8 tn(end) tnazirler qxd



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə25/49
tarix15.03.2018
ölçüsü5,05 Kb.
#32078
növüYazı
1   ...   21   22   23   24   25   26   27   28   ...   49

MƏMMƏD HƏMİD OĞLU 
ƏLƏKBƏROV (ƏLƏKBƏRLİ)
(1899–1959)


Məmməd Həmid oğlu Ələkbərov (Ələkbərli) 1899‑cu ildə
Lənkə randa anadan olub.
1909‑cu ildə atası Məşədi Həmidin ölümündən sonra
qohumlarının himayəsində yaşayıb, Lənkərandakı «Behcət»
rus‑tatar (Azərbaycan – red.) məktəbində oxuyub, lakin təhsili ‑
ni başa vura bilməyib.
1920‑ci ilə qədər əmisi oğlunun balıq təsərrüfatında
çalışıb. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra
müəllim hazırlığı kursunu bitirərək Astraxanbazardakı (indiki
Cəlilabad) I dərəcəli məktəbə müəllim göndərilib.
1921‑ci ildə Lənkəran şəhərindəki 5 nömrəli məktəbdə
çalışmağa başlayıb. 1923–1926‑cı illərdə Pedaqoji İnstitutda
(Bakı) oxuyub. Ali təhsilli mütəxəssis kimi Məmməd Ələkbə ‑
rov Balaxanıda, Borçalının Başkeçid bölgəsində müəllimlik
edib. Quba Qəza Xalq Maarifi Şöbəsinin müdiri işləyib.
1928‑ci ildə Xalq Maarifi Komissarlığı aparatına işə qəbul
olunub, metodist, məsul icraçı, ibtidai və orta məktəb idarəsi
rəisinin müavini vəzifələrində çalışmaqla yanaşı, Azərbaycan
Dövlət Elmi Tədqiqat Məktəblər İnstitutunda, Azərbaycan
Dövlət Pedaqoji İnstitutunda əvəzçilik qaydasında işləyib.
1939–1943‑cü illərdə Müəllimləri Təkmilləşdirmə İnstitu ‑
tunun direktor müavini vəzifəsində fəaliyyət göstərib. Sonra
Azərbaycan Xalq Maarifi Komissarlığında kadrlar idarəsinin
rəisi təyin olunub.
Məmməd Həmid oğlu Ələkbərov 1946‑cı ildə Azərbay ‑
can xalq maarifi komissarı təyin olunub, 6 il bu vəzifədə
çalışıb, dövrün və ictimai qurumun qarşıya qoyduğu vəzifələri
yerinə yetirmək üçün bilik və bacarığını əsirgəməyib.
Məmməd Ələkbərov ötən əsrin 50‑ci illərində Nazirlər So ‑
veti sədrinin müavini, Azərbaycanın ilk mədəniyyət naziri olub.
Azərbaycan dili və ədəbiyyatın tədrisi metodikası möv ‑
zusunda məqalələr yazıb. «Natamam orta və orta məktəblərdə
yazı işləri» (1940), «İbtidai məktəbdə oxu metodikası» (1940)
və s. kitabları nəşr edilib.
O, «Əməkdar müəllim» fəxri adına la yiq görülüb, 1950‑
ci ildə elmlər namizədi alimlik dərəcəsi alıb. 
Məmməd Ələkbərov 1959‑cu ildə vəfat edib.  
95
Məmməd Həmid oğlu
Ələkbərov (Ələkbərli)
1899‑cu ildə Lənkəranda
anadan olub
Xalq maarifi komis sarı
vəzifəsində çalışıb
(1946–1952)
Məmməd Ələkbərov ötən
əsrin 50‑ci illərində
Nazirlər Soveti sədrinin
müavini, Azərbaycanın
ilk mədəniyyət 
naziri olub



AZƏRBAYCANIN 
XALQ MAARİFİ 
NAZİRLƏRİ


MEHDİ MƏMMƏD OĞLU 
MEHDİZADƏ
(1903–1984)


Mehdi Məmməd oğlu Mehdizadə 1903‑cü ildə Cəbrayıl
qəzasının Daşkəsən kəndində anadan olub.
1914‑cü ildə təlim rus dilində olan ibtidai məktəbdə
oxuyub. 1920‑ci ildə Daşkəsən kənd qiraət komasının müdiri
kimi fəaliyyət göstərib. Cəbrayıldakı pedaqoji kursu bitirdik ‑
dən sonra doğma kəndində çalışıb.
1923‑cü ildə Mehdi Mehdizadənin müdir olduğu birinci
dərəcəli məktəbdə Azərbaycan Xalq Maarifi Komissarlığı tərə ‑
fin dən yoxlama aparılıb. Bir qədər sonra səmərəli fəaliy yət lə ‑
ri nə görə qəzanın 6 nəfər müəllimi mükafatlandırılıb ki, onlar ‑
dan biri də gənc pedaqoq Mehdi Mehdizadə olub.
1923‑cü ildə Mehdi Mehdizadə qəza xalq maarifi şöbəsi ‑
nin icazəsi ilə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun hazır ‑
lıq kursuna daxil olub, sonra fizika‑riyaziyyat fakültəsin də
oxuyub. Ali təhsilli fizika‑riyaziyyat müəllimi kimi Cəbrayıl
qəzasının Qaryagin (indiki Füzuli) şəhərindəki ikinci dərəcəli
məktəbdə pedaqoji fəaliyyətini davam etdirib.
Qəza metodbürosuna sədrlik ona tapşırılıb. Məktəblərdə
ümum pedaqoji və metodik istiqamətlərdə iş aparıb,  qəza
məktəb lərində  çalışan müəllimlərin fəaliyyətinin səmərəliliyini
artırmaq üçün bilik və bacarığını əsirgəməyib.
1930‑cu ilin martında Azərbaycan SSR Xalq Maarifi
Komis sarlığı İctimai Tərbiyə Baş İdarəsinin elmi katibi,  daha
sonra xalq maarifi komissarının birinci müavini Ayna Sulta ‑
99
Mehdi Məmməd oğlu
Mehdizadə 1903‑cü ildə
Cəbrayıl qəzasının
Daşkəsən kəndində
anadan olub
1952–1954‑cü illərdə xalq
maarifi komissarı və
1961–1980‑ci illərdə isə
xalq maarifi naziri
vəzifəsində çalışıb
Mehdi Mehdizadə tələbə
yoldaşları ilə birlikdə (1925)


novanın köməkçisi təyin edilən Mehdi Mehdizadə Azərbaycan
Dövlət Elmi Tədqiqat Məktəblər İnstitutunun aspiranturasına
daxil olub. Elə həmin vaxtdan ali məktəbdə – Azərbaycan
Dövlət  Pe da  qo ji İnstitutunda elmi‑pedaqoji fəaliyyətə başlayıb,
pedaqo gika tarixinə,  müasir təlim‑tərbiyə məsələlə rinə aid
məqalə lər lə dövri mətbuatda çıxış edib.
1941‑ci ildə ibtidai təhsilin məzmununa həsr olunmuş
namizədlik dissertasiyası müdafiə edib. 1941–1945‑ci illər mü ‑
hari bəsində iştirak edən Mehdi Mehdizadə ordudan tərxis
olun duqdan sonra APİ‑yə qayıdıb, burada kafedra müdiri,
dekan, elmi işlər üzrə direktor müavini, direktor (rektor – red.)
vəzi fələrində  çalışıb.
100
1941‑ci ildə ibtidai
təhsilin məzmununa
həsr olunmuş
namizədlik
dissertasiyası 
müdafiə edib
Mehdi Mehdizadə
ordudan tərxis olun ‑
duqdan sonra APİ‑yə
qayıdıb, burada ka ‑
fedra müdiri, dekan,
elmi işlər üzrə direktor
müavini, direktor
(rektor – 
red.)
vəzifələrində çalışıb
Xalq maarifi naziri Mehdi
Mehdizadə YUNESKO‑nun
toplantısında  (1960)
Xalq maarifi naziri Mehdi
Mehdizadə SSRİ nümayəndə
heyətinin tərkibində
YUNESKO‑nun toplantısında


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə