8 tn(end) tnazirler qxd



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə23/49
tarix15.03.2018
ölçüsü5,05 Kb.
#32078
növüYazı
1   ...   19   20   21   22   23   24   25   26   ...   49

MİRZƏ ƏJDƏR OĞLU 
İBRAHİMOV
(1911–1993)


Mirzə Əjdər oğlu İbrahimov 1911‑ci il oktyabr ayının 28‑də
Cənubi Azərbaycanın Sərab şəhəri yaxınlığındakı Evə kən din ‑
də anadan olub.
1918‑ci ildə anası və bacısı aclıqdan öləndən sonra atası
və böyük qardaşı ilə Bakıya gələn Mirzə onları da itirib, da ‑
yısının himayəsində böyüyüb. Yaşamaq üçün özgə qapı larında
çalışıb, Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra
fabrik‑zavod sagirdliyi məktəbində, Neft sənaye texniku mun ‑
da oxuyub, ali təhsil alıb.
O, bədii yaradıcılığa Zabrat fəhlə ədəbiyyat dərnəyinin
üzv lü  yün dən başlayıb. Onun «Qazılan buruq» adlı ilk şeiri
1930‑cu ildə «Aprel alovları» məcmuəsində dərc olunub. Le ‑
ninqrad da aspiranturanı bitirdikdən  sonra Cəlil Məmməd qu ‑
lu  zadənin həyat və ya radıcılığı mövzusunda namizədlik dis ‑
sertasiyası müdafiə edib.
İlk tənqidi, publisistik məqalələrini, hekayə və oçerklərini
ötən əsrin 30‑cu illərində yazıb. 1932‑ci ildə sosialist sənaye si ‑
nin inkişaf sürətini öyrənmək üçün Ukraynanın Donbas şax ‑
tala rında, Dnepro petrovsk sənaye müəssisələrində olub, «Gi ‑
qant  lar ölkəsi» oçerklər kitabını qələmə alıb. Azərbaycan Döv ‑
lət Elmi Tədqiqat İnstitutunun ikiillik hazırlıq şöbəsində təhsil
aldıqdan sonra Naxçıvan MTS siyasi şöbəsində «Sürət» qəze ‑
tinin redaktoru (1933) vəzifəsinə göndərilib.
Mirzə İbrahimov söz sənəti tariximizdə özünəməxsus
yeri olan yaradıcı şəxsiyyətlərdəndir. O, Azərbaycan ədəbiyya ‑
tı nı «Həyat», «Madrid», «Məhəbbət», «Kəndçi qızı», «Yaxşı
adam», «Közərən ocaqlar» pyesləri, «Gələcək gün», «Böyük
dayaq», «Pərvanə» romanları, «Güləbətin», «Fırtına quşu»,
«Xosrov Ruzbeh» povestləri, «Cənub hekayələri» silsiləsi və s.
əsərləri ilə zən ginləşdirib. «Böyük demokrat», «Həyat və ədə ‑
89
Mirzə Əjdər oğlu
İbrahimov 1911‑ci il
oktyabr ayının 28‑də
Cənubi Azərbaycanın
Sərab şəhəri 
yaxınlı ğındakı  Evə
kəndində anadan olub
Fabrik‑zavod sagirdliyi
məktəbində, Neft sənaye
texniku munda  oxuyub,
ali təhsil alıb
Xalq maarifi komis sarı
vəzifəsində çalışıb
(1942–1946)
İlk tənqidi, publisistik
məqalələrini, hekayə və
oçerklərini ötən əsrin 
30‑cu illərində yazıb
Azərbaycan Yazıçılarının 
II qurultayının bir qrup 
istirakçıları (1954)
Şəkildə (soldan). 
Birinci sıra: 1. Aleksandr Makarov – sovet
yazıçısı, 2. Səməd Vurğun – xalq şairi,
3. Konstantin Simonov – sovet yazıçısı, 
4. Mirzə İbrahimov – xalq yazıçısı, 
5. Süleyman Rəhimov – xalq yazıçısı.
İkinci sıra: 1. Raçiya Koçar – publisist,
2. Mehdi Hüseyn – xalq yazıçısı, 
6. Əli Vəliyev – xalq yazıçısı 
və başqaları


biy yat», «Azər baycan dili», «Xəlqilik və realizm cəbhəsin dən»,
«Aşıq ədəbiyyatında realizm» kimi tədqiqat əsərlərinin müəl ‑
lifidir. Vilyam Şekspirin «Kral Lir», «On ikinci gecə», Molyerin
«Don Juan», Anton Çexovun «Üç bacı» pyeslərini, Nikolay
Qavri loviç Çernışevskinin «Nə etməli» romanını və digər
əsərləri Azərbaycan dilinə tərcümə edib.
Böyük Vətən müharibəsi illərində sovet ordusu sıraların ‑
da İranda olub, müşahidələr aparıb, «Vətən yolunda» qəzeti ‑
nin redaktoru kimi fəaliyyət göstərib. Topladığı fakt və apar ‑
dı ğı müşahidələr əsasında bir sıra dəyərli əsərlərini qələmə
alıb. Onun tarixi mövzuda yazdığı «Pərvanə» romanı ədəbiy ‑
yat şünaslıqda xüsusilə  yüksək dəyərləndirilir.
1945‑ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının hə ‑
qiqi üzvü seçilib. O, dəyərli tədqiqat əsərləri ilə yanaşı, həm də
Xaqani Şirvani, Səməd Vurğun, İsmayıl Şıxlı və başqa sə nət ‑
kar lar barədə sanballı  məqalələrin müəllifidir.
Mirzə İbrahimov 1942–1946‑cı illərdə xalq maarifi komis ‑
sa rı vəzifəsində  çalışıb.
Böyük Vətən müharibəsi illərində xüsusən humanitar və
ictimai fənlərin məzmunu səfərbərlik ruhunda, vətənpərvərlik
kontekstində dəyişdirilmişdi. Dərslik, dərs vəsaitləri çatış mırdı.
Bu  problemlərin həlli istiqamətində əməyini əsir gəmə yən
Mirzə  İbrahimov  müharibədən bir il sonra Azər  bay can müəl ‑
lim  l ərinin VI qurultayında (26–28  avqust 1946‑cı il)  res pub lika
məktəb lərində təlim‑tərbiyənin keyfiy yətini yaxşı laş dırmaq
haqqında məruzə ilə çıxış etmişdi. Aka de mik Mirzə İbra hi mov
məruzəsində  respublika mək təblə rində təlim‑tərbi yə nin keyfiy ‑
yətini yaxşılaşdırmaq haqqında fikirlə rini  söyləyə rək, mü ‑
haribə nin od və alovları içərisində xalq müəl liminin fəda kar
əməyinin özünü göstərdiyini vurğulamış, ümu mi icbari təhsil
qanununun yerinə yetirilməsi sahəsində vəziyyəti fakt larla
90
1945‑ci ildə Azərbaycan
SSR Elmlər
Akademiyasının həqiqi
üzvü seçilib
Azər baycan müəllim ‑
 lərinin VI qurultayında
(26–28 avqust 1946‑cı il)
respublika məktəb ‑
lərində təlim‑tərbi ‑
yənin keyfiy yətini
yaxşılaşdırmaq
haqqında məruzə ilə
çıxış edib
Mirzə İbrahimov sovet
yazıçılarının IV qurultayının
nümayəndələri arasında (1967)
Şəkildə (soldan): 1. İmran Qasımov – 
xalq yazıçısı, 2. Konstantin Simonov –
sovet yazıçısı, 3. Mirzə İbrahimov – xalq
yazıçısı, 4. Kamal Talıbzadə – professor, 
6. İsmayıl Şıxlı – xalq yazıçısı və başqaları


nəzərə çatdırmışdı. «Balalarımızı başdan‑başa sa vadlı etmədən,
əsl elm və mədəniyyət yoluna çıxarmadan xalqımızın və Və tə ‑
ni mizin gələcəyini təmin edə bilmərik,  əsrlə ayaqlaşa bilmərik:
həyat və mübarizə isə tərəqqi ilə, inkişafla ayaqlaşa bilməyən ‑
lə ri kənara atır», – deyən xalq maarifi komissarı müşahidələ ‑
rini belə ümu mi ləş di rib:  «İşi elə qurmaq,  elə bir ilham və ürəklə
uşağa yaxın laş maq lazımdır ki, o, dərsə getmədikdə, məktəb ‑
dən ayrıldıqda da rıxsın,  ürəyi sıxılsın.  Bunun üçün də xadi mə ‑
dən tutmuş mü ha sibə qədər bütün məktəb işçilərində və birinci
növbədə,  müəl  limdə məhəbbətlə dolu bir ürək və heç zaman,
hətta gün dəlik işlərin adiliyi altında belə sönməyən bir ilham
lazım dır». Məruzədə imtahanların yekunları, təhsilin keyfiy ‑
yəti mə sə lələri də təhlil olunub, müəllimlərin ixtisası, pedaqoji
elm lə rin tədqiqi problemləri,  məktəbə rəhbərlik və məktəb
müfət tiş lə rinin vəzifə səlahiyyətləri kimi motivlər belə
nəzərdən qaçırılmayıb.
Pedaqoq alimlər etiraf edirlər ki, Mirzə İbrahimovun
maa rif işçiləri qarşısındakı məruzə və çıxışları,  mətbuatda dərc
91
Azərbaycan KP MK‑nın birinci
katibi Heydər Əliyev xalq yazıçısı
Mirzə İbrahimova Sosialist
Əməyi Qəhrəmanı döş nişanını
təqdim edərkən (1981)


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə