8 tn(end) tnazirler qxd



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə40/49
tarix15.03.2018
ölçüsü5,05 Kb.
#32078
növüYazı
1   ...   36   37   38   39   40   41   42   43   ...   49

Şıx qəsəbəsində çimərliyin salınması, pansionatın, ne çə‑neçə
məktəblərin, bağçaların tikilməsi, abadlıq işlərinin aparılması
onun adı ilə bağlıdır.
Səriştəsi, bacarığı, xalqa münasibəti, insanlara qayğısı,
xeyirxahlığı ilə başqalarından seçilən Qurban Əliyev 1971‑ci ilin
iyununda Azərbaycanın ali və orta ixtisas təhsili naziri təyin
edilib. Ötən əsrin 70–80‑ci illərində, Hey dər Əliyevin respub li ‑
kamıza rəhbərlik etdiyi dövrdə di gər sahə lər də olduğu kimi,
təhsil sahəsində də sürətli inkişafa nail olunub.
Həmin illərdə Azərbaycanın ali məktəbləri böyük inkişaf
yoluna qədəm qoyub. 6 ali məktəb, o cümlədən Azərbaycan
Neft və Kimya İnstitutu (1970), Azərbaycan Dövlət Universiteti
(1971), Azərbaycan Dövlət Pedaqoji İnstitutu (1972), Azər bay ‑
can Dövlət Konservatoriyası (1972), Azərbaycan Kənd Təsər rü ‑
fatı İnstitutu (1979), Azərbaycan Dövlət Tibb İnstitutu (1980)
SSRİ‑nin yüksək ordenlərinə layiq görülüb, bir çox ali məktəb
işçisi dövlət mükafatları ilə təltif edilib.
Tez‑tez xarici ölkələrə səfərlər edən ali və orta ixtisas
təhsili naziri Qurban Əliyev Çexoslovakiya, Bolqarıstan, Tai ‑
land, Yaponiya, Polşa təhsil sistemi ilə yaxından tanış olub. Ali
məktəblər üçün yeni tikilən binalar zəruri avadanlıqlarla təchiz
edilib, tədrisin keyfiyyətinin dövrün tələbləri səviyyə si nə qal ‑
dırılması məsə lə ləri önə çəkilib.
Azərbaycan Dövlət Universiteti, Azərbaycan Politexnik
İnstitutu, Azərbaycan İnşaat Mühəndisləri İnstitutu, Azərbay ‑
can Texnologiya İnstitutu, Azərbaycan Neft və Kimya İnsti ‑
tutu, eləcə də Azərbaycan Dövlət Konservatoriyası üçün tikilən
əlavə korpuslar Qurban Əliyevin ali və orta ixtisas təhsili naziri
kimi fəaliyyətini qiy mətləndirməyə imkan verir.
1975‑ci ilin aprelindən 5 ali məktəbdə: Azərbaycan
Dövlət Universitetində, Azərbaycan Neft və Kimya İnstitu ‑
178
Azərbaycan Dövlət
Universiteti,
Azərbaycan Politexnik
İnstitutu, Azərbaycan
İnşaat Mühəndisləri
İnstitutu, Azərbay can
Texnologiya İnstitutu,
Azərbaycan Neft və
Kimya İnsti tutu, eləcə
də Azərbaycan Dövlət
Konservatoriyası üçün
tikilən əlavə korpuslar
Qurban Əliyevin nazir
kimi fəaliyyətini
qiymətləndir məyə
imkan verir
Azərbaycandan kənarda
yerləşən ali məktəblərə qəbulla
əlaqədar orta məktəb şagirdləri
ilə görüş (1975)
Şəkildə (soldan):
1. Gennadi Qolovkov – Ali və Orta
İxtisas Təhsili Nazirliyi Ali təhsil
idarəsinin bölmə müdiri, 
2. Məmməd Əliyev – Ali və Orta
İxtisas Təhsili Nazirliyi Ali təhsil
idarəsinin rəisi, 3. Qurban Əliyev –
Azərbaycanın ali və orta ixtisas təhsili
naziri və başqaları


tunda, Azərbaycan Politexnik İnstitutunda, Azərbaycan Xalq
Təsərrüfatı İnstitutunda, Azərbaycan Pedaqoji Rus Dili və
Ədəbiyyatı İnstitutunda ali məktəbə qəbul olmaq istəyənlər
üçün axşam lektoriyaları fəaliyyət göstərməyə başlayıb.
Qurban Əliyevin təşəbbüsü ilə 1971‑ci ildən 1975‑ci
ilədək respublika üzrə ali təhsilli mütəxəssislərə olan tələbatın
səviyyəsi öyrənilib. Aparılan təhlillər nəticəsində bir sıra yeni
ixtisaslar (avtomatlaşdırılmış idarəetmə sistemləri, tətbiqi
riyaziyyat, yarımkeçiricilər və dielektriklər, çoxkanallı elektrik
rabitəsi, maddi‑texniki təchizatın iqtisadiyyatı, meşə mühən ‑
dis liyi və ağac emalı texnologiyası, tətbiqi geodeziya, deko ra ‑
tiv‑tətbiqi incəsənət, təsviri incəsənət və rəsmxətt) üzrə mü ‑
təxəssis hazırlığına başlanılıb. Təsnifata fiziki elektronika,
kartoqrafiya, entomologiya, mikrobiologiya, qiymət və qiy ‑
mətləndirmənin planlaşdırılması ixtisasları əlavə olunub.
Qurban Əliyev ali və orta ixtisas təhsili naziri işlədiyi
müd dətdə daim Azərbay can Elmlər Akademiyası ilə sıx əlaqə
saxlayıb. Sırf elmlə məşğul olan alimləri ali məktəb labora to ‑
riyalarına cəlb edib. Məhz bu amil həmin dövrdə neçə‑neçə
gəncin elmi axtarışlara cəlb olunmasında mühüm rol oynayıb.
Həmin dövrdə ali məktəblərdə çalışan alimlərin ixtirala rı na
verilən müəlliflik şəhadətnamələrinin sayı durmadan ar tır dı. Bu
göstərici 1971‑1975‑ci illərdə 306, yəni orta hesabla ildə 61 olduğu
halda, 1976‑1979‑cu illərdə 516‑ya, yəni orta hesabla ildə 129‑a
yüksəlib. Bir sıra ixtiralar isə xarici ölkələrdə patentləşdirilib.
İstedadlı gənclərin SSRİ‑nin nüfuzlu ali təhsil müəssisələ ‑
ri nə göndərilməsi o vaxtlar geniş vüsət almışdı. Azərbaycan
KP Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyev bu məsə ‑
ləyə xüsusi əhəmiyyət verirdi.
Ötən əsrin 70‑ci illərinin sonlarından başlayaraq hər il 800–
900 nəfər, 80‑ci illərin əvvəllərindən isə hər il 1000–1400 nəfərə ya ‑
179
Qurban Əliyev ali və orta
ixtisas təhsili naziri
işlədiyi müddətdə daim
Azərbay can  Elmlər
Akademiyası ilə sıx əlaqə
saxlayıb, elmlə məşğul
olan alimləri ali məktəb
laboratoriyalarına cəlb
edib
Həmin dövrdə
Azərbaycan KP MK‑nın
birinci katibi 
Heydər Əliyev istedadlı
gənclərin SSRİ‑nin
nüfuzlu ali təhsil
müəssisələrinə
göndərilməsinə xüsusi
əhəmiyyət verirdi
SSRİ nümayəndə heyəti
Əlcəzairdə olarkən
Şəkildə (soldan). 1. Qurban Əliyev –
Azərbaycanın ali və orta ixtisas təhsili
naziri, 3. Vladimir Dolqix – Sov. İKP
MK‑nın katibi


xın gənc Azərbaycandan kənara təhsil almağa göndərilib. Bu
dövr də Azərbaycandan kənara təhsil almağa göndərilənlər hesa ‑
bına respublikamız üçün 15 mindən artıq mütəxəssis hazırlanıb.
Eləcə də respublikamızın ali məktəblərində oxuyan ən
qabiliyyətli tələbələr seçilib təhsilini davam etdirmək üçün
SSRİ‑nin aparıcı ali məktəblərinə köçürülürdü. Bundan əlavə,
həmin ali məktəblərə müsabiqədən kənar qəbul da keçirilirdi.
Hər il respublikadan kənarda təhsil alan tələbələrlə
görüşlər təşkil olunur, onların ehtiyacları öyrənilirdi. Gənclərin
təhsil və yaşayış şəraitini yaxşılaşdırmaq üçün müvafiq təd ‑
birlər həyata keçirilirdi.
180
Bu dövrdə
Azərbaycandan kənara
təhsil almağa
göndərilənlər hesabına
respublikamız üçün 
15 mindən artıq
mütəxəssis hazırlanıb
SSRİ Ali və Orta İxtisas 
Təhsili Nazirliyi Elmi‑Metodik
Şurasının genişləndirilmiş 
iclasının iştirakçıları 
arasında (1981)
Sosialist ölkələri ali təhsil
nazirlərinin Sofiya 
şəhərində keçirilmiş XII
müşavirəsində (1980)


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə