlu
Allahverdiyev 1917‑ci ildə
Bakı şəhərində anadan
olub
Dövlət Texniki Peşə 
Təhsili Komitəsinin sədri
vəzifəsində çalışıb 
(1966–1982)
Azərbaycan nümayəndə heyəti
SSRİ Həmkarlar İttifaqının 
X qurultayında (1949)
Şəkildə (soldan). Birinci sıra: 
4. Tofiq Allahverdiyev – Texniki Peşə
Təhsili Komitəsinin sədri.
İkinci sıra: 2. Mirzə Bədirxanov – Stalin
mükafatı laureatı, 5. Mirzəbaba
Abtalıboğlu – Sosialist Əməyi Qəhrəmanı,
6. Əli Əsədov – 2 nömrəli sənət
məktəbinin məzunu, 7. Sara Abdullayeva
– 5 nömrəli sənət məktəbinin məzunu və
başqaları


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə