8 tn(end) tnazirler qxd



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə26/49
tarix15.03.2018
ölçüsü5,05 Kb.
#32078
növüYazı
1   ...   22   23   24   25   26   27   28   29   ...   49

1956‑cı ildə pedaqoji elmlər doktoru alimlik dərəcəsi alıb,
onun elmi‑pedaqoji fəaliyyəti müxtəlif respublikaların gör ‑
kəm li alimləri tərəfindən yüksək dəyərləndirilib.
1941, 1958–1959‑cu illərdə onun yaxından iştirakı və
həmmüəllifliyi ilə iki hissədən ibarət «Pedaqogika» dərs vəsaiti
hazırlanıb nəşr olunub. Mehdi Mehdizadənin əsərlərinin əksə ‑
riyyəti bilavasitə təlimin təşkili, dərsin qurulması və aparılması
Onun yaxından iştirakı və
həmmüəl lifliyi ilə iki
hissədən ibarət
«Pedaqogika» dərs
vəsaiti hazırlanıb
Azərbaycan xalq maarifi
naziri Mehdi Mehdizadə
rayon maarif şöbələrinin
müdirləri ilə birlikdə
Şəkildə (soldan).
Birinci sıra: 2. Alməmməd
Alməmmədov – əməkdar müəllim, 
4. Mehdi Mehdizadə – xalq maarifi
naziri, 7. Hüseyn Hüseynov –
əməkdar müəllim və başqaları
101
Xalq maarifi naziri Mehdi
Mehdizadə Azərbaycan
müəllimlərinin IV qurultayının
nümayəndələri arasında (1960)


məsələlərinə, məktəb və pedaqoji fikir tarixinin araşdırılma ‑
sına, Azərbaycanda ümumi təhsilin uğurlarının elmi‑pedaqoji
təhlilinə həsr olunub.
1952‑ci ildə Azərbaycanın xalq maarifi komissarı təyin
olu nan Mehdi Mehdizadə  iki ildən sonra yenidən APİ‑yə qa ‑
yıdıb, müəl lim və elmi‑pedaqoji kadrların hazırlanmasında bir
pe da qoq, alim, elmi rəhbər, opponent kimi bilik, bacarıq və kö ‑
məyini əsirgəməyib.
1961‑ci ildə respublikanın xalq maarifi naziri seçilərək,
səmərəli fəaliyyət göstərib. SSRİ PEA‑nın həqiqi üzvü olan
(1967) Mehdi Mehdizadə təhsil sahəsində beynəlxalq əlaqə lə ‑
rin inkişafı sahəsində böyük işlər görüb, YUNESKO‑nun təhsil
üzrə komitələrindən birinin üzvü olub. «Azərbaycan mək ‑
təbi», «Советская педагогика», «Народное образование» və
başqa jurnallarda, SSRİ‑nin digər respublikalarının pedaqoji
mətbuat səhifələrində məqalələrlə çıxış edib.
Akademik Mehdi Mehdizadənin  «Azərbaycanda sovet
məktəbinin tarixinə dair xülasələr» («Azərbaycan və rus dillə ‑
102
Mehdi Mehdizadə
təhsil sahəsində
beynəlxalq əlaqələrin
inkişafı sahəsində
böyük işlər görüb
Mehdi Mehdizadə xalq
maarifinin inkişafına həsr
olunmuş müşavirədə çıxış
edərkən (1974)
Şəkildə (soldan):
3. Zəhra Əliyeva – Xalq Maarifi
Nazirliyi Baş məktəblər idarəsinin
rəisi, 4. Mehdi Mehdizadə – xalq
maarifi naziri, 5. Həmid Fərzəlibəyli –
Gəncə Pedaqoji İnstitutunun kafedra
müdiri, professor və başqaları
Xalq maarifi naziri Mehdi
Mehdizadə SSRİ Pedaqoji Elmlər
Akademiyasının sessiyasının
iştirakçıları arasında (1972)


103
rin də, Bakı:1959; Moskva, 1962), «Azərbaycan xalq maarifi yeni
yüksəlişdə» (Bakı, 1967), «Azərbaycan xalq maarifinin sürətli in ‑
kişafı» (Azərbaycan və rus dillərində, Bakı, 1980), «Ümum təh ‑
sil məktəblərində təlim‑tərbiyə prosesinin  yolları» (Ba kı, 1982)
kimi irihəcmli monoqrafiyaları və yüzdən artıq mə qa ləsi Azər ‑
baycan pedaqogika elminin inkişafında sanballı yer tutur.
Alimin «Ümumtəhsil məktəblərində təlim‑tərbiyə pro ‑
sesinin təkmilləşdirilməsi yolları» monoqrafiyası məktəblilərin
fəal həyat və idrak mövqeyi məsələlərini, onlarda ictimai və
əmək fəallığının formalaşdırılması yollarını,  təlim metodla rı ‑
nın təkmilləşdirilməsi və şagirdlərin müstəqil işinin səmərəli
təşkili təcrübəsini əks etdirir.
Onun elmi əsərlərinin bir qismi Azərbaycanda 1920‑ci ilə
qədərki məktəb quruculuğu məsələlərinə, təhsilin təşkilinə,
Akademik Mehdi
Mehdizadənin irihəcmli
monoqrafiyaları və
yüzdən artıq məqaləsi
Azərbaycan pedaqogika
elminin inkişafında
sanballı yer tutur
Xalq maarifi naziri Mehdi
Mehdizadə ziyalılarla birlikdə
Qazax rayon Baş Salahlı kənd
orta məktəbinin 100 illik yubiley
mərasimi (1975)


ayrı‑ayrı pedaqoqların pedaqoji fəaliyyətinin öyrənilməsinə
həsr edilib. Mehdi Mehdizadə ilk dəfə olaraq Azərbaycanda,
eləcə də bütün Qaf qaz da fəaliyyət göstərən, təlim rus dilində
olan məktəblərin açılma sını çar Rusiyasının siyasi məqsədləri,
istilaçılıq niyyəti ilə əlaqələndirib, eyni zamanda, rus məktəb lə ‑
rinin mütərəqqi rolunu da göstərib.
Onun ən böyük xidmətlərindən biri Azərbaycanda mək ‑
təb tarixinin 1920‑ci ildən sonrakı dövrünün öyrənilməsi ilə
bağlıdır. Xüsusilə ötən əsrin 20–30‑cu illərindəki təhsil quru cu ‑
luğu axtarışları,  birinci və ikinci dərəcəli məktəblə rdən va hid
əmək politexnik məktəblərə doğru inkişaf, müxtəlif təlim me ‑
todlarının tətbiqi, kompleks proqramlar və digər mühüm
pedaqoji məsələlərin həlli onun tədqiqatlarının aparıcı qol ‑
larını təşkil edir.
Azərbaycan müəllimlərinin qurultaylarının üçünün (VII,
VIII və IX) keçirilməsi Mehdi Mehdizadənin  xalq maarifi ko‑
missarı və xalq maarifi naziri olduğu illərə təsadüf edir. Həmin
qurultaylar xalq maarifi naziri və alim kimi onun pedaqoji
sahədə dərin bilik və təhlil qabiliyyətini bir daha sübuta yetirir.
1980‑ci ildə təqaüdə çıxan akademik sırf elmi yaradıcı lıq ‑
la məşğul olub, «Məktəb və məktəbli şəxsiyyətinin hərtərəfli in ‑
kişafı»  adlı irihəcmli əsərini tamamlayıb nəşr üçün SSRİ Pe da qo ‑
ji Elmlər Akademiyasına təqdim edib. Bunlarla kifayət lənməyib,
Azərbaycan Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitu tunda elmi
məsləhətçi kimi elmi tədqiqat problemlərinin seçil mə si və plan ‑
laşdırılmasında yaxından iştirak edib, gənc alim lərə məsləhətlər
verib, məzmunlu mühazirələr oxuyub, SSRİ PEA‑nın müxtəlif
komissiyalarına rəhbərlik işini uğurla yerinə yetirib.
Mehdi Mehdizadənin əməyi yüksək qiymətləndirilb. O,
Lenin ordeni, üç dəfə «Qırmızı Əmək Bayrağı» ordeni, dörd
dəfə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri
104
Mehdi Mehdizadənin ən
böyük xidmətlərindən
biri Azərbaycanda
məktəb tarixinin 1920‑ci
ildən sonrakı dövrünün
öyrənilməsi ilə bağlıdır
Azərbaycan müəllim ‑
lərinin qurultaylarının
üçünün (VII, VIII və IX)
keçirilməsi Mehdi
Mehdizadənin  xalq
maarifi komissarı və
xalq maarifi naziri
olduğu illərə təsadüf
edir
Xalq maarifi naziri Mehdi
Mehdizadə Ümumittifaq ali
məktəb, elmi idarə və maarif
işçiləri Həmkarlar
Komitəsinin 
VIII qurultayının
Azərbaycandan olan
nümayəndələri arasında (1977)
Şəkildə (soldan). Birinci sıra: 
1. Məsmə Atakişiyeva – Sosialist Əməyi
Qəhrəmanı, Bakı şəhər 37 nömrəli
məktəbin müəllimi, 2. Tamilla
Axundova – SSRİ Ali Sovetinin
deputatı, 3. Mehdi Mehdizadə – xalq
maarifi naziri,  4. Maral Şirinova –
Sosialist Əməyi Qəhrəmanı. 
İkinci sıra: 4. Şahin Səfərov –
«Azəbaycan müəllimi» qəzetinin baş
redaktoru, 7. Zahid Şöyübov – SSRİ xalq
müəllimi və başqaları


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə